“Məsnəvi” XIII əsrin görkəmli simalarından olan Mövlanə (1207-1273) yaradıcılığının zirvəsi hesab olunur. Altı cild, iyirmi altı min beytdən ibarətdir. Çox istiqamətli və zəngin bir əsərdir. Hədis, kəlam, təsəvvüf, hekayətlərdən ibarətdir. Mövlana hekayətləri bir-birini tamamlamır və müxtəlif mövzuları əhatə edir. Təsvir etdiyi hadisələrlə oxucuya ibrət dərsi verir, bəzən heyvanların, bəzən insanların dili ilə Qurani-Kərimin bizə demək istədiklərini çatdırır. Memet Zeren bu əsərin içindəki hekayətləri beytlərdən ayırmış, zəhməti ilə oxucuya daha aydın, daha səlis şəkildə çatmasını təmin etmişdir.