Xəbər verildiyi kimi Azərbaycanın Polşadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə Xalq yazıçısı Anarın povest və hekayələri polyak dilində nəşr olunub.Bu yaşıçının Polşada çıxan dördüncü kitabıdır, «Ağ liman» povesti 1978 ci ildə Andjey Şimanskinin tərcümüsində Varşavada əvvəlcə «Literatura na sveçe»(«Dünya ədəbiyyatı») jurnalının iki nömrəsində, sonra ayrıca kitab kimi çap edilmişdi.1981- ci ildə Varşavada Veçeslava Karaçevskanın çevirisində «Əlaqə» povesti nəşr olundu.2015-ci ildə Vrotslavda İlahə Kərimovanın tərcüməsində «Gözmuncuğu» kitabı buraxıldı.Bu kitaba Sona Qasımovanın tərcüməsində «Qırsmızı limuzin» hekayəsi də daxil edilmişdi.Həmin nəşrlə bağlı tanınmış polyak tənqidçisi Pyotr Praçnion nüfuzlu «Nove Ksaski»(«Yeni kitablar») jurnalınınını 2016-cı il 10-cu sayında yazır:
«Anar həm məşhur əsatir və rəmzlərdən istifadə edərək,həm də özü rəmzləri və onların təsvirini yaradaraq absurd və yuxu məntiqi üzrə inkişaf edən mifoloroji əsərlər yazır.Maraqlıdır ki nasir Kafka kimi mifoloji paralellər yaratmaqla kifayətlənmir,Anarın mifoloji yaradıcılığı olduqca canlı və dinamikdir,keçmişin qalıqlarından azaddır.Yazıçı öz hərəkətli üslubuna malikdir.Azərbaycan yazıçısının qəhrəmanları ilahi və müqəddəs deyillər, xüsusi fərqli əlamətlərə malik deyillər. Əhliman(yəni Əhriman və Hörmüzd eyni şəxsdə) və «Qırmızı limuzin» hekayəsnin qəhrəmanı müəllifin O.adlandırdığı personaj cəmiyyətdə müəyyən ictimai və professional mövqe tutmalarına baxmayaraq oxucular tərəfindən simvol obraz kimi qəbul olunurlar.Anarın təhkiyyə üslubu təsirlıdır və ölülərlə dirilər dünyasının yerlərini daima dəyişdirilmsindən ibarətdir, bu isə yaxşının pisə,pisin isə yaxşıya çevrilməsinə imkan yaradır. Povestdə ölü canlanır,hekayədə canlı adam ölümə məh kum olunur.Buna görə də hər iki süjet -«Gözmun cuğu» və «Qırmızı limuzin» - olduqca qəribə xüsusiyyətə malikdirlər. Hər iki mətndə Azərbaycan nasirinin təsəvvürünün mifo lorji səciyyəsi gündəlik şəhər həyatının real elementləri vasitəsiilə həyatın simvolik təsviriylə ifadə olunur. «Gözmuncuğu» əsərində cəmlənən daxili və xarici istinadlara nəzər yetirəndə polisemantik təsvir yarandığını görürsən və onların qapalı şərhi asan olmur.Anarın yaradıcılığı birmənalı şəkildə oxucunun aktiv iştirakını tələb edir və bunula da oxucu əsərin mənasını qavramaqda əsərin həmmüəllifinə çevrilir. Kitabın poetikası müxtəlif yönlüdür. Povest hissiyyat,yaddaş və təsəvvürlə idarə olunan şüur axınıyla başlayır. Diri-diri basdırılan insanın hisslərini, düşüncələrini müəllifin şərhləri müşayət edir.Bunlar Anarın yüksək səviyyədə biiik adamı və alim olmasını biruzə verir.Onun yaratdığı nəsrin X1X-XX əsr Avropa ədəbiyyatına bənzərlikləri var.
Anarın mifoloji yaradıcılığının orijinal tərəfi həyatla ölüm arasındakı əlaqənin qeyri-reallalığından ibarətdir: ölülər səhvlərini düzlətmək üçün dirilə bilir,dünya ilə və djgər insanlarla əlaqəni kəsən canlılar isə unudulmalıdırlar. Bu baxımdan Azərbaycan yaşıçısının ədəbi yaradıcılığı qədim miflərlə bağlı bəzi suallara cavab və reaksiyadır,fərdlərin icmaya daxil olması,insanlarası harmoniyanın qorunub saxlanması və s.Bu xüsisiyyət Anarı fərqləndirir,önə çıxarır, Kafka epiqonlarından xeyli uzaqda olduğundan nişan verir»
Ararın «Qırmıhzı limuzin» hekayəsi daha öncə 2007- ci ildə Varşavada «Servoni litmuzin»(«Qırmızı limuzin») adlı
Azərbaycan hekayələri antologiyasına da daxil edilmişdi.
2016-ıci ildə Varşavada nəşr olunan yeni «Əsərləri» kitabına isə yazıçının «Əlaqə» povesti, «Mən, sən, o və təlefon», «Asqılıqda işləyən qadının söhbəti» və «Keçən ilin son gecəsi» hekayələri daxil edilmişdir.Povesti və hekayələri polyak dilinə Veçeslava Karaçevska, Henrika Broniotovska, Yeji Yedjeviç, Ester Hessen çevirmişlər. Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov kitaba geniş ön söz yazmışdır.Ön sözdə Anarın tərcümyi-halın dan, maarifçi kimi xidmətlərindən,nəsr və kino əsələrindən, «Qobustan» sənət toplusunun baş redaktoru kimi fəaliy yətindən ,sover dövründə rastlaşdığı çətinliklərdən ətraflı bəhs olunur.Həsən Həsənov yazır:
«Anarı yaxşı tanımaq üçün onunla şəxsən tanış olmaq şərt deyil.Amma Anarı şəxsən tanıyaraq onun biliyinin, intelektinin genişliyinə valeh olmamaq mümkün deyil... Anarın yaradıcılığında aktuallıqla əbədilik bir düyünlə bağlıdır…Anar elə bir mövzunu götürür ki,o mövzu öz aktuallığı ilə yanaşı əbədiliyi ilə də fərqlənir…Sovet ideologiyasının özünəməxsus bir maarifləndirmə stereotipi var idi.Bütün idealogiyalarda olduğu kimi ,bu da icazəsi olan və olmayan sistemlərdən ibarət idi..Hətta icazəli mövzuların daxilində də qadağa sərhəddi var idi.Anarın maarifçiliyini fərqləndirən cəhət odur ki,o bir çox hallarda «icazəli mövzuların» «qadağa sərhədlərini» keçməyə meyl göstərərək uğurlu nəticələr eldə edirdi. Bir dəfə Cəlil Məmmədquluzadədən söhbət düşəndə Bəxtiyar Vahabzadə dedi ki, Mirzə Cəlilin dahiliyini dərk etmək istəyən Anarın onun haqqında yazdıqlarını oxumalıdır…. Düşünəndə ki,niyə Sovet İttifaqının tənəzzülü məhz 80-ci illərin ortalarına təsadüf etdi,mən belə bir qənətə gəlirəm : bunun əsas səbəblərindən biri də odur ki, məhz bu zaman 60-cılar nəsli Sover idealogiyasının əsasını təşkil edən ədəbiyyatda və kinoda hakim mövqelərdə olub kəsərli söz dedilər. Bu nəslin həmin mövqeyə çatmasında və istiqlal yolunda öz cəsarətli sözünü deməkdə Anarın xidməti əvəzsizdir...Anar siyasətçi olmaq iddiasında heç bir zaman olmayıb. Anarın gücü ondadır ki,o, siyasətə təsir edə bilən ziyalı sözünü həmişə deyib».
zMisirdə də Anarın kitabı nəşr edilmişdir
Kitaba «Keçən ilin son gecəsi», « Asqılıqla işləyn qadının söhbəti», « O gecenin səhəri», «Mən,sən,o və telefon» ,«Gürcü famiiyası», «Qoz qabığı»,«Marallarım», «Yaxşı padşahın nağılı», «Mütləq görüşərik», «Qırmızı limuzin», «Vahimə» hekayələri və «Otel otağı» povesti daxil edilmişdir.
Kitaba Ön söz kimi Çingiz Aytmatovun Anar haqqında yazısı verilmişdir.Kitabı ərəb dlinə çevirən Əbdürrəhman əl Xamisi giriş sözündə yazır:
«Xoşbəxtlikdən Azərbaycanın ən görkəmli müasir yazıçılarından birinin bu gözəl hekayələr toplusunu tərcümə etmək mənə nəsib oldu.Böyük yaradıcı qüdrətə malik olan Anarın nəhəng istedadı ilə tanışlıq ərəb oxucu-sunun bu kitabın içindəkilərdən həzz alıb ona heyranlıq hissi keçirəcəyinə inanıram.Yazıçı bu sərt dünyada insandakı nəciblik,humanizm və gözəlliyi təqdir edir, ədalətə, xeyirxahlığa çağırır.O,eyni zamanda, davranış larında eqoizmin hökm sürdüyü dünyanın həqiqi dəyərlərini dərk etmədən yaşayanlara qarşı çox sərt qərar verən bir hakimdir.Yazıçı öz əsərlərində vətəninin ən başlıca həyatı problemlərinə toxunur ki,onlardan ən mühümi ermənilərin Azərbaycan torpaqlarının böyük bir hissəsini işğal etmələridir. Mən bu yüksək istedada malik yazıçının başqa əsərlərinin də ərəb dilinə tərcümə edlməsini istərdim».
Fevralın 27-də Bakıda Misir Ərəb Respublikasının Azər baycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri mərkəzində həmin kitabın təqdimatı keçirilmişdir.Tədbiri Mərkəzin müdiri Əhməd Sani Eyladı açmışdır. Çıxış edən lər –Fələstin Dövlətinin ölkəmizdəki səfiri Nasir Əbdül Kərim A.Rahim, akademik Vasim Məmmədəliyev, AMEA-nın müxbir üzvü,Millət vəkili Nizami Cəfərov, professorlar Qəzənfər Paşayev və Tofiq Məlikli - bu kitabın yalnız Misir də deyil, böyük ərəb dünyasında da Azərbaycan ədəbiyya tının tanıdılmasında rolundan danışmışlar. İraq-Türkmən şair və yazıçılar Birlyinin rəhbəri Fövzü Əkrəm Fövzüoğlu Anara və Qəzənfər Paşayevə fəxri ödüllər təqdim etmiş dir.Təşəkkürünü bildirən Anar habelə Misirin ölkəmizdəki səfirinə,tədbirdə iştirak edən başqa ərəb ölkələrinin səfirlərinə, Mərkəzin müdiri Əhməl bəyə, çıxış və iştirak edənlərə minnətdarlığını bildirmişdir.