Son illər uğurla fəaliyyət göstərən, bir sıra yeniliklərə imza atan Azərbaycan Yazıçılar Birliyinin Lənkəran Bölməsinin təşəbbüsü ilə şanlı qələbəmizə öz canı, qanı bahasına imza atan şəhidlərin xatirəsini əbədiləşdirən “Payızın 44 anı” kitabı nəşrə hazırlanıb. Azərbaycan Yazıçılar Birliyinin Lənkəran Bölməsinin sədri yazıçı-publisist Qafar Cəfərli və şair Xatirə Xatunun qələmə aldıqları “Payızın 44 anı” kitabı 2-ci Qarabağ müharibəsində tarix yazan, Vətən, torpaq uğrunda şəhid olan 63 nəfər Lənkəran şəhərində dünyaya göz açan qəhrəman haqqındadır. Müəlliflər şəhidlərdən fəxrlə, məhəbbətlə söz açırlar.
Tarixə qızıl hərflərlə yazılan bu zəfərdə, bu möhtəşəm qələbədə Lənkəranın da öz payı, öz yeri vardır. Yüzlərlə lənkəranlı igid haqq savaşına qoşularaq can verib torpaq aldılar. Ölümləri ilə ölümsüzlüyü fəth etdilər, şəhidlik zirvəsinə ucaldılar.
Kitabda konkret faktlar əsasında hər bir şəhidin qısa həyatı və şərəfli həyat yolu, əzizlərinin, dostlarının və döyüş yoldaşlarının kövrək xatirələri əks olunub.
Şəhidlər heç zaman unudulmurlar... Ən ali, müqəddəs, şərəfli olan şəhidlik zirvəsinə ucalanlar hər zaman qəlblərdə yaşayacaqlar...
Şəhidlər bizim fəxrimiz, vüqarımız, qürur yerimizdirlər...
Şəhidlər haqqında qələmə alınan kitablar gənc nəsil üçün qəhrəmanlıq nümunəsidir...
Vətənə məhəbbət, vətənpərvərlik duyğusu, şəhidlərimizə, qəhrəmanlarımıza, onların valideynlərinə, ailə üzvlərinə dövlətimiz tərəfindən hər zaman böyük qayğı və məhəbbət bəslənib, onlar hər zaman diqqət mərkəzindədirlər.
44 günlük müharibə Azərbaycan tarixinin qızıl səhifələrindən biridr...
Şəhidlik zirvəsi hər kəsin çata bilmədiyi uca məqamdır...
Allah Vətən torpağı uğrunda canını fəda edən bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun!
Məlahət Qənbərova