22 ildir Tehranda nəşr olunan "Xudafərin" jurnalı həm də ünlü şair və yazıçılarımızın əsərlərini kitab şəklində də nəşr edir. Bu minvalla "Xudafərin" jurnalı Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə Azərbaycan Yazıçılar Birliyinin üzvü və əməkdaşı tanınmış şair Güləmail Muradın şeirlərini "Seçilmiş əsərləri" adı altında yüz iyirmi səhifə həcmində əski əlifbada Tehranda nəşr etmişik.
Kitab oxuculara təqdim olunmuşdur. "Xudafərin" jurnalının əsas məqsədlərindən biri həm də ana dilimizin geniş coğrafiyada tətbiq edilməsinə nail olmaq və inkişafına xidmət göstərməkdir.
Güləmail Muradın şeirləri dərgimizdə dəfələrlə dərc olunmuş, böyük maraqla qarşılanmışdır.
Hüseyn Şərqi
"Xudafərin" dərgisinin baş redaktoru
26 fevral 2025.
Tehran.
Kitaba bir başa keçid linki: