Azərbaycan Yazıçılar Birliyi yarananda onun ali idarəetmə orqanı kimi Qurultay müəyyən edilmişdir. Qurumun bütün rəhbər strukturları Qurultayda seçilir, nizamnamə təsdiq edilir, eyni zamanda yaradıcılıq sahələri üzrə məruzə və çıxışlar dinlənilir.
Yarandığı gündən bəri AYB-nin on iki qurultayı keçirilmişdir. Bunlardan səkkizi Sovet dövrünə , biri Müstəqillik ərəfəsinə, son üçü isə Müstəqillik dövrünə təsadüf edir. AYB nin 1970-80 - illərdəki Qurultaylarında ədəbiyyat sahəsinə həmişə xüsusi qayğı göstərən , Respublika rəhbəri Ulu Öndərimiz Heydər Əliyev şəxsən iştirak etmişdir. 1991-ci ildəki Qurultaya da Heydər Əliyev dəvət edilmiş və qonaq qismində iştirak etmişdir. Və nahəyət Ölkə Prezidenti olan Heydər Əliyev 1997-ci ildə AYB-nin X Qurultayında iştirak etmiş, çıxış və məruzələri dinləmişdi.
Qurultay nizamnaməyə uyğun olaraq , idarə heyətinin qərarı ilə beş ildən bir çağırılır. Saytın bu bölməsində AYB-nin son dörd Qurultayının materialları təqdim olunur.
Ayb-75. Qurultaylar 1934-2004
Ayb-75 kitaba əlavələr