Bir vaxt ədəbiyyatşünaslıqda mübahisə gedirdi ki, bizim heç də asan olmayan dövrümüzdə hansı yazıçıları post modernist adlandırmaq olar: hər kəsi, yoxsa yalnız o kəsləri ki onların az-çox buna dəxli var?
Belə nəticəyə gəldilər ki, ümumiyyətlə, hamı postmodernistdir. Lakin əksəriyyət bunun nə matah olduğunu bilmir. Bu yaxınlar da Yuri Buyda postmodernist adlandırıldığı üçün incimişdi. Nəyə görə, deyir, mən postmodernist olmalıyam? Mən insanam!.. Əllərim, ayaqlarım, bədənim, ürəyim var...
Beləliklə, ədəbiyyatçılardan tutmuş, xalqadək hamı öz qərarına kifayət qədər şübhəylə yanaşır. Yaxşı ki, onların biz qəzet tənqidçiləri var.
Belə bir misal göstərək. Bizim ölkədə körpələr və partiya üzvləri də daxil olmaqla bütün əhalisi xroniki opistorxoz xəstəliyinə yoluxmuş böyük bir vilayət mövcuddur. Əsaslı, kəskin dəyişilmə, ağır vəziyyət (hərarət, səpmə, öd ifrazı yolunun diskineziyası) onlarda müşahidə olunmur. Onlar bu barədə şübhə belə etmirlər. Hamısı normal, yaxşı adamlardır. Parovozdan oxuyur, yeməkdən əvvəl əllərini yuyurlar...
Əlbəttə, belə cəmiyyətin yazıçıları arasında siz əqidəli postmodernist yazıçı deyilsiniz. Amma küçədə aynadan belə görünürsünüzmü? İnternetdən, mobil rabitədən istifadə edirsinizmi? Duzlanmış siyənəkləri qəzetlərə bükürsünüzmü? Eşidirsiz ictimai nəqliyyatda insanlar nə barədə danışır? Gedin və bütün bunların hamısını təsəvvür edib başqalarını da yoluxdurmayın.
Gəlin hər şeyi sınaqdan keçirək.
“Elektorat”. “Böhranlı menecerlik”. “Çirkli texnologiya”. “Qara piar”. “Kölgəli lider”. “İdeoloji mexanizm ”.
Bu səslər, sözlər tanışdırmı? Siz onlardan istifadə etməyə bilərsiniz, ancaq axı başa düşürsünüz, söhbət nədən gedir. Demək, bununla belə, siz onlardan passiv şəkildə istifadə edirsiniz. “Passivlik”. Xeyr, onlar sizdən istifadə edir.
Yaxşı yadıma düşdü, mən bunu qəzet məqalələrindən götürüb yazmıram. Ədəbiyyat kitablarından yazıram; Lyudmila Safronova, “Postmodernist mətn: poetika manipulyasiya”, səhifə 7–16, buyurub baxa bilərsiniz. Bu sözlərin köməkliyi ilə orada ədəbi yaradıcılıq aktı heç bir biabırçı özünü gözəsoxma, qeyri-təbiilik olmadan təsvir edilir. Misal üçün, İ. Brodski ilə S. Dovlatovu göstərmək olar.
Bu gün əgər yazıçı “texnologiya” dan istifadə etmirsə (və ya özünün onlar tərəfindən istifadəsinə icazə vermirsə), onun bu sərbəstliyi başa düşülmür və qəbul olunmur. Yazıçı gərək “zamanın zənginə cavab verməyi” zamanın tələblərinə uyğun, anlaşılan bir dildə bacarsın. Başqa cür desək, həyat da baş verənlər bütünlüklə ədəbiyyatda öz əksini, ifadəsini tapmalıdır. Əgər real həyatda adamlarda, üzr istəyirəm, bağırsaq qurdu varsa, demək, hətta müəllifin bu barədə xəbəri olmasa belə, bu hal ədəbi personajda da olmalıdır.
Bizim hamımız postmodern epoxada yaşayırıq. Bilmirəm, bu xoşbəxtlikdəndirmi, yoxsa bədbəxtlikdəndirmi, amma bütün ədəbiyyatımız postmodernistdir.
(Əlbəttə, çoxlarında opistorxozu müalicə etməyin vaxtı yetişmişdir).
Postmodernizm – bu, insanın kainata reaksiyasıdır, ehtiyacı hiss olunan xaotik fikridir.
Modern dövrdə (fəlsəfədə qeyri-hərfi mənada krizisə qədər “kamillik” mərhələsində xristian sivilizasiyası başa düşülür) insan gələcək naminə yaşayır. Modern dövr düzxətlidir. Xristian sivilizasiyasının ən mühüm mifi özünü qurban vermək, fəda etməkdir. Bunu ifadə edən açar söz – “səbir”dir. (“Allah səbir etdi və bizlərə hökm verdi”.) Səbirsiz modern dövr sürətlə kosmosu, kommunizmi, bizim kimyaçıların ixtira etdikləri parlaq, işıqlı, yeyilən asfaltı meydana gətirdi. Modernlik – Onun böyük səbrinin başqa bir sonudur; lakin insan həmişə gələcəkdə baş verəcək əsas vaqiəni (müəllif qiyaməti nəzərdə tutur – tərc.) gözləyir.
Bundan fərqli olaraq, postmodern epoxa dövridir: “hər şey artıq olub, yenə olacaq”. Əlbəttə, bu, bütpərəst modeldir. Postmodernizm də əsas vaqiə, hadisə vəhşilik, heyvanlıqdır və o hal-hazırda, indi baş verməklə davam edir. Ona görə də “hal-hazır, indi” “həmişə” var və mövcud olacaqdır.
Postmodernist estetikada “rəzil” insani hislər, davranışlar təsadüfi tətbiq olunub dəbə salınmır. Postmodernizm “ibadət bərəkət bəxş edir” düsturu olmasa idi, din çox da uzağa gedə bilməzdi hökmü ilə dini doqmatları rədd edib tanımır. Beləliklə, postmodernizmlə bağlı ciddi sferada dolaşıq etirazlarla qarşılanan variantla üz-üzə gəlirik. Lakin liberal müstəvidə (Dovlatov və ətrafı) “qəti şəkildə hamı üçün nöqsan hesab olunan “bir balaca zəif” müsbət personajlar sistemi ilə baş-başa qalırıq” (L. Safronovanın şərhi).
Əgər nəsə hal-hazırda baş verirsə, demək, sən heç nəyi sonraya qoya, təxirə sala, yığıb saxlaya bilməzsən. Sən hətta gələcəkdə nəyisə dəyişdirə bilməzsən. Ona görə ki, postmodernizmdə gələcək təsəvvürü yoxdur. Ən sevimli dövri şüar isə belədir: “insanlar dəyişdirmirlər”. Yəni sadəcə qocalırlar.
Yaxşı, əgər modern cəmiyyətdə ədəbiyyat təcrübə toplama və ötürmə vasitəsi idisə, kitablar insanlarda və dünyada nəyisə dəyişdirmək üçün yazılıb-oxunurdusa, bəs “dünya və insan dəyişdirmir” deyən postmodern dövrdə ədəbiyyat nəyə görə mövcuddur?
Bankomat “qumar” üçün kart oynamır; istəyir ki, kart oyununu xatırladaraq manipulyasiya eləsin. Əlbəttə, bunu pul naminə etmir. Kimdə ki pul yox dur, pul o kəslər üçün qiymətlidir. Ancaq kimdə ki o var, artıq onlar üçün pul başqa nəyisə ifadə etmək vasitəsidir. Misal üçün, məhz nəyi?
Bu “azadlıq” da deyil! Postmodernizmə görə, azadlıq yalnız “seçim”lə təzahür edir və o müstəqil dəyər kimi yoxdur. Seçim isə öz növbəsində “seçimin mümkünlüyü” əsasında özünü göstərir. Ümumiyyətlə, mümkünlük odur ki, o, “mümkündür”, istənilən hökmlü subyekt ona istinad edir, arxasında gizlənə bilir və o, əzəldən hansısa mümkünlüyün sahibidir.
Modern cəmiyyətdə təsiri hiss olunan belə sahib Allahdır (bu fikrin əksi buradan doğur, “əgər Allah yoxdursa, hər şey yolveriləndir”). Allahın funksiyası isə postmodernizmdə bütün sosial kosmosun atomları arasında belə bölüşdürülür: “Hamımız üçün nə faydalıdırsa, hər şey mümkündür”.
Şəxsiyyətlərin “hamımız”la əlaqədarlığı, aidiyyəti (yəni maksimal mümkünlüyü, maksimal seçimi, maksimal azadlığı) onun populyarlığının ölçüsünü təyin edir. Postmodern dövrdə populyarlıq hakimliyin (lakin bütün ömrü boyu onu saxlamaq şərti ilə) mühüm simvolik ifadəsidir.
Əlbəttə, populyarlıq bir az utandırıcıdır. Onda “hər şey ”i psixoloji olaraq özündə gizlicə dəyişmək olar. Deyirlər, iradəsi zəif adamlar hərdən özündən razılıq hissinə ehtiyac duyarmış. Amma, məncə, həddən ziyadə özündən razılıq duyğusu özünə inam hissi yaradır və nəticədə, “mən”in ali kosmik müstəsnalığı heç kimi idarə etmədən hamının mümkünlüyünə məhdudiyyətsiz çatır. Bu cür fikirli insan öz həyatını kiməsə və ya nəyəsə qurban vermir.
Yaxşı mətndən ötrü sənətkarlıq qabiliyyəti ilə mübarizə aparan sənətkar, düzünə qalsa, oxucu rəğbəti qazanmaq üçün çalışır; necə ki, əvvəllər ilahi razılığa, imana çatmaq üçün bunu edirdilər.
Lyudmila Safronovanın kitabı bu mübarizənin üsul və qaydalarına həsr olunub. Oxucular buyurub vərəqləyə bilərlər. Oxucular aldada, hədələyə, rəğbət bəsləyə, inandıra, rəhmə gələ, “yoluxdura”, “başqa cürə ifadə edə” də bilərlər. İstənilən halda aparıcı meyar - tabe etməkdir. Məhz postmodern yazara ya “bədii təsir” adlanan bunların cəmi, ya da “ovsunlayıcı söz” lazımdır.
Əgər yazıçı səmimi və vicdanlıdırsa, əgər bizimlə ayaqlaşırsa, onda biz ondan narazı qalırıq. Ona görə ki, o bizə “sadəlövh” görünür və yazmış olduğu mətn isə “deklarativ” təsir bağışlayır.
Qoqol “Ölü canlar” əsərindən fərqli olaraq, “Dostlarla yazışmadan seçilmiş yer” əsərində bizimlə hardasa daha çox səmimidir. Amma nəticə göz qabağındadır.
Sözün həqiqi anlamında nümunəvi, gözlənilməz mətləbləri əhatə edən bu kitab haqqında belə demək istərdim: “Postmodernist şizofatik diskursda qarşı-qarşıya durmuş kontaminasiya müəllif maskasında ən genişləndirilmiş linqvistik üsullarla birləşir”. Bu formulun şifrəsini çözən zaman o öz vahiməli çoxmənalılığının doxsan faizini itirəcəkdir.
Misal üçün, Dovlatov övladın ana məhəbbətinə ehtiyacını lazımsız bir şey hesab edib atır, lakin Brodski bunu “köhnə-kürüş, cındır” adlandırır; Abram Terç Puşkin və Qoqolun gücünü əldə etmək üçün onların qara ciyərini yeyir; Pelevin şəxsin qavrama nəzarətini itirməkdən ötrü sözün məna elementlərini oxucuya yükləyir, lakin bunun tam əksinə isə Boris Akunin ideoloji yükləməni maskalamaq üçün sadə və təbii bir dillə onu yalana çevirir.
Bütün bunların hamısı başa düşüləndir və gələcəkdə də min dəfə aydınlaşacaq, hələ ki iş gedir.
Sizi aldatmaq mənim üçün çətin deyil. Mən özüm aldanmağıma şad olardım. Yenə də nə vaxtsa postmodern epoxanın (öz dövri modelinə müvafiq) başa çatmasını düşünmək xoş olardı. Lakin bu epoxanı gözəllik hissi ilə yaşamaq təəssüf doğurur. Bir də unutmaq olmaz ki, həyatda hər şey olur.
Tərcümə etdi: Elmar VÜQARLI