Sənət cərəyanı, eyni zamanda həm də ədəbi məktəb (literary scool) olmaqla, simvolizm XIX əsrin ikinci yarısında Fransada yaranmış, sonradan Avropanın digər ölkələrinə, ilk öncə isə Almaniya, Avstriya, Belçika və Norveçə yayılmışdır.
Alman filosofları A. Şopenhauerin, F. Nitsşenin estetik fikirlərindən qaynaqlanan simvolizmin əsasında yunan filosofu Platonun idealist fəlsəfəsi dayanır. Məlum oldugu kimi, Platon obyektiv idealizmin banisi hesab olunur. Varlığın izahı üçün o, şeylərin qeyri-cismani formalarının mövcudluğu haqqında nəzəriyyəni inkişaf etdirmişdir. Platona görə, hissi aləm həqiqətən mövcud deyil; hissi şeylər daim yaranır və məhv olur, dəyişikliyə uğrayır və hərəkət edirlər, onlarda dayanıqlı və həqiqi olan heç nə yoxdur. Hissi şeylərin əsl mahiyyəti, onların səbəbləri ağılla dərk olunan, lakin hiss olunmayan formalardı.
O səbəbləri, yaxud formalrı Platon növlər (“eydos”lar), bəzən də “ideyalar” adlandırırdı. – Platonun “ideyaları”na ötərgi də olsa nəzər salmaq ona görə lazımdır ki, son yüzilliklərin ən möhtəşəm sənət cərəynı olan simvolizm məhz Platonun ideyaları üzərində bərqərar olub.
Dəha atraflı