Orta əsrlərdən Azərbaycan və özbək xalqları arasındakı əlaqələrin yüksək səviyyədə olmasının əsas səbəbi onların eyni kökə, ənənələrə malik olmasında, Azərbaycan və cığatay türkcəsinin vahid mənşəyində, iki xalqın ziyalıları arasındakı qırılmaz mənəvi bağlardadır. Böyük özbək şairi və dövlət xadimi Əlişir Nəvainin (1441-1501) Azərbaycan-özbək ədəbi əlaqələrinin inki-şafında müstəsna rolu olmuşdur. O, orta əsrlərdə Azərbaycan ədəbi əlaqəri ilə ən çox bağlı ol-muş və Azərbaycan şairlərinin inkişafına ən çox təsir etmiş Orta Asiya şairidir. Nizami Gəncə-vi, Nəsimi, Marağalı Əşrəf, Qasim Ənvar kimi Azərbaycan şairlərinin əsərlərindən bəhrələnən, onların yaradıcılığına böyük hörmət və məhəbbətlə yanaşan Nəvai özündən sonra gələn Azər-baycan şairlərinin - Kişvəri, Xətai və Füzulinin, XVII əsrdə Rəhməti, Sadiqi, Əmani, Saib, Qövsi, Zəfər və başqalarının yaradıcılığına təsir etmişdir. Nəvai əsərlərinin Azərbaycan ədə-biyyatının inkişafına təsirinin səbəblərini araşdıran filologiya elmləri doktoru Cənnət Nağıyeva "Azərbaycanda Nəvai" adlı monoqrafiyasında yazır: "XV əsrdə, Nəvai dövründə Heratda təh-sil almağa gedənlərin Nəvai əlyazmalarını Azərbaycana gətirməsi ilə azərbaycanlıların Nəvai əsərləri ilə tanışlığı başlanır və onun əsərləri sürətlə yayılır, şöhrətlənir. Bu dövrdə Həsənoğlu şeirləri çox yayılmamış, Nəsimi uzaqlarda yaşamış, Xətai, Füzuli hələ dunyaya gəlməmişdilər. Nəvai əsərlərinin azərbaycanlılar arasında şöhrətlənməsinin bir neçə səbəbi olmuşdur: Nəvainin dili, onun sənətkarlıq qüdrəti, həm də şairin mövqeyi".
Heç şübhəsiz, şairin dilinin o dövrdə bir sıra türk xalqlarının nümayəndələri tərəfindən asanlıq-la oxunub başa düşülməsi, əsərlərindəki humanizm ideyaları, dərin məna, yüksək sənətkarlıq onun yaradıcılığının geniş bir coğrafiyada - bütün Türküstandan başqa Azərbaycan, İran, Tür-kiyə və Hindistanda da yayılmasını şərtləndirmişdi. XVII yüzillikdə türkdilli şeirdə iki nəhəng şair - Nəvai və Füzuli çox böyük təsir və nüfuz sahibi olmuşlar. Həmin əsrin Azərbaycan şairi Məlik bəy Avcı qəzəllərindən birində sadə bir şair olduğunu, dövründə ən çox sayğı göstərilən sənətkarlardan olmadığını təvazökar bir şəkildə belə bildirir:
Nə Nəvai, nə Füzuli, nə Məlik, nə Adəməm,
Bəndə şahəm Məlik adlu, nə kənitü nə ləqəb.
Məlik bəy Avcının bu beyti XVII əsrdə türkdilli Azərbaycan şeirinin inkişaf istiqamətini, bu dövrdə ədəbi zövqləri çox aydın ifadə edir.
XVII əsrdə böyük özbək şairinin Azərbaycan ədəbiyyatına təsiri cığatay sözləri lüğətlərinin meydana çıxmasında da əksini tapmışdı. Hal-hazırda Tehran Dövlət Universitetinin mərkəzi kitabxanasında saxlanılan "Fərhənge-türki be farsi" adlı türkcə-farsca lüğətin tərtibi, müqəddi-mədə Əbdülcəmil ibn Məhəmmədrza ən-Nəsiri Tusinin dediyi kimi, h.1079-cu ilin zilqədə ayında (1669-cu ilin apreli) Şah Süleymanın (1666-1694) əmri ilə onun münsiül-məmalik vəzi-fəsinə təyin edilən atasına tapşırılmışdı. Osmanlı və Azərbaycan sözlərini, cığatay kəlmələrini, Rusiyada yaşayan qılmaq türklərinin sözlərini ayrı-ayrı bölümlərdə yerləşdirən atası lüğət üzə-rində 20 il işlədiyi işi başa çatdırmadan vəfat edir. Müqəddimədə türk dilinin xüsusiyyətləri haqqında məlumat verilən bu lüğəti Əbdülcəmil tamamlamışdır. Lüğətin cığatay sözlərinin farsca izah edildiyi hissəsi xüsusilə diqqətəlayiqdir. Tərtibçi bu hissədə istifadə etdiyi Əlişir Nəvai əsərlərinin, o cümlədən, "Mühakimətül-lüğəteyi" əsərinin adını çəkmişdir.
Cənnət Nağıyevanın dediyi kimi, Füzulidən sonrakı dövrdə Nəvai şeirləri Azərbaycan ədəbiy-yatına iki yolla təsir etmişdir: 1)Füzuli vasitəsilə; 2) Nəvainin öz əsərlərindən, orijinaldan isti-fadə vasitəsi ilə.
Nəvaidən sonra türkdilli şeirin ən böyük nümayəndəsi olan Füzulinin dahi şair səviyyəsinə yüksəlməsində Nəvainin də rolu olmuşdur. Təsadüfi deyil ki, osmanlı müəllifi Qəstəmonlu Lə-tifi "Təzkireyi-Lətifi" əsərində Füzulini Nəvai tərzində şeir yazan şair kimi təqdim edərək ya-zır: "Nəvai tərzinə qərib bir tərzi-dilfirib və üslubi-əcibi vardır". Füzuli Nəvaidən əvvəl yaşa-yıb-yaradan Əhmədi, Əmiri, Lütfi kimi özbək şairlərinin də əsərlərinə bələd olmuş, onların ya-radıcılığından bəhrələnmişdir. Füzuli özündən sonra gələn Azərbaycan, Türkiyə şairləri ilə bə-rabər özbək şairlərinin, özbək ədəbiyyatının inkişafında da mühüm rol oynayıb. Bu barədə C.Nağıyeva yazır: "Füzuli özbək ədəbiyyatından, Nəvaidən aldığı hər bir fikri, hər bir bədii ifadəni, poetik priyomu işləyib, inkişaf etdirməyə və yenidən həm özbək şairlərinə, özbək ədə-biyyatına, həm də Azərbaycan ədəbiyyatına qaytarmağa çalışmışdır".
Füzuli dilində bəzi cığatay elementlərinə rast gəlsək də, o, XV əsrdə yaşamış Azərbaycan şairi Kişvəri kimi Nəvai dilində şeirlər yazmayıb. Məlum olduğu kimi, orta əsrlərdə, hətta sonrakı dövrlərdə, XIX əsrdə, XX əsrin əvvəllərində bir sıra Azərbaycan şairləri Nəvai təsiri ilə cığa-tayca da şeirlər yazırdılar. Nəvainin Azərbaycan ədəbiyyatına təsirini görmək üçün müxtəlif dövrlərdə köçürülmüş əlyazma məcmuələrinə nəzər yetirmək kifayətdir. Akademik H.Araslı-nın dediyi kimi: "XVI-XIX əsrlərdə Azərbaycanda yazılmış elə bir təzkirə və cüng yoxdur ki, orada böyük Əlişir Nəvaidən bəhs edilib nümunələr verilməsin".
Füzulinin Nəvai yaradıcılığına münasibəti daha dərindədir, özünə böyük ustad saydığı Nəvai ilə mənəvi tellərlə bağlı olan Füzuli Nəvaini təkrar etməmiş, onun yaradıcılığının ən dəyərli cə-hətlərini inkişaf etdirmişdir. Nəvai kimi, Füzuli də dövrünün qabaqcıl, mütərəqqi fikirlərini ya-radıcılığında ifadə edib. Füzulinin də lirikası yalnız məhəbbətin vəsfi, gözəlin təsviri ilə bağlı olmamış, ictimai, fəlsəfi fikirləri ifadə etmişdir. Bu iki böyük şairin lirik şeirlərində, xüsusilə də qəzəllərində insan azadlığı, insana qarşı haqsızlıqların, ədalətsizliklərin tənqidi ən önəmli mövzulardandır. Füzuli də Nəvai kimi ədəbiyyatın ictimai vəzifəsini, doğma xalqı, türk dili qarşısındakı məsuliyyətini dərindən dərk edir və əsərlərində ifadə edir. Ədəbiyyat tariximizdə Füzulinin Nəvai şeirlərinin təsiri ilə əsərlər yazdığı qeyd olunmuşdur. Füzulinin "Görgəc", "Könül", "Bəhs", "Tut", "Təmə", "Şəm" və başqa qəzəllərinin Nəvaiyə cavab kimi yazıldığını qeyd edən C.Nağıyeva burada yalnız rədif, vəzn birliyinin deyil, ruh birliyinin, həyata, varlığa münasibət birliyinin olduğunu qeyd edir. Bununla bərabər, Füzulinin Nəvai qəzəllərinə yazdığı nəzirələrinin orijinal şeirlər olduğunu, bu əsərlərdə Füzulinin ustadının fikirlərini inkişaf etdirib dərinləşdirdiyini də göstərmək lazımdır.
Füzuli özündən sonrakı Azərbaycan poeziyasına elə güclü təsir etmişdir ki, XVII əsrdə yazı-lan, məsələn, "Görgəc" rədifli qəzəllər artıq Nəvaiyə deyil, Füzuliyə nəzirədir. Bu dövrün Zə-fər, Saib, Vəhid Qəzvini, Qövsi, Təsir Təbrizi kimi şairləri "Görgəc" rədifli qəzəllərini yazar-kən Füzuli qəzəlini nümunə götürdüklərindən, bu şeirlərdə Azərbaycan türkcəsi elementləri üstünlük təşkil edir. Ümumiyyətlə, bizdə heç bir şübhə doğurmur ki, XVI əsrdə Füzuli olma-saydı, XVI, XVII və sonrakı dövrlər Azərbaycan və Türkiyə poeziyası Nəvai təsirinə daha ar-tıq dərəcədə məruz qalar və bunun nəticəsində ədəbi dillərimizdə cığatay elementləri daha çox olardı.
Qeyd etdiyimiz kimi, Nəvai kimi Füzuli də türk dili qarşısında məsuliyyətini dərk edərək bu dilin ərəb, fars dilləri ilə bərabər, Yaxın və Orta Şərq klassik ədəbiyyatında özünə layiq yerini tutması üçün əlindən gələni etmişdir. "Heyrətül-əbrar" poemasının başlanğıcında Nəvai fars dilinin poeziya dili kimi kifayət qədər inkişaf etdiyini, onun da türkcə yazaraq ana dilini inki-şaf etdirmək istədiyini bildirir:
Farsi oldu çü olarqa əda,
Türki ila qılsanı anı ibtida.
Farsi el tapdı çü xürsəndlik,
Türki dəxi tapsa beruməndlik.
Böyük ustadının ardınca Füzuli də türkcə şeir yazmaq məsələsinə toxunur. Şair qitələrindən birində fars dilində əruz vəzninin bütün tələblərinə, incəliklərinə uyğun gələn şeirlərin çox ya-zıldığını, türk dilində isə hələ çətinliklərin olduğunu yazır. Füzuli burada ana dilində əruzun bütün tələblərinə cavab verə biləcək bir poeziya yaratmaq missiyasını öz üzərinə götürdüyünü elan edir:
Ol səbəbdən farsi ləfzilə çoxdur nəzm kim,
Nəzmi-nazik türk ləfzilə ikən düşvar olur.
Ləhceyi-türki qəbulu-nəzmi-tərkib etməyib,
Əksərən əlfazi namərbutü nahəmvar olur.
Məndə tovfiq olsa bu düşvarı asan eylərəm.
Novbahar olğac tikəndən bərgi-gül izhar olur.
XVII əsr Azərbaycan şairlərindən türkcə və farsca divan müəllifi, "türk nəzmi, farsi ləfzi ilə sözlər söylədim" deyən Qövsi Təbrizi də qarşısına türkcə şeiri inkişaf etdirmək, onunla bütün dünyanı tutmaq məqsədi qoyduğunu bildirir:
Etmək üçün türk nəzmilə müsəxxər aləmi,
Tapdılar ərbabi-məni bilmənəm handan məni.
Yaradıcılığında Nəvaidən təsirlənmiş şairlərimizdən biri də təxminən XVI əsrin ortalarında Təbrizdə dünyaya gəlmiş, Hindistana səfər edərək 1616-cı ildə orada vəfat etmiş Rəhməti Təbrizidir. Təzkirəçi Təqi Əvhədi "Ərəfatül-aşiqin və ərəsatül-arifin" adlı təzkirəsində onun Hindistan səfərindən əvvəl (1605-ci ildən öncə) 7-8 min beytlik divanını gördüyünü qeyd etsə də, şairin AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan şeirləri 2050 beyt həc-mindədir. Bu şeirlərin əksəriyyəti farscadır, cəmi 25 qəzəl və 1 rübai (129 beyt) Azərbaycan türkcəsindədir. Şair farsca yazdığı fəxriyyələrində dövrünün bir sıra sənətkarlarının, ərəb şair-lərindən Buxtori və Bu fərasın, fars şairlərdən Ünsüri, Ənvəri, Rudəki, Əscədi, Fütuhi, Dəqiqi və başqalarının adını çəkir, özünü onlardan üstün sayır. Adlarını çəkməsə də, onun türkcə şeir-lərində Nəvai və Füzulidən təsirləndiyini görməmək mümkün deyil. I Şah Abbasın dövründə (1587-1629) Hindistana mühacirət edən şair bu ölkənin müxtəlif ədəbi məclislərində çox yük-sək dəyərləndirilən Nəvai şeirləri ilə daha yaxından tanış olmaq imkanı əldə etmişdi. C.Nağı-yeva Rəhmətinin Nəvai yaradıcılığına yaxınlığı barədə yazır: "Rəhməti də Nəvai kimi insanı hər şeydən uca tutmuşdur. Əgər Nəvaidə "Məshəfi-hüsnündə gördüm bismillahini" oxuyuruq-sa, Rəhməti "Məshəfi-hüsnündə ol peyvəstə bismillahlər" deyir. Hər iki şairdə zahid və vaizlə-rin tənqidi eynidir. Rəhməti də Nəvai kimi "Kafere-eşqəm bedəstəm sübheye mədeh", "Mə-nəm Allah", "Mənə Mənsur kimi dar ağacı lazımdır" deyir, şərabı könül açan nemət, gözəlin üzünü Məşhəf (Quran), xəttü xalını Qurandakı e'rablar hesab edir". Rəhmətinin qəzəllərində işlətdiyi "niy əcəb" ("nə əcəb"), "götürgəc" ("götürcək") kimi cığatay sözləri bir daha onun Nə-vaidən bəhrələndiyini göstərir. Rəhmətinin cığatay sözlərindən daha çox istifadə etdiyi "İtlər ilən sübhədək hər gecə fəryad eylərəm", "Dəhr əsbabinə, ey dil, çox dəxi etmə həvəs", "Bənim yerim fəna bəhrivü Məcnun yeri sahildür" şeirlərində Nəvai ruhu daha çox duyulur.
XVI-XVII əsrlərdə yaşayıb-yaratmış görkəmli şair, rəssam, xəttat, alim, təzkirəçi Sadiq bəy Sadiqinin (1533-1610) yaradıcılığı onun Azərbaycan və osmanlı türkcəsində, cığataycada sər-bəst şəkildə əsərlər yazdığını göstərir. Sadiqi Nəvainin "Məcalisün-nəfais" adlı təzkirəsini nü-munə götürərək cığatayca yazdığı "Məcməül-xəvas" təzkirəsində Azərbaycan, osmanlı və cı-ğatay şairləri haqqında məlumat vermiş və əsərlərindən nümunə gətirmiş, professor Turxan Gəncəyinin sözləri ilə desək, "siyasi hüdudları və sülalələr arasındakı ixtilafları bir tərəfə bura-xaraq, türk dili və ədəbiyyatını bir bütün halında götürmüşdür. Görkəmli ədəbiyyatşünas alim M.Tərbiyətin dediyi kimi, əsər "Şah İsmayıl Səfəvi dövründən Şah Abbas dövrünədək 480 söz ustasının tərcümeyi-halına həsr edilibdir". Bundan əvvəl Şah İsmayıl Xətainin oğlu Sam Mirzə (1517-1567) XV əsrin sonu, XVI əsrin ortalarında yaşamış şairlər haqqında məlumat verən farsca yazdığı "Töhfeyi-Sami" təzkirəsini yazarkən "Məcalisün-nəfais"dən örnək kimi is-tifadə etmişdi. Nəvaidə olduğu kimi, Sadiqinin də təzkirəsi səkkiz məclisdən ibarətdir. Sadiq bəy əsərini tərtib edərkən Nəvai təzkirəsindən əlavə Caminin "Baharistan", Dövlətşah Səmər-qəndinin "Təzkirətüş-şüəra", Sam Mirzənin "Töhfeyi-Sami" və başqa əsərlərdən istifadə etmiş-dir. S.Sadiqi yaradıcılığının tədqiqatçısı M.Muradova əsərin önəmli cəhətləri barədə yazır: "O, özünəqədərki təzkirəçilərdən fərqli olaraq, haqqında fikir yürüdəcəyi sənətkarın yaradıcılığını diqqətlə öyrənir, onun haqqında yeni söz söyləməyə çalışırdı. "Məcməül-xəvas" təzkirəsi XVI-XVII əsr ədəbiyyatından bəhs edən dəyərli abidə olub, bir çox şairlərin və eləcə də Sadiq bə-yin həyatı, elmi-ədəbi fəaliyyəti və ümumiyyətlə, yaradıcılığı ilə bağlı mühüm məlumatlarla zəngindir. Bu əsəri ilə Sadiqi orta əsr təzkirəçiliyini dövrün mədəni-ədəbi həyatı ilə bağlamağa cəhd etmişdir. "Məcməül-xəvas" təzkirəsilə müəllif zəmanəsinin görkəmli ədəbiyyatşünasların-dan biri kimi çıxış edir".
Gənc yaşlarından türk və fars dillərində şeirlər yazan Sadiqi yaradıcılığında Qətran Təbrizi, Xaqani Şirvani, Nizami Gəncəvi, Mücirəddin Beyləqani, Əvhədi, Nəsimi, Nəvai və Füzuli əsərlərindən təsirlənmişdir. Xüsusilə, Nəvai və Füzuli yaradıcılığı ilə yaxından bağlı olan Sadi-qi həmişə bu iki böyük sənətkarın ədəbi ənənələrinə sadiq qalmışdır. Nəvai və Füzuli kimi Sa-diq bəy də geniş oxucu kütləsinin məhəbbətini qazanan qəzəl janrında çoxlu qəzəl yazmışdır.-Tədqiqatçıların göstərdiyinə görə, onun məlum olan 587 qəzəlinin 40-ı Azərbaycan türkcəsin-dədir. Sadiqi şeirlərinə Nəvai poeziyasının təsirindən danışan C.Nağıyeva yazır: "Onun "Bul-ğay kaş ki", "Kaş ki", "Etdin", "Qalmadı", "Sübh" və başqa qəzəlləri də yalnız rədif baxımın-dan deyil, ideya, məzmun və bədii ifadə vasitələrindən istifadə baxımından Nəvai ilə birləşir".
Ustadı Nəvai kimi ensiklopedik zəka sahibi olan Sadiqi də yaradıcılığında ictimai motivlərə xüsusi fikir vermiş, forma müxtəlifliyi ilə seçilən şeirlərində dilin sadə olmasına çalışmışdır.
Nəvainin "Bolmasun" rədifli 7 beytlik qəzəlinə yazdığı nəzirəsini oxuduqca Sadiq bəyin ustad şairin əsərinə çox diqqətlə yanaşdığını, eyni zamanda, sadəcə nəzirə deyil, orijinal bir şeir yaz-dığını görürük. Nəvainin lirik qəhrəmanının qəlbi sevgilisinə ən səmimi, xoş duyğularla dolu-dur. İstədiyi odur ki, könül verdiyi gözələ heç bir xətər yetməsin, bu dünya bağında onsuz ba-har olmasın. Şair arzu edir ki, sevgilisinin sərvi-qəddi ancaq çeşmeyi-heyvandan, əbədiyyət çeşməsindən qidalansın:
Ğam əlidin, ya rəb, ul qulğa ğubore bolmasun,
Balki onsiz dahr boğida bahore bolmasun.
Qəddinin sarviğa kim, boği-latofat nəxlidur,
Çaşmai-hayvondin uzqa cuybare bolmasun.
Bu qəzələ Sadiqinin cığataycada eyni rədifli, eyni bəhrdə (rəməli-müsəmməni-məxzuf) yazdı-ğı 6 beytlik cavabda gözələ hədsiz məhəbbət, sədaqət duyğuları ən çox lirik qəhrəmanla bağlı şəkildə ifadə edilmişdir:
Közə ol şəh yolidin özge ğubari bolmasun,
Məndin özge kimseğe andin güzari bolmasun.
Gülşəni-kuyində kim, sərvi-qədi məvasidür,
Hər tərəf əşkimdən özgə cuybari bolmasun.
Sadiqinin qəzəlində müəllifin fərdiyyəti daha çox nəzərə çarpır. Lirik qəhrəmanın istədiyi bu-dur ki, ondan başqa heç kim sevgilisinin yolunun üstündə durmasın, fədakar aşiqin gözlərinə yalnız onun ayağının tozu dolsun, sərvi-qəddini yalnız onun göz yaşları sulasın. Nəvai sevgili-sinin sərvi-qəddinin çeşmeyi-heyvan-dirilik suyu ilə sulanmasını arzulayırsa, həm də Füzulidən bəhrələnən Sadiq bəy məşuqəsinin sərvi-qəddinin onun göz yaşları ilə qidalanmasını istəyir.
Nəvai 8 beytdən ibarət "Kaş ki" rədifli qəzəlində ayrılıq dərdini çəkməkdənsə min cür möhnət çəkməyə üstünlük verdiyini, eşq dərdindən dəlilər kimi səhraya düşdüyünü, buna görə də əv-vəldən gözəllərlə ünsiyyət bağladığından peşman olduğunu bildirir. Bir beytdə qəriblərin qür-bətdə acı çəkdiyini, qürbət sözünü dilə gətirmək belə istəmədiyini söyləyən şair, qəzəlin so-nunda arzusuna, vüsala çatmaq üçün ömürdən möhlət istədiyini yazır:
Bulğay erdi yuz tuman, min rancu mehmat kaş ki,
Bulmağay erdi balou dardi furkat kaş ki...
Xosiyat çun telbarab sahroğa yuzlanmak emiş,
Tutmağay erdin parilar birla ulfat kaş ki...
Yuz ğarib ahvol bekaslikda har dam bor emiş,
Ütmaqay erdi tilimqa lafzi-ğurbat kaş ki...
Demakim con et fido ahbob ila topqaç visol,
Ey Navoiy, umr berqay onça muhlat kaş ki...
Sadiqinin bu qəzələ yazdığı 6 beytlik eyni rədifli nəzirəsində də bəhr (rəməli-müsəmməni-məxzuf) eyniliyi gözlənilmişdir. Sadiqi Nəvai şeirinə bu cavabında böyük özbək şairinin yara-dıcılığına məhəbbət və diqqətini, cığataycanı gözəl bilməsini nümayiş etdirməklə bərabər, oriji-nal fikirlərlə çıxış etmiş, lirik şeirə ictimai motiv əlavə etmişdir. Əgər Nəvai ayrılığın dərddən betər olduğunu yazırsa, Sadiqi "hər şeyin sonu ayrılıq olacaqsa, əvvəldən ülfət, məhəbbət ol-masa yaxşıdır" deyir. Nəvai qürbətin ağır dərd olduğundan danışırsa, Sadiq bəy "əgər vətən övladları insanın qədrini bilmirlərsə, qürbət bundan yaxşıdır" deyir. Zəmanəsinin ədalətsizlik-lərindən, özünə qarşı olan haqsızlıqlardan şikayət edən belə misralar Sadiqi şeirlərində az de-yil. Sadiq bəy kimi çoxtərəfli istedadın, dövrünün ensiklopedik zəkasının "belə vətəndənsə qürbət yaxşıdır" deməsi, əlbəttə ki, mövcud quruluşa, dövrə ciddi ittihamdır:
Bilməs ermişlər kişi qədrin vətən əbnası çün,
Tutqay erdi damənimni xaki-qurbət kaş ki.
Beytlərdən birində şair ona ağıl vermək istəyən nasehə "kaş ki, bu könül mənim nəsihətimi eşi-dəydi" cavabını verir. Yəni məgər aşiqin ixtiyarı özündədirmi ki, ona nəsihət verirsən:
Dersən, ey naseh ki, məndin tut nəsihət, aqil ol,
Tutqay erdi bu könül məndin nəsihət kaş ki.
Burada Füzulinin "Əql yar olsaydı, tərki-eşqi-yar etməzmidim? İxtiyar olsaydı, rahət ixtiyar etməzmidim?" misraları yada düşür. Sadiqinin cığatayca şeirlərində Nəvai ilə bərabər Füzuli yaradıcılığı ilə səsləşməni müşahidə etmək bizi təəccübləndirməməlidir.
Türk dilləri arasında şivə fərqlərinin mövcudluğunu görən dahi Füzuli türkcə divanının dibaçə-sində öz dilini "türkcə", osmanlı şairlərini "büləğayi-Rum", cığatay şairlərini isə "füsəhayi-ta-tar" adlandırır. Ehtimal ki, "Leyli və Məcnun" poemasını yazarkən şairin "Ətrakdə ol fəsanə yoxdur" deməsinin səbəbi də elə budur. Füzuli Nəvainin "Leyli və Məcnun" poemasını oxu-muş, sadəcə cığataycada danışanları tatar adlandırdığından ətrakda-türklər arasında bu möv-zuda əsərin yazılmadığını söyləmişdir. XVI əsrin sonlarında-XVII əsrdə bu üç türk dili arasın-da fərqlər özünü daha artıq dərəcədə göstərməkdə idi. Azərbaycan türkcəsini ilk dəfə olaraq "qızılbaşca" da adlandıran Sadiqi "Məcməül-xəvas" təzkirəsində üç türk şivəsində asanlıqla şeirlər yazdığını bəyan etmişdir. Sadiq bəyin şeirlərini nəzərdən keçirdikcə, dövrünün bu par-laq zəkasının sözlərinin həqiqət olduğunun, şairin hər üç şivədə mükəmməl şeirlər yazdığının şahidi oluruq.
Cığatay ədəbiyyatının, birinci növbədə Nəvainin təsiri altında əsərlər yazan Məhəmməd Əma-ninin, demək olar ki, bütün şeirlərində cığatay dilinin elementləri özünü qabardır. Təəssüf ki, tədqiqatçılarımız indiyə qədər bu şairin yaradıcılığının cığatay ədəbiyyatı ilə əlaqəsinə kifayət qədər fikir verməmişlər. XVI-XVII əsrlərdə yaşamış M.Əmani (1536-?) həm də sərkərdə, Yəzd vilayətinin hakimi olmuş, şeirlərində qürurla özünü qızılbaş adlandırmışdır. Nəvainin "Bar", "Bolubdur", "Sənsiz", "Ləfz" və s. rədifli qəzəllərinə yazdığı cavablarda Əmaninin Nə-vai yaradıcılığını nə dərəcədə yüksək dəyərləndirdiyini görürük.
M.Əmaninin –
Ol pərivəş kim, qədi-rəna, rüxi-zibası bar,
Könlüm ilə eşqinin yüz nazü istiğnası bar
-mətləli qəzəli Ə.Nəvainin –
Ol ki, yuz mendek cahonda volay şaydosi bor,
Neçakim bordur niyozim nozu istiğnosi bor
-beyti ilə başlayan şeirinə nəzirədir.Lirik məzmunda, eyni bəhrdə (rəməli-müsəmməni-məqsur) yazılan bu qəzəllərdə eşqi yolunda hər cür fədakarlığa hazır olan aşiq obrazı yaradılmışdır.
Əmani Əlişir Nəvainin "Ləfz" rədifli, 7 beytlik qəzəlinə yazdığı eyni həcmli nəzirədə bəhr (rə-məli-müsəmməni-məqsur), rədif və qafiyə eyniliyini saxlamaqla bərabər, Nəvai şeirinin məz-mununa da, əsasən, sadiq qalmışdır. Nəvai qəzəlinin diqqətəlayiq cəhətlərindən biri ondan iba-rətdir ki, sözdən, onun insan həyatındakı rolundan, dolayısıyla bədii sözün, şeirin, ədəbiyyatın rolundan bəhs olunan bu qəzəl əvvəlcə lirik şeir kimi səslənir. Gözəlin ağzından çıxan sözləri şair hər tərəfə saçılan can kimi dəyərləndirir:
Rişta dikkatdur kalominqda duri şaxvor lafz,
Riştağa durlar çekarsen çun topar takror lafz.
Lali-conbaxşinq erur quyeki ruhulloh kim,
Soçilur con har taraf qilğon soyi izhor lafz.
Nəvai kimi Əmani də gözəlin ağzından çıxan ləfzi, sözü şahlara layiq inci, dürr adlandırır, onun dilindən eşidilən sözün möcüzəsindən danışır:
Ləblərindən qılsan izhar, ey büti-əyyar, ləfz,
Canımın guşığə olur lölüyi-şəhvar ləfz.
Zahir eylər möcizi-İsiyyi-məryəm bigüman.
Eyləsə vəqti-təkəllüm gər tilin təkrar ləfz.
Fikrimizcə, böyük Füzuli sözün qüdrətindən, söz sənətindən bəhs etdiyi "Söz" rədifli qəzəlini yazarkən Nəvainin məhz "Ləfz" rədifli şeirindən bəhrələnmişdir. Nəvainin "Söz" rədifli qəzəli də vardır. Lakin haqqında danışdığımız bu iki qəzəl həm məzmun baxımından bir-birinə daha yaxındır, həm də eyni bəhrdə yazılmışdır. Orasını da qeyd etmək istərdik ki, şairin sözünün ölümündən sonra ona əbədiyyət bəxş etməsi barədə Füzulinin fikrinə nə Nəvainin, nə də Əmaninin qəzəlində rast gəlirik:
Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl,
Edə hər saət səni ol uyqudan bidar söz.
Nəvainin qəribin qürbətdəki halının təsvirinə həsr edilmiş bir rübaisi vaxtı ilə oxucularda geniş əks-səda doğurmuşdur, bu şeirə müxtəlif əlyazma məcmuələrində rast gələ bilərik:
Ğurbatda ğarib şodmon bolmas emiş,
El anqa şafiku mehribon bolmas emiş.
Oltun qafas içre qar gizil qul bitsa,
Bulbulğa tikandek oşiyan bolmas emiş .
Bu şeir Füzulinin Təbrizdə çap edilən kitablarından birinə daxil edilmiş, akademik Həmid Araslı da Füzuli əsərlərinin I cildini tərtib edərkən həmin rübaini Azərbaycan türkcəsinə uy-ğunlaşdırılmış şəkildə kitabın əlavələr hissəsinə salmışdır. Əmaninin rübailərindən birində söh-bət qürbətdən getməsə də, burada Nəvainin sözükeçən rübaisinin təsirini görürük:
Heç kimsə cahanda kamran bolmas imiş-
Kim, axiri-ömr bağrı qan bolmas imiş.
Əhval bu yanlığ olduqisün, ey dil,
Ariflərə meyli-xanəman bolmas imiş.
Şair rübainin əvvəlində deyir ki, dünyada kamran olmağın, arzuya çatmağın mümkünsüzlüyü-nü bilənlər ömrün axırında peşman, bağrıqan olmazlar. Bunu bildiklərindəndir ki, ariflər meyli-xanəman olmurlar, evlərinə sığışmırlar. Əgər Nəvainin rübaisi qəribin qürbətdəki əhvalını təs-vir edirsə, Əmaninin şeiri ariflərin səfərə çıxmalarının səbəbindən bəhs edir.
Maraqlıdır ki, haqqında çox az məlumatımız olan XVII əsr Azərbaycan şairi Mövci Əhəri Nə-vainin bu rübaisinə cavab olaraq eyni həzəc bəhrindən, rədif və qafiyədən istifadə edərək qə-zəl yazmışdır.
Bimari-qəmi-eşqə dəva olmaz imiş,
Bu dərd mərizinə şəfa olmaz imiş
-beyti ilə başlanan qəzəlində şair eşq dərdinə düşənlərin sağalmasının mümkünsüz olduğun-dan, gözəllərin aşiqlərə biganəliyindən, hicran gecəsinin bitib-tükənmədiyindən şikayət edir. Sonda şair göstərir ki, yaşadığı cəmiyyətdə azadlıq mümkündür, lakin bu, yoxsul, çılpaq insa-nın azadlığıdır. Məqtə beytində Mövci biçarələrin əlindən tutmaq, onlara yardım etmək zəru-rətindən danışır.
"Zəfər" təxəllüsü ilə şeirlər yazmış Mürtəzaqulu xan Şamlu təxminən 1591-ci ildə dünyaya gəlmiş, Səfəvi hökmdarlarından Şah Səfi (1629-1642) və II Şah Abbasın (1642-1666) haki-miyyəti dövründə yüksək dövlət vəzifələrində işləmiş, eşikağasıbaşı, divanbəyi, qorçubaşı, Kerman vilayəti valisi, Seyx Səfiəddin türbəsinin mütəvəllisi olmuşdur. Özünün yazdığı kimi, yüz min beytə yaxın farsca şeirləri olan şair, yaşının ixtiyar çağında, 1669-cu ildə Azərbaycan türkcəsində şeirlərindən ibarət divanını tamamlamışdır. Onun türkcə şeirlərində Ə.Nəvai, Ş.İ.Xətai və M.Füzuli təsiri görünür.
Zəfər divanının dibaçəsində, demək olar ki, Nəvai divanı dibaçəsinin əvvəlini təkrar edir. Nə-vai dibaçəsində insanı digər məxluqatdan üstün yaradıb ona nitq, şeir yazmaq qabiliyyəti ve-rən yaradana şükürlər oxuyur: "Şükr va sipas ol qodirğa kim, çün adam osoyiş-qohidin vucud oroyişi oqohlariğa cilva berdi. İnsonni soyir maxluqotdin nutq şarafi bila mumtaz qildi.
Rübai:
Ul kim, çü cahon xilqətin oğoz etti,
Süni kilmini naqş pardoz etti.
İnson xaylin nutq ila mumtaz etti,
Nutq ahlini nazm ila sanafroz etti".
Zəfər divanının dibaçəsində bəzi söz və ifadələri dəyişsə də, mətni Azərbaycan türkcəsinə uy-ğunlaşdırsa da, onun Nəvaidən bəhrələnməsi şübhəsizdir. "Şükrü sipasi namütənahi ol qadiri-biçunə kim, çün adəm asayişgahidin məxluqatdin bərgüzidə edib nitqi-şərifinə mümtaz qıldı.
Rübai:
Ol kim, cəhan xilqətin ağaz etdi,
Sünini kilklə nəqşpərdaz etdi.
İnsanı qamu nitq ilə mümtaz etdi,
Nitq əhlini nəzm ilə sərəfraz etdi.
Zəfər divanının daha qısa olan dibaçəsində Nəvai dibaçəsi ilə uyğun gələn digər yerlər də var-dır.
Nəvai qitələrindən birini Məhəmməd peyğəmbərə həsr etmişdir. Burada deyilir ki, qeyri xalq-ların onun dininə etiqad etməsi onlara xeyirdir. Peyğəmbəri günəşə, insanları isə onun şüaları-na bənzədən şair deyir ki, zərrələr nə qədər çox olsalar da, günəşə mane ola bilməzlər.
Muhammadi arabi şani ondin azam erur
Ki, nuqs bolğay ulus bolsa nafyiğa goyil.
Quyaş aşasiğa lama andin ortuq erur
Ki, zarra kasrati bolğay ziyasiğa qoyil.
Zəfər bu şeirə yazdığı nəzirəsinə əlavə etdiyi bir beytdə deyir ki, yalnız peyğəmbərin yolunda fəna mütləq olanlar onun bütün yaradılışın səbəbi olduğunu bilirlər:
Məhəmmədi-ərəbi şanı ondan artıqdır
Ki, qeyr millət əgər olmaya ona qail.
Günəş kimi bu cahanı tutubdur ənvarı,
Həqir zərrə nədir kim, ola ona hail.
Onun yolunda fəna mütləq olmayan nə bilir
Ki, oldur səbəbi külli-afəriniş gil.
XVII əsrin ən görkəmli Azərbaycan şairlərindən biri olan Saib Təbrizidən (1601-1676) günü-müzə çatan ədəbi irsinin böyük əksəriyyəti, yüz iyirmi min beyti farscadır. Onun Azərbaycan türkcəsində yazdığı şeirlərindən cəmi 18-i əlimizdədir.
Saibin Nəvai ədəbi irsinə münasibəti məsələsinə toxunan C.Nağıyeva hər iki şairin Nizami əsərlərindən, onun humanist ideyalarından bəhrələndiyini, Saibin Nəvai əsərlərini diqqətlə oxuduğunu vurğulayır. C.Nağıyeva Saibin Nəvaidən ən çox fəlsəfi məzmun əxz etdiyini gös-tərir: "Saib Təbrizi Nəvai əsərlərinin forma və bədii xüsusiyyətlərindən daha artıq fəlsəfi məz-munundan istifadə etmiş və müəyyən inkişafa nail olmuşdur".
Saib Təbrizinin azərbaycanca şeirlərinin əksəriyyəti Füzuli qəzəllərinə nəzirə olsa da, şair bura-da mövcud formalar daxilində yeni mənalar ortaya qoymağa nail olmuşdur. Onun "Görgəc" rədifli qəzəli Füzulinin eyni rədifli qəzəlinə nəzirədirsə, məlum olduğu kimi, Füzuli də Nəvai-nin həmin rədifli qəzəlindən ilhamlanmışdır. Rədif sözünün məhz cığatayca "görgəc" kimi işlə-dilməsi bunu sübut edir. Orasını qeyd edək ki, Füzulinin "Gərgəc" rədifli iki qəzəlindən heç birini Nəvainin "Könqullar nolasi zulfunq kamandin noqahon körqaç" misrası ilə başlanan eyni rədifli qəzəlinə tam mənası ilə nəzirə adlandırmaq olmaz. Vəzn və qafiyə fərqlidir.
Saib bəzi türkcə qəzəllərini birbaşa Nəvai şeirlərinə cavab olaraq yazmışdır. Onun 8 beytlik "Bar" rədifli qəzəli Nəvainin eyni bəhrdə olan (rəməli-müsəmməni-məhfuz) 9 beytlik qəzəlinə nəzirədir. Hər iki şeirin birinci beytlərində qafiyələr eyni, məzmun yaxındır. Nəvai sevgilisin-dən ayrı düşmüş aşiqin var qüvvəsi ilə eşqi yolunda yanmasından danışır. Sevgilisini İsa ilə müqayisə edən şair onun nəfəsinin ölüyə can vermək qüdrətini mədh edir:
Bordi ulkim, sendin ayrılğay könqul to coni bor,
Covrinqa köydüm könqül, qil onçakim, imkoni bor.
Ey Masihim, men qatili işkmen, tirquz meni,
Bir nafas,-dedim,-qabul etkim, nafasinq coni bor.
Saib də aşiqin mümkün qədər sevgisi yolunda canından keçməli olduğunu deyir. Əgər Nəvai sevgilisinin nəfəsini can bəxş edən İsa nəfəsinə bənzədirsə, Saib məşuqənin üzündən axan təri çeşmeyi-heyvan, dirilik suyu adlandırır:
Gül kimi hər kim ki, gülzar içrə nəqdi-canı bar.
Səy elər töksün sənin yolunda, ta imkanı bar...
İçməmiş can bəxşlər nəzzarədən üşşaqlara,
Tərlü rüxsarun əcaib çeşmeyi-heyvanı bar.
Saibin 9 beytlik "Üçün" rədifli qəzəli Nəvainin eyni həcm, bəhr (rəməli-müsəmməni-məhfuz) və qafiyəli qəzəlinə nəzirə olaraq yazılıb. Nəvai özünün incə lirik şeirində hər zaman bu dünya-da hicran qəmi çəkdiyini, Tanrının onu hicran çəkmək üçün yaratdığını deyir. Şair növhəgərə (növhə oxuyan, ağıçı) üz tutaraq deyir ki, onun hicran qəmi çəkməkdə halı təsvir edilərsə, bir dastan olar:
Yuz balo hicron topar har dam bu mahzun con uçun,
Tenqri quyakim yaratmiştur meni hicron uçun...
Hacr aro holimni yozdim yod tut, ey navhagar
Kim, base loyiqdurursen soz etar daston uçun.
Saib Təbrizinin qəzəlində nəsihətamiz məzmun, dostluqda sədaqətə, əyilməzliyə, fədakarlığa, minnətsiz yaşamağa çağırış daha qabarıq nəzərə çarpır. Şeirdə "hind üslubu"nun ən görkəmli nümayəndələrindən olan Saibin bir sıra beytlərində təmsil poetik fiqurundan istifadə edilir, bir misrada deyilən fikir digər misrada həyatdan bir nümunə ilə təsdiqlənir:
Yoldaş oldur kim, qara günlərdə yoldan çıxmasın,
Keşmə yoldaşdan Xızır tək çeşmeyi-heyvan üçün...
Hüsni-covlanından əl kəsməkdir arvadlar işi,
Kəs özündən mərdlər tək Yusifi-Kənan üçün.
Bu beytlərdə həm də təlmih poetik fiqurundan istifadə edilmişdir. Məlum olduğu kimi fikrin, hissin oxucunun zehnində daha da canlandırılması üçün əsərdə tarixi hadisələrə, əsatir və əfsa-nələrə, ayə və hədislərə, məşhur alim və filosofların hikmətli sözlərinə, dini-tarixi və ya əfsanə-vi şəxsiyyətlərə, xalq içərisində çox işlədilən məsəl və atalar sözlərinə işarə edilməsi təlmih ad-lanır. Saibin nəzərdən keçirdiyimiz birinci beytində İskəndərlə Xızırın dirilik suyu axtarması barədə rəvayətə işarə olunur. Xızırın dirilik suyunu tapıb İskəndəri tək qoyması əhvalatını ya-da salan şair deyir ki, yoldaşlar bir-birinə sədaqətli olmalıdırlar, hətta əbədiyyət suyuna görə belə yoldan çıxmaq, yoldaşı tərk etmək olmaz. İkinci beytdə məşhur rəvayətdən Züleyxanın aşiq olduğu qulu Yusifin libasından bir parça qoparmasına işarə olunur. Eşqdə fədakarlığı təb-liğ edən şair deyir ki, əsl aşiq özgəsindən deyil, özündən kəsməli, sevdiyi şəxsin nəyisə itirmə-sinə yol verməməlidir.
XVII əsrdə yaşamış ən görkəmli Azərbaycan şairlərindən Əlican Qövsi Təbrizi bu dövrdə türkcə ən iri həcmli divan (4700 beyt) müəllifidir. Qövsinin əsərlərini oxuduqca onun türk dili-nin inkişafı və daha geniş yayılması sahəsində şüurlu surətdə çalışdığını, bu məsələdə türkdilli poeziyanın böyük ustadlarından nümunə götürdüyünü görürük.
Qövsi Nəvai, Füzuli, Vəhid Qəzvini, Sahir və başqalarının qəzəllərinə yazdığı nəzirələrindən çoxunda bu şairlərin əsərlərindən bir misra nümunə gətirərək onların adlarını çəkmişdir. Ən çox Füzuli şeirlərinə cavablar yazan şairin Əlişir Nəvai qəzəllərinə də nəzirələri vardır. Qövsi-nin –
Biz kimiz? Kuyində yarın, bir bölük avarələr,
Xəstələr, sərgəştələr, bitablər, biçarələr
-mətləli 8 beytlik qəzəli Nəvainin
Ne acab, har yon meni Macnun boşida yoralar
Baş ki, yoğdi ustiğa atfol elidin xoralar
-mətləli, 7 beytlik, eyni bəhrdə olan (rəməli-müsəmməni-məhzuf) qəzəlinə nəzirədir. Birinci beytindən göründüyü kimi, Q.Təbrizi hətta Nəvaiyə nəzirəsində belə Füzuli təsirindən kənar-da qala bilməmiş, dahi Azərbaycan şairinin tərcibəndinin başlanğıcındakı
Mən kiməm? -Bir bikəsü biçarəvü bixaniman,
Taleim aşuftə, iqbalım nigun, bəxtim yaman
- beytinin formasından istifadə etmişdir.
Nəvai qəzəlinin –
Orazinq atrofida quldur körünqan, ey pari,
Ya qamar davrida saf torntibdurur sayyoralar
-beytində gözəlin üzünün, yanağının ətrafındakı güllərlə Ay ətrafındakı ulduzları müqayisə edir. Nəvaiyə yazdığı cavabında Qövsi onun ahü-nalə oxlarından göylərin dəlik-deşik olduğu-nu, insanların yanlışlıqla bunları planet və ulduzlar adlandırdığını söyləyir:
Ahu naləm navəkindən göz-göz olmuşdur fələk
Kim, deyər xalq onlara sabitlərü səyyarələr.
Bu beytdə Qövsi hüsni-təlil sözişlətmə üsulundan uğurla istifadə etmişdir. Hərfi mənası əsas-landırmanın gözəlliyi demək olan hüsni-təlil poetik fiqurundan istifadə zamanı bir əlamət və ya keyfiyyət başqa bir əlamət və ya keyfiyyətin meydana gəlməsinə səbəb olur, nəticədə ikiqat təsvir özünü göstərir. Burada da şairin ah-naləsinin göyləri dəlik-deşik etməsi insanların bunla-rı səma cismləri hesab etməsi ilə nəticələnmişdir. Qövsinin bu beytində də - "Degil bihudə gər yağsa fələkdən başimə daşlar, Binası tişeyi-ahimlə viran etdigimdəndir" sözləri ilə göylərin bi-nasını ahı ilə viran etdiyini, buna görə də göylərdən başına daşlar yağdığını iddia edən Füzuli-nin təsirini görməmək mümkün deyil.

Geniş mütaliə dairəsinə, yüksək bədii zövqə malik Q.Təbrizi Nəvainin ən gözəl, həm də öz ya-radıcılıq üslubuna uyğun gələn qəzəllərini seçib, onlara nəzirə yazıb. Şair öz yaradıcılıq mane-rasına uyğun olaraq haqqında danışdığımız Nəvai qəzəlinin "Bəs ki, tofrağ oldu eşqin dəştidə avarələr" misrasını olduğu kimi nümunə gətirib. Həmin qəzəldə Nəvainin yüksək bədiiliyi ilə seçilən digər beytləri də vardır. Məsələn:
Ey Navoi, işq aro ölmaktin özqa çora yok,
Bas ğalat bolğay demak uşşakni beçoralar.
Nəvai deyir ki, eşq yolunda ölməkdən başqa bir çarə yoxdur. Belə ümidsiz bir fikri söylədik-dən sonra isə şair bunun da, əslində, bir çarə olduğunu, buna görə də aşiqlərin çarəsizliyini id-dia etməyin səhv olduğunu bildirir. Həyatdakı paradoksal məqamların tapılaraq, kəşf edilərək onlara poetik don geyindirilməsi və bunun yüksək bədii zövqlə edilməsi Füzulinin də yaradıcı-lıq üslubuna xasdır. Nəvai qəzəlinə cavab yazan Qövsi bədii üslubu formalaşmış ustad sənət-kardır. O, nəzirə yazarkən Nəvainin elə qəzəllərini seçmişdir ki, onlar Füzuli üslubuna da ya-xındırlar.
Qövsi 10 beytlik "Göz" rədifli qəzəli ilə Ə.Nəvainin 9 beytlik, eyni rədifli və eyni bəhrdə olan (rəməli-müsəmməni-məqsur) şeirinə cavab yazmışdır. Nəvai qəzəlinin başlanğıcında yarının gözlərini açan kimi onun qanını tökməsindən danışır. Ona görə burada təəccüblü bir şey yox-dur: o qatil gözlərin peşəsi qan tökməkdir. Sonrakı beytlərdə də aşiq gözəlin gözlərinin onun könlünü dəlməsindən məmnun olduğunu bildirir:
Tökti-qonimni-meninq sori çu oçti yor köz,
Tükmayin qon naylasun ul qotili xunxor köz...
Bir yuz oçib, çok etib könqlumni, közunq urdi neş,
Boldi bu iştin könqül mamnunu minnatdor köz.
Mənbələr XVII əsrdə yaşamış bir sıra digər Azərbaycan şairlərinin də Əlişir Nəvai sənətindən bəhrələndiyini söyləyir. Məsələn, Vəliqulu bəy Şamlu "Qisəsül-xaqani" təzkirəsində Mirzə Sa-leh Təbrizi haqqında yazır ki, "O, bəzən Füzuli təbiətlidir və Nəvai kəlamının ardınca gedir". Həmin dövrün Azərbaycan şairlərindən Məlik bəy Avcının əsərlərini çapa hazırlayan professor Əhməd Cəfəroğlu şairin "Şah İsmayıl Xətai kimi cığatay ədəbiyyat və dilinin təsiri altında qa-laraq cığatay dilinin qrammatikasını təqlid etməsindən" danışır. Lakin əldə olan materialın həcmi bu şairlərin Nəvai yaradıcılığının məhz hansı cəhətlərindən bəhrələnməsi barədə ətraflı danışmağa imkan vermir. Mirzə Salehin şeirində ismin yönlük halında sözü "kəştimğə" kimi yazması, Məlik bəy Avcının "torpağ" sözünü "tofrağ" kimi işlətməsi, ismin təsirlik halında sö-zü "bizni" yazması həmin şairlərin dilində cığatay dili elementlərinin mövcudluğundan danış-mağa imkan verir ki, bu da, fikrimizcə, Nəvainin poeziyamıza təsiri ilə izah edilməlidir.
Azərbaycan poeziyasında Nəvai təsiri sonrakı dövrlərdə də davam edirdi və bu təsiri yalnız nəzirələrdə deyil, şairlərimizin poetik fikir tərzində, dünyagörüşündə belə müşahidə edə bilə-rik. XVIII əsrdə yaşamış Azərbaycan şairi Fətəli bəy Halı Ziyadoğlu Gəncəvinin ədəbiyyat həvəskarlarının ən çox yadında qalan bir beyti var:
Oldu gözəl ömr sərf, heyf ki, nadanlığa,
Hər nə qalır sərf olur indi də peşimanlığa.
(F.Köçərli "Azərbaycan ədəbiyyatı" adı ilə ikinci dəfə nəşr olunan əsərində bu beyti yanlış ola-raq Fətəli xan Müştəriyə aid etmişdir).
Nəvai şeirlərini diqqətlə nəzərdən keçirdikdə görürük ki, Hali Gəncəvi böyük özbək şairinin qəzəllərindən birində deyilmiş fikri başqa şəkildə ifadə etmişdir. Nəvai yazır:
Keçdi ömrüm naqdi ğaflat birla nodonliğda, hayf,
Qolğoni sarf oldi anduhu peşimonliğda, hayf.
Şübhəmiz yoxdur ki, gələcək araşdırmalar klassik ədəbiyyatımızın orta əsrlər özbək ədəbiyya-tı, xüsusilə də Əlişir Nəvai yaradıcılığı ilə əlaqələrinə dair yeni, maraqlı faktlar üzə çıxaracaq.