Qəsəbəni ikiyə bölən yamacın döşünə qısılmış kiçik obaya Qalalılar məhləsi deyirdilər. Bu məhlədə binə tikib köç salanlar çar zamanı, ermənilərin törətdiyi qətliam vədəsi Şuşadan gələnlər olub. Ensiz yol yoxuş yuxarı, təpədəki köhnə xəstəxanayacan qalxırdı. Burada Qalalılar məhləsi qurtarırdı, yox, qurtarmırdı, əksinə, buradan, bu yüksəklikdən başlayırdı. Və bu yüksəklikdən ecazkar mənzərə açılırdı - iki göz istəyirdi baxsın. Mirzəcanlı, Bəyallılar, Çuxuroba məhlələri ovuc içindəymiş kimi görünürdü. Məmməd bəy kəhrizinin suyu çaylaq boyu axıb gedir, aralıdan ensiz, gümüşü kəməri xatırladırdı.
Yazıçı Sabir Süleymanov Qalalılar məhləsinin qəlbisindəki yurdda – çiy kərpicdən tikilmiş birmərtəbəli kiçik evdə dünyaya göz açıb. Bəlkə də Sabirin bir yazıçı kimi yetişməsi gözünü açandan sonsuz uşaq marağıyla həyatı seyr elədiyi bu yüksəklikdən başlayıb. O, yazıb-yaratmağa, yaradıcılığa məhz bu yüksəklikdən qanad açıb, bu qəlbidən pərvazlanıb. Bunu yazıçının povest və hekayələrindəki həyati hadisələr, şahidi olduğu əhvalatlar, ədəbiyyata gətirdiyiədəbiqəhrəmanlar, tipikobrazlar, personajlardadeyir. «Qarayel», «Danqaranlığı», «Cərəyan», «Şaqul», «Çinarkəhrizinsuyu» kimipovestlərivə çoxsaylı hekayələri, əslində, Sabirindoğulubboya-başa çatdığı oevdən, ohəyətdən, oqəlbidənhəyatabaxışıdır - dupdurucabaxışı. Yazıçınınqələmə aldığı əsərlərdəkihadisələrincanında-qanındahəyatigerçəkliyinnəbzivurur, elə onagörə də SabirSüleymanovunpersonajları oxucuyayaxındır, doğmadır, onlarhəyatdaqarşılaşdığımız, hardasatanıdığımız, hardasayaxşı tanımadığımızinsanlarınprototipləridir. Yazıçı buinsanları birdə başqayöndənbizə tanıdır, bizimgörmədiyimizyöndən. Bədiiəsəringücü-qüdrətihəmdə bundadırki, oxucuburdayeninəsə tapır, yeninəsə kəşfeləyir.
Hərdən özümü qınayıramki, niyə indiyədəkSabirSüleymanovhaqqındayazmamışam. Biryandandatəskinliktapıramki, yox, nəsə yazmışam, «Dünyanınaxırı» adlı povestimdə Sabirobrazı elə SabirSüleymanovun özüdür.
60-cı illərinortalarıydı, qəsəbəyə səsyayıldı ki, Sabirmüəlliminkitabı çıxıb. Kitabəldən-ələ gəzdi. Əsərəyalətoxucularınaikiqatmaraqlıydı, onagörə ki, onunyazdıqlarındahəyatdanyaxşı tanıdıqları insanlarlaqarşılaşır, onlarınbədiiobrazlarını görürdülər. Çayçı Telliarvaddavavədəsiəyriyolla özünü çürüyə çıxarıbmüharibədənyayınmış qəddar, qansız-imansızkeçəlXasayınobrazında özdayısını tanımış, hirsini-hikkəsiniboğmayıb, yayınocırhacırındaQalalılarməhləsinə qalxmış, acığını yazıçınınanası Qədəmarvaddan çıxmaqistəmişdi. Ovaxtmənimuşaqyaddaşımdaizqoymuş buəhvalatsonradanbirepizodkimipovestimdə özbədiiəksinitapdı. PovestiyazandaSabir, Qədəmxala, Çayçı Telli, KassirAbbaskimipersonajları özadlarıylaverməlioldum, onları dəyişməkistəsəmdə, alınmırdı, yazabilmirdim, oadamlarınsurəti, siması gözləriminqabağındansürüşübitirdi.
«…Qədəmarvadsəsə eyvana çıxdı, çayçı Tellinigörübtəəccübləndi:
- Xeyir ola, ay Telli? Sən hara, buralar hara? Gün hardan çıxıb belə?
Telli arvad doqqazın dar-düdük qapısından özünü güclə içəri təpdi.
Gileyləndi:
- Gün hardan çıxıb demə! Denən gün harda batıb?! Gəlmişəm sənnən çıxım qırğın-qiyamata!
Qədəm arvad bir şey anlamadığından çaşıb qalmışdı, bilmirdi nə desin. Çağırılmamış hikkəli qonağın könlünü almaq istədi. Çayçı Tellinin xasiyyətinə yaxşı bələd idi, qızışsa, onu bir kəhrizin suyu da soyuda bilməyəcəkdi.
- Aaz, - Qədəm arvad həlim səslə dedi, - bir hövsələ elə görüm, nolub axı?
Otur, bir istəkan çay iç, toxta…
- Vallah, boğazımnan bir gilə su da keçməz! - Telli arvad hirsini cilovlamağa çalışdı. - Ay Qədəm, oğlun bu irayonda sataşmağa adam tapmadı, gərək rəhmətlik dayım Xasaydan yazaydı, bihörmət eliyəydi el içində?.. Oğlun telfunnan danışıb eləsə, mənim gileyimi ona çatdırarsan. Deyərsən ki, Telli xalan sənnən yaman ağzıəyridi. Sən oturmusan Bakıda, biz burda hər gün üz-üzə, göz-gözə gəlirik axı…»
Qısaca örnək gətirdiyim bu epizod povestimin böyük bir fəslini təşkil eləyir. Sabir Süleymanovun, demək olar ki, əksər əsərlərində müharibə faciəsi, müharibə ağrısı var. Bu da təsadüfi deyil. İkinci Dünya savaşı başlayanda onun dörd yaşı vardı. Atasının cəbhəyə yollandığı günü güclə xatırlayırdı və o gündən də atasız günləri başladı. Qədəm arvad oğlunu ovundururdu ki, tezliklə müharibə bitəcək, onun da atası davadan qayıdıb gələcək... İllər ötür, müharibə isə bitmək bilmirdi.
Qalalılar məhləsində dava-dava oynayan uşaqların səs-küyü axşamacan səngimirdi. Balacalar taxtadan düzəltdikləri oyuncaq tüfəngləri əllərindən yerə qoymur, döyüşüb-vuruşur, hünər göstərirdilər. Sanki oyun oynamır, həqiqi davada vuruşur, cəbhədəki atalarının köməyinə yetişmək istəyirdilər. Balaca Sabir də vətən yolunda xidmətini dava-dava oyununda görürdü, elə bilirdi uşaqlar bu oyunlarıyla müharibənin sonunu yaxınlaşdırırlar. Davanın ağır illərinə təsadüf edən uşaqlıq çağları Sabirin həm qəlbindən, həm də əsərlərindən ağrılı-acılı xətt, məqam kimi keçir.
Hər küləyin öz adı var: Ağyel, Qarayel… Hərəsinin də öz səmti, öz yönü olur, dünya bina olandan necə, hansı səmtə əsiblərsə, indi də eləcə, o səmtə əsirlər.
Payızda Ağyel tüğyan eləyir, bu yelin canında ilıqlıq olsa da, özüylə qayğı, narahatlıq gətirirdi. Oynaq əsirdi, səmtini-yönünü tutmaq olmurdu. Sobaların tüstüsünü burub geri qaytarır, təndirin-ocağın atəşini-alovunu boğurdu. Qarayel isə başqa səmtdən - Ziyarat dağı tərəfdən gəlir, özüylə soyuq-sazaq gətirirdi. Qarayel əsəndə evlərdə sobanın odununu çatdırmaq olmurdu, ev-eşik isinmək bilmirdi. Sabir Süleymanovun povestlərindən biri də bu küləyin adıyla «Qarayel» adlanır. Bu ad, bir növ, rəmzi məna daşıyır, Qarayel həm də qanlı-qadalı müharibənin simvoludur, qadınların, uşaqların gözünü yolda qoyan, insanların taleyinə əsən qara yeldir. Bu yel Sabirin də taleyindən əsib, qara, soyuq nəfəsiylə onun da uşaq qəlbini üşüdüb.
Povestdəki Qiyas hardasa yazıçının özünə yaxın olan obrazdır. Əslində, bir çox əsərlərində biz müəllifin öz taleyini, özünü görürük. Deyirlər, hər yazıçı, müəyyən mənada özünü də yazır. Bu baxımdan, Sabirin qayğılı keçən günlərinin, şahidi olduğu hadisələrin fonunda oxucu dövrün-zamanın gerçək mənzərəsini görür. Sabir realist yazıçıydı və demək olar ki, bütün hekayələrindən tutmuş povestlərinədək bu prinsipə, öz ənənəsinə sadiq qalıb. Şifahi xalq yaradıcılığına, el deyimlərinə bələdliyi nasirin nəsr dilini daha da zənginləşdirir, koloritli edir. Yazıçının lakonik, sadə dili fikrin mahiyyətinə, dərinliyinə xələl gətirmir, axıcılığını, şirinliyini saxlayır. Onun əsərlərini, necə deyərlər, adam su təki içir və bu ondan irəli gəlir ki, yazıçı lüzumsuz söz və ifadələrdən həmişə uzaq olub, bədii dilin saflığını qoruyub. Üslub cazibədarlığı ilə də seçilən Sabir Süleymanov hər bir obrazı öz dilində danışdırmağın mahir ustasıydı.
Yazıçının yaradıcılığını səciyyələndirəndə görürük ki, onun obrazlar qalereyası olduqca zəngindir və burada biz böyüklü-kiçikli kimlərlə rastlaşmırıq?
Müəllif öz qəhrəmanı Qiyası riyakar, rəzil, zatıqırıq insanlara qarşı qoyur.
Qiyas yaşca kiçik olsa da, uşaq ağlıyla, balaca boyuyla namussuz, mənəviyyatsız insanlara qarşı çıxmağı bacarır və bu mübarizədə bərkiyir, mətinləşir. Əslində, müharibə dövrü uşaqlarının hər biri evin kişisiydi və səngərdə döyüşən atalarının yerinə arxa cəbhədə ana-bacı qeyrətini çəkənlər Qiyas kimi uşaqlarıydı - necə deyərlər, balaca kişilər idi.
«Qarayel» povestində Sabir Süleymanov əyalət qəsəbəsinin timsalında, onun insanlarının simasında qlobal bir məsələni, ağrını-acını qabarıq verməyə müəssər olur. Müəllifin toxunduğu problem bəşəridir, harda baş verməsindən asılı olmayaraq, müharibə insanlığın bəlası, insanlığın faciəsidir. Müharibənin bir üzü var.
Qəfil qalxan Qarayel balaca Qiyasın ümidlərini puç eləyir, arzusunu ürəyində qoyur, onların ata ocağını - evlərini uçurur, atasının əkdiyi limon ağacını kökündən qoparır. Qarayel təkcə Qiyasgilin həyətində əsmir, onun soyuq, qara nəfəsi hər evə, hər ailəyə, hər kəsə toxunur. Yazıçının altmışıncı illərdə yazdığı bu əsər və əsərin ideyası bu günlə səslənir, sanki müəllif müharibə təhlükəsinin uzaqda olmadığından, hər an hardasa yenidən alovlana biləcəyindən xəbər verir, bizi ayıq-sayıq, sərvaxt olmağa çağırır.
Qarabağ müharibəsinin, torpaqlarımızın işğalı timsalında biz bunun şahidi olduq. Bir vaxtlar balaca Sabirin tay-tuşlarıyla dava-dava oynadığı Qalalılar məhləsində indi ermənilər oyun oynayır. Fərq bundadır ki, onların əllərindəki oyuncaq silah deyil, həqiqidir və bir də almanlarla vuruşmurlar.
Yazıçının povestlərindən biri «Şaqul» adlanır. Daha çox tikintidə-inşaatda istifadə olunan alətin əsər adı kimi seçilməsi təsadüfi deyil, rəmzi məna daşıyır. Yazıçı nə cəmiyyəti, nə də cəmiyyətdəki müxtəlif xarakterli, müxtəlif əqidəli-amallı insanları ülgüsüz-ölçüsüz görmək istəmir, bildirmək istəyir ki, şaqulsuz cəmiyyət ülgüsüz tikilən divar təki əyri olar. Və bir də hər bir insanın ülgüsü olmalıdır ki, əyri, bəd əməllərdən uzaq dursun. Müəllif göstərir ki, həyatda şaqulsuz, ülgüsüz insanlar az deyil, onların batini də, zahiri də əyridir - əməlləri kimi. Elələri əyrilik içində yaşamaqdan həzz alırlar və yaşadıqları evin divarları, tavanı-döşəməsi də əyridir - qəlbləri, düşüncələri təki. Elələri işıqlı dünyanı, həyatı da beləcə əyri görmək istəyirlər. Briqadir Xanış, tösmərək Veysəl, keçəl Xasay, Seyid Nuru məhz belə adamlardır.
Əyriqəlblilərə, əyriniyyətlilərə qarşı Qara Məhəmməd, Surxay, Qiyas, Savalan, Fəttah kimi uşaqlı-böyüklü, saf düşüncəli, təndürüst insanların ümumiləşdirilmiş obrazları durur. Sabir Süleymanov özü də xaraktercə qaydalı, polad təki əyilməz, saf, xeyirxah insan idi və onu tanıyanların xatirində beləcə də qalıb.
Yadımdadır, ara-sıra rayona gələr, hər gəlişində, adətən, oxuduğu məktəbə baş çəkər, bir vaxtlar ona dərs demiş müəllimlərlə görüşərdi. Müəllimlər fəxarət duyardılar ki, onların yetirməsi tanınmış yazıçıdır. Elə bir o qədər də biz şagirdlər qürurlanardıq.
O vaxtlar yazıçının yeni kitabı çıxmışdı. Satışa gəlməyilə qurtarmağı bir oldu. Kitabı dönə-dönə oxuyur, doydum demirdim. Mən Sabir Süleymanovun hekayə və povestlərində həyatdan tanıdığım, bildiyim insanların bədii obrazlarını, prototiplərini görürdüm. Onun əsərlərində Çinar kəhriz suyunun pıçıltısını duyur, dilini anlayırdım. Anlayırdım ki, sən demə, suların da dili-ağzı, sözü-söhbəti varmış. Nəhəng çətirini kəhrizin üzərində açmış, dünyagörmüş Xan çinar da sirli-sehrli görünürdü mənə.
Yazıçının əsərlərində bəzən həyatın mənzərəsi ağ-qara konturlardan boylanırdı. Amma oxucu bu ağ-qara konturlarda da maraqlı çalarlar, işıqlı bir dünya görürdü. Keçəl Xasay obrazında dayısını tanıyan Çayçı Telli hirsini-hikkəsini tökmüşdü yazıçının anası Qədəm xalanın üstünə, gileylənmişdi. O vədə ağlıma belə gəlməzdi ki bədii ədəbiyyata, yaradıcılığa olan həvəsim sonradan məni yazıçılığa gətirəcək və həmin hadisə «Dünyanın axırı» adlı povestdə bir epizod kimi öz əksini tapacaq.
Sabir Süleymanov 60-cılar nəsrinin nümayəndələrindən idi. O vaxtlar İsa Hüseynov, Sabir Əhmədli, İsi Məlikzadə, Anar, Elçin, Mövlud Süleymanlı, Fərman Kərimzadə kimi istedadlı qələm sahibləri ədəbiyyata yeni mövzularla gəlmiş, öz sözlərini inamla deməyə başlamışdılar. O dövrün ədəbi mənzərəsində Sabir Süleymanovun da yeri görünməkdəydi, o da yeni nəsrin yeni nümayəndəsi kimi ədəbiyyata öz mövzuları, personajları və uğurlu tapıntılarıyla gəlmişdi.
Yazıçının əsərlərinə təhlili yanaşanda görürük ki, rəmzilik Sabirin bədii yaradıcılığı üçün xarakterik cəhət, səciyyəvi amildir. Məsələn, Qarayel müharibə, bədlik simvolu olduğu halda, müəllifin əsərlərində qarşılaşdığımız Çinar kəhriz duruluq rəmzidir. Bu kəhrizin suyunu içənlər də saf, mərd, xeyirxahdırlar. Yazıçı öz personajlarından birinin diliylə deyir: «Sənə qurban olum, ay Çinar kəhrizin suyu! Sizə qurban olum, ay Çinar kəhrizin suyunu içən elimin, obamın adamları. Siz də təmizsiniz, safsınız - Çinar kəhrizin suyu kimi…»
Xalq yazıçısı Elçin Sabir Süleymanov haqqında yazır: «Sabir bir yazıçı kimi də, bir insan kimi də iddiasız idi, özündən müştəbeh deyildi və onun şəxsiyyətinə də, yaradıcılığına da eyni bir səmimiyyət xas idi…»
Sabir müəllim elinə-obasına bağlı insan idi. On yeddi-on səkkiz yşından şəhər mühitinə düşsə də, o heç vaxt şəhərli olmadı, şəhər həyatından yazmadı. Qismətinə düşmüş qısa ömür payında aman-iman tapıb yazdığı beş povestin beşi də əyalət mövzusundadır, bir-ikisi istisna olmaqla hekyələri də həmçinin. Sabir Süleymanov heç vaxt özünü yazmağa məcbur etməyib, o yazmaq xatirinə yox, ürəyindən keçənləri, qəlbən yaşadıqlarını, istədiyini yazıb. Böyük yaradıcılıq arzuları varıydı, amma təəssüf ki, ömür vəfa etmədi, yazıb-yaratmaq eşqiylə vuran qəlbi 79-cu ilin şaxtalı bir fevral günü – ömrünün 42-ci qışında əbədi susdu. Azərbaycan ədəbiyyatı onun simasında özünün istedadlı bir yazıçısını erkən, vaxtsız itirdi. O bütün ruhuyla, varlığıyla bağlı olduğu, əsərlərinin mövzusunu aldığı doğma torpaqda - Cəbrayılda dəfn edildi. Yazıçının dəfninə qələm dostları da gəlmişdi. Havanın qarlı-şaxtalıolmasına baxmayaraq, böyük bir axın vardı, cəbrayıllılar, dostları-tanışları yazıçını son mənzilə dərin hüznlə, göz yaşlarıyla yola salırdılar. Həmin gün təbiət də ağlayırdı elə bil. Qarayel əsir, ağı deyirmiş kimi, qəribə bir sızıltı qoparırdı.
Sabir müəllimlə son görüşlərimi heç unutmuram. 78-ci ilin yayı idi. Əsgərlikdən təzə qayıtmışdım. Geologiya idarəsinin Dərnəgüldəki ailə yataqxanısı deyilən binasında yaşayırdım. Uşaqlıq dostum geoloq Zakir Məmmədov birotaqlı mənzilini mənə verib getmişdi rayona, ekspedisiyaya.
Axşama yaxın idi. Baxdım ki, qapı döyülür. Doğrusu, qonaq gözləmirdim. Qapını açanda, gözlərimə inanmadım - yazıçı Sabir Əhmədov, Sabir Süleymanov və bir də həmyerlimiz Nüsrət Sadıqov dayanmışdı kandarda. Sabir Əhmədov dedi yaxındakı kababxanada yeyib-içəndə yadıma düşdü ki, buralarda olursan. Gəldik bir çay içək, həm də görək nə yazıb-pozursan. Mən hələ tələbə ikən Sabir Əhmədov «İlk səhər» adlı ilk hekayəmi «Ədəbiyyat və incəsənət» qəzetində dərc eləmişdi. Fərman Kərimzadə, İsa İsmayılzadə, Sabir Süleymanov hekayəni çox bəyənmişdilər.
Mötəbər qonaqların gəlişinə özümü itirmiş, çaşıb qalmışdım. Əl-ayağa düşdüyümü görüb, mənə aman vermədilər, dedilər ki, heç nəyə ehtiyac yoxdur, mümkünsə, bir çay dəmlə.
Çay süfrəsi arxasında söhbət daha çox ədəbiyyatdan düşdü. Bakıya ezamiyyətə gəlmiş Nüsrət Sadıqov da ara-sıra söhbətə qoşulur, rayon həyatından duzlu-məzəli əhvalatlar danışırdı. Zarafata salıb dedi ki, siz yazıçısınız, mənsə partiya işçisiyəm, yazı-pozum yoxdu. Özünüzü oda-közə atıb mövzu axtarmayın, mənim söylədiklərimi qələmə alsanız, qalın-qalın kitab bağlanar…
Üç-dörd ay sonra Sabir Süleymanovla metronun «Gənclik» stansiyasında rastlaşdıq. Nəsə fikirliydi, bir az da sınıxmışdı. Rayondan danışdıq, dedi çoxdandır yolum düşmür, amma ürəyim elə istəyir Çinar kəhrizin suyundan içim... Bu sözləri söyləyəndə onun gözlərində niskildən də çox, qüssə-kədər gördüm. «Çinar kəhrizin suyu» - yazıçının povestlərindən biri belə də adlanır.
İndiki «Sahil» stansiyasında mənimlə xudahafizləşib düşdü. Qəribədir, onun gedişiylə sanki dolu vaqon da boşaldı. Gözdən itənəcən arxasınca baxdım. Nədənsə mənə elə gəldi ki, o, gedəcəyi stansiyada yox, səhvən tez düşdü. Niyə belə hisslər keçirdim, bilmədim və bilmədiyim bir də buydu ki, səndemə, bu, bizimsongörüşümüzimiş.
Yazıçı haqqındabuyazını qələmə alandaonunpovestvə hekayələrinibirdə vərəqlədim, təkrarənoxudum. Yenə də böyükhəzzaldım, duyğulandım. Yazıçınınqəhrəmanlarınıntanış simaları gözlərimqarşısındacanlandı, onlarınsəsinieşitdim. Xəyalməniqanadlarınaalıb ötənillərə, Cəbrayıllı günlərə qaytardı.
Budur, yoxuşdakı Qalalılarməhləsilə əliyenişə - Çinarkəhrizə sarı sallanıram. Düşürəmkəhrizingözünə. Çinarkəhrizinsuyuyenə də həmişəkitəki - səssiz-ünsüz, lalaxır. Şəffaf, dupdurusuyunaynasinəsindənSabirSüleymanovunqəhrəmanları kirimişcə mənə baxırlar: Qiyas, Savalan, Fəttah, QaraMəhəmməd, Surxay, Qumru, Mətikişi, Fatmaxala... Nigaranlıqvarbaxışlarında, nəsə soruşmaqistəyirlər. Mənsə susuram, dilimdönmürdeyimki, bəs, xəbərinizyoxdur, Sabirmüəllimdünyasını çoxdandəyişib. Heç nə demirəm. Bədxəbər olmaq istəmirəm. Qorxuram ki, bu qara xəbər Qarayel olub əsər Qara Məhəmmədin taleyindən, qəddini əyər, belini bükər, balaca Qiyas, Savalan, Fəttah bir də yetim qalarlar. Qoy, heç bilməsinlər…