Üçüncü minilliyin ilk qərinəsinin əsas xüsusiyyətini qısaca ifadə etmək lazım gələrsə, “ağlagəlməz sürət və gözlənilməzliklər” ifadələri yada düşür. Bu sürət ətrafda baş verən hadisələrin və proseslərin yox, mahiyyətlərin dəyişməsini ifadə edir. Bu gün biz təkcə ictimai münasibətlərin dəyişikliyini yaşamırıq, bu gün Böyük Ayrılmanın ərəfəsindəyik. Bu mərhələnin təyinatını şərtləndirən amillərdən biri də yeni texnologiyaların, istər, iqtisadi, istərsə də, mənəvi mübadiləyə təsiridir. Dünya və dəyərlər yeni məzmun kəsb edir və bu məzmun yeni nizamlamanı tələb edir. Bütün bu dəyişikliklər yetərincə uzun sürəcək bir prosesdir və bu proses həm də tarixi və özünü dəyərləndirmək imkanıdır. Bu da bir həqiqətdir ki, mədəniyyətlərin və dəyərlərin müxtəlifliyinin qorunması zərurəti heç də asanlıqla qəbul edilmir. Dialoq qaçılmazdır və o, tərəflərin real imkanlarının, eləcə də, mövcud mexanizmlərin humanitar əməkdaşlığa yönləndirilməsinə xidmət etməlidir. İnandırmanın və müqayisənin ilkin şərtlərindən biri də, adekvat diqqətin mədəniyyətlərin rəngarəngliyinə fokuslandırılmasıdır.
Bu gün beynəlxalq humanitar düşüncədə Bakı prosesi anlayışı işləkdir. Bakı prosesi hər cür ayrı - seçkiliyin, təcridin əleyhinədir, milli özünüifadəni qorumaqla dinc yanaşı yaşamanın yollarını və prinsiplərini təklif edir, əməkdaşlığın, qarşılıqlı anlaşmanın dünyanın hüzur içində yaşamasının yeganə düzgün yolu olduğunu bəyan edir. Həmin siyasətin söykəndiyi əsaslar - təbii landşaftın, geosiyasi strukturun və mədəniyyətlərin kaleydoskopu inkişafı və bu mövqeyi təbii edir. Bu amillərin sırasına, ən müxtəlif ictimai münasibətlər sistemində yaşamasına baxmayaraq, milli identifikasiyanın qorunub saxlanılmasını, zəngin mədəniyyət tarixinin olmasını da əlavə etmək lazımdır.
Texnologiyaların sürətli inkişafı sosial şəbəkə anlayışını dövriyyəyə gətirməklə yanaşı, tarixə, xüsusən dəyərlərə ironik münasibət və inamsızlıq formalaşdırmağa çalışsa da, yazılı mətnlər, bütün tarix boyu olduğu kimi, etibarlılıq, inam və yarandığı dövrün, zamanın enerji ötürücülüyü keyfiyyətlərini qoruyur. Hətta yarandığı dövrdə, nəşrə başladığı vaxtda, profil medianın hər hansı bir nümunəsi olsa da, illər keçdikcə, bu mətnlər və nəşrlər bütöv bir publisistika nümunəsinə çevrilir, mədəniyyət yaratmanın və qorumanın tərkib hissəsi olur. “Öz dövrünün ictimai - siyasi, əxlaqi, iqtisadi və s. digər problemlərini elmi - məntiqi dəlil və sübutlarla, obrazlı mühakimələr, lirik düşüncələr, konkret xarakterlər, tiplər vasitəsilə əks etdirən” (S.Xəlilov) baxış və rəylərin polifonizmi cəmiyyətin inkişafına, ictimai şüura təkan verən amillərin önünə keçir.
Ədəbi - bədii irsin dəyər səviyyəsini təqdim edən nümunələrin sırasında “Azərbaycan” jurnalının yeri, əhəmiyyəti təkcə onun tarixinin kifayət qədər zəngin olması ilə şərtlənmir. XX əsr Azərbaycan ədəbiyyatının və ədəbi nəsillərinin, ədəbi düşüncəimizin az qala bir əsrə yaxın yolu “Azərbaycan” jurnalı ilə bağlıdır. Şərqdə ilk ən qalın və davamlı dövriliyi olan bu mətbu nəşrin
Azərbaycanın ədəbi - bədii, estetik fikrinin, mədəniyyətinin tarixinin salnaməsi kimi qəbul olunması fikri bu gün sürətlə formalaşmaqda olan yeni qlobal dəyərlərə və sintez təzahürlərinin ən müxtəlif formalarına Şərqində, Qərbində öz dəyərləri ilə daxil olmaq cəhdləri fonunda özünütəqdimetmə axtarışlarına mühüm faktlarla yanaşmağa imkan verən ciddi, sanballı mənbə olmasından qaynaqlanır.
“Azərbaycan” jurnalı yalnız ədəbi dəyərlərin yazı yaddaşı deyil, həm də mənəvi dəyərlərin salnaməsidir.
Jurnalın nəşrini XX yüzilin iyirminci illərində, yaranmaqda olan yeni ictimai münasibətlər sistemində yeni ədəbiyyatın xüsusi ədəbi orqana ehtiyacı aktuallaşdırmışdı. Sovet hakimiyyətinin ilk illərində Azərbaycanda “Füqəra füyuzatı” (1920 - 1922), “Xalq maarifi” (1920), “Yeni yıldız” (1921-1922), “Azərbaycan Ali İqtisadi Şurasının əxbarı” (1921- 1924), “Kooperativ işi” (1921-1925), “Gələcək” (1922) jurnalları nəşrolunurdu. Lakinbujurnallardaədəbi - bədii, elmivə tərbiyəvi - əxlaqimövzularişıqlandırılmırdı. Xüsusiədəbi - elmi, ictimai - siyasijurnaladaha çoxehtiyachissolunurdu.
Jurnalınməqsədvə vəzifələriMustafaQuliyevin “Maarifvə mədəniyyət” sərlövhəlibaş məqaləsində və “Bir - ikisöz” adlı redaksiyaməqaləsində şərhedilmişdi. Azərbaycandamaarifiinkişafetdirməyi, dilimizinsaflığını qorumağı qarşısınaməqsədqoyanjurnalbuişdə ədəbiqüvvələrə belbağlayırdı: “Ümidedirizki, buməcmuə ümumazərbaycanədibvə mühərrirlərininfikriittihadla, ədəbiyyatımızıntədqiqvə intişasınayardımedəcəkdir. Bubarədə Azərbaycanmaarifiyolundahərbirqələməhlininbizə yardımetməsionlarınborcudur”. İlknömrədə dərcolunmuş HüseynCavidin “Peyğəmbər” pyesindənparçalar, CəlilMəmmədquluzadənin “Zırrama” və Tağı ŞahbaziSimurqun “Aldanmış ümid” hekayələri, SalmanMümtazınNəsimihaqqındairihəcmlioçerki, HənəfiZeynallının “Şeyda” əsərindənbəhsedənyazısı, MustafaQuliyevinyazdığı baş məqalə, AbbasSəhhətinfransız şairiAlfredMüssedəntərcümə etdiyi “Maisgecəsi” şeiri, professorPresmanınqeydlərivə digərmateriallarnəşrinistiqamətinimüəyyənedirdi. Bufakt - jurnalda üslubların, istiqamətlərin, tərzvə meyllərinrəngarəngliyiningözlənilməsinəşrinheç də siyasiideologiyanıntribunası kimidüşünülmədiyinideməyə əsasverir. Bu, əslində, birqədərsonragörünəcəkdivə həmindövrü şərtiolaraq, cəmiyyətiqanunlarınyox, qərarlarınidarə etməsidövrü kimixarakterizə etməkdahadüzgünolardı. Sovet İttifaqında
yaşayan türkdilli xalqlar arasında geniş yayılan nəşrin Gürcüstanda, Tatarıstanda, Türkmənistanda, Özbəkistanda və digər respublikalarda jurnalın abunəçilərinin sayı çoxalırdı.
Nəşrə başlaması həm də ən müxtəlif təmayüllərə, nəsillərə və ictimai görüşlərə mənsub ziyalıları bir araya gətirməklə, 20- ci illərin sonunda yazıçıların təşkilatlanmasında, bir cəmiyyət kimi toplaşmasında jurnalın müstəsna xidməti olmuşdur. Bu, yeganə hadisədir ki, ədəbi orqan təşkilatın yaranmasında özək olmuşdur; adətən, profil media müəyyən formalaşmış, oturuşmuş qurumun orqanı kimi fəaliyyətə başlayır. “Maarif və mədəniyyət” jurnalının fəaliyyəti, populyarlığı onun ətrafında yazıçıların təşkilatlanmasına zəmin olmuşdur.
Azərbaycanda bolşevik inqilabının qələbəsindən sonra hakimiyyətin ideoloji idarəetmənin rıçaqlarından biri kimi nəzərdə tutduğu ədəbi cəmiyyətlər 30-cu illərədək gözlənilən nəticəni vermədi. Yeni istiqamətli ədəbiyyatın yaradılması, yeni quruluşu qəbul və təbliğ edən yazıçıların təşkilatlanması məqsədini güdən sovet yazıçılarının Moskvada keçirilən I Ümumittifaq qurultayında Azərbaycanı təmsil edən nümayəndə heyətinin üzvləri - Cəfər Cabbarlı, Məmməd Kazım Ələkbərli, Süleyman Rüstəm, Mikayıl Müşfiq, Səməd Vurğun, Salman Mümtaz, 176 Tənqid və ədəbiyyatşünaslıq
Qafur Qantemir, Mehdi Hüseyn, Yusif Şirvan, Əli Nazim və b. artıq çoxdan jurnal ətrafında birləşmişdilər. İdeologiyaya münasibətdə fərqli mövqedə duran ədəbi nəsillər jurnalda eyni dərəcədə dərc olunurdular. Abdulla Şaiq, Süleyman Sani Axundov, Cəlil Məmmədquluzadə, Əbdürrəhimbəy Haqverdiyev, Salman Mümtaz, Bəkir Çobanzadə və digər ziyalılar jurnalın ədəbiyyat siyasətinin müəyyən edilməsində gənc ədəbi qüvvələrlə birgə iştirak edirdilər. Əslində, ideoloji təyinatından asılı olmayaraq, eyni məqsəd güdən müxtəlif məzmunlu kampaniyalarla ədəbiyyata, incəsənətə edilən mənəvi terror şəraitində ədəbi qüvvələr bədii yaradıcılıq nümunələri, eləcə də nəzəri görüşlərində mümkün qədər milli - mənəvi dəyərlərə, folklora, klassik irsə, onun tədqiqinə, ədəbiyyatın nəzəri məsələlərinə, tərcümə vasitəsilə ədəbi - bədii fikrin inteqrasiyasına diqqət ayırırdılar. Bu günsə bu diqqət Azərbaycana inteqrasiya siyasətinə köklənmişdir.
İctimai - siyasi təsisatlar mədəni mühitin yalnız məzmununa və mahiyyətinə müdaxilə etmir. İnqilablar, siyasi dəyişkənliklər və keçid dövrü adlandırılan mərhələ həmişə ahəngdar inkişafa mane olur, başqa sözlə desək, mənəvi-mədəni balans aktiv amillərin xeyrinə pozulur. Dəyişikliyin və trendin leksik şərtiliyini yönləndirməsi ilə dövriyyədə olan ritorik sistemi də təzələyir. Bu, hər şeydən əvvəl, sənətin və yaradıcı fərdin üslubunda, dil sistemində özünü göstərir. XX əsrin 20 - ci illəri də bu mənada istisna olmamışdır. Yeni sovet mədəniyyətinin yaradılmasının tərkib hissəsi kimi düşünülən sovet ədəbiyyatının ideoloji iqtidarı nəşrin adının tez - tez dəyişməsini də bu mənada diqqətdə saxlayırdı. Fəaliyyət göstərdiyi illər ərzində jurnalın adı altı dəfə dəyişdirilmişdir.
İlk nömrəsindən başlayaraq, 48 - ci nömrəsinədək “Maarif və mədəniyyət” adı ilə nəşr olunan məcmuə 1928 - ci ildən 1936 - cı ilin 6 -cı nömrəsinədək “İnqilab və mədəniyyət” adı ilə çıxmışdır. Bu illərdə artıq sosializmin “irtica” dövrü güclənmişdi, hər şey inqilabın tam və qəti qələbəsinə səfərbər edilirdi.
Ədəbiyyatın “ələmdən nəşəyə” (S. Rüstəm) gülə - gülə keçidi təqdir olunur, sənətin kütləviləşdirilməsi şüarı fəaliyyət prinsipinə çevrilirdi. Ana dilinin sıxışdırılmasının bariz nümunəsini ədəbiyyat jurnalı öz adında 1936- cı ilin 6-cı nömrəsindən başlayaraq, 1941 - ci ilin 5 - ci nömrəsindək daşıdı; ”Revolyusiya və kultura” adı sovet ideologiyasının milli - mənəvi dəyərlərə münasibətini şərhə ehtiyac duyulmadan ifadə edirdi. İkinci dünya müharibəsinin tərkib hissəsi olan Böyük Vətən müharibəsi başlayan gündən - 1941-ci ilin iyun ayından başlayaraq, ədəbiyyatın “müsəlləh əsgər” (S.Vurğun) olmaq vəzifəsi ədəbi jurnalın adında təsbit olunmuş və 1946 - cı ilin 4- cü nömrəsinədək “Vətən uğrunda adı ilə jurnalın 28 nömrəsi çıxmışdır. 1946-cı ilin 5 ci nömrəsindən, 1952 - ci ilin 12 nömrəsi də daxil olmaqla, jurnal “İnqilab və mədəniyyət” adı ilə nəşr olunmuş, 1953 - cü ildən başlayaraq, Səməd Vurğunun təklif etdiyi “Azərbaycan” adı ilə çıxır. Adların müxtəlifliyinə rəğmən, jurnalın mahiyyəti dəyişməmiş, ilk nömrəsindən bugünədək ədəbiyyatın təbliği işində müstəsna xidmət göstərmişdir. Təsadüfi deyil ki, bi illər ərzində onun mədəniyyətimizdə yeri və rolu “Azərbaycan ədəbiyyatının salnaməsi”, “ədəbiyyatımızın güzgüsü”, “bütün ədiblərimiz, şairlərimiz üçün məktəb”, “yazıçılıq akademiyası” (S.Rəhimov) və s. kimi dəyərləndirilmişdir. Məşhur ifadənin təfsiri olan “Biz hamımız “Azərbaycan” jurnalının şinelindən çıxmışıq” (Nəbi Xəzri) fikri jurnalın yalnız nəşr faktı deyil, yuxarıda qeyd etdiyimiz kimi, fərqli ictimai - münasibətlər sistemində mədəniyyət yaratmanın və qorumanın tərkib hissəsi, vasitəsi olduğunu ifadə edir. Ona görə də jurnalın tarixinin ən müxtəlif aspektlərdən öyrənilməsi, bütövlükdə ədəbiyyatımizin, mədəniyyətimizin keçdiyi yolun öyrənilməsidir. Xüsusilə nəzərə alsaq ki, “Azərbaycan” jurnalı, hansı ad altında çıxmasından asılı olmayaraq, müxtəlif sistemlər daxilində ədəbiyyatın, mədəniyyətin, ədəbi - bədii yaddaşın qorunması, inkişafı, eyni zamanda müqayisə olunması, öyrənilməsi baxımından da mühüm mənbə olaraq qalır.
Əlbəttə, ədəbi-bədii jurnala yalnız inikas vasitəsi kimi yanaşılması onun funksionallığını məhdud təqdim etməkdir. O, hər şeydən əvvəl, ədəbi-bədii mövqeyi və platforması ilə dövrün, zamanın şəraitinə tabedir.
İstimai-siyasi rejimlərin və ideya - siyasi konsepsiyaların müxtəlifliyinə baxmayaraq, hər bir tarixi mərhələdə nəşrin ümumi səciyyəsini belə ifadə etmək olar: milli mənlik şüurunun qorunması, vətəndaşlıq, elmilik, vəziyyət və şəraitin imkanlarını hər vasitə ilə daha düzgün dəyərləndirməklə, obyektivlik keyfiyyətlərini saxlamağa çalışmaq və bunu yaradıcı peşəkarlığın meyarı hesab etmək.
Ötən əsrin 60 - 70-ci illərində həyata, gerçəkliyə yeni təfəkkür tərzi formalaşırdı, hakim ideologiyaya münasibətilə fərqlənən (və heç də rəğbət bəsləməyən!) düşüncə sahiblərinə, xüsusilə 60-cı illərdə ədəbiyyata gələn gəncliyə xüsusi diqqət yetirən jurnal daha çox söz, ifadə azadlığı, müstəqil düşüncə meyllərinə meydan verməklə milli-mədəni-mənəvi təkamüldə mühüm rol oynamışdır.
70-ci illərdən başlayaraq, jurnal ölkədə yenidənqurmanın, aşkarlığın verdiyi imkanlardan yararlanmağa, cəmiyyəti maraqlandıran mövzulara, problemlərə diqqət yönəltməyə, müstəqil düşüncəyə yol açmağa çalışırdı.
Jurnalın fəaliyyət prinsipləri müqayisəni, qarşılaşdırmanı yalnız fərqləri qabartmağa yox, ortaq dəyərləri, ümumi, yaxud yaxın olan xüsusiyyətləri nəzərə çarpdırmağa əsaslanmışdır. Yəni, xalqın mənəviyyatından gələn, dünyagörüşünün mahiyyətində olan hər cür mədəni müxtəlifliyə hörmətlə yanaşma kimi keyfiyyətləri ədəbi-bədii düşüncənin prinsipindən ayrılmaz şəkildə təqdim etmişdir. Məsələn, müharibə illərində alman faşizminə qarşı intiqama çağıran şeirlərdə, döyüşən ordu sıralarında vuruşan şair və yazıçıların ayrı - ayrı məktublarında, publisistik yazılarda alman xalqını heç bir halda alman faşizmi ilə eyniləşdirmək cəhdinə rast gəlinmir. Azərbaycan yazıçısının, Azərbaycan insanının eyni mövqeyini XX əsrin sonları - XXI əsrin əvvəllərində jurnalın səhifələrində yer alan mətnlərdə də aydın görmək olar; ermənilik anlayışını bütövlükdə bir xalqa şamil etmək, onları eyniləşdirmək hissi heç bir vaxt sağlam təfəkkürü, humanist düşüncəni üstələməmişdir. Bu, Azərbaycan xalqının, azərbaycanlının, bəlkə də konkret vəziyyətdə və konkret şəraitdə düzgün başa düşülməsə də, yaxşı qəbul edilməsə də, uca, humanist, insansevər təbiətinin göstəricisidir.
Mütərəqqi ədəbi mətbuatın milli, klassik nümunəsi olan “Azərbaycan” jurnalı fərqli ictimai - siyasi münasibətlər sistemində belə öz obrazını qorumaq, milli ədəbiyyatı inkişaf etdirmək missiyasını bu gün ehkam kimi yox, yaradıcı şəkildə davam etdirir; dövrün bədii-estetik dərkinə xidmət etməklə yanaşı, yeni minilliyin ədəbi-bədii düşüncəsinin dünya mədəniyyət hadisələri kontekstində yerini və əhəmiyyətini gücləndirməklə. Tarixi missiyası, fəaliyyət prinsipləri baxımından, jurnal XX əsrin əvvəllərində nəşrə başlamış “Molla Nəsrəddin” və “Füyuzat” jurnallarının xələfidir. “Molla Nəsrəddin”, “Füyuzat” kimi, “Azərbaycan” da milli estetik təfəkkürümüzün ifadəsidir.
Ümumiyyətlə, milli və ədəbi düşüncənin tarixi, zamanın bədii - estetik dərki yönündən qiymətləndirilərsə, “Azərbaycan” öz sələflərinin böyük məramını yalnız davam etdirməmişdir. Yeni ideoloji istiqamətdə də qabaqcıl ənənələri, milli düşüncənin, milli - ictimai şüurun formalaşması, milli özünüdərkin inkişafı və milli-siyasi müstəqilliyin əldə olunmasında xidmətləri ilə bu qabaqcıl ənənələri bu gün də davam etdirir.
“Azərbaycan” jurnalının səhifələrində diqqətçəkən məsələlərdən biri də klassik ədəbi irsin dəyər səviyyəsində öyrənilməsidir. Ədəbi irsə qayğı, klassiklərin, klassik mətnlərin öyrənilməsi, yeni mənəvi dəyərlər sisteminə qaytarılması jurnalın ədəbi siyasətinin əsas istiqamətlərindən biridir. Jurnalın AMEA-nın Əlyazmalar İnstitutu ilə birgə layihəsi, Ədəbiyyat İnstitutu ilə sıx əməkdaşlığı da, görünür, elə bu məqsədlədir. Klassiklərin təbliğ etdikləri ideyaların və etik dəyərlərın aktuallığını qoruyub saxlaması - ədəbiyyatşünaslıq və fəlsəfə də klassik irsin əbədiyaşar sirrini belə izah edir. Dövrlərin mənəvi təcrübəsini konkret tarixi materialın kontekstində təqdim edilən ümumbəşəri problemlərin həllinə yönəltmək, insanı sabit mənəvi və sosial dəyərlər sınağında dərk etmək qüdrəti - ədəbi irsin məktəb kimi öyrənilməsini həmişə aktual edən məhz budur.
“Azərbaycan” jurnalında işin başlıca səciyyəsi peşəkar prinsiplərin fəaliyyət tərzi kimi qavranılmasıdır. Məhz bu peşəkarlıq səviyyəsi və səciyyəsi Dəb və Dəyər haçalanmasında uğurlu balanslaşdırmanı təmin edir. Bu gün mədəniyyətin, sənətin taleyinə münasibətdə kapitalizmin mübadilə təbiətini yox, milli - mənəvi məzmundan güc alan intonasiyanı qabartmaq və onu daha geniş əraziyə ötürə bilən kommunikasiya nümunəsi olmaq! Yeni dünya nizamında
milli özünüifadə və özümütəsdiqin optimal variantını bunda görən jurnal bu mövqeyində də yüksək demokratik düşüncəsinə sadiqdir:rəqabət yox, sağlam, xoş niyyətli tərəfdaşlıq və əməkdaşlıq. “Azərbaycan” jurnalının müəllif və mətn siyasəti yalnız və yalnız milli və dövlətçilik maraqlarına, yüksək ədəbi-estetik meyarlara söykənir.
Ədəbiyyatın milli - mənəvi dəyər planının dəyişməsi onun estetik obrazının da dəyişməsini şərtləndirir. Tarixi təcrübə isə, dönə - dönə sübut etmişdir ki, güclü etnik - mədəni əsaslar üzərində durmayan ədəbiyyatın böyük ədəbiyyat olmağa iddia etməsinə dəyməz. Akademik Nizami Cəfərova görə, “etnik-mədəni əsaslar” deyərkən, ilk növbədə etnosun mənəvi dəyərləri nəzərdə tutulur.
Bu da bir həqiqətdir ki, mənəvi dəyərləri bu gün reytinq xəstəliyi, “açıq-saçıqlığı, hər şeyi öz adı ilə çağırmağı” ifadə azadlığı kimi dərk edən düşüncə sıxışdırır. Senzuranın ləğvi ilə yaranmış mənəvi məsuliyyətin az qala unudulduğu, əxlaqın insan münasibətləri çərçivəsində deyil, daha çox insan - texnika - insan münasibətləri ilə “tənzimlənməsi” mənəvi böhran həddini labüd edir. Senzuradan azad olmuş ədəbiyyata, mediaya münasibətin və fəaliyyət prinsiplərinin adını və sərhədlərini düzgün müəyyənləşdirmək çətinliyi və səriştəsizliyi böhran labirintindən çıxmaqda heç də xeyirxah məsləhətçi olmayacaq.
Jurnal çoxdandır ki, təkcə ədəbiyyatımızın tarixini öyrənmək və müasir ədəbi prosesi qiymətləndirmək üçün mühüm mənbə, Azərbaycan bədii fikrinin ən yaxşı nümunələrini - klassik və müasir ədəbiyyatını, folklor və tərcümə nümunələrini oxuculara çatdıran bir dərgi, dəyər daşıyıcı deyil, həm də mədəni, ictimai - siyasi hadisədir. “Azərbaycan” bir Publisistika faktı, bir Janr kimi, mədəni - mənəvi sərvətimizin elə bir nümunəsinə çevrilmişdir ki, onun qiymətləndirilməsi, dəyərləndirilməsinin özü bu gün Dəyərə münasibət ölçüsünə, göstəricinə ekvivalentdir. Cəmiyyətin humanist ovqatda inkişafına can atmaq, cəmiyyət üzvlərinin mənəvi gücünün artmasını, ümumi ahəngi, harmoniyanı təmin etməyə öz töhfəsini vermək düşüncəsi aşılamaq! Sağlam düşüncə ”Azərbaycan”ın bu məramını dəyərləndirməkdə tərəddüd etmir.