Bədii əsərlər ədəbi nümunə olmaqdan başqa, həm də onları “doğuran” cəmiyyətin simasıdır. Çünki bu əsərlərdən cəmiyyətdə mövcud problemlərə doğru dolayısı ilə deyil, sözün həqiqi anlamında birbaşa uzanan yollar görünür (və ya “salınır”, hətta salınmalıdır da). Cəmiyyətdəki çatışmazlıqların, nöqsanların, müasir insanın həyatında baş verənlərin ifadəsi baxımından roman yazıçıya daha geniş imkanlar yaradır. Amma çağdaş romanlara nəzər saldıqca bir maraqlı nüans diqqəti çəkir. Çağdaş yazıçı ya əsasən və böyük anlamda tarixə üz tutmağa üstünlük verir (əlbəttə, bunun özü də müasir cəmiyyət və millətlə bağlı bir tələbatdır!), ya cəmiyyətin əsas problemi kimi Qarabağ müharibəsini (erməni məsələsini!) görür, ya da oyun (təxəyyül oyunu, düşüncə oyunu, söz oyunu) roman üçün bəlli bir vasitəyə çevrilərək hansısa konkret problem üzərində qərar tutmağa imkan vermədən müəllifi (eyni zamanda da oxucunu!) oradan-bura, buradan-ora sürükləyir. Halbuki, müasir cəmiyyətin və müasir insanın bir çox sosial problemləri var ki, romana gələcəyi (gətiriləcəyi!) zamanı, məqamı gözləyir.
Gözləyirki, heç olmasa bədii mətn daxilində də olsa, özünün bütün gücü, bütün böyüklüyü ilə “partlaya”, mövcudluğunu çağdaş insana xatırlada bilsin. Amma...
2015-ci ilin romanları haqqında yazarkən mövzu-problem bölgüsünü apardığım zaman bir bölümü də sosial problemlərdən bəhs edən romanlara ayırmışdım. Çünki, həqiqətəndə, müəyyən əsərlər varidi ki, onlar məhz qaldırdıqları sosial problemlər, cəmiyyətinvə ayrı-ayrı fərdlərin bu sosial problemləri çərisində yaşadıqları, duyduqları, aradıqları və tapdıqları çıxış yoluvə s. ilə ət çəkirdi. Amma məsələ ondadırki, problemə birqə dərgeniş aspektdən yanaşdıqda, bizim çağdaş romanlarda sosial problem adına əsasən güzəran, iqtisadi çətinliklər, maliyyə problemlərin inqabardılması nəzərə çarpır. Amma cəmiyyətimizdə bugün mövcud olanbir çox sosial problemlər var ki, onlar nəinki romandan əsas xətt olaraq keçmir, heç çağdaş roman cəmiyyətin və insanın bu problemlərindən xəbərsiz kimi görünür.
Sosial bərabərsizlikdə, cinayətkarlıqda, əxlaqsızlıqda, narkomaniyada, korrupsiyada, zorakılıqda bu gün cəmiyyətimizdə mövcuddur. Ancaq onlara əsasən hansısa QHT-lərvə ya dövlət qurumları tərəfindən qaldırılan problemlər kimi daha tez-tez rast gəlirik. Ədəbiyyat isə yabunların üzərindən sükutla keçir, yada sadalanan problemləri süjetə mahiyyət baxımından deyil, zahiri görüntü şəklində (məsələn, xüsusilə detektiv əsərlərdə), həmdə əksərən epizodik halda gətirir. Həmçinin onları yalnızvə yalnız oxucu diqqətini öz ardınca aparacaq vasitə kimi görür. Belə bir aparmaisə nəticədə diqqəti problemin mahiyyətinə, yaranma səbəblərinə yönləndirərək oxucunun düşünməsinə deyil, süjeti izləyərək nəticənin adi bir şahidi, izləyicisi qismində qalmasına gətirib çıxarır. Çünki müəllif özü mahiyyətə varmır. Mahiyyətə aparan yolun müəllif üçün maraqsız qaldığı bir romanda isə oxucunun hadisələrin izləyici olmaqdan başqa çarəsi olmur...
Səbəb nədir? Bu problemlər romançı üçün bu dərəcədəmi maraqsızdır, yoxsa sovet dövrünün “ədəbiyyat cəmiyyətimizdə hər şey gözəldir mesajını verməlidir” ənənəsindən çıxa bilmirik? Ya da buna cəsarətimizmi çatmır? Birinci olmasa da, ikinci və üçüncü səbəblərin, qismən də olsa, mövcudluğunu düşünməmək mümkün deyildir. Amma həqiqət naminə onu da deməliyik ki, bu problemlərin ifadəsi romanlarımızda yox səviyyəsində deyil. Vardır. Məsələn, ötən illərdə yaranan romanlar cərgəsində bu problemləri daha geniş anlamda qabardan bəzi romanlar vardır ki, biz də məhz onlar haqqında danışmaq istərdik. Və ilk növbədə bir çox sosial problemləri əhatə edən bir romana diqqət çəkmək vacibdir.
Əlbəttə, “Əbuhübb” daha çox düşüncə romanıdır, fəlsəfi mühakimələrin ümumiləşdirildiyi, bir çox məsələlərlə bağlı hiss və düşüncə qənaətinin bir məxrəcdə birləşdirildiyi mətndir. Amma bununla belə, bu roman oxucuya müasir Azərbaycan insanını və cəmiyyəti qeyd etdiyim rakursdan görmək üçün ideal bir mənzərə təqdim edir.
* * *
AydınTalıbzadənin “Əbuhübb” romanına bütünlüklə cəmiyyətin bir təbəqəsinin - sənətkar təbəqəsinin sosial ziddiyyətləri çərisində çabalamasını əks etdirən, intihar faktına qədər aparıb çıxaran yolunu cızan, cəmiyyətdən və mühitdən təcrid olunmanı, insan-din, insan-Tanrı, insan-insan, insan-cəmiyyət münasibətlərini dolğuncasına əks etdirən, həmdə gözəl bir bədiilik və orijinal bir paralelliklə göstərən roman kimi nəzər salmaq istəyirik.
Romanda hadisələr iki süjet xətti üzrə inkişaf etdirilir. Birincidə Cingöz xanın ən sadiq sərkərdələrindən biri olan, çöllər adamı, döyüşdən və öldürməkdən başqa bir həqiqəti olmayanToltı bəydən, onun qızını - Umayranı qorumaq (eyni zamanda da bədbəxt etmək!) üçün atdığı addımdan, bir cəmiyyətin ən böyük fəlakətinin (atanın özqızını (ölümdən xilas etmək naminə olsa belə!) zorlamasından) danışılır. Bu xəttin üz tutduğu istiqamət günahdan müqəddəsliyə doğru uzanır. Süjeti nəvvəllərində yalnız epizodik xarakter daşıyan buddalar, buddaduaları, müqəddəs yerlərin ziyarəti üçün üz tutulan səfərlər sonunda dərviş məkanı kimi əsas duraq nöqtəsinə, son mənzilə çevrilir.
Hərçəndki, bu qızdan dünyaya gələn uşağa həm ata, həm baba olan Toltı bəyinsan, insani münasibətlər, ölüm, haq, ədalətvə s. ilə bağlı bir çox həqiqətlərin və fəlsəfiqənaətlərinifadə edilməsi üçünvasitə olur, onun övladı isə “Əbuhübb” oxunan dərvişlər məkanınını müqəddəsi elan edilir (günahdan doğulanı müqəddəsliyin hər zamankı təzadı!), amma yenə də bu hissədə belə xəyanət, əxlaqi dəyərlər, onun pozulması, bu pozulmadan faciəyə doğru uzanan yolvə s. Kimi məsələləracı bir yalınlıqla təhlilə çəkilir. Hətta zaman kimi müasir dövr deyil, uzaq tarix seçilsə belə, yenə də cəmiyyətin bir çox problemlərinin, əslində, nə dərəcədə qədimvə köklü olduğu sübutedilir. İkinci xətt isə Tuncaladlı özünü dərviş, sufi adlandıran (bu keyfiyyət bir inci süjet xəttiilə ikincini yaxınlaşdıran ümumi ştrixlərdən biridir), özü ilə, daxilindəki insanihislərlə mübarizə aparan, zahirən modern, daxilən azad olmağa çalışan bir rəssamın həyatını, yaşamaq uğrunda mübarizəsini deyil, mübarizəsizliyini, cəmiyyətin bu təbəqəsinin, əslində, hansı ziddiyyətlə riçərisində çarpışdığını açıq şəkildə əks etdirir. Əsər reallıqla fəlsəfi qənaətləri, nəzəriyyə ilə həyatı, istəklə ona çatmaq arzusunu qarşı-qarşıya qoyaraq nəticələr çıxarır. Və bir şey maraqlıdır ki, burada cəmiyyətdə azad olmağa çalışan bir adamın, əslində, sosial asılılıq olduğu yerdə azadlığı olmayan insanın təkcə maddiyyatdan deyil, sevgidəndə asılı olduğu (Tanrı sevgisi, insan sevgisi, heyvan sevgisivə s.) tam bir dəqiqliklə ifadə olunur. Cəmiyyətdəki əksər çabaların, fəaliyyətlərin (məsələn, elə Qızqalası ilə bağlı keçirilən aksiya və insanların ona münasibəti) nə dərəcədə səthi olduğu, gedən qloballaşmanın bir çox yeniliklər gətirməklə bərabər, bir çox dəyərləridə “şokolad kimi qırıb yediyi”, dilənçilik, sərxoşluq, kimsəsizlik kimi problemlərin “yaşadığı” bir şəhərdə hər gün hiss olunmadan məscidlər, kilsələr önündə ölüb gedən və yenisi ilə əvəzlənən “birnəsil”in mövcudluğu zahiri sakitlik, lakin daxili bir təlatümlə əks edilir.
Əsər tarixlə bu günü qarşı-qarşıya gətirmiş kimi görünsə də, bu gündən yaranan və bu günü əks etdirən əsərdir. Bu günün insanından, bu günün cəmiyyətindən danışır.
Keçmişin fonunda. Keçmişlə əlaqələndirərək. Bu gün yaşanan problemlərin keçmişdəki köklərini göstərərək. Bu romanda cəmiyyətdə mövcud bir çox problemləri görə bilərsiniz: pedofillikdən tutmuş intihara qədər, onun səbəblərinə və ona aparan yollara qədər. İşlənmə üslubu baxımından da çox orijinal olan (təkrarlar, mətnarası eyni ifadələrin yenidən mətnə daxil edilməsi - müqəddəslərin, dərvişlərin oxuduqları, zikr etdikləri duaların təkrarlanan ritmikasını da, ahənginidə, ləngərini də ümumi mətnə yükləmək missiyasını daşıyır), bəzi məqamlarda şeir kimi oxunan, bəzi hissələri fəlsəfi qənaətlər (həqiqətlər!) toplusu kimi yadda qalan roman müasir cəmiyyətin problemlərinə də diqqəti yönəltmək baxımından maraqlıdır.
Cəmiyyətdə heç vaxt azadlıq olmur... Heç kimə lazım deyil bu azadlıq, özü də dərviş azadlığı...”, “Cəmiyyət də güzgüdür; harada ki güzgü var, orada oyun var”, “Azərbaycanda avanqard doğulur, ancaq böyümür”, “O insan azaddır ki, istəklərindən azaddır” kimi fikirlər təkcə əsərin qəhrəmanları olanToltı bəyin, Tuncalın, yaxud müəllifin özünün qənaətləri kimi görünmür. İlahidən gələn həqiqət kimi oxunur. Amma eyni zamanda da təzadları qoyur ortaya. Məsələn, “Azadam” deyənin, azad yaşayanın, əslində, azad olmadığını... Bilərəkdən (eyni zamanda da bilməyərəkdən!) özünü sevgiyə qul etdiyini, amma bu dəfə də qurtulmaq üçün intihara getdiyini.... Yaxud başqa bir təzad kimi günahla müqəddəslik arasındakı birbaşa yolun təqdimidir ki, bu da öz növbəsində, tək bu günkü cəmiyyətlə deyil, hər zaman kor-koranə qəbul etdiyimiz və bütün dövrlərdə aktuallığını qoruyan “həqiqət”lə də bağlıdır. Bir sözlə, bu roman müasir insan, müasir cəmiyyət və sosial, mənəvi, psixoloji problemlər baxımından da araşdırıla biləcək çox dəyərli bir sənət əsəri kimi yadda qalır.
* * *
Şərif Ağayarın “Gülüstan” romanı ilk baxışdan Qarabağ müharibəsi abavasını duyursa da, əsasən sosial ziddiyyətlərin ifadəsi ilə diqqət çəkir. “Gülüstan” romanında atəşkəs dövrünün “Gülüstan” adlı qəsəbəsi, orada yaşayan insanların, qaçqınların güzəranı, mənəvi-psixoloji durumu, istədikləri cəmiyyətlə yaşadıqları cəmiyyət arasında mövcud təzadlar, zahiri al-əlvanlığın daxili təbəddülatları heç də ifadə etmədiyi və s. Özəksini tapıb.
Əlbəttə, əsərin realist ab-havasına, təsvir etdiyi gerçək sosial-mənəvi problemlərinə uyuşmayan bir şey varsa, oda insanlara, predmetlərə “qəsr”, “kral” kimi ümumiləşdirilmiş simvolik adların qoyulmasıdır. Amma bunun özü belə, təsviredilən və ilk baxışdan “xəyali” kimi görünən cəmiyyətin reallığını, yaşadığı problemlərin həqiqilik səviyyəsini azaltmır.
“İnsana əzab verən xatirələrdi”. Şərif Agayarın “Gülüstan” romanı Ziqmund Freydin bu sitatı ilə başlayır. “Gülüstan” romanının qəhrəmanı Adəm tarix müəllimidir. Sevgisini itirən və onunla yenidən “Gülüstan”da qarşılaşan müəllimin yaşantıları, güzəranı, social durumu, mənəvi-psixoloji vəziyyəti əsas diqqət yönəldilən məsələ olmaqla yanaşı, ümumiləşdirilmiş “qaçqın güzəranı” modeli kimi yadda qalır. Adəmin doğulduğu İşıqlıkəndinin camaatı indi “Gülüstan”da yaşayırlar. Gülüstan da, həqiqətən, gülüstandır. Və burada ən çox yadda qalan parklara əkilən nərgiz çiçəkləridir. Və müəllifin o güllərə üz tutması onların “yaddaşı korşaltmaq” xüsusiyyəti ilə bağlıdır. Bu isə, cəmiyyətin bu təbəqəsinin ən böyük problemini xatırlatmaq üçün bir vasitəyə çevrilir, əslində.
Adəm ümumiləşmiş “qaçqın” obrazı kimi görünürsə, Həyat da bir çox talesiz qadınların ümumiləşdirilmiş “təqdimatı” kimi realdır, gerçəkdir, mövcud problemin dilsiz, amma danışan simvoludur.O, Adəmin həm sevgisinin, həm də nifrətinin obyekti kimi görünsə də, öz həyatı ilə “barışması” ilə oxucunun da qəzəbinə tuş gəlir. Amma bu qəzəb tək ona yox, eyni zamanda, onun “dirəndiyi dalanlara”, “salındığı çıxılmazlıqlara” qarşı yönəlmiş olur.
Romanda İnqilab Dadaşov, Xudayarov kimi obrazlar da cəmiyyətin bir çox problemlərini qabartmaq, diqqətə çatdırmaq üçün canlı vasitəçiyə çevrilirlər. Azad fikirli İnqilab Dadaşovun öz haqqını araması, amma tapa bilməməsi, bunun üçün adamların ondan vəbadan qaçan kimi qaçması, öz torpaqlarına uzaqdan boylanan və təsəlli tapa bilməyən Mədətin faciəsi, Həyatın intiharı və s. problemlərin cəsarətli təsviri kimi yadda qalır. Bununla belə, bəzi məqamlarda zahiri təsvir mahiyyətin təsvirindən daha öndə dayanır. Məsələn, Həyatın intiharı məsələsində. Bu məqamda Adəmin yaşantıları daha dolğun təsvir edilir, nəinki Həyatın... Lakin əsərin ən təsirli səhnəsi və ən təsirli təsviri kimi bu gün belə göz önündən getməyən Mədətin dikdiri elə bir ustalıqla yaradılıb ki, bircə elə bu obraz yetir ki, qaçqınlığın da, yurd həsrətindən ağlını itirmiş insanın da canlı rəmzinə çevrilsin. Mədət kişinin faciəsinə tək Adəm deyil, hər kəs sarsılır. “Gülüstan” romanı müharibə ilə bağlı olsada, daha çoxsosialproblemlərinqabardıldığı birəsərkimiyaddaqaldı.
* * *
Mirmehdi Ağaoğlunun “Bugündə səbrelə” romanı isə, adətən, sosial-mənəvi problemlər haqqında daha çox yazan yazıçının eyni mövzuya bir qədər fərqli müstəvidə qayıdışıdır. Əsərdə bu günün sıradan bir ailəsinin problemləri, sosial çətinlikləri əks olunur. Amma elə bir səviyyədə ki, madiyyat və maddi asılılıq bütün problemlərdən önə keçir. Hər şeyi üstələyir. Sevgini də, bağlılığı da, ailə bağlarını da, atalıq-analıq duyğularını da.
Kənddə evini banka “zaloq” qoyan, alverdə əli gətirməyən və evi əlindən alınan, sonra Bakıya köçüb qırxdan çox ailənin yaşadığı məhəllədə yaşayan bir ailənin yaşam çətinlikləri o qədər detallı bir şəkildə təsvir olunur ki, bu, bir tərəfdən, əsərin qəhrəmanının madiyyat üzündən yaşadığı mənəvi-psixoloji durumu təsəvvür etmək üçün oxucuya geniş imkan yaradırsa, eyni zamanda da onu bezdirir və usandırır.
Bununla belə, vəziyyətdən çıxış yolunu özərini xaricdə yaşayan, imkanlı və Bakıya “əraxtarmağa” gələn bir qadına “bağışlamaq”da tapan qadının qərarı oxucunu heyrətləndirmir. Çünki bu dərəcədə çıxılmazlıqlarin sanı məhz bu cür absurd qərarlara vadar edə bilər. Lakin burada da qəribə və təzadlı bir məqam var: keçid dövrünün bir çox qadınlarının ümumiləşdirilmiş obrazı kimi qəbul edilə biləcək (xüsusilə ailənin dolanışığı üçün özünü oda-közə vurması, bir çox məsələlərin məsuliyyətini öz üzərinə götürməsi) eyni zamanda da “Hər gecə aynabənddə oturub əri ilə birgə siqaret tüstülətməsi” ilə çox modern görünür, cəsarətli təsir bağışlayır. Ərindən daha praqmatik addımlar atır. Ancaq onun hesablaması dəqiq alınmır. Qadın, hər şeyi gözə almış olsa da, ərini itirə biləcəyini gözə almamışdı. Özünün verdiyi “qurbana” müqabil, ərinin öz rahatlığından keçə bilməyəcəyini düşünməmişdi. Beləcə, sosial çətinliklərin bir ailəni saldığı çıxılmazlıq bu əsərdə öz “həlledilməzliyinə” qovuşur.
Əsərin bir roman deyil, hekayə olsa da, onun zəif nümunə olmadığını söyləmək mümkündür. Lakin mövzunə qədər aktual olsa da, burada da sosial problemlərin qaldırıldığı bir çox əsərlərdə olduğu kimi, mahiyyətdən daha çox problemin doğurduğu zahiri nəticələrə köklənmə var. Mahiyyət qismən, məsələn, Dilbərin yaşantılarında, hisslərində görünsə də, qarşı tərəfdən lal bir susqunluqla keçir. Yalnız maraqlı və sıradan olmayan bir hadisənin təsviri kimi yadda qalır. Halbuki, roman öz janr imkanları baxımından bu problemlərin yalnız təsviri deyil, eyni zamanda da mahiyyəti, yaranma səbəbləri, kökləri, nəticələri və aradan qaldırılması yolları ilə bağlı da müəllif, qəhrəman, oxucu yozumunu təqdim etmək üçün geniş imkanlar təqdimidir. Bircə qalır onlardan yararlanmaq.