Xəbər verdiyimiz kimi, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və “Spasce” telekanalının iştirakı ilə sentyabrın 27-dən noyabrın 9-a qədər Azərbaycan da daxil olmaqla 30 ölkədən 44 şair “Şuşa ili” çərçivəsində “Şuşaya salam!” layihəsində gözəl Şuşa üçün şeir oxuyacaq, şəhər haqqında danışacaqlar. Bu gün-28 sentyabrda layihə Özbəkistanın Xalq şairi Xurşud Davronla, onun Şuşa barədə ürək sözləri, "Salam, Şuşa!" şeiri ilə davam edir.
Saat 14.55, 18.55. və 22.45-də "Space" də translyasiya olunacaq...
Bu televiziya layihəsində iştirakıma görə şadam. Yəqin ona görə ki, Səmərqənddə doğulmuşam və bu layihə də mənim doğma şəhərim kimi böyük şairlərin, rəssamların, alimlərin vətəni olan əski tarixə malik Şuşaya həsr edilib. Qalan fikirlərimi iki il əvvəl, 2020-ci ilin oktyabrında yazdığım bir şeirimlə, həmin misralarla çatdıracağam.