Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və “Space” telekanalının iştirakı ilə sentyabrın 27-dən noyabrın 9-a qədər Azərbaycan da daxil olmaqla 30 ölkədən 44 şair “Şuşa ili” çərçivəsində “Şuşaya salam!” layihəsində gözəl Şuşa üçün şeir oxuyacaq, şəhər haqqında danışacaqlar. Bu gün-29 sentyabrda layihə tanınmış gürcü şairi Zaur Naçxebiya ilə, onun Şuşa barədə ürək sözləri və şeiri ilə davam edir.
Nikolae Spateru/ Moldova
şair, nasir, “Kvadrat” jurnalının baş redaktoru
Sizi salamlayıram, əziz dostlar. Bu il Şuşa şəhərinin əsasını qoyulmasının 270-ci il dönümüdür. Bu Azərbaycan şəhərinin xüsusi tarixi var, bu şəhər mədəniyyət, şeir və musiqi mərkəzidir. Moldova Respublikası adından səni salamlayıram Şuşa! Salam Şuşa! Uzun illər arulayıram sənə! Çiçəklənmə arzulayıram sənə. Qoy bu müqəddəs torpaq əvvəlki illərdə olduğu kimi yenə də Azərbaycana və dünyaya böyük şairlər, bəstəkarlar, ifaçılar, rəssamlar bəxş etsin. İndi oxuyacağım şeiri sənə ithafən oxuyuram, Şuşa! Dostun, Nikolae Spetaru
Çəmənin yaşıl bayrağı altında
Atlar və atlılar qayıtmağa başladılar
yüzillik müharibədən
çəmənin yaşıl bayrağı altında.
Döyüş meydanında əsas şey
kəklikotulu çay üçün
qəndin miqdarını müəyyənləşdirməkdir –
bunu vacib görkəm alan kapitan deyir və deyir ki,
savaşı ciddiyə alanlara
ölümlə müalicə kursu keçmək
tövsiyə edilir vaxtaşırı.
Atlar və atlılar qayıtmağa başladılar
ən uzun savaşdan sonra,
bu hadisəylə bağlı akreditə olunmuş çoxlu jurnalist