Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və “Space” telekanalının iştirakı ilə sentyabrın 27-dən noyabrın 9-a qədər Azərbaycan da daxil olmaqla 30 ölkədən 44 şair “Şuşa ili” çərçivəsində “Şuşaya salam!” layihəsində gözəl Şuşa üçün şeir oxuyacaq, şəhər haqqında danışacaqlar. Bu gün- 07 oktyabrda layihə türk ədibi və naşiri Şərəf Yılmaz, onun Şuşa barədə ürək sözləri və Şuşaya ithafən qiraəti ilə davam edir.
Şərəf Yılmaz / Türkiyə
2022-ci ilin “Şuşa ili” elan edilməsindən böyük məmnuniyyət duydum. Azərbaycan xalqını, Şuşanı təbrik edir, könüldən salamlayıram. Ey Şuşa, sən əziz bir yersən, bərəkətli bir torpaqsan. Uzun sürən əsarətdən sonra artıq azadlığına qovuşdun. Sənin dağlarından yağ, bağlarından bal axar, dərələrin, çayların, bulaqların, kəhrizlərin şəfalıdır, torpağına düşən bir toxum min olub bitər. Bənzərsiz təbiət gözəlliklərinlə sən artıq gələcəyə özgür yürüyürsən. Bu xoşbəxtlik hamımızındır. Şuşa, sən dünyaya böyük musiqiçilər, bəstəkarlar bəxş etdin. Təkcə bu yox, sən çağdaş Azərbaycan dilini yaradan Molla Pənah Vaqif, Xuşudbanu Natəvan kimi böyük şairləri də yetişdirdin. İnanıram ki, sən sadəcə Azərbaycanın deyil, bütün türk dünyasının yenidən diqqət mərkəzində olacaqsan, bəşəriyyət, insanlıq mirasına böyük istedadlar bəxş edəcəksən.