Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və “Space” telekanalının iştirakı ilə sentyabrın 27-dən noyabrın 9-a qədər Azərbaycan da daxil olmaqla 30 ölkədən 44 şair “Şuşa ili” çərçivəsində “Şuşaya salam!” layihəsində gözəl Şuşa üçün şeir oxuyacaq, şəhər haqqında danışacaqlar. Bu gün- 12 oktyabrda layihə qırğız şairəsi Aysulu Kokoyeva və onun Şuşa barədə ürək sözləri və Şuşaya ithafən qiraəti ilə davam edir.
Aysulu Kokoyeva / Qırğızıstan
Salam əziz Azərbaycanlılar!
Mən Qırğızıstandan Aysulu Kokoyevayam. Şuşalıları ürəkdən təbrik edirəm. Şuşa-mədəniyyət və mənəviyyat beşiyidir. Hələ neçə-neçə istedadlar çıxacaq bu şəhərdən. Şuşaya çiçəklənmə arzulayıram. Qoy onun gələcəyi işıqlı olsun. Salam, Şuşa! Qırğız klassiki Əliqul Osmanovun “Vətən” şeirini sənə ithafən oxuyuram.