Məlumat verdiyimiz kimi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyi (BƏC İB) cari ilin sentyabr ayının 1-dən “And yerimiz- Şəhidlər”! adlı layihə həyata keçirirdi.
Layihə zamanı vaxtı ilə Bakı şəhərinin Nizami rayonunda, Tərtər və Bərdə rayonlarında yaşayıb 44 günlük Vətən müharibəsində döyüşlərdə qəhrəmanlıqla şəhid olan oğullarımızın adlarının, xatirələrinin əbədiləşdirilməsi, yaşadılması, eləcə də əlillik dərəcəsi almış qazilərimizin tanıdılması məqsədi ilə kitab nəşr etdirilməsi ilə yanaşı İctimai Birliyin məqsədinə və təyinatına uyğun olaraq əlilliyi olan və digər imtiyazlı şəxslərin problemlərinin həlli, lazım gələrsə, hüquqlarının müdafiəsi ilə də məşğul olunub.
Layihə zamanı nəfis şəkildə nəşr olunmuş “And yerimiz-şəhidlər”! kitabı Azərbaycan Yazıçılar Birliyi və Tərtər Rayonu Mədəniyyət evində şəhid ailələri, qazilər, dövlət və beynəlxalq təşkilatların, ictimaiyyətin və KİV nümayədələrinin iştirakı ilə keçirilən tədbirlər zamanı şəhidlərimizin ailələrinə təqdim olunmuşdur.
BƏC İB-in sədri və layihə rəhbəri Tahir Xudiyevin verdiyi məlumata görə layihə zamanı şəhid ailələrinin və imtiyazlı şəxslərin müraciətinə əsasən onların problemlərinin həlli ilə əlaqədar aidyyəti dövlət təşkilatlarına da müraciət edilib.
Məlahət Abdullayeva
“Əlillər Dünyası” qəzetindən