Hüseynzadə Mirzəli Mirzəhüseyn oğlu ( 31 dekabr 1939 – 15 mart 2002 )-publisist, şair, nasir . 1980-ci ildən SSRİ Yazıçılar İttifaqının, Azərbaycan Yazıçılar Birliyinin, Respublika Ziyalılar Cəmiyyətinin üzvü .
Mirzəli Hüseynzadə 1939-ci il dekabrın 31-də Azərbaycan SSR-in Astraxanbazar (indiki Cəlilabad) rayonunun Qaralı kəndində anadan olmuşdur. Cəlilabad şəhərindəki Nizami adına məktəbdə orta təhsil almışdır. BDU-nun filologiya fakültəsini bitirmişdir. İlk şeirləri “ Yeni gün ” (keçmiş “ Taxılçı ”) qəzetində çap olunmuşdur . O, bir müddət Cəlilabad şəhərində mədəniyyət şöbəsinin, rayon təhsil işçiləri evinin müdiri, kənd təsərrüfati işçiləri həmkarlar ittifaqı komitəsinin sədri vəzifələrində işləmişdir. Baki şəhərinə köçdükdən sonra Azərbaycan Dövlət Nəşriyyatında, Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Komitəsində redaktor,“ Nəsimi ” (“Azərbaycan dünyası“) qəzetində şöbə müdiri vəzifəsində çalışmışdır. SSRİ Yazıçılar İttifaqının, Azərbaycan Yazıçılar Birliyinin üzvi, “ Qızıl Qələm ”, mükafatı laureatı idi. Şeirləri “ Ədəbiyyat ”, “ Azərbaycan müəllimi ”, “ Baki ” qəzetlərində, “Azərbaycan ”, “ Ulduz ”, “ Kirpi ” jurnallarinda çap olunmuşdur.
2002-ci il martın 15-də vəfat etmişdir.
Əsərləri
1. Sevgi illəri , B. , Gənclik , 1978 , 3.000 nüs.
2. Göytəpə , B. , Yazıçı , 1978 , 4.500 nüs.
3. Güldən ləçəyi , qardan çiçəyi , B. , Yazıçı , 1981 , 7.000 nüs.
4. Nigaranam , B . , Yazıçı , 1983 , 5.000 nüs.
5. Sənsiz darıxırıq , torpaq , B . , Gənclik , 1983 , 10.000 nüs.