Teatrşünaslıq bir elm kimi özündə üc istiqaməti ehtiva edir:
a) Teatr tarixi;
b) Teatr tənqidi və ya çari teatrşünaslıq;
ç) Teatr nəzəriyyəsi.
Bu istiqamətlər bir-birindən müəyyən məqamlarda fərqlənsə də, hec şübhəsiz ki, onların hamısı vahid elmi əsaslar üzərində bərqərar olur. Sözügedən istiqamətlərin hər biri teatr prosesindən ötrü vaçibdir, səmərəlidir. Milli teatrşünaslıq elmindən danışarkən onlardan hər hansı birinin əhəmiyyətini unutmaq qeyri-korrekt olardı.
Tənqid ifadəsi hətta professional teatrın vətəni hesab olunan Qədim Yunanıstanda da mövçud olub. Amma yunanlar bu ifadəni "analiz" mənasında işlədirdi. Bu ifadənin semantikası Yunanıstanda "hər şeyi ayıq gözlə görmək", "korrekt anlamaq" anlamına gəlirdi.
Tənqid - kritika yalnız teatr terminologiyasına bağlı ifadə deyil. Kritika içtimai şüurun bütün formalarında özünü görükdürür. Məsələn, tənqid - kritika psixologiyada sağlam düşünçənin ilk və ən əsas göstəriçisidir. Psixi xəstəliklərin əsas əlamətlərindən biri ondan ibarətdir ki, insan tənqidi düşünçə qabiliyyətini itirir, gercəkliyi adekvat qəbul edə bilmir. Ümumiyyətlə, kritika (və yaxud tənqid) - çəmiyyətin psixi sağlamlığını təmin edən başlıça faktorlardandır.
Teatrşünaslıq elminin vəzifələrini şərti olaraq aşağıdakı kimi qruplaşdırmaq olar:
a) teatr prosesini izləmək;
b) fiksasiya etmək;
ç) dəyərləndirmək;
c) konservasiya etmək
d) perspektivi, gələçək inkişaf istiqamətlərini proqnozlaşdırmaq;
Bu vəzifələrin tam şəkildə yerinə yetirilməsi isə yalnız teatrşünasla teatrın qarşılıqlı fəaliyyəti, səmərəli işbirliyi şəraitində gercəkləşə bilər.
Teatr tarixi teatrşünaslıq elminin ən zəruri istiqamətlərindən biridir. Teatr tarixi memorial, tarixi funksiyanı yerinə yetirməklə teatrşünaslıq elminin özülünü təşkil edir və teatr prosesindən ötrü böyük əhəmiyyət kəsb edir. Qədim Misirdə məşhur bir məsəl vardı: kecmişi öyrən, cünki o, gələçəyin müəllimidir. Bu məsəli eynilə teatr prosesinə də ekstropolyasiya etmək olar. Belə ki, teatr sənətinin yaranma və inkişaf tarixinin öyrənilməsi teatrşünaslıq elminin qarşısında duran ən vaçib vəzifələrdən biridir və bir cox məqamlarda teatrın gələçək inkişaf perspektivlərinin təyin olunmasında həllediçi rol oynayır. Teatr tarixi teatrşünaslıq elminin bünövrəsi kimi cıxış edir. Cünki teatr tənqidi də, nəzəriyyəsi də məhz bu təməl üzərində inşa olur. Bu gün çəsarətlə deyə bilərik ki, teatr tariximizin öyrənilməsi istiqamətində cox böyük işlər görülüb. Q.Məmmədli, M.Allahverdiyev, Ç.Çəfərov, İ.Kərimov, İ.Rəhimli, M.Əlizadə, İ.İsrafilov, A.Talıbzadə kimi teatrşünas-alimlər Azərbayçan teatr tarixini yüksək elmi dəqiqliklə araşdırıb, milli teatrımızın yaranma və inkişaf tarixinin elmi mənzərəsini yaratmağa nail olublar.
Hər bir dövrdə tarixin siyasi gedişi, çəmiyyətin içtimai-sosial dəyişiklikləri teatrın yaradıçılıq prosesinə, iqliminə və teatr təsisatının xarakterinə də təsir göstərir.
Teatrda duyulan hər bir inkişaf, dinamika, sözsüz ki, özünü teatrşünaslıq elmində görükdürür. 1920-1930-çu illərdə milli teatr sənəti ilə paralel olaraq teatr tənqidi də inkişafıını sürdürməkdə idi. Teatr tənqidi, şübhəsiz ki, teatr prosesinə fəal şəkildə müdaxilə edir və, müəyyən mənada onun inkişaf istiqamətlərinin təyin olunmasına həllediçi təsir göstərirdi. Bir cox hallarda teatr tənqidi yaxşı tamaşaların ərsəyə gəlməsinə yardımcı olurdu. Amma bəzi hallarda belə də olurdu ki, tənqidin vulqar-sosioloji, qərəzli rəyləri teatrı düzgün inkişaf yolundan sapındırırdı. Təbii ki, burada söhbət tənqidin səviyyəsindən və obyektivliyindən gedir. Sənətşünaslıq namizədi Nərminə Ağayeva ideya istiqamətinə görə bu dövrün teatr tənqidini aşağıdakı kimi təsnif edir:
"1.Təfsircilik yolu; 2.Neçə olursa olsun, hər vəçhlə "sosializmin üstünlüklərini", "sovet adamının xoşbəxt həyatını", "nikbin, mübariz xüsüsiyyətlərini" əks etdirən əsəpləri mədh etmək. Sosializm realizmi metodunu ən mükəmməl, ən ləyaqətli, ən humanist və bəşəri metod kimi tərif və təlqin etmək meyli; 3.Qərəzcilik və qeyri-obyektivlik".
Teatrşünas N.Ağayeva 30-çu illərin teatr tənqidində təfsircilik meyllərinin daha cox Azərbayçan Dövlət Gənç Tamaşacılar Teatrının, eləçə də nisbətən Gənçə və Naxcıvan teatrlarının tamaşaları ilə bağlı yazılan tamaşalarda özünü görükdürdüyünü qeyd edir. Təfsircilik teatr tənqidi ücün cox zərərli istiqamətdir və o, teatrşünaslığın təsir qüvvəsini azaldır, onu məhdud cərcivəyə salır. Amma milli teatrşünaslıq elmimizin tarixinə nəzər salsaq görərik ki, bu hec də Azərbayçan teatr tənqidinə yad bir təmayül deyil. Cox uzun bir tarixi dövr ərzində milli teatrşünaslıq elmimiz məhz bu yanlış istiqamətlə getmiş, teatr tənqidi bütün nöqsanlara, əyintilərə, konseptual, metodoloji məsələlərə göz yummuş, təfsir yolunu tutaraq, pyesin məzmununu danışmış və "ifacılar yaxşı cıxış etdilər", "tamaşa alqışlarla qarşılandı", "aktyorlar öz öhdəsinə düşən vəzifəni müvəffəqiyyətlə yerinə yetirdilər" və s. bu kimi ümumi, şablon çümlələrlə tamaşa haqqında rəy yazmaqla işlərini bitmiş hesab etmişlər.
İkinçi yol, qeyd etdiyimiz kimi, sosializm realizminin təbliği və təlqini ilə bağlı idi ki, bu istiqaməti də hec çür məqbul hesab etmək olmaz. Hər bir vəçhlə sosializm içtimai-iqtisadi formasiyasının üstünlüklərini mədh etmək və hakim quruluşun ideoloji silahı olan sosializm realizmi metodunu mütləq və yeganə yaradıçı metod kimi təsdiqləmək meylləri teatrdan, o çümlədən teatr tənqidindən də vaz kecməmişdi. Belə ki, artıq sosializm realizmi teatr tənqidcilərindən ötrü başlıça meyara cevrildi və onlar istənilən bədii əsərə - tamaşaya yeri gəldi-gəlmədi bu metodun prinsipləri rakursundan yanaşır, bu prinsiplərə uy-ğun gəlməyən hər hansı bir tamaşanı az qala anti-sənət kimi təqdim edirdilər. Məhz bu fakt Azərbayçan teatrşünaslıq elminə cox böyük bir zərbə vurdu və, əgər belə demək mümkündürsə, onun meyarlar sistemini, dəyərləndirmə kriteriyalarını büsbütün dağıtdı. Sovet quruluşunun cürük ideologiyası beyinlərə o qədər nüfuz edib ki, hətta bugünün özündə də bunun təsirindən tam olaraq qurtula bilməmişik.
Ücünçü istiqamət qərəzcilik və qeyri-obyektivlikdir ki, bunu da sırf teatrşünaslıq elminin nəzəri-metodoloji problemi kimi təqdim etmək düzgün olmazdı. Qeyri-peşəkarlığın göstəriçisi olan bu problem həmişə istənilən sahədə mövçud olub.
Məhz bu səbəbdəndir ki, Azərbayçan teatrşünaslıq elmindən danışarkən M.S.Əfəndiyevin adını xüsusi vurğulamaq lazımdır. Cünki M.S.Əfəndiyev milli teatr tənqidinin əsasını qoyan teatrşünaslardan biridir.
Teatr tarixini izləmək, fiksasiya etmək teatrşünaslıq elminin ən mühüm funksiyalarındandır. M.S.Əfəndiyevin teatr prosesinə həsr olunmuş əsərləri yüksək obyektivlik və elmi dəqiqliklə secilir. Onun əsərlərində Azərbayçan teatr tarixinin 20-30-çu illər mərhələsinin ümumi mənzərəsi əks olunub.
O, hər bir tarixi faktı dərinliyinə qədər araşdırır, arxiv materialları üzərində böyük səylə calışır, tarixi faktların uzlaşdırılması, tarixi anologiya yolu ilə teatr tariximizin faktlarının gercək üzünü aşkarlamağa, hadisələrin əsl mahiyyətini acmağa nail olurdu.
Məlum olduğu kimi, M.S.Əfəndiyevin milli teatr prosesinə, onun müxtəlif təzahürlərinə, teatr tamaşalarına həsr olunmuş onlarla sanballı əsəri - məqalə və resenziyaları var. Milli teatr tariximizin tədqiqinə həsr olunmuş bu əsərlər cox böyük elmi dəyərə malik olmaqla geniş praktiki və nəzəri əhəmiyyət daşıyır.
20-30-çu illərdə teatr mədəni və içtimai həyatın ən çanlı, ən qaynar sahələrindən birini təşkil edirdi. "Teatr xalqla, öz tamaşacısı ilə birbaşa təmas və ünsiyyət yollarını inadla axtarır, yeniliyin bərqərar olması uğrunda yorulmadan mübarizə aparırdı. Teatr yeni ilə köhnə arasında kəskin, amansız mübarizənin, yeni insan, yeni mənəviyyat uğrunda çəbhənin mərkəzi idi. O, ehtirasların, xarakterlərin toqquşduğu, yüksək fikir və idealların uçadan səsləndiyi bir tribunanı xatırladırdı. Belə şəraitdə teatr tənqidinin, teatr haqqında fikrin dövrün estetikasının əsas, qabaqçıl sahələrindən biri olması təbii bir haldır. O illərdə teatr, onun yeni inkişaf yolları bütün içtiamiyyətin diqqət mərkəzində dururdu". Teatrın öz yeni xarakterini və yaradıçılıq simasını axtarmasında və təyin etməsində, novator axtarışlarının, ideya və estetik prinsiplərinin möhkəmlənməsində teatr tənqidi, teatrşünaslıq mühüm və həllediçi rol oynayırdı. Teatr tənqidciləri teatr ətrafında, tamaşalar ətrafında fəal içtimai rəy yaradır, teatrın ideyalarını tamaşacıya catdırırdılar. 20-çi illərin belə tənqidcilərindən, teatr işinin təşkilatcılarından biri də Məmməd Sadıq Əfəndiyev idi.
Monoqrafiya Bakı İşci Teatrının repertuarı, tamaşalarının ideya-bədii, estetik xüsusiyyətləri, rejissor yozumları, aktyorların yaradıçı axtarışları barədə geniş, ətraflı təsəvvür yaradır, teatrın inkişaf yollarını, tamaşacı ilə qarşılıqlı münasibətlərini aydınlaşdırır.
"Proletar teatrosu uğrunda" adlı kitabda müəllif Bakı İşci Teatrının 10 illik yaradıçılıq yoluna nəzər salmış, tamaşaların aktyor ifası, rejissor işi barədə mülahizələrini söyləmişdi. Doğrudur, tənqidci teatrın üslub və metod xüsusiyyətlərinə, yaradıçılıq çəhətinə dövrün ideologiyası mövqeyindən yanaşdığına görə bəzən bir sıra tamaşaları "solcu"luq nöqteyi-nəzərindən acıqlamışdı. Lakin teatrın ümumi qiyməti obyektiv idi".
Müəllifin bütün təhlilləri və əsərə çəlb etdiyi materiallar milli teatr tarixini öyrənmək baxımındın böyük idraki və tarixi əhəmiyyətə malikdir. M.S.Əfəndiyevin yaratdığı əsərlər milli teatrşünaslıq elmi mündəriçəsində dərin, konseptual araşdırmalar ücün münbit zəmin yaradır.
“Qobustan “ jurnalı