“Ulduz” jurnalının aprel sayı Xanım Anelanın “Özüylə söhbəti...” və hekayələri ilə açılır.
“Tənqid” rubrikasında filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli “Üç hekayəyə bir baxış” yazısını təqdim edir.
Xalq yazıçısı Anarın 85 illik yubileyi münasibətiylə “Ulduz” jurnalı ilə Ədəbiyyat Fondunun birgə keçirdiyi hekayə müsabiəqsinin qalibləri bu sayda yer alır.
“Şeir vaxtı”nda bu dəfə Gülnar Ümid, Seyid Aynur, Kəmaləddin Qədim, Vasif Əlihüseyn, Elnur İrəvanlı, Elman İsgəndərdi.
“Nəsr”də Elçin Hüseynbəyli, Nemət Mətin, Günel Mehri, Məmməd Məmmədli, Xatirə Salahzadənin hekayələrini oxuya bilərsiniz.
“Qısa fikirlər xəzinəsi”ndə ənənvi olaraq dühalar yer alır.
“Tərcümə saatı” Fərid Hüseynin tərcüməsində iraqlı şair Əli Əl–Şəlahın şeirlərini təqdim edir.
“Müsahibə” rublikası Günel Natiqin təqdimatında “SSS: Seyran Səxavətlə söhbət” i oxucularla bölüşür.
“Düzülüş və mövcudluq” essesiylə “Esse”də Sadiq Qarayevdir.
Filologiya üzrə fəlsəfə doktoru Qürbət Mirzəzadə “Adiliyin poeziyası və ya poetik düşüncəsin bənzərsiziliyi” yazısında unudulmaz şairə Fərqanə Mehdiyevanın yaradıcılığından söz açır.
“Dərgidə kitab”da şeirləriylə Xəyal Rzadır.
Bunlar hamısı deyil, “Ulduz”un aprel sayında yeni imzalar, yeni yazılar, yeni baxışlar yolunuzu gözləyir.
http://www.azyb.az/admin/media/files/1715934289-Ulduz%20Aprel%202024.pdf