BURSA SƏFƏRİ
Ötən ilin dekabr ayında Türkiyənin Bursa şəhərində Avrasiya Sənət, Kültür, Ədəbiyyat Federasyonunun Başqanı Savaş Ünel, Azərbaycan heyətinin ASKEF-in Azərbaycan Başkanı Sona xanım İsmayilova və Bursa Aşıqlar, Yazarlar, Şairlər Dərnək Başqanı (Turizm Kültür Bakanlığı), xalq ozanı Məryəm xanım Şahinin təşkilatçılığı ilə 37-ci Uluslararası Türk Dünyası Kültür, Sənət Şöləni keçirilmişdir. Tədbirdə Azərbaycan, Şimali Kipr Türk Respublikası, Özbəkistan, Qırğızıstan, Bolqarıstan, Yunanıstan, Qazaxıstan, Fransa ölkələrindən şair, yazar və sənətçilər iştirak etmişdir. Üç gün davam edən şölənin proqramı maraqlı tədbirlərlə zəngin olub. Proqrama Azərbaycanlı şair-publisist Güləmail Muradın Türkiyədə nəşr olunmuş "Kadirlidə 4 gün" kitabının imza günü də daxil edilib. Yerli və xarici iştirakçılar Azərbaycan ədəbiyyatına böyük maraq göstərdiklərini ifadə etmiş, həvəslə Güləmail xanımın kitabını almışlar. Maraqla qarşılanan şairə müxtəlif suallarla müraciət etmiş, çıxışlarında kitab müəllifini Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə təbrik edərək, qardaşlığımızın əbədi olduğunu dönə-dönə vurğulamışlar. Şairin Turk Dövlətlərinin, Türk xalqlarının birliyi mövzusunda yazdığı şeirlərini sürəkli alqışlarla qarşılamışlar. Güləmail Murad xüsusi medal və fəxri ödüllə təltif olunmuşdur. Tədbir Bursa şəhərinin Panorama tarixi muzeyinin görməli yerlərinin və Osmanlı Sultanlarının Osman Qazi, Orxan Qazi və Əmir Sultan türbələrinin ziyarəti ilə başa çatıb.
"Kadirlidə 4 gün" kitabına bir başa keçid: https://cloud.mail.ru/public/7M8J/udGA5t2uu
Səyahətdən fotolar: