Dədə Qorqud dastanında təsvir edilmiş geyimlərdə atəşrərəstlik elementləri. Son dövrdə Dədə Qorqud dastanının 1300 illiyini qeyd etdik, əslində isə hər bir Dədə Qorqud tədqiqatçısı bu rəqəmə sübhə ilə yanaşır və bu dastanın yaşının daha qədim olduğuna qətiyyən şübhə etmir. O cümlədən biz də Dədə Qorqud dastanında təsvir olunmuş geyimləri araşdırarkən bunun bir daha şahidi olduq və haqlı olaraq qürur hissi keçirdik. Tarixi geyimlərin araşdırılmasından aydın olur ki, Dədə Qorqud dastanının yaşı eramızdan bir neçə yüz il əvvələ gedib çıxır. Geyimlərdə atəşprəstliklə, günəş tanrısı ilə bağlı elementlərdən istifadə olunub. Zaman kecdikcə, təbii ki, islam dini elementləri dastanın yeni nəql-çiləri tərəfindən ə1avə olunub. Dədə Qorqud dastanından bəlli olur ki, bu dövr oğuz türklərinin geyimi rəngi və simvolik elementləri ilə müəyyən inamlar ifadə edirdi. Oğuz qadınlarının geyimlərində qırmızı-al rəng ən çox istifadə olunan rəng idi. Digər rəngli geyimlər isə fərqli olduğu üçün seçilirdi. Bu barədə Dədə Qorqud dastanında oxuyuruq: “Namı qizlar al geymişlərdi, kəndi sarı geymiş idi”. Buna görə də ona Sarı tonlu Selcan xatun deyirdilər.
Dastanda qadın və kişi üst geyimi kimi qaftan haqqında danışılır. Adi gündəlik geyim növü kimi qaftan, ümumiyyətlə ağ rəngdə imiş. Gəlinlik raltarı kimi qırmızı qaftan, al duvaq geyinilməsi dastanda xüsusi qeyd edilir, məs.: “Banuçiçək qırmızı qaftanın geydi” və s. Kişi toy geyimi də qırmızı rəngdə imis: “Adağlusından ərgənlik bir qırmızı qaftan gəldi...”
Dədə Qorqud dastanında qadın baş geyimləri barədə hec bir məlumat olmasa da, əsər boyu ancaq yaşmaq haqqında söhbət gedir: “Banıçicək yaşmaqlandı”, “Ayağım başmaq, yüzim yaşmaq görmədi” və s. Buradan aydın olur ki, Oğuz qızları evdə və elarası üzüaçıq gəzərmişlər. Ancaq toyu olan qızın üzü bağlı (yəqin ağ ör-pəkli), al duvaqlı olarmış. Məs., “Al duvağım yiyəsi”, “Ala gözlü oğlına al duvaxlu gəlin aldı”. Bildiyimiz kimi, Atəşrərəstlər ibadət zamanı ağızlarını yaşmaqla bağlayırdılar. Oğuz qızları isə Qazılıq dağına baxarkən yaşmaqlanardılar. Burada iki fikir yürütmək olar. Birincisi, hesab etmək olar ki, oğuz qadınları günçıxana baxarkən yaşmaqlanardılar, ikincisi, ola bilər ki, oğuz qadınları ağsaqqal yanında, hörmət əlaməti olaraq, yasmaqlanardılar (“Qazılıq dağı bizim qayınatamızdır deyirlər”). Son dovrlərə qədər ağsaqqal yanında hörmət əlaməti olaraq yaşmaqlanmaq adəti Azərbaycan qadınları arasında qalmışdır.
Azərbaycanın tarixi geyimləri içərisində ən çox şöhrət qazanmış geyim cübbə idi. Cübbə haqqında ən dəqiq məlumatı Dədə Qorqud dastanından alırıq. Nəm qadın, həm də kişi geyimi olan cübbə, doyüsçü geyimi kimi istifadə olunarkən tək deyil, “quş” adlanan simvolik elementlə birlikdə geyinilirmis. Dastanda igidlik göstərmiş, ad-san qazanmış gənc haqqında Dədə Qorqud onun atasına belə deyir: “Cigin quşlu cübbə - ton vergil bu oglana, geyər olsun, hünərlidir”. Digər boyda Qazan xan oğlunun xilas olması münasibətilə “Qırq evli qulla, qırq cariyə oğlu başına çevirdi, azad eylədi, cılasun ərənlərə qara ölkə verdi, cübbə-quş verdi” - deyilir. Azərbaycan geyim tarixindən bəllidir ki, cübbə xəzdən tikilirmiş. Deməli, xəzdən tikilmiş cübbənin çiynində “quş” varmış. Bura fikir verək. Əgər “quş” deməklə adi quş bəzəkli, tikməli ciyin deyilirsə, bunu döyüşçü geyimi kimi tərif etmək mənasız olar. Şamil Cəmşidov bunu rutbə bildirən raqon kimi izah edir. Təbiidir ki, orduya qəbul olunan gün döyüşcüyə yüksək hərbi rütbə verilə bilməzdi. Nədiyyə veriləndə də cübbə-quş verilir. Burada cox güman ki, cübbənin üstündən çiyinə salınmış “quş”dan söhbət gedir. Maraqlıdır ki, dastanda qadın cubbələri haqda çox söhbət getsə də, heç yerdə “quş”dan danışılmır. Bəzək olsa idi, təbii ki, bundan qadinlar ilk növbədə istifadə edərdilər. Təsvirə, deyimə və mühafizə, inam simvolu kimi təqdim edildiyinə görə bu quş Ziviyədən tarılmış, e.ə. VIII yüzilliyə aid edilən, hazırda Tehran arxeoloji muzeyində saxlanılan qızıl lövhə üzərində təsvir edilmiş “Şirlə döyüs səhnəsi”ndə döyüşçünün çiyninə saldığı “quş”u xatırl-adır (və elə təsəvvür yaranır ki, bu qızıl təbəqə Qanturalının aslanla döyüşdüyü səhnəni təsvir edir). Təsvirdə döyüşçünün əynində “zirehli” raltar var (tablo 1, şəkil 1). Paltarın uzunluğu dizdən yuxarıdır. Geyimin üstündən sağ qol altından keçməklə sol çiyni örtərək, ucları sağ tərəfdə dizə qədər sallanan enli və uzun qanad salınıb. Başına alınlıq taxılıb. Çox güman ki, oğuz bəyləri də igidlik göstərən gəncə “çiyni quşlu cübbə-ton” verərkən bu cür “qus”lu cübbəni nəzərdə tutur və beləliklə həm onu artıq döyüşçü kimi qəbul edir, həm də rəmzi olaraq bununla igidlik ənənəsinin davamçısı olduğunu ona xatırladırdılar. Əvvəlki bölmədə biz qaftanın təzəliyinin igidlik rəmzi olduğunu qeyd etmişdik. Fikrimizcə, əsər boyu, hörmətli şəxsiyyətlərə hədiyyə verilən, igidlər haqqında “çal qaraquş ərdəmli” deyərək tərif edilən, vətən-rərvər, igid döyüşçu geyim dəstinin elementi kimi təqdim edilən “quş”, igidlər tərəfindən öldürülən və ya tutulan alıcı qaraquşa bənzədilirmiş. Qaraquşu quşların ən məğlubedilməzi kimi qəbul edən oğuz döyuşçülərini tərif edərkən qəhrəmanı ona bənzətməyə çalışardılar: “Cümlə quşlar sultanı çal qaraquş, Qanadı ala sağsağana kəndizin şaqidarmi?” Üəqin elə buna görə də Dirsə xan oğlu Buğac xan boyunda Dədəm Qorqud boy boylayır, soy soylayır, deyir; “Qanadların ucları qırılmasun” “Ag saqqallı baban yeri uçmağ olsun”. Qeyd edək ki, “quş”un astarının həm də al rəngli olması da əsərdə qeyd edilir və bu cür quşun daha qiymətli olması nəzərə çarrdırılırdı. Belə ki, Bayandur xana verilən vergini sadalayarkən Quşun ala qatını, qumaşın arusını, toquzlama çırgab çuqa Bayandur xana rəncyek çagırdılar” deyilir.
Ziviyə qazıntılarından əldə edilmiş, digər “şirlə döyüş” səhnəsini təsvir edən qızıl təbəqədə də bu quşdan istifadə olunduğu gös-tərilir. Bu təsvir uç hissədən ibarətdir. Ust hissədə əlbəyaxa döyü-şən döyüşçü, aşağı hissədə isə başçını (ola bilsin ki, elçini və ya kahini) müşayiət edən səxslər təsvir olunub. Döyüşçü, müşayiətçi və başçının geyindiyi raltar eyni biçimdə və eyni damalı materialdan olub, uzunluğuna görə fərqlənib. Başçının raltarının uzunluğu dabana qədər, döyüşçu və muşayiət edən şəxslərin raltarının uzunluğu isə dizə qədərdir ki, bu da onların daha çevik və hərəkətli olmasını təmin edir. Başçının geyimi, Ziviyədən tarıl-mış, fil sümüyündən düzəldilmiş kişi fiqurunun geyimi ilə eynidir. Döyüşçü və müşayiətçilərin sol çiyinlərinə saldiği qanadın arxa tə-rəfi sağ qol altından ön tərəfə gətirilməklə sol çiyinə tərəf ararılıb və sol çiyində bənd edilib. Ön tərəf sərbəst buraxılıb ki, bunun da uzunluğu baldırlara catır. Qızıl təbəqə üzərində olan təsvirdəki başçının və fil sümüyündən düzəldilmiş kişi fiqurunun əynində bu qanadın stilizə olunmuş, uzun sacaqlı formalı tiri var. Bildiyimiz kimi, bu dövrdə Azərbaycanda atəşrərəstlik geniş yayılmışdı. Gö-rünür, döyuşcünün çiyninə saldığı “quş” həmin inamla bağlıdır. Çünki relyef təsvirlərində də Ahura Mazda qanadlı quş kimi təsvir edilir. Belə “quş”u çiyninə salan döyüşcü Ahura Mazdanın ona kö-mək olacağına inanarmış. “Quş” sag qol altından salınaraq ürəyin üstündən keçməklə ciyində bərkidilirmiş.
Beləliklə, araşdırmalarımızın nəticəsi kimi, demək olar ki, şirlə dö-yüş səhnəsindəki “quş” elə “Dədə Qorqud” dastanında adı çəkilən “çigin quşlu cubbə don” deyimindəki cübbənin çiynində olan “quş”dur. Qeyd etmək yerinə düşərdi ki, Türkiyənin Bursa mahalında adi günlərdə sıxdırma və sarkanın əvəzinə geyinilən “güdük” adlanan geyimin qolu uzun olub, bədənə “kara kuş” - iri və ətəyə qədər uzun olan əlavə rarca tikəsi vasitəsi ilə birləşdirilir. Bizim “xişdək” adlandırdığımız bu rarca tikəsini türklər ümu-miyyətlə, “kuş” adlandırır və bu “kuş” ətəyə catmadan, ancaq qol altına genişlik vermək üçün istifadə olunur. “Kara kuş” isə “kuş”dan daha enli və uzun olmaqla, ətəyə genişlik vermək məq-sədilə istifadə edilir. Zənnimizcə, bu “kara kuş” elə “Dədə Qorqud” dastanmda adı çəkilən “çal qaraquş”a bənzədilən və yuxarıda qeyd etdiyimiz təsvirdə şirlə döyüşən döyüşçünün geyiminin üstündən salınaraq ciynində bənd edilən quşa bənzədilə-rək adlandırılıb.
Bu dövrün zadəgan geyimlərində “quş” stilizə olunmuş formada istifadə edilib. Bu e.ə. IX-VIII yüzilliyə aid edilən Ziviyə qazın-tılarından tarılmış, fil sümüyündən düzəldilmiş fiqurun geyimindən aydın olur. Fiqurda əllərini öndə çarrazlamış, ayaq üstdə dik dayanmış kişi təsvir edilib (tablo 2, şəkil 3). O, uzun saclı, uzun saqqallıdır. Başına alınlıq taxıb. Əynində uzun, damalı-naxışlı, düz bicimli geyim var, ətəkdə 4-5 sm enində sacaq tikilib. Geyimin qolunun uzunluğu dirsəyə qədərdir, altından başqa raltarın uzun qolu görünür. Boynu dövrələmə kəsilib. Bu geyimin üstündən sag çiyindən salınaraq sol qol altından keçməklə öndə çarrazlanmış, kənarı köbəli - saçaqlı əlavə örrək salınıb. Ayağında qalın, müstəvi altlıqlı ayaqqabı var. Geyimin üstündən salınan sacaq-örtük “quş”un stilizə olunmuş formasıdır. Ümumiyyətlə, qədim türk xalqlarında bir çox hallarda soykök ağ qu-ağ qaz sifətində təsvir olunurdu, “Ağ Sunqur quşu erkəgində bir köküm var deyilirdi”, düşmən üzərinə gedəndə isə qara quş (“Çayın baqsa çalmalu, qara quş ərdamlü, qurqurma quşaqlu, qulaği altun kürəli...qazılıq Qoca oğlı bəg Üegnək”) kimi olurdular.
Oğuz türklərinin baş geyimində də maraqlı elementlər var. Məsə-lən, düşmən tərəfindən aldadılmış Bamsı Beyrək belə deyir: “...Alın başa qunt işığım urardım” , “At, yaraq və işıq Bəkilin, Bəkil içində degil” və s.
Dəmir donlu igid “alın başa qond işığın urarsa”-qızılı rəngli, günəş kimi rarlaq dəbilqəsini geyərsə, sanki günəşdən guc alar, düşmənə qalib gələcəyinə inanarmış.
Bəkil oğlı Əmran boyunda xatunun Bəkilə dediyi “Alnunda altun işıq cübbəsi yoq” (Kitabi-Dədəm Qorqud, əla lisane-tayifeyi-oğuzan əsərində “Alnında altun aşıq cubbəsi yoq” kimi yazilıb), cumləsinə diqqət edək. “Alnunda” Nəmid Araslıda “əgnündə” kimi yazılıb. Müasir mətndə cumlə “Alnını örtən qızılı işıqlı zirehin yoxdur” kimi tərcumə edilib, əslində isə, bu cümlə “Əgnündə altun işıq cübbəsi yoq” və ya “Alnunda altun işıq, ciqqasi yoq” olmalıdir. Birinci halda, “altun işıq cübbe” olarsa, bu cübbə, üzərində qızılı tikməli naxışları olan rarçadan tikilmiş cübbədir. Nəmin dovrdə qı-zılı tikməli rarçalar yüksək qiymətləndirilsə də, bunun döyüş geyimi kimi istifadə olunduğu şübhə doğurur. Ikinci halda, cümlə daha aydın olur, burada “Altun işıq cıqqa”, oguz igidlərinin başına taxdığı qızıl cıqqa imiş.
Nizami Gəncəvi əsərlərində təsvir olunan geyimlərdə Atəşpərəstlik elementləri. Kəmərin funksiyası ilə bərabər atəşpərəstlikdən qalma xüsusi mənası da var imiş. Əyninə sədrə geyib, belinə keşti bağla-yan gəncin artıq atəşpərəstlik dinini qəbul edib, bu dinə sədaqətli olacağına inanardılar. Nizami Gəncəvi bunu poetik dillə belə ifadə edirdi: “Yüzlərlə xidmətçi taxmış zərzivər, Pərəstiş etməyə bağla-mış kəmər”; “Sən hər zaman belini dairə tək bağlı et, Fələkdənsən, fələklə yaxşı dolan, yola get” - deməklə, şair göstərirdi ki, belə dai-rə kimi dolanıb bağlanan kəmər, xeyir və şər qüvvələr arasında, ta-razlıq mərkəzində olur. Bu dünyanın mizan tərəzisidir ki, tarazlıq pozulsa dünya məhvərindən çıxar. Şərin bir ucunun xeyir, xeyirin bir ucunun şər olduğunu nəzərə almaq lazımdır. Bu isə ancaq şərlə yola getməklə, onun artıqlıq edib tarazlığı pozmamasına nail ol-maqla mümkündür.
“Xəznədə əyləşən ilan deyildir yoxsul, Kəmər kimi qıvrılıb olmuş qarşında bir qul. Bu fələk də baş tacı olmadı nahaq yerə, Döndü xidmət ucundan bədəni bir kəmərə. Hünərin cilovundan tutaraq çəkən adam, Kəmər çəkdiyindəndir tutmuş o da bir məqam”. “Sən öyrənmisən, kəmər bağlamağa, Nizami!”. Yaxud: “Kəmər bağla-mağa belim varmayır”.
Bütün dövrlərdə əsl-nəcabəti, var-dövləti ilə seçilən adamlar, bu seçimi ən çox papaqlarında və kəmərlərində qeyd ediblər. N.Gən-cəvi bu seçimlərdən birincisinin - papağın birmənalı, kəmərin isə ikimənalı olduğunu qeyd edir. Birmə’nalı seçim odur ki, insanın sinfi mənsubiyyəti, var-dövləti müvəqqəti, gül ömrü kimi qısa ola bilər, onunla o qədər də fəxr etməyə dəyməz, kəmər isə and içilib belə bağlandığından bu sədaqət, bu inam daimi olur. Bu cür səda-qət rəmzi kimi birinci mənası olan kəmərə var-dövlət rəmzi kimi ikinci məna verərək daha qiymətli, bərbəzəkli etmək olar. Beləliklə, papağın mənası səni özünə qul etmək, kəmərin mə’nası isə sənin qulun olmaqdır. Hər səhər gün başlayanda belinə kəmər bağlayan insan onun mənasına varmalı, çalışıb xeyirlə şəri tarazlıqda saxla-malıdır. Bunların hər hansı birinin tarazlığının pozulması faciəyə gətirib çıxarar. Xeyirin artıqlığı yaltaqlığa, şərin artıqlığı isə alçaqlı-ğa sövq edər. “Nə vaxtadək gül kimi dikbaşlılıq edib sən, Papağın, kəmərinlə belə öyünəcəksən..., Papaq, gül ağalığı, gün gələr verər sənə, Öz könlünü qul edər, bəzən də kəmər sənə”.
Səfəvilər dörvü geyimlərində atəşrərəstlik elementləri. Tarixdən məlumdur ki, Şah Ismayıl Səfəvi islam dininin şiə təriqətini qəbul etmişdir və bu təriqəti təbliğ edirdi. Bu dövrdə incəsənətin bir cox növləri - xalca, rarça, o cumlədən süjetli rarçalar və geyim məmu-latları istehsalı xeyli inkişaf etmişdir. Bu incəsənət əsərləri təkcə öz ölkəsində deyil, həmçinin ölkənin hüdudlarından xeyli uzaqlarda Azərbaycan xalqının mədəni həyatının, iqtisadi inkişafının gös-təricisi kimi maraq doğurur, dünya muzeylərində bu günə qədər qorunaraq xalqın zəngin mədəni irsini bütün dünyaya nümayiş etdirir. Bu dövr Azərbaycan miniatürlərində qadınların başında dilimli ləçək var. Bu ləçək başlığa bərkidilib. Bəzi miniatürlərdə təsvir olunmuş qadın baş geyimləri yeddi dilimli örrəyin uç dilimli modifikasiyasıdır.
XVI yüzilliyə aid miniatürlərdə təsvir edilmiş baş geyimi başlıq üzərinə bərkidilib. Kənarları dilimlənib, birçəklərin üstünü, saç ara-sını, qulağı və hörükləri ayrı-ayrılıqda örtür. Əsasən ağ rəngli par-çadan tikilmiş bu baş geyimi yarımdairə formasında kəsilir, günəş şüaları kimi dilimlənir, başda başlığa birləşdirilir və hər iki tərəfdən boğazaltı vasitəsilə bərkidilir. Birinci dilimlər üz yanında sallanaraq birçəkləri, ikinci dilimlər qulağın üstünü örtür. Qalan dilimlərin hö-rüklərin üzərinə salınması və ancaq yas mərasimlərində saçın açıq olması kədəri ifadə edirdi. Dilimlərin uclarında bağlanmaq üçün qarmaq və qarmaq yeri olub.
“Dilənçi qarının Məcnunu Leylinin yanına gətirməsi” miniatürün-dəki baş geyimi də günəşəbənzər baş geyiminin üçüncü modifika-siyasıdır. Bunun açılışı isə günəbaxan formasını xatırladır. Günə-şəbənzər ləçəyin ikinci modifikasiyası odabənzər şəkildədir. Müa-sir dövrdə geyinilən çadralar da yarımdairə şəkillidir. Bu yarımdai-rənin radiusu onu geyinənin boyuna bərabər olur. Beləliklə, qadın baş örtüyünün inkişaf yolu aşağıdakı kimi olmuşdur: yarımgünəş, od, günəbaxan və nəhayət qadını bütünlüklə başqa nəzərlərdən qo-ruyan yarımdairə şəkilli örpək-çadra bu günə qədər xalqın günəşə və təbiət qüvvələrinə inamını ifadə edir.
Nəmin dövr incəsənət əsərləri üzərindəki insan rəsmlərində əsasən başında qızılbaş rarağı olan kişilər təsvir edilirdi. Bildiyimiz kimi, dövlətin atributları bayraq, himn, gerbdir. Bu dövrdə isə qızılbaş rarağı (tablo 4, şəkil 1-6) adlanan baş geyimi, sanki dövlət atributuna çevrilmişdi. Mənbələrdə qırmızı rəngli, keyfiyyətli mahuddan tikilən, 12 dilimdən ibarət bu rarağın 12 imamı ifadə etdiyi bildirilir. Bu rarağın açılışı tablo 4, şəkil 7, 8-də gös-tərilmişdir və görunduyü kimi, günəşin təsvirinə bənzəyir.
Mərasim geyimlərində atəşrərəstlik elementləri. Üuxarıda qeyd etdik ki, atəşrərəstlikdə əyninə sədrə geyib, belinə kəsti bağlayan gəncin artıq atəşrərəstlik dinini qəbul edib, bu dinə sədaqətli olacağına inanardılar. Bu adət bu gunə qədər xalq inamının ifadəçisi olaraq yaşayır. Toy mərasimlərində gəlini ararmağa gəlmiş qayın gəlinin belinə qırmızı kəmər bağlayır, onu uç dəfə bu kəmərin içindən keçirir. Bununla da atəşrərəstlikdən qalma belə bir adəti ifadə edir: “Sənin belinə kəmər bağlayıb, ailəmizə üzv qəbul edirəm, bu ailəyə sədaqətli olacağını arzu və tələb edirəm” (bir haşiyə çixim ki, toyda gəlinə xeyir-dua verilərkən də qarşısında çıraq yandırılır). Atəşrərəstlikdən qalma bu adət od qarşısında and içmək adətinə bənzəyir.
Təəssüflə qeyd etmək istəyirəm ki, toy günü qırmızı gəlinlik raltarı geyinmək adəti hazırda sıradan çıxıb, toy geyimlərimiz tamamilə Avrora geyimləri ilə əvəz olunub. Buna baxmayaraq, qırmızı kəmər bağlamaq adətini saxlaya bilmişiksə, bu da təqdirə layiqdir. Üaxşi olardi ki, yeni geyim modelləri yaradan modelyerlər xalqımızın qədim inancları ilə bağlı simvolikalardan, heç olmazsa, stilizə olunmuş formada istifadə etsinlər. Bu “tarixi soykökümuzə qayıdı-rıq” deyərkən qürur mənbələrimizdən olar. Məsələn, tədqiq olunaraq üzə çixarılmış, döyüşçü geyimi elementi olan “quş”dan istifadə etməklə də müasir geyimlərdə milli kolorit əldə etmək mümkündür. “Quş” hərbçi, dənizçi və aviatorlar üçün forma modellərinin yaradılmasında, məktəbli geyimləri, həmçinin avanqard modellərin yaradılmasında istifadə edilə bilər. “Quş” yüksək təhsil sənədi alan gənclərə, orduda nümunəvi xidmət göstə-rərək titul qazanmış əsgərə, yüksək nailiyyət əldə etmiş idmançıya təqdim olunan simvol kimi, Dədə Qorqud ənənələrinin yaşadılması kimi istifadə edilsə, gənclərdə vətənrərvərlik hissləri aşılanmasına xidmət edər.
“Qobustan “ jurnalı