Prezident İlham Əliyev 2016-cı il üçün Azərbaycan Respublikasının elm və ədəbiyyat sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla 2016-cı il üçün Ədəbiyyat sahəsi üzrə Azərbaycan Respublikasının Dövlət Mükafatı xalq şairi Fikrət Qocaya (Fikrət Göyüş oğlu Qocayev) – “Seçilmiş əsərləri” oncildlik kitabına görə təqdim olunub.
Fikrət Qocanı təbrik edir, ona cansağlığı, yaradıcılıq uğurları arzulayırıq.