Mən 1984 cü ildə Finlandiyaya gələndə, burdakı ədəbi dairələr məni artıq Moskvadan tərcüməçi kimi tanıyırdılar.. Bununla belə fin yazıçıları öz aralarında mənim Bakıda doğulduğumu , Moskvada Bakı yazıçı nümayəndə heyətini müşayət etdiyimi deyirdilər. SSRİ Yazıçılar İttifaqı Finlandiyalı qonaqlara Moskvadan hara, hansı respublikalara səfər edəcəyi seçimini verirdi. Mən onlara həmişə Azərbaycanı tövsiyyə edirdim. Bunun doğma yurduma məhəbbətdən savayı bir izahı da vardı : Bir daha Bakıya getmək, doğmalarımla görüşmək istəyi. O vaxt Azərbaycan Yazıçılar İttifaqının sədri xalq yazıçısı Mirzə İbrahimbəyov idi. Xatırlayıram o bizi nece mehribanlıqla qarşıladı , mənə qızım deyə müraciət edirdi. Əvvəlcə öz sadəlövlüyümlə düşündüm ki, mən Finlandiyaya getmiş ilk Azərbaycanlıyam. O vaxtlar Finlandiyada çox az əcnəbilər yaşayırdı.Əsasən Finlərin arvadları Kareliya , Leninqrad və Rusiyanın başqa şəhərlərindən idi. Və dünyanın başqa yerlərindən olan azyaşlı tələbələr vardı. Mənə tərcüməçi kimi icazə verilmişdi ki, fin ədəbiyyatının tanınmış professor ədəbiyyatşünası Kay Laytininin mühazirələrində iştirak edim. Buna görə tez-tez Universitetə gedirdim. Bir dəfə universitetin kafesində təsadüfən onunla birlikdə əyləşən koreyalı professor –şərqşünas Sonqmo Kho ilə tanış oldum. Deyəsən mənim şərq zahiri görkəmim onu maraqlandırmışdı , mənimlə danışmağa başladı. Bakılı olduğumu biləndən sonra, məni müqavilə ilə işlədiyi kafedraya baxmağa dəvət etdi. Orda məni Asiya və Afrika xalqlarının Dilləri və Mədəniyyətləri İnstitutunun katibi şərqşünas Harri Halenlə tanış elədi. Hər ikisi Helsinkidə bakılı ilə görüşlərinə təəcübləndilər və şad oldular. Və söhbət əsnasında məlum oldu ki, Harri Bakını məndən yaxşı tanıyır. Heç vaxt burda olmadığı halda, Bakının küçələri , harda yerləşmələri, keçmişin və bu günün bütün adlı-sanlı bakılıları, nəinki Azərbaycanın, umumilikdə paytaxtımızın tarixi barədə bilirdi. Mən təqdimatımda Suomidə ilk azərbaycanlı olduğumu deyəndə, o cəld fikrimi təqzib eləyib, XII əsrdə çar dövründə bir mollanın Finlandiyada olmasını və özünün “Əğyarlar “ kitabında bu barədə bəhs etdiyini dedi.
Harri Halen deyirdi ki, Azərbaycandan olan molla Ramazan Mustafa oğlu o illərdə keçmiş Rusiya imperiyasının ən qərb hissəsi olan Aland adalarına sürgün olunmuşdu. Mollanın Çar qoşunlarına qarşı vuruşan İmam Şamilin dəstələrinə kömək etməsindən şübhələnirdilər. Müharibə 25 il sürdü. (1834-1859). Azərbaycanlı molla türk, ərəb və fars dillərində danışa bilirmiş. O vaxt Şamil Qafqaz müsəlmanları dünyasını öz ordusuna cəlb etmişdi. Onun qoşunlarında avarlar, ləzgilər , çeçenlər və başqa müsəlman xalqları döyüşürdülər. Molla həm də yaxınlığında hərbi əməliyyatların getdiyi Car Balakən qəzasında yaşamışdı. I Nikolayın məmurları Molla Ramazanı “Şamilin cinayətkar yoldaşları ilə əlbir olub, bizim əhval ruhiyyəmizdə pis münasibətlərin inkişafına yol açır “ kimi ifadə ilə günahlandırırdılar. Əvvəlcə sürgün olunmuş mollanı Aland adasındakı orta əsrlər qəsri Kastelholm istintaq həbsxanasında saxlayırdılar.Sonralar rus və yerli dili bilməməsinə baxmayaraq ona bir sığınacaq ev verdilər. Qafqaz mollasının Aland adalarında olması haqqında yerli rəvayətlər və cürbəcür əfsanələr yaranmışdı. Deyilənə görə “Qodbi kəndinin yerli hakiminin qızı 1826 cı il təvəllüdlü Anna Liisa müsəlman ruhani mollası Ramazan Mustafa oğluna orda qaldığı 14 ay ərzində, 1848 ci ilin yazına qədər öz ana dilini öyrədir.” Bu barədə 1980 ci il 29 noyabr “Helsinqfors Daqblad” qəzeti yazırdı. Molla çara daim əfv haqqında ərizələri yazır və nəhayət azadlığa buraxılır, doğma yurduna qayıdır. Həm də deyirlər ki, əsir Anna Liiseyə çox minnətdarlıq olmuş, azadlığa çıxandan sonra onu daim xatırlayacağını və ona qiymətli hədiyyələr göndərəcəyini vəd etmişdi. Qəzetlər yazırdı ki, “ illər keçir, əsirdən bir xəbər olmur.Qadın yaşadığı müddətdə hələ də öyrəndiyi tatar dilini müəyyən qədər bilirdi”. Sonralar Aland adasında yaşamış pastor , tarixçi və yazıçı Valdemar Nyumen bu tarixi silsiləyə əsaslanaraq böyük bir roman yazdı. Mən də bu molla haqqında tarixi bir məqalə yazdım , tanınmış şair Məmməd İsmail o vaxt özünün “Gənclik” jurnalında rus və azərbaycan dillərində çap etdi. Amma təəsüf ki, heç kim buna münasibət bildirmədi. Sürgün mollanın gələcək taleyi haqqında heç nə bilinmədi. Amma bizim Harri ilə yaradıcılıq birliyimiz bununla başladı. Tezliklə məni yenidən fin radiosuna dəvət edib, Şamil haqqında veriliş hazırlamağımı istədilər. Mən verilişə Harri Haleni dəvət etdim və o məmnuniyyətlə qəbul etdi.
Beləliklə mənim şərqşünaslıq kafedrası ilə dostluq münasibətlərim yaranmışdı. Professor Sonqmо Кhо məni evinə dəvət edib, həyat yoldaşı ilə tanış etdi. Tədricən öyrəndim ki, bu insanlar çox istedadlı tədqiqatçıdırlar. Harri Halen çox istedadlı və zəhmətkeş insandı. Bir neçə altay və türk dillərinin bilicisi, bir çox tədqiqatların, kitabların, tərcümələrin müəllifidir. Onların arasında "Manas" qırğız eposu kimi monumental bir əsərin tərcüməsi də var.
Molla da məndən əvvəl Suomidə yaşamış yeganə azərbaycanlı olmayıb. Harri başqa adlar da çəkdi. Bu yaxınlarda bu barədə materiallarla tanış olmaq qərarına gəlib, Finlandiya Milli arxivinə yardım üçün müraciət etdim. Bəzi şeylər mənə burda məlum oldu.
Fars şahzadəsi Əkbər Mirzə Qacar (1854-1919) dan başlayıram. Məlum olduğu kimi Rusiya imperiyasının çoxsaylı törəmələrindən olan , Cənubi Azərbaycanın keçmiş general qubernatoru Bəhmən Mirzə Qacar uğursuz çevrilişdən sonra Bakıya yola düşmüş, sonra Tiflisdə fəxri sığınacaq almış ,rəsmi fars şahzadəsi titulunu daşıyırdı. Onun çoxlu uşaqları- 32 qızı, 31 oğlu vardı.Onların çoxu rus və fars ordularında xidmət etmişlər. Məlum olmuşdur ki,rus ordusunda Qacarın sülaləsindən xeyli zabit və 9 general , onların arasında Bəhmən Qacarın nəvəsi Əkbər Mirzə də var imiş. O general-mayor rütbəsindən istefaya çıxmışdı. Görünür o Finlandiyaya 1917 ci ildə Petroqradda inqilab gedərkən düşüb. İnqilabi sarsıntılar 73 yaşlı generala təsir etdiyindən daha çox yaşaya bilmir və Helsinkidə vəfat edir. Məzarı üzərində “Müvəqqəti dəfn olunub” yazılan Əkbər Mirzə, hələ də Lapinniemdəki müsəlman məzarlığında uyuyur. Görünür bu yazını onun oğlu Ruhnəddin Mirzə Qacar etdirib. (sənədlərdə göstərilir , Helsinkidə “Privat” otelində 1918-ci il dekabrın 11-dən 1919-ci il yanvarın 1-dək olub) Görünür Ruhnəddin Qacar gələcəkdə atasının məzarını tarixi vətənlərinə köçürəcəyinə ümüd edirmiş, amma XX əsrin hadisələri çılğın olduğu üçün bu mümkün olmadı.
Və bir gün, mən qızımla general Qacarın məzarını ziyarət etmək üçün müsəlman qəbirsanlığına yollandıq. Əvvəlcə Helsinkidə provaslav və lüteran qəbirsanlıqları arasında yerləşən bu məzarlığın özünü tapmaq lazım idi. Nəhayət həmin ərazini tapdıq. Arxiv məlumatlardan generalın qəbrinin girişdən sağda ağcaqayın ağacının altında olduğunu bilsəm də əvvəlcə çaşdım. Biz onu dərhal tapa bilmədik.Və biz uzaqdan yüksələn qocanı görməsəydik onu heç cür tapmayacaqdıq. Biz ona tərəf cumduq. Bu kişi qəbirsanlıq işçisi idi. “Fin dilində danışırsınız? “ soruşdum. “Danışırıq, danışırıq “- sevincək cavab verdi. Qoca fin imiş, ondan Qacarın məzarı haqqında soruşduq. “Budur yanındasınız, ağcaqayının altında “ Baxanda doğurdan da məzarı gördüm, amma əfsus ! Yazını oxumaq mümkün deyildi. “Müvəqqəti dəfn olunub “ yazılmalıdı-dedim. Hə, hə “ Müvəqqəti dəfn olunub”, amma burda həmişəlik qaldı.-o gülümsündü. Özü də rus şriftləri ilə yazılıb, ərəb şriftləri deyil. Gördüyünüz kimi bundan daha baş açmaq olmur . Pərt halda daş qəbirin üstünə su çiləyərək əlavə etdi.” İndi Oxuyun “ Ammma bu daşın üzərindən heç nə oxunmurdu daha. Biz bu köhnə daşı sonsuz hekayələr altında təmizləməyə çalışırdıq.
“Bax orda məşhur kazak-tatar yatır” –göstərib mərhum haqqında təfərrüatlar danışırdı.Qoca burda 40 il işləyib və dediyinə görə burda ölmüş tatarların çoxunu üzdən tanıyırmış. “Bəs siz niyə burda işləyirsiniz ?” soruşanda izah etdi ki, arvadı tatardı və yenidən Helnskidə yaşamış müxtəlif tatarlardan danışdı. Birdən qoca mənə Şekspirin “Hamlet”indəki Danimarka Şahzadəsi ilə sərbəst söhbət edən , köhnə məzarlar üzərində müdrük nitq söyləyən söhbətcil qəbirqazanı xatırlatdı .Nədənsə bu Finli kişi kimi qəbirqazan qocalara adətən qərb qəbirsanlıqlarında rast gəlinir və görünür onların hamısı Şekspirin təsvir etdiyi danimarkalı qəbirqazanın rolunu aparır.Biz Qacarın məzarı üzərindəki yazının bir kəlməsini də oxuya bilmədik, yazı demək olar silinmişdi. Üstəlik məzar daşı əyilib,sol tərəfə doğru batmışdı .Bu qəbirsanlığın ot basmış ən baxımsız qəbri idi. Çıxışa doğru otuzuncu illərin əvvəllərində "Turan" qəzetini maliyyələşdirən zəngin tatar taciri Tampere Axsena Berenin görkəmli məzarı diqqətimizi çəkdi. Biz qəmli təsuratlarla oranı tərk etdik. Aydındı ki, keçmiş Rus İmperiayasının təbəələri daha çox inqilabdan sonrakı illərdə qonşu Finlandiyaya qaçmışlar.Onların arasında azərbaycanlılar da olub. Finlandiya arxivində "sorğu üçün karantində daxil olmuş 118 saylı şəxslərin Siyahısı" saxlanmışdır. Bu sorğunu sərhəd hakimiyyətində ,Rusiyadan olan mühacirlərin şəxsiyyətini müəyyən etmək üçün aparmışlar. Bu siyahıdan 14 avqust 1922 ci il tarixli bəzi məlumatlar:
Rəsulzadə Məmmədəmin 38 yaş. Ədib, 1921 ildən Moskvada keçmiş Lazerev şərq dilləri institutunun müəllimi. Bu zamanadək Bakıda yaşamış, oranı Bolşeviklər tərəfindən təqiblər nəticəsində tərk etmişdir. Tatar. Azərbaycan vətəndaşı. Müsəlman.Bakı sakini. Moskva ünvanı ; Preçisten bulvarı ev 29 mənzil 14. Finlandiyada heç vaxt olmayıb. 11/VIII -22 ci ildə qeyri –leqal dəniz rayonu Oranienbaumdan Türsova gəlmişdir. Çoxlu tanışları olan Konstantinopola getmək istəmiş, ola bilər ki, Finlandiyanı ona Helsinqforsda yaşayan İmam Hakim məsləhət etmişdir.
Ömərova Xədicə -20 yaş . Dul müəllimə , Helsinqfors tacirinin qızı. Tatar. Müsəlman. Rus təbəəsi. Ancaq tatarca danışırdı , ona görə başqa heç nəyə nail ola bilməmişdi. Rəsulzadəyə gələndə Helsinqfors taciri Süleymanov Sadıqoğlunun övladları ilə gəlmişdi.
Səadət-12 yaş
Cəfər -9 yaş
Nuranə- 6 yaş
Bu uşaqlarda Helsinqforsu istəyirdilər.
Məmmədəmin Rəsulzadə - Azərbaycanın çox tanınmış siyasi xadimi, jurnalist, dramaturq ,Bakı universitetinin qurucularından biri, İlk Azərbaycan Demokratik Respublikasının sədri. Qeyd etdiyim kimi ona babamın ölüm xəbərini Əli Mərdan bəy Topçubaşov bildirmişdi. Kellomyakda karantinə düşüb. Rəsulzadə Helsinqforsda 1 aydan çox olur. 16 sentyabr 1922 –ci ildə Almaniyaya dənizə gedib, bir müddət sonra İstanbula köçür. Öz cavablarında o , karantin xidmətindən məlum səbəblərə görə yayınır.Hərçənd Rəsulzadə həqiqətən 1920 ci ildə Bakı ÇK-sı tərəfindən həbs olunub, amma sonra Stalinin xahişi ilə azadlığa buraxılıb və Moskvaya göndərdilib. Təkcə Lazarev İnstitutunda dərs deməmiş, millətlər xalq komisarlığında da çalışmışdır. O SSRİ dən qaçışının Müsavatın gizli təşkilatı tərəfindən hazırlanıb həyata keçirildiyini gizlədirdi. Rəsulzadənin mühacir həyatı bir çox hadisələrlə dolu və keşməkeşli olub. O Ankarada vəfat edib. Lakin arxivdə qalmış arayışdakı , mühacir tarixində Azərbaycanın görkəmli siyasi xadimi haqqında fin epizodları daha dəqiq məlumatlar verir. Orda qeyd olunur ki, onun azərbaycanlı cığırdaşları kimdi.
O illərdə Finlandiyada ən böyük və yeganə müsəlman icması tatarlar idi. Burda onların əsas hissəsi ticarət işləri ilə məşqul olanlar və ya Rusiya ordusunda xidmətdən sonra o vaxtkı Rusiya İmperiyasının tərkib hissəsi olan “Böyük Finlandiya Knyazlığı “ adlanan Finlandiyada qalanlar idi. Belə ki, onlardan biri də Tampere Şəhərindəki tatar icmasının qurucularından biri zəngin tacir Zinətulla İmadətdin Pur ( Zinətullah Əhsən Əfəndi -1886-1945) olmuşdur. 1920 ci ilə dək Teriokda yaşamış, sonra Tampere şəhərinə köçmüşdür. 1925 ci ildə Finlandiyanın sərhədləri bağlanmış, o vaxta qədər ora asanlıqla keçmək mümkün olmuşdu. Təbii ki, tatarlar bu barədə öz dindaşlarına kömək edirdilər.Bundan başqa bu yardım Teriok sərhəddində tatar biznesinə çevrilmişdi. Arxiv sənədlərindən öyrəndim ki, Finlandiyanın Tampere Şəhərində azərbaycanlı keçmiş “Turan “ ( türkləri ilk əfsanəvi vətəni ), daha sonra “Yeni Turan “ adlanan türk qəzetinin baş redaktoru Mehməd Sadıq yaşayıb. Qəzetin sahibi və naşiri tatar tacir Əhsən Pur vaxtilə Ufada mədrəsə bitirmiş, sonra isə Quranı fin dilinə tərcümə etmiş savadlı bir şəxsdir. Həmin tərcümə indiyədək ən fundamental hesab olunur. Qəzetin digər sponsoru nəsilləri hələ də Finlandiyada yaşayan tanınmış iş adamı Xeyrulla Səmaləddin Əlibəy olmuşdur.
Azərbaycanlı Məmməd Sadıq Axundzadə (1895-1971) Zəngəzur şəhərində anadan olub, bəy təhsilli və imkanlı ailədəndir. Babası Tiflisdə Şeyxülislam kimi nüfuzlu , atası keşiş tərəfindən ehtiram olunan adam olub. İnqilabdan əvvəl onlar üçün açılmış Qori məktəbində dərs demiş,inqlabdan sonra isə Azərbaycan Xalq Respublikasının Zəngəzur qəzasının parlamentinə seçilib.İllər sonra Bakıda bolşeviklər hakimiyyəti ələ keçirdiyi vaxtlar Məmməd Sadıq üçün daha gərgin idi. Əvvəl o , Qarabağda Müsavatın gizli təşkilatına rəhbər edib, oradan Türkiyəyə köçdü. Sonra Azərbaycana qayıtmış, amma tezliklə Tiflisdə olarkən iki illik həbs yaşamışdı. 1924 cü ildə azad olunandan sonra İrana, oradan Türkiyəyə keçə bilib. İyirmi illərin lap sonunda Finlandiyaya gəlib,tacir Əhsən Pur Məhəmməd Sadıqı “Yeni Turan”qəzetini redaktə etməyə dəvət edir. Lakin əməkdaşlıq uzun çəkmir, 1932 ci ilin əvvəllərində “aralarında baş verən mübahisə nəticəsində” bitir.
Səbəb ya fikir ayrılığı ,ya da öz idarəçiliyi tacirin sərt xasiyyəti olur .Naşirin rəsmi bəyanatı saxlanılır ; “Mənim daha “Yeni Turan “ qəzeti ilə heç bir əlaqəm yoxdur .Naşir Əhsən . Tampere 15.2.32. “ Bundan sonra Məhəmməd Sadıq Tamperi tərk edib, Türkiyəyə qayıdır. Gələcək taleyi nisbətən firavan keçir. 1936 -1941 ci illərdə İranda “Ulus” və “ Cümhuriyyət” qəzetlərinin müxbiri olmuş, daha sonra isə Ankarada Türk Mədəniyyəti Araşdırmaları İnstitutunda uzun və səmərəli çalışmışdır. Fin arxivində “Yeni Turan” qəzetinin iki nömrəsi qalıb . Orda bu nömrələr mənə nəzakətlə təqdim olundu və mən onların surətini əldə etdim. Onlardan birində Əhsən Purun yaxın köməkçisi K. Əhtənin “Türk dilinin tələffüzü haqqında “ məqaləsi çap olunmuşdur. 1932 ci ildə qəzetin ikinci sayının , birinci səhifəsində fin dilində “Azərbaycanda “ yazısının Köhnə Bakının bulvar tərəfdən və Qız qalası görünən şəkilləri ilə verilməsini görəndə güclə tab gətirib , dözmək istəyirdim. Müəllif yazırdı ki, bolşevik hakimiyyəti ilə müstəqil Azərbaycan uğrunda necə dəliqanlı mübarizələr gedib.”Rusiya yerli əhalinin ruslaşması siyasətini aparır. Bunun məqsədi aydındır. Bolşeviklər üçün yerli türk əhalisini məhv etmək və Azərbaycanı ruslaşdırmaq mühüm gəlir mənbəyi idi.” Müəllif daha sonra qeyd edir ki, “Təkcə Solovkidə 13 mindən çox savadlı gənc və çoxlu sayda ahıl insan sürgün olunmasına baxmayaraq, Azərbaycan gəncləri ruslara qarşı gizli partizan müharibəsini davam etdirir. Azərbaycan gəncləri inanırdılar ki, nəhayət bir gün eyni vəziyyətdə olan digər ölkələrin (Gürcüstan, Ukrayna, Dağıstan, Türküstan) gəncləri ilə müstəqillik və azadlıq əldə edəcəklər. Bu məqsədlə hər yerdə Rusiyaya qarşı gərgin mübarizə davam edirdi.Yəqin ki, Fin xalqı Azərbaycan xalqını başa düşür və bu mübarizəni ürək yanğısı ilə izləyir .
Fin arxivində Finlandiyaya düşən digər Azərbaycanlılar haqqında məlumatlar :
Əbülfəz (Abel, Abi ) Aysazadə . Solovkovdan qaçmış “ fars” azərbaycanlı .Uşaqlıqda babası ilə Bakıya köçüb, 1918 ci ildə orda Kubana qaçıb. Tacirlik və əkinçiliklə məşğul olmuşdur. 1927 ci ildə 800 qızıl rubl gizlətdiyinə görə düşərgədə saxlanmışdı.Solovkovdan qaçmağa cəhd edir. 8.5.1930. Lakin yalnız Zatıkyan dəstəsinə qoşulandan sonra , Finlandiyaya və İrana qohumlarının yanına gedə bilmişdi.( Məlumdur ki, Solov düşərgəsindən tez-tez uğurlu və uğursuz qaçışlar olurdu . Əlbəttə ki, bütün qaçqınlar Finlandiya sərhədlərinə üz tuturdular.
Əlizadə Mahmud, azərbaycanlı. 1924-ci ildə Finlandiyaya düşüb. Türkiyə vətəndaşı.
İsmayıl Rza oğlu (12.5.1887 - 4.7.1953). İran azərbaycanlısı. Tacir, Helsinkidə müstəmləkə malları və meyvə ticarəti ilə məşğul olurdu. İran vətəndaşı. Finlandiyaya Riqadakı fin-fars konsulluğunun 29.2.1914 1601-1601a vizası ilə düşüb.24.11.1914 Helsinkiyə gəlib. Yenidən 1.1915 gəlir və 1916 ilə qədər subay sayılır. Təhsil - ibtidai məktəb. Şəhərdə 2 ildən çox yaşamışdır".
Nina Sadıq oğlu. (Perkyarv, Muola 26.9.1926 anadan olub).İran azərbaycanlısı, fotoqraf köməkçisi. 4.6.1949 cu ildə Helsinqdə Taun Maryala ərə getdi.
Rəhim Sadıq oğlu. ( 23.3 .1886 “Qazan elindən “ anadan olmuş, 7.3.1955 vəfat etmişdir). İran azərbaycanlısı . 1909 cu ildən Finlandiyada olmuş , 1950 ildən İran vətəndaşı. Perkyarvda Saviko kərpic zavodunda işləyib.
Tamara Sadıq oğlu .(2.6.1924 Perkyarvi, Muolada anadan olub ). İran azərbaycanlısı. Kontorşiça Pentti Myakinendə ərdə olub.2.6.1947 il Helsinq (Görünür Rəhim Sadıq oğlunun qızı olmuşdur.)
Tahir Mahmud ( 1906 ildə doğulub). Azərbaycanlı...
Azərbaycanlılar haqqında məlumatların toplanılması, kimin yolu ilə Suomiyə gəldikləri çox mühüm və gərəkli işdir. Mənə elə gəlir ki, “Azərbaycanlılar Finlandiyada “ mövzusu hələ tükənməyib. Kimsə , nə vaxtsa onun öyrənilməsi ilə məşğul olacaq.Mənə isə yalnız Fin Milli Arxivinin fondlarından məlum olan məlumatları gətirdim.
Tərcümə : Nuranə Nur