Rəssam Graham Gercken1960-cı ildə Avstraliyada anadan olub. O təsviri sənət üzrə təhsil almayıb, rəssamlığı özü öyrənib. Yağlı boya ilə çəkmək məşğuliyyəti professional fəaliyyətə keçib. Onun üçün ən yaxın üslub impressionizmdir. 10 il ərzində Gercken təbiət mənzərələrini çəkərək çaxsaylı turistlərə satıb. Parlaq və əlvan rənglər o dəqiqə diqqəti cəlb edirdi, tablolar tez bir zamanda satılırdı.
2003-cü ildə Çinə gedən rəssam orada məşhur ustalarla tanış olub, onlar öz sirlərini Grahamla bölüşüblər və rəssamlıq texnikasının təkmilləşməsində ona kömək ediblər. Sonralar, uzun illər ərzində o dünyanı səyahət etməyə davam edib. Rəssam Asiya, Avropa və Amerikada olub, bir çox məşhur rəssamları şəxsən tanıyıb və onlardan çox şey öyrəndiyini etiraf edib.
Avstraliyanın və Şimali Amerikanın təbiəti kifayət qədər müxtəlif, rəngarəng olduğu üçün Graham Gerckenə imkan verirdi ki, o daima eksperiment aparsın və özünün gələcək tabloları üçün təzə mənzərələr tapsın. O yağlı boyalarla çəkilən şəkillərə daha çox üstünlük verir. Onun işləri daha çox klassik impressionizmi xatırladır.
O, adətən plenerdən qaçaraq studiyada işləyir. Onun tablolarında çoxlu payız mənzərələri var. Payız onun rəsmlərində daha gözəl, rövnəqli və parlaqdır. Bütün bunlara baxmayaraq, noyabrın rəngləri onun payız mənzərələrində mövcud deyil.
Bugünkü gündə Graham Gercken məşhur rəssamdır, onun rəsmləri xüsusi kolleksiyalarda və dünyanın bir çox rəsm qalereyalarındadır. Onun rəsmlərində payız mənzərələri xüsusilə məşhurdur.
Hazırlayan Natəvan Xəlilova
Tərcümə edən Məlahət Qənbərova