Həsən bəy Məlikov-Zərdabi Azərbaycan mədəniyyətinin, ictimai fikrinin, mənəvi inkişafın, tarixində xüsusi, olduqca əhəmiyyətli yer tutur. Moskva universitetinin məzunu, darvinist-alim, pedaqoq və ictimai xadim, milli teatrın və “Nicat” xeyriyyə cəmiyyətinin banisi, Bakı şəhər dumasının üzvü, ziyalıların bir neçə nəslinin, o cümlədən SSRİ Elmlər Akademiyasının akademiki M.A.Pavlovun tərbiyəçisi olmuş Zərdabi 1875-ci ildə Azərbaycan dilində “Əkinçi” adlı ilk qəzetin nəşrinə başlamışdır. Adətən bu qəzetin adını rus dilinə “Paxarğ” kimi tərcümə edirlər və bu, düzgün tərcümədir. Lakin bəzən bu qəzetin adını rus dilinə “Zemledeleü” və ya “Seətelğ” kimi tərcümə edirlər.
Zərdabinin özünü də haqlı olaraq, həm müstəqim, həm də məcazi mənada böyük Əkinçi adlandırmaq olar. Təbiət elmlərini, aqronomiyanı yaxşı bilən Zərdabi həm də əkinçiliyin nəzəri problemləri ilə, aqronomiya mədəniyyətinin praktiki məsələləri ilə məşğul olurdu. Ensiklopedik biliklərə malik olan, enerjisi aşıb-daşan, xalqın xeyrinə işləməyə gücü də, arzusu da olan Zərdabini Bakıda “arzu edilməyən” insan hesab etdilər və o, bu şəhərdə özünün ictimai faydalı
fəaliyyətinidayandırmağavə doğmayurduolsada, ovaxtqəzetlərdən, teatrlardan, məktəblərdənuzaqdayerləşənkasıb, balacaZərdabkəndinə köçməyə məcburoldu. Həyatının 18 ilinibuməcburisürgündə keçirənZərdabi özfədakarişinibircə gündə dayandırmadı.
ƏkinçilikNazirliyinə müraciətedibmüxtəliftoxumlaralanHəsənbəybubitkiləri özhəmkəndliləriarasındatəbliğ etməyə çalışırdı: özkəndininətrafındakartof, pomidor, pambıqəkinsahələriyaratmağamüvəffəqolmuşdu... O, sözünəslmənasında Əkinçiidi. Ammaohəmdə, yuxarıdaqeydetdiyimizkimi, dahageniş, məcazimənada Əkinçiidi.
Böyük Əkinçihaqqındaxatirələrkitabı Həsənbəyin ömür-günyoldaşı, özdövrününsavadlı qadınlarındanolmuş Hənifə xanımınqələmininməhsuluolandəyərlimemuarlarlaaçılır. Busəhifələrioxuyarkənistər-istəməzbaşqabirməşhurqadının – Həmidə xanımınCəlilMəmmədquluzadəyə həsredilmiş memuarları yadadüşür. Azərbaycanınikiböyükmədəniyyətxadiminin ömür-günyoldaşları Zərdabininvə C.Məmmədquluzadənincoşqun, çətinvə nəcibtərcümeyi-hallarını layiqincə əksetdirən, insanları dərindənhəyəcanlandıranikisənədyaradıblar. Busənədlərolmasaydı, buikitarixi şəxsiyyəthaqqındatəsəvvürlərimizyarımçıqolardı, - bunagörə Hənifə xanımınvə Həmidə xanımınqarşısındabaş əyirəm.
Hənifə xanımHəsənbəyin çoxmürəkkəbhəyatyolununəsasmərhələləriniçoxciddi, həttabirqədərqurutərzdə təsviredir. Moskvadatəhsililləri, vaxtilə petraşevçilərdərnəyinin üzvlərininişi üzrə çarhökumətitərəfindənittihamedilmiş inqilabçı şairPleşşeyevlə yaxınlıq, məşhurtarixçiSolovyovlavə onunailəsiilə dostluq...
Hənifə xanımyazır: “Solovyovlarınevinə daimbaş çəkənHəsənbəyonlarınqızınaəməlli-başlı aşiqolmuşdu. Qızınonarəğbətiçoxciddiidi, ammaHəsənbəybilirdiki, əgəro– təhsilalmış ilkmüsəlman – xristianqızlaevlənərsə, ovaxtkı baxışlaragörə camaatondanda, arvadındanda üzdöndərəcəkvə o, ürəkdənsevdiyiqızlanikahdanimtinaetdi, təhsilinibaşavurandansonra özxalqınaxidmətetmək üçünvətənə qayıtdı”.
Hənifə xanımxalq üçünlazımlı və faydalı işlərgörməyifanatikcəsinə arzuedənHəsənbəyinbuyoldaqatlaşmalı olduğuəzab-əziyyətigünbəgün, ilbəiltəsviredir.
Gerilik, avamlıq, fanatizm...
Hakimiyyətorqanları tərəfindənonaqarşı xoflu, bədxah, çoxvaxtaçıq-aşkardüşmənmünasibət...
Təhdidlər, böhtan, təxribatlar, xəbərçilik...
Zərdabininmüasirlərindənbiriqeydedirki, o, Çernışevskininqəhrəmanları kimi, “nə etməli?” sualı üzərində inadladüşünən “altmışıncı illərinictimaixadimi” idi.
Zərdabiyə əzabverən “nə etməli?” sualınıncavabındahakimiyyətorqanları dabirsualacavabaxtarırdı: onunlanə etməli? Onunla necə rəftar etməli?
Onların fikrincə, Həsən bəy həddən artıq narahat, cod, qılıqsız adam idi.
Hənifə xanım deyir: “Onun həyatında heç bir addım şəxsi niyyətləri ilə uyğunlaşmırdı, kasıb, geridə qalmış doğma millət üçün əlindən gələni edirdi. O, danışmağı xoşlamırdı, harada ehtiyac vardısa, orada planlı şəkildə, yorulmadan və düşünərək işləyirdi”.
Elə buna görə də ondan qorxurdular. 1865-ci ildə Moskva Universitetini bitirəndən dərhal sonra Həsən bəy Tiflis Sərhəd Palatasına işə düzəlir və kəndlilərin vəziyyətinin yüngülləşdirilməsi üçün dərhal əlindən gələni edir. Və çox tezliklə Sərhəd Palatasının müdiri, yeri gəlmişkən, Həsən bəy şəxsən çox hörmət edən bu adam onun qarşısında ultimatum qoyur: “Ya müdiriyyəti “öyrətməkdən” və kəndliləri “korlamaqdan” əl çəkməlisən, ya da xidmətdən getməlisən”.
Qubernator məsələni daha sərt, daha qəti şəkildə qoyur: “Burada xidmətdə ya o, qubernator, qalacaq, ya da Həsən bəy”.
Bir neçə ildən sonra isə, bu dəfə artıq Bakıda, müdiriyyətin başqa bir nümayəndəsi açıq deyəcək: “Həsən bəy, biz sizin üstünüzə ağ neft töküb yandırmaq istəyirdik. Müsəlmanlar nədir, axı? Heç nə! Siz bizə yalnız mane olursunuz”.
Amma fanatik müsəlmanların Zərdabiyə münasibəti də bundan az “nəvazişli” deyildi. Ona küçə söyüşləri ilə dolu məktublar yazırdılar, ondan xəbərçilik edirdilər, hətta onu öldürməyə çalışırdılar: 1868-ci ilin martında onun həyatına sui-qəsd edilmişdi. Gecə vaxtı, Həsən bəy kabinetdə işləyərkən atəş səsi eşidildi. Naməlum cinayətkar pəncərəyə güllə atırdı. Güllə Zərdabinin başından bir qarış yuxarıdan keçib divara dəydi.
Bu dəfə onun “təqsiri” isə ondan ibarət idi ki, Tiflisdən Qubaya köçüb, orada məhkəməyə işə düzəlib, səbrlə, heç kəsə rədd cavabı vermədən, savadsız kəndlilərə qanunları öyrədir, onlara öz hüquqlarını başa salırdı.
Bir il sonra, 1869-cu ildə, Həsən bəy artıq Bakı gimnaziyasının müəllimidir. Bu gimnaziyanın direktoru Həsən bəyin xeyirxah dostu Çermak idi. Zərdabi maraqla işə girişir. Amma onun fəal, hərtərəfli təbiəti üçün təkcə müəllimlik fəaliyyəti az idi. 1873-cü ildə Zərdabi öz şagirdləri N.Vəzirov, A.Adıgözəlov və başqaları ilə birlikdə M.F.Axundzadənin komediyalarından birinin tamaşasını hazırlayır və bununla da milli teatrın əsası qoyulur.
Hənifə xanım deyir: “Həsən bəy heç vaxt cəmiyyət qarşısında öz işi ilə öyünmürdü. O, öz işini “kölgədə qoyur” və həmişə özünə əməkdaşlar axtarmağa, onları həvəsləndirməyə, ruhlandırmağa çalışaraq onları irəli çəkirdi.
O, ... öz adlarını birinci plana çəkməyə çalışan və “mən”, “mən” deyə qışqıran şəxslərə nifrət edirdi”.
* * *
Həsən bəyin qızı Qəribsultanın xatirələri Zərdabinin xanımı tərəfindən sevə-sevə yaradılmış portretinə canlı cizgilər əlavə edir.
“Həmişə yuxudan oyanan kimi, səhər yeməyinə gecikməmək üçün geyinməyə tələsirdim, çünki atam səliqəsizliyi heç xoşlamırdı. Belə düşünmək olardı ki, o, öz gününün hər dəqiqəsini riyazi dəqiqliklə bölür. Mən onun öz vaxtını bayağı tərzdə keçirməsini görməmişəm, hətta onun istirahəti də, əgər belə demək olarsa, aktiv xarakter daşıyırdı: o ya bizə nə isə son dərəcə maraqlı bir əhvalat danışır, ya da adətən Nisənin ifa etdiyi mahnılara ləzzətlə qulaq asırdı”.
Diqqətcil qız atanın danışığında “yüngül nəsihətçiliyi”, ona xas olan “incə istehzanı”, “çox güclü məntiqi”, ədalət hissinin qeyri-adi dərəcədə inkişaf etməsini vurğulayır. O, atasının bu sözlərini xatırlayır: “Folklor – xalqın zəkası, onun idealları və temperamentidir”. Öz valideynlərinin qarşılıqlı münasibətlərini xatırlayır – bu, əsl hörmət, bir-birinin maraqlarına dərin sədaqət, böyük səmimiyyət və qarşılıqlı etibar nümunəsi idi”.
Qəribsultan xanımın xatirələrində Zərdabinin tərcümeyi-halına aid mühüm bir fakt diqqəti cəlb edir:
“Atam qonaq qəbul etməyi çox xoşlayırdı. Dəqiq xatırlamıram, bu əhvalat ya 1896-cı, ya da 1897-ci ildə olmuşdu. O... anama bildirdi ki, onun redaksiyasına Rusiyadan hörmətli qonaqlar gəliblər, onları ləyaqətli qarşılamaq lazımdır...
Axşam qonaqlar atamla bərabər bizə gəldilər, anam onları eyvanda qarşıladı, anamın rus dilini mükəmməl bilməsi onların çox xoşuna gəldi... Qonaqlardan biri yaxşı oxuyurdu. Ümumiyyətlə, mən atamı heç vaxt belə vəziyyətdə – bir qədər yüksək əhval-ruhiyyədə görməmişdim. Amma bəzən onlar ciddi olurdular, fəhlələrin ağır vəziyyəti haqqında danışırdılar... Atam yalnız ertəsi gün bizə dedi ki, qonaqlardan biri yazıçı Maksim Qorki, o birisi – müğənni Şalyapin idi”.
* * *
İctimai-mənəvi prosesin anlaşılmaz paradoksları var. Ərizələr, rədd cavabları, qətnamələr, bildirişlər, protokollar – bunlar hamısı “H.Zərdabi haqqında xatirələr” kitabında verilib, hamısı da bir problemə – “Əkinçi” qəzetinin nəşrinə icazə verib-verməmək məsələsinə həsr edilib. H.Zərdabi hakimiyyət orqanlarını inandırmağa çalışır ki, öz qəzetində heç bir siyasi problemə toxunmayacaq: yalnız kənd təsərrüfatı və elmi mövzulardan bəhs edəcək.
Bakı qubernatorunun dəftərxanasından bir məmur Azərbaycan ədəbiyyatının cərəyanları barədə məlumatlı olmasını çox incə şəkildə göstərir.
Onun Polis Departamentinə “tamamilə məxfi” məruzəsində deyilir: “Azərbaycan ədəbiyyatında yeni cərəyanlar və ümumiyyətlə müsəlmanların arasında mütərəqqi hərəkat haqqında Polis Departamentində olan məlumatlarla əlaqədar, Polis Departamentinə bunu bildirməyi özümə şərəf sayıram ki, Azərbaycan ədəbiyyatında novator əsərlərin müəllifləri kimi çıxış edən şəxslər arasında Bakı şəhərində yaşayan bir neçə müsəlman var, onların arasında birincilərdən biri kimi ... Həsən bəy Məlikovun adını çəkmək olar”.
Amma, məhdud düşüncəli məmurlardan başqa, daha geniş baxışlı inzibatçılar da var idi. Belə insanlardan biri Bakı qubernatoru Staroselski idi.
Məhz o, Zərdabinin təşəbbüsünü dəstəkləmək üçün özündə cəsarət tapdı və “Əkinçi”nin nəşrinə icazə verilməsinə nail oldu. Həsən bəy özü sonralar bunu səmimi minnətdarlıq hissi ilə xatırlayırdı.
(Kitabda Staroselskini xarakterizə edən daha bir ştrix gətirilir. O, yazır: “Nə qədər ki, mən Bakının qubernatoruyam, müsəlman xeyriyyə cəmiyyətinin xeyrinə ildə yüz rubl ianə verməyi özümə borc bilirəm”).
Nəhayət, çoxdan gözlənilən gün gəlib çatdı – 1875-ci il iyulun 22-də “Əkinçi”nin birinci nömrəsi çapdan çıxdı.
Hənifə xanım xatırlayır: “Balaca, təmiz qəzetçapdan çıxanda Həsən bəyin sevincdən gözləri yaşarmışdı, o, evə çox həyəcanlı halda, qəzeti əllərində tutaraq sevincək əhval-ruhiyyədə gəldi. Bu, onun həyatında xoşbəxt gün idi”.
31 il sonra, 1906-cı il aprelin 7-də sübh tezdən əllərində “Molla Nəsrəddin” jurnalının təzə mətbəə rəngi qoxuyan birinci nömrəsini tutmuş Cəlil Məmmədquluzadə və Ömər Faiq də eynilə bu cür sevinc və məmnunluq hissi keçirəcəklər.
Zərdabi “Əkinçi”nin yalnız redaktoru deyildi, o həm də qəzetin ədəbi işçisi, müxbiri, korrektoru, mürəttibi, hətta abunə və yayım üzrə agenti idi. Hər şeyi özü etməli olurdu, hərçənd bir çox başqa görkəmli mədəniyyət xadimləri – M.F.Axundzadə, S.Ə.Şirvani, N.Vəzirov bu qəzetdə əməkdaşlıq edirdilər.
Bir nəfər gəlmə fransız jurnalisti “Əkinçi”nin nəşr edildiyi şəraitlə tanış olandan sonra heyrətini gizlətməyib, uca səslə demişdi: “Siz igid adamsınız! Bizdə, Fransada, belə kasıb qəzet üçün işləməyi arzu edən insan tapılmazdı. Sizin enerjinizə mat qalıram. Görünür, öz xalqınızı çox sevirsiniz”.
Zərdabi həqiqətən öz xalqını ürəkdən sevirdi və bundan başqa, onun oyanışı üçün nə etmək lazım olduğunu aydın bilirdi. Zərdabinin ictimai-fəlsəfi baxışlarının ilk nüfuzlu tədqiqatçılarından biri, alim Heydər Hüseynov yazırdı: “Gertsenin “Kolokol” qəzeti Rusiya üçün böyük rol oynadığı kimi, “Əkinçi” qəzeti də müəyyən mənada Azərbaycanda ictimai fikrin inkişafı tarixində həmin rolu oynamışdır”.
Daimi xəbərçiliklərə və böhtanlara görə hakimiyyət orqanları “Əkinçi” qəzetini bağladılar. Həsən bəyin özünü isə necə olursa-olsun, Bakıdan qovmaq istəyirdilər. Ona hörmətlə istefa verməsini, Qafqazdan uzaqda yerləşən istənilən başqa şəhərə köçürülməsini təklif edirdilər. Jandarmlar onun mənzilini hər gün nəzarətdə saxlayırdılar. Onlardan biri daim mətbəxdə vurnuxur, ikinci küçələrdə Zərdabinin hər addımını müşayiət edirdi.
Nəhayət, Həsən bəy ailəsi ilə bərabər Zərdaba köçür. Lakin bu yorulmaz insan burada da sakitləşmir. Kəndliləri maarifləndirir, fırıldaqçı şeyxlərin dini fanatizmini ifşa edir. Yenə xəbərçiliklər başlanır, qubernator özü Zərdabinin hökumət əleyhinə pozucu fəaliyyətinə şəxsən əmin olmaq məqsədilə Zərdaba gəlir. Qubernator Zərdabda çara qarşı sui-qəsd əvəzinə saysız-hesabsız ağcaqanadlar gördü. O, saysız-hesabsız ağcaqanad sancmalarından az qala ağlaya-ağlaya demişdi: “Burada yaşamaq mümkün deyil, ən azı, ağcaqanadlara görə”.
Yalanları üzə çıxmış böhtançılar etiraf etməyə məcbur oldular ki, yalnız Həsən bəydən yaxa qurtarmaq məqsədilə onun haqqında yalandan çuğulluq ediblər. Ağcaqanadların divan tutduğu qubernator bir vaxt fransız jurnalisti tərəfindən söylənmiş fikirləri demək olar ki, hərfən təkrarlayır: “Görünür, siz bu kasıb xalqı çox sevirsiniz ki, həm iqlim şəraitindən, həm də nalayiq insanlardan bu qədər bədbəxtliklərə dözür və hər halda bu yerləri tərk etmirsiniz”.
Həsən bəyin köhnə dostu Xristian Sink ona yazırdı: “Mən Sizin fəaliyyətinizi maraqla izləyir və Sizin qəhrəmancasına mübarizənizi alqışlayırdım... Siz mənim nəzərimdə yenə əvvəlki ləyaqətli qəhrəman kimi qalmısınız”.
Əslində, Həsən bəyin həyat və fəaliyyətini həm də ona görə doğrudan qəhrəmanlıq hesab etmək olar ki, o, öz hərəkətlərini igidlik kimi yox, ziyalı, maariflənmiş insanın elementar borcu kimi qəbul edirdi. Və heç kəsin, heç bir savadlı xadimin nəinki bu yoldan geri çəkilməsini, hətta kiçik fasilə verməsini bağışlaya bilmirdi. Bu mənada onun M.F.Axundzadəyə ünvanlanmış, ola bilsin, həddən artıq kəskin və sərt, amma xalqın maraqlarına xidmət etməyə çağıran ehtiraslı vətəndaş pafosu ilə dolu məktubu səciyyəvidir.
“Çox hörmətli Mirzə Fətəli bəy! Sizin məktubunuzu və bağlamanızı aldım.
Yazırsınız ki, sizin yaşınız nə isə təzə bir şey yazmağa imkan vermir: çox təəssüflənirəm. Etiraf etməliyəm ki, təəccüblənirəm: başqa insanlar yaşa dolduqca daha təcrübəli, onların əsərləri daha ciddi olduğu halda, Siz isə əksinə, hətta əlinizə qələm ala bilmədiyinizi etiraf edirsiniz; hərçənd, ixtiyar sahibisiniz. Siz dincəlmək istəyirsiniz, Tanrı Sizə sakitliyi bəxş etsin; amma elə düşünməyin ki, xalq maarifinə hər hansı kiçik məqalə və ya pyeslə nail olmaq mümkündür. Xeyr, burada daha çox səy göstərmək tələb olunur! Bunun üçün nəinki bir rəhbərin, hətta on rəhbərin həyatını və əməyini sərf etməsi azdır. Ola bilsin, Sizi düşündürən bu sualdır ki, nəyə görə bir başqası yox, Siz çalışmalısınız, özü də müftə və təşəkkür belə eşitməyə ümid etmədən; bu halda mən izah etməyi lazım bilirəm ki, xalqa sevgidən, yaxınlara sevgidən, cahillərin maarifləndirilməsi işindən söhbət gedirsə, onda bu suala yer yoxdur: özünü xalqın maarifləndirilməsi işinə həsr edən kəsi... belə fikirlər dayandırmamalıdır: o şəxs mükafatı özündə tapır, o öz vicdanını təmizləyir.
Xahiş edirəm, mənim bu sözlərimi məzəmmət kimi qəbul etməyin, belə işdə məzəmmət ola bilməz, mən bu sözləri, yeri gəlmişkən söylədim”.
Jurnalist Qriqori Cinoridze Həsən bəyin ölümündən sonra onun haqqında demişdi: “Mən belə səmimi, saf insan görməmişəm”.
Zərdabinin xarakterinə üzvi şəkildə xas olan səmimiyyət onun bütün hərəkətlərində, bütün publisistik məqalələrində və şəxsi məktublarında görünürdü. O, dərin hörmət bəslədiyi M.F.Axundzadəyə sərt həqiqəti yazdığı kimi, dünyaca şöhrətli Lev Tolstoyla yazışmada da eyni dərəcədə səmimiyyət qaydalarının və əqidəsində güzəştsizliyin tərəfdarı idi: "Hörmətli qraf Lev Nikolayeviç! Sizin oktyabrın 11-də yazdığınız, mənim üçün dəyərli olan cavab məktubunuzu aldım. Məktubdan bildim ki, mənim əziz dostumun səhhəti qaydasındadır və, əlbəttə ki, buna görə çox şadam. Mənə diqqət göstərib cavab verməyə layiq gördüyünüz üçün Sizə təşəkkür edirəm; Məhəmməd ümməti ilə ünsiyyəti qiymətləndirməyinizə görə də çox sevinirəm: bu mənə Sizinlə əziz dostum kimi səmimi əlaqə saxlamağa və bütün biliklərim barədə, məni qəlbən narahat edən bütün itkilər barədə Sizinlə bölüşməyə cəsarət verir”.
Sonra Həsən bəy L.Tolstoyun bir sıra dini-fəlsəfi baxışları ilə razılaşmadığını bildirir və böyük yazıçıya müraciətlə deyir: "Siz İsa peyğəmbəri taxtdan salır və özünüz onun yerini tutursunuz”. Məktub bu sözlərlə bitir: “Əgər Sizi təhqir edirəmsə, məni əfv edin və bağışlayın, çünki həqiqət səmimilik tələb edir, həqiqətin dostu yoxdur...”.
* * *
Həqiqətə, xeyirxahlığa, maarifə xidmət etməyi özünün sərt vəzifəsi hesab edən, qeyri-adi dərəcədə məğrur və izzəti-nəfsi olan bir insan kimi, Həsən bəy dönə-dönə varlıların qapısını döyür, onları yardıma ehtiyac duyan şagirdlər üçün pul xərcləməyə məcbur etməyə çalışırdı. Sonralar o, heç də gülməli olmayan bu epizodları acı yumorla yada salacaq; belə bir hadisəni də xatırlayacaq ki, Həsən bəyin bəylərdən birinə kasıblara kömək etməyi təklif etməsini eşidəndə həmin bəyin ürəyi getmişdi.
“Atam bir qəbul otağından digərinə, bir dəbdəbəli zaldan digərinə, çevik işbazın yanından dəlisov mesenatın yanına gedirdi. Bu xahişlər onun üçün ağır və əziyyətli idi, amma o, əl çəkmirdi. Artıq bir neçə yerdə - gah nəzakətli-soyuq tərzdə, gah həyasızcasına, gah da istehzalı şəkildə rədd cavabı almışdı”.
Budur, Həsən bəy qaş-qabaqlı halda əliboş qayıdır. Birdən hiss edir ki, kimsə ehtiyatla onun əlinə toxunur. Qarşısında dayanmış, təxminən qırx yaşlı hambal-yükdaşıyan utanaraq gülümsəyir. Hambal deyir:
– Eşitmişəm, sən bizim uşaqlarımızı oxutmaq üçün pul yığırsan. Mən nə isə qazanmışam, budur, götür. Burada azdır, amma bunu ürəkdən verirəm.
“Atam həyəcandan deməyə söz tapmayıb onun əlini sıxdı. Nəhayət, dedi: “Təşəkkür edirəm, dostum! Sən o qədər verdin ki, mən ömrümdə heç kimdən bu qədər almamışam, çünki sən nəyin vardısa hamısını verdin”.
* * *
Zərdaba məcburi sürgündən sonra Bakıya gələndən sonra aşkar etdi ki, şəhər dumasında cəmi 5 nəfər müsəlman var; özü də Dumanın iclaslarından birinə gələndə gördü ki, bu beş nəfərdən üçü ayaqlarını altına yığıb sakitcə yatır. Həsən bəy dumadan qəzəbli halda çıxdı və elə həmin axşam şəhərin başçılarına müraciət etdi. O, bir neçə il inadkar mübarizə apararaq, şəhər upravasında müsəlmanların həm mütənasib qaydada, həm də ləyaqətlə təmsil edilməsinə nail oldu, özü qlasnı seçilmişdi və orada şəhərin maraqları, zəhmətkeş və binəsib kütlələrin hüquqları, maarif, mədəniyyət, gigiyena uğrunda çəkinmədən vuruşur, kəskin siyasi, sosial və ekoloji problemlər qaldırırdı. O, qeyri-sağlam və çirkli su mənbələrinin yerləşdiyi sahələrin sahibinin istəyinə rəğmən, həmin mənbələrdən şəhərə su çəkilməsinə mane olmaq üçün çox səy göstərməli olmuşdu.
Bütün şəhərin sağlamlığına cinayətkarcasına laqeyd olan və yalnız öz şəxsi mənfəətinin qeydinə qalan sahibkar Zərdabiyə rüşvət verərək onu susmağa məcbur etmək niyyətinə düşmüşdü. Bunun cavabında Həsən bəy dumanın iclasında onu açıq-aşkar alçaq adlandırmışdı. (Başqa bir halda Həsən bəy onun hesabına varlanmaq arzusu ilə onun evində axtarış aparmağa gəlmiş adamı rüşvətxor və əclaf adlandırmışdı. Buna görə Zərdabi məhkəmə tərəfindən yeddi gün hauptvaxt cəzasına məhkum edilmişdi, amma bütün Göyçay qəzasında hauptvaxt olmadığı üçün, Həsən bəy bir həftə Zərdabdakı mənzilində ev dustağı kimi qaldı).
Dumada işlədiyi bütün illər ərzində Həsən bəy öz deputat vəzifələrinə ciddi və tam məsuliyyətlə yanaşırdı. Yoxlama zamanı məlum olmuşdu ki, bütün bu vaxt ərzində o, Dumanın bütün iclaslarında iştirak edib. Onun mövqeyinin möhkəmliyi hakimiyyət sahiblərini, varlıları və neft sənayesi sahibkarlarını qıcıqlandırırdı. Bəziləri deyirdi: “Lütün biridir, özünün heç nəyi yoxdur, amma bizim ciblərimizə girir; ona yaxşılıq etdilər, qlasnı seçdilər. 125 rubldan artıq qazanır, amma bizə qarşı çıxır”. Hənifə xanım dəqiqləşdirir ki, 125 rubl barəsində bu məzəmmət də haqsızlıqdır. Həsən bəy şəhər Dumasında qlasnı kimi pulsuz işləyirdi.
Nifrət doğuran “lüt” sözünə gəlincə, bu, çox güman ki, həqiqət idi. Onun dəfn mərasimində çıxış edənlərdən biri demişdi: “Həsən bəy qırx il əvvəl Bakıya gələndə yoxsul idi, onun gözləri qabağında Bakı böyüdü, milyonçular şəhərinə çevrildi, onun gözləri qabağında kasıblar milyonçu oldular, o isə, özünə sərvət toplamaq üçün hər cür imkanı olduğuna baxmayaraq, bunu etmədi və bizdən daha yaxşı dünyaya eyni yoxsul vəziyyətdə getdi. O, malik olduğu hər şeyi cəmiyyətə verdi və bu, onun böyük xidmətidir: cəmiyyət üçün hər şey və özü üçün heç nə”.
Jurnalist N.Bayzdrenko xatırlayır:
“Həsən bəyin sistematik surətdə, hər gün redaksiyaya gəlməsini, onun yetim görkəmini, sönməkdə olan, sanki məzəmmətlə dolu baxışlarını görənlər ağlamaqdan özlərini güclə saxlayırdı, bu manifestasiyalarda müasir həyatın acı həqiqətini hiss etmək ağır idi. Əlbəttə, Həsən bəy özü də bunu anlayırdı, anlayır və qüssələnirdi. Deyirlər, ömrünün son günlərində xüsusilə bərk xiffət çəkirdi”.
Uzun illər boyu əməkdaşlıq etdiyi “Kaspi” qəzetinin nömrələrini ömrünün son günlərində, bəlkə də, təsadüfən, ona çatdırmırdılar. “Hamı məni unudub, hamı məni tərk edib, – deyə o, şikayətlənirdi. – Heç kim yanıma gəlmir, mənə baş çəkmirlər, hətta maraqlanmırlar ki, başıma nələr gəlib. Bax, qəzetləri də göndərmədilər”.
Onu tənhalıq qorxudurdu. Həsən bəy heç kəsdən və heç nədən qorxmurdu – nə hakimiyyət orqanlarından, nə varlılardan, nə dini fanatiklərdən, nə də ona divan tutulacağından. O, hamıya və hər kəsə həqiqəti düz gözlərinin içinə
Soldan sağa: İsmayıl bəy Qaspralı, Həsən bəy Zərdabi və
Əlimərdan bəy Topçubaşov – Həsən bəyin kürəkəni
deyirdi: alçağın alçaq olmasını da, rüşvətxorun rüşvətxor olmasını da. Həsən bəy heç kəsdən və heç nədən qorxmurdu. O, yalnız tənhalıqdan qorxurdu. Tənhalıqdan və unudulmaqdan. Əlbəttə, ölüm yatağında olan Həsən bəyin ömrünün son günlərində yaxınları, ailə üzvləri onun ətrafında idi. Amma Zərdabi öz coşqun həyatını sakit, xeyirxah ailəcanlı bir insan kimi yox, sözünü həmişə uca səslə deyən fəal ictimai xadim kimi yaşamışdı. O, ömrünün son günlərində ictimai tənhalıq, unudulma hiss edirdi.
Ölümündən əvvəl demişdi: “Sizdən xahiş edirəm, təntənəli dəfn mərasimi təşkil etməyin. Məni adi qaydada dəfn edin. [Dəfn mərasimi üçün] xərclənməsini nəzərdə tutduğunuz bütün məbləği müsəlmanlar üçün savadlandırma cəmiyyətinə verin. Bu, mənim başıbəlalı xalqım üçün daha faydalı olacaq”.
Təəssüf ki, onun son istəyini yerinə yetirmək mümkün olmadı. Zərdabinin dəfn mərasimi əvvəllər Bakıda görünməmiş dərəcədə möhtəşəm təşkil edildi. Kitabda onun dəfninin təsvirini oxuyanda bəzi detallar diqqəti cəlb edir: mərhumun tabutu üstünə onun qızıl çərçivəli gümüş qovluqda portreti qoyulmuşdu. “Əkinçi”nin qızıl çərçivəyə salınmış birinci nömrəsi, müəllimlər adından Həsən bəyin qızıl çərçivəyə salınmış portreti yerləşdirilmiş gümüş cildli albom gətirilmişdi. Dram truppası adından gümüş lira gətirilmişdi... Qızıl, gümüş... Amma Həsən bəy sağlığında ehtiyac duyan tələbələrin təhsili üçün və ya öz övladı saydığı “Əkinçi”nin nəşri üçün kiçik bir məbləğ xahiş edəndə onu ala bilmirdi. Şair M.Ə.Sabir Həsən bəyin xatirəsini özünəməxsus bir tərzdə əbədiləşdirməyi – qəza məktəblərindən birində heç olmasa bir yetimi pulsuz oxutmağı təklif etdi. Amma, çox ehtimal ki, bu təklifi heç kim ciddi qəbul etmədi.
Qəribsultan xanım atasının dəfnini acı sözlərlə təsvir edir: “Şəhərin görkəmli nümayəndələri tabutun yanında dayanıb mərhuma son ehtiramlarını bildirirdi, onların çöhrəsində hüzn duyulurdu, onların arxasında üzləri dərin qırışlarla örtülmüş, bu çarəsiz ölüm qarşısında böyük əzab duyan insanların canlı dənizi dalğalanırdı. Həqiqi kədər məhz orada təbii formada görünürdü. Bu yoxsul insanlar özlərinin alovlu müdafiəçisi və sədaqətli oğlanları ilə vidalaşırdılar”.
Bu yoxsullardan biri də Həsən bəy özü idi – Moskva universitetinin diplomunu almış, parlaq alim zəkasına, zəngin publisistin ruhuna malik və ... cibi boş olan haqq-ədalət tərəfdarı. Zərdabinin köhnə yoldaşı, jurnalist A.Y.Olendski matəm mərasimindəki çıxışında fikrini çox dəqiq ifadə etmişdi: "Onun sağlığında insanlar hesab edirdilər ki, o, yalnız etməli olduğunu edirdi. Bəli, o, etməli olduğunu edirdi, amma niyə hamı bunu etmir! Nəyə görə bu qədər uzun müddət ərzində o tək-tənha idi, qırx il bundan əvvəl canlı, xeyirxah və işıqlı sözləri ana dilində yazmağa və vaxtaşırı çap etməyə cəsarət etdi və bu cəsarətli fikri həyata keçirdi... Nəyə görə bu qədər uzun müddət ərzində o, şəhər sovetində özbaşınalığa, şəhərin müflisləşməsinə qarşı, bütün Duma maşınını ləkələyən bu və ya digər vicdan oğrularına qarşı təkbaşına cəsarətlə mübarizə aparırdı...
Mərhumun vəsiyyətləri o qədər böyükdür ki, onların hətta bütöv bir nəsil tərəfindən tam həyata keçirilməsini gözləmək çətindir. Gəlin, onun işini davam etdirək, gəlin, yaxınlarımızın naminə onun kimi gümrahlıqla, cəsarətlə və fədakarlıqla çalışaq, amma bunun ardınca, mərhum unutduqlarını da etməyə çalışaq. Bəli, o, xalqa sevgisinin arxasında özünün ən yaxın adamlarını unudub, öz ailəsini təmin etməyib, onun öz uşaqları hələ mükəmməl biliklərə yiyələnə bilməyiblər. Doğrudanmı biz hamımız... yol verəcəyik ki, bu ailə ehtiyac içində qalsın, bizim üçün bu qədər yaxın olan bu uşaqlar onların güclü atası tərəfindən belə müvəffəqiyyətlə başlanmış böyük işin davamı üçün zəruri biliklərə tam yiyələnməsinlər?"
“Müasirləri H.Zərdabi haqqında” kitabının sonunda M.Tacikskinin 1910-cu il tarixli bir yazısı verilib. Həmin yazıda deyilir:
“Bu gün onun vəfatından düz üç il keçir. [Bu müddətdə] kimsə nə isə edibmi? Heç kəs heç nə etməyib. Sual olunur, şəhər nə edib? Axı, o, bu şəhər üçün nə qədər işlər görüb. Ziyalılar nə ediblər? Onların mənafelərini Həsən bəy müdafiə etmirdimi?.. Həmişə gah məsləhət üçün, gah xahişlə müraciət edən müəllimlər nə ediblər... Bir sözlə, Həsən bəyin bu qədər yaxın olduğu bütün insanlar onun xatirəsi üçün heç nə etməyiblər...”
Bu sətirləri oxumaq çox ağırdır. [Onun vəfatından] on ildən çox keçəndən sonra yalnız Sovet ölkəsi böyük Əkinçini qiymətləndirdi – Zərdabinin adı bir ali məktəbə, bir muzeyə, kitabxanalara, məktəblərə, kolxozlara, sovxozlara, küçələrə verildi. Bakıda və Zərdabda ona abidələr qoyuldu. Həsən bəyin əsərləri Azərbaycan və rus dillərində nəşr edildi. Və budur, H.Zərdabinin nurlu şəxsiyyətini əbədiləşdirən daha bir kitab çapdan çıxıb. Bir qədər kədərli, bəzi yerləri faciəli təsir bağışlayan, amma lazımlı və faydalı kitab...
Böyüməkdə olan nəslin əxlaq tərbiyəsi üçün lazımlı kitab. Yaşlı insanların qəlbində ağır şübhələr baş qaldıran dəqiqələrdə onlar üçün də gərəkli kitab.
Böyük Əkinçi tərəfindən uzaq vaxtlarda səpilmiş toxumlar bu gün də cücərməkdə davam edir...