AZƏRBAYCAN
Azərbaycan! Ana torpaq, sən tarixin yaşıdısan!
Türk elinin baş tacısan, qoca Şərqin qapısısan!
Ürəyisən Qafqazların, adın vardır dünya dolu,
Xəzər üstə qanad gərmiş qartalsan sən: məğrur, ulu.
Nəqarat
Bayrağının göy rəngində millətimin ad-sanı var,
Ay-ulduzlu al rəngində qutsal şəhid qanı çağlar,
Yaşılında babaların haqq inamı süslər səni,
Azərbaycan! Yalnız zəfər, yalnız zəfər səslər səni!
Gözəl Vətən! Sənin üçün neçə igid keçdi candan,
Yenildilər düşmənlərin, şax dayandın sən hər zaman.
Azərbaycan-anam mənim! Azərbaycan-Odlar Yurdu!
Keşiyində ayıq-sayıq durub yenə qadir ordu!
Nəqarat
Bayrağının göy rəngində millətimin ad-sanı var,
Ay-ulduzlu al rəngində qutsal şəhid qanı çağlar,
Yaşılında babaların haqq inamı süslər səni,
Azərbaycan ! Yalnız zəfər, yalnız zəfər səslər səni!
Neçə xalqın güman yeri, aman yeri, qədim diyar,
Qucaq açdın məzlumlara, daim yaşa sən bəxtiyar!
Şan-şöhrətli keçmişisən sən hər kəsin, bu günüsən,
Sən hər kəsin aydın, xoşbəxt sabahısan, gözəl Vətən!
Nəqarat
Bayrağının göy rəngində millətimin ad-sanı var,
Ay-ulduzlu al rəngində qutsal şəhid qanı çağlar,
Yaşılında babaların haqq inamı süslər səni,
Azərbaycan! Yalnız zəfər, yalnız zəfər səslər səni!