Məmmədkazım Ələkbərli |
|
(1905-1938) Ələkbərzadə Məmmədkazım — tənqidçi, 1934-cü ildən AYB-nın üzvü. 1905-ci il yanvarın 24-də Dərbənd şəhərində anadan olmuşdur. Bakıda, APİ-nin dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1923-1927). Moskvada Qırmızı professorlar (1930-1934) institutunda təhsilini davam etdirmişdir. ADU-nun rektoru, müxtəlif illərdə AYİ idarə heyətinin sədri, Azərbaycan KP MK yanında «Kommunist» nəşriyyatının direktoru, «Ədəbiyyat qəzeti», «Bakinski raboçi». «Vışka» qəzetlərində baş redaktor olmuşdur. «İdealizm və materializm və yaxud yeni fəlsəfə» (1927), «Yeni əlifba və orfoqrafiya» (1929), «Azərbaycan ədəbiyyatı» (1935) kitablarının müəllifi olmuşdur. 1938-ci ildə cəza təqdirləri dövründə güllələnmişdir. |
Seyfulla Şamilov 1936 |
|
(1902-1974) Şamilov Seyfulla Əli oğlu — nasir, publisist, tərcüməçi, 1937-ci ildən AYB-nın üzvü. 1902-ci il oktyabrın 10-da Azərbaycanın Qazax qəzasının Tatlı kəndində anadan olmuşdur. Bakıda partiya məktəbini bitirmişdir (1921-1925). Azərbaycan Dövlət Pedaqoji İnstitutunda fəlsəfə kafedrasının dosenti (1931-1933), «Kommunist» qəzetində məsul redaktorun müavini, «Gənc işçi» qəzetinin məsul redaktoru, Azərbaycan Proletar Yazıçılar Birliyi təşkilat komitəsinin sədri (1932), Azərbaycan Yazıçılar İttifaqı idarəsinin sədri (1936), «İnqilab və mədəniyyət» jurnalının, «Əədəbiyyat qəzeti»nin məsul redaktoru (1936-1937), Uşaqgəncnəşrdə baş redaktor (1955-1962) vəzifələrində işləmişdir. «Şərəf nişanı» ordeni və Mədəniyyət Nazirliyinin «Əlaçı işçi» fəxri medalı ilə təltif olunmuşdur. «Leninin pedaqoji üsulları» (1925), «Dördüncü il» (1929), «Laçın» (1932), «Seçilmiş əsərləri (1974), «Nigarın məcarası» (1977) kitablarının müəllifi olmuşdur. |
Rəsul Rza 1938-1939 |
|
(1910-1981) Rzayev Rəsul İbrahim oğlu – şair, dramaturq, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Sosialist Əməyi Qəhrəmanı (1980), Azərbaycanın Xalq şairi (1960), SSRİ Dövlət mükafatı laureatı (1951), Azərbaycan Ali Sovetinin deputatı, Azərbaycanın Əməkdar İncəsənət xadimi (1945). 1910-cu il mayın 19-da Azərbaycanın Göyçay şəhərində maarifpərvər ailədə doğulmuşdur. Tbilisidə Zaqafqaziya Kommunist Universitetinin korperasiya şöbəsində təhsil almışdır (1926-1927). Azərbaycan Elmi-tədqiqat İnstitutunun aspiranturasında (1931-1933), Moskvada Kinematoqrafiya İnstitutunda təhsilini davam etdirmişdir (1934-1937). «Gənc işçi» qəzeti redaksiyasında tərjüməçi, Bakı kinostudiyasında ssenari şöbəsinin rəisi (1937-1938), Azərbaycan Dövlət Filarmoniyasının müdiri (1938), Azərbaycan Sovet Yazıçıları İttifaqının sədri (1938-1939), Bakı kinostudiyasının müdiri (1942-1944), kinematoqrafiya idarəsində rəis (1944-1946), Azərbaycan SSR kinematoqrafiya naziri (1946-1949), Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyasının baş redaktoru, Ümumdünya Sülhü Müdafiə Komitəsi Rəyasət Heyətinin üzvü, Afrika və Asiya ölkələri Sovet Həmrəylik Komitəsi Rəyasət Heyətinin üzvü və respublika üzrə sədri, SSRİ Yazıçılar İttifaqı Rəyasət Heyətinin üzvü, «Novosti» Mətbuat Agentliyinin Azərbaycan şöbəsi idarəsinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin (VII çağırış) deputatı, Azərbaycan KP təftiş komissiyasının üzvü seçilmiş, Lenin və SSRİ dövlət mükafatları komitəsinin üzvü olmuşdur. Xidmətləri yüksək qiymətləndirilmiş, ona fəxri adlar verilmiş, üç dəfə Lenin ordeni və medallarla təltif edilmişdir. «Qanadlar» (1939), «Çinar» (1939), «Könül səsləri» (1954), «İllər və sətirlər» (1966), «Duyğular, düşünjələr» (1964), «Üzü küləyə» (1978), «Seçilmiş əsərləri» beş cilddə (2002) və başqa kitabların müəllifi olmuşdur. 1981-ci ildə aprelin 1-də Bakıda vəfat etmişdir. |
Süleyman Rəhimov (1900-1983) |
|
(1900-1983) Rəhimov Süleyman Hüseyn oğlu – nasir, 1938-ci ildən AYB-nın üzvü, Azərbaycanın xalq yazıçısı (1960), Sosialist Əməyi Qəhrəmanı (1975). 1900-cu il martın 22-də Yilezavetpol quberniyası Zəngəzur qəzasının Əyin kəndində anadan olmuşdur. ADU-nun tarix fakültəsində təhsil almışdır. Azərbaycanın Laçın, Samux, Şahbuz və Noraşen rayonlarında rəhbər partiya işlərində çalışmışdır (1934-1937). Azərbaycan Yazıçılar Birliyinin sədri (1939-1940), (1944-1945), Azərbaycan K(b)P Bakı şəhər komitəsində təbliğat üzrə katib (1940-1941), Azərbaycan K(b)P MK-da təbliğat və təşviqat şöbəsinin müdir müavini (1941-1944), Azərbaycan Nazirlər Soveti yanında Mədəni-Maarif İşləri Komitəsinin sədri (1945-1958) vəzifələrində işləmişdir. Azərbaycan Jurnalistlər İttifaqının «Qızıl qələm» mükafatına (1972) layiq görülmüşdür. Üç dəfə Lenin orleni (1946, 1970, 1975), «Qırmızı Əmək Bayrağı» (1959), «Şərəf nişanı» (1942) ordenləri və medallarla təltif edilmişdir. «Şamo» (I,II c. 1931, 1940), «Saçlı» (1944), «Ata və oğul» (1949), «Mehman» (1953), «Ana və abidəsi» (1967), «Mahtəvan» (1968), «Seçilmiş əsərləri» (üç cilddə, 1968-1981) və s. kitabların müəllifidir. 1983-cü il oktyabrın 11-də vəfat etmişdir. |
Səməd Vurğun |
|
(1906-1956) Vəkilov Səməd Yusif oğlu – şair, dramaturq, tərcüməçi, tənqidçi, ədəbiyyatşünas, publisist, ictimai xadim, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, iki dəfə SSRİ Dövlət mükafatı laureatı (1941-1942), Azərbaycan EA həqiqi üzvü (1945), Azərbaycanın Əməkdar İncəsənət xadimi (1943), filologiya elmləri fəxri doktoru (1956), Azərbaycanın Xalq şairi (1956). 1906-cı il martın 21-də Azərbaycanın Qazax qəzasının Yuxarı Salahlı kəndində anadan olmuşdur. Moskvada II Dövlət Universitetinin ədəbiyyat fakültəsində təhsil almışdır (1929-1931). APİ-ni bitirib elmi-tədqiqat institutunda, daha sonra APİ-nin dil və ədəbiyyat fakültəsində aspirant olmuşdur. 1934-cü il Azərbaycan Sovet yazıçılarının I qurultayında İttifaqın məsul katibi seçilmişdir. Ümumittifaq sovet yazıçılarının I qurultayında Yazıçılar Birliyi rəyasət heyətinin üzvü (1934), ZŞFSR Mərkəzi İcraiyyə Komitəsinin üzvü (1935) seçilmişdir. Uzun müddət Azərbaycan Sovet Yazıçıları İttifaqı rəyasət heyətinə rəhbərlik etmişdir. 1954-cü ildə Azərbaycan EA-nın Prezident müavini seçilmişdir. İki «Lenin» ordeni, iki «Qırmızı Əmək Bayrağı» ordeni, «Şərəf nişanı» ordeni və medallarla təltif edilmişdir. «Azad İlham» (1939), «İstiqbal təranəsi» (1947), «Dram əsərləri» (1955), «Komsomol poeması» (1958), «Seçilmiş dram əsərləri və poemaları» (1974), «Seçilmiş əsərləri (iki cilddə)» 1976 və s. kitabların müəllifidir. 1956-cı il mayın 27-də Bakıda vəfat etmişdir |
Mehdi Hüseyn 1958-1965 |
|
(1909-1965) Hüseynov Mehdi Əli oğlu – nasir, dramaturq, tənqidçi, 1943-cü ildən AYB-nın üzvü, SSRİ Dövlət mükafatı laureatı (1950), Azərbaycanın xalq yazıçısı (1964). 1909-cu il martın 22-də Azərbaycanın Qazax mahalının II Şıxlı kəndində anadan olmuşdur. ADU-nun pedaqoji fakültəsinin tarix şöbəsində təhsil almışdır (1926-1931), Moskvada Dövlət Kinematoqrafiya İnstitutu yanında akademiya tipli kinossenariçilər kursunu bitirmişdir (1938). Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin məsul katibi, Azərbaycan Yazıçılar İttifaqı Təşkilat Komitəsinin məsul katibi (1930-1934) Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin katibi (1954-1958), biricni katibi (1958-1965) vəzifələrində işləmişdir. «Qırmızı Əmək bayrağı» ordeni və medallarla təltif olunmuşdur. «Ölkəm» (1947), «Abşeron» (1949), «Səhər» (1953), «Seçilmiş əsərləri» (üç cilddə, 1954), «Qara daşlar» (1959), «Yeraltı çaylar dənizə axır» (1966) və s. kitabların müəllifi olmuşdur. 1965-ci il martın 10-da vəfat etmişdir. |
Mirzə İbrahimov AYB idarə Heyətinin sədri və SSRİ Yazıçılar İttifaqının katibi 1970-1986 |
|
(1911-1993) İbrahimov Mirzə Əjdər oğlu – nasir, dramaturq, ədəbiyyatşünas, publisist, 1934-cü ildən AYB-nın üzvü, Azərbaycanın xalq yazıçısı (1961), Azərbaycan Elmlər Akademiyasının akademiki (1945), SSRİ Dövlət mükafatı laureatı (1950), Azərbaycan Dövlət mükafatı laureatı (1965), Beynəlxalq Nehru mükafatı laureatı (1979), Azərbaycanın Əməkdar İcnəsənət xadimi (1941), Sosialist Əməyi Qəhrəmanı (1981), SSRİ xalq deputatı (1989). 1911-ci il oktyabrın 15-də (28-də) Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Evə kəndində anadan olmuşdur. 1918-ci ildə Bakıya gəlmişdir. Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun ikillik hazırlıq şöbəsində, SSRİ Elmlər Akademiyasının Leninqraddakı Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil almışdır (1935-1937). Azərbaycan SSR xalq maarif komissarı (1942-1946), Azərbaycan Yazıçılar İttifaqı İdarə heyətinin sədri (1946-1954), biricni katibi (1965-1975), SSRİ Yazıçılar İttifaqı idarə heyətinin katibi (1965-1975), Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin müavini (1946-1950), Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin sədri (1954-1958), Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda XIX əsr Azərbaycan ədəbiyyatı tarixi şöbəsinin müdiri (1960-1970) vəzifələrində işləmişdir. Ömrünün axırınadək Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan Ədəbiyyatı Şöbəsinin müdiri olmuşdur. 3 dəfə Lenin ordeni, Oktyabr İnqilabı ordeni və digər orden və medallarla təltif olunmuşdur. Həyat və ədəbiyyat» (1947), «Gələcək gün» (1954), «Böyük dayaq» (1957), «Pərvanə» (1971), «Əsərləri (on cilddə 1978-1981), «Niyəsiz, necəsiz bir yazısan sən» (1985) və s. kitabların müəllifi olmuşdur. 1993-cü il dekabrın 17-də vəfat etmişdir. |
İmran Qasımov 1975-1981 |
|
(1918-1981) Qasımov İmran Haşım oğlu – dramaturq və kinossenarist, (1939-cu ildən AYB-nın üzvü, Əməkdar İcnəsənət xadimi (1960), Azərbaycan Dövlət mükafatı laureatı (1986), Azərbaycanın xalq yazıçısı (1979). 1918-ci il noyabrın 25-də Bakıda anadan olmuşdur. ADU-nun filologiya fakültəsində, Moskvada kino-ssenaristlər şöbəsinin rəisi, Azərbaycan Nazirlər Soveti yanında Kinematoqrafiya nazirinin biricni müavini, Azərbaycan Yazıçılar İttifaqında dramaturgiya üzrə məsləhətçi (1953-1954), «Literaturnıy Azerbaydjan» jurnalının baş redaktoru (1954-1956), Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin biricni katibi (1975-1981) vəzifələrində çalışmışdır. Lenin ordeni, «Qırmızı əmək bayrağı», «Şərəf nişanı» ordenləri, SSRİ medalları və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltiıf edilmişdir. «Uzaq sahillərdə» (1954), «İllər keçir» (1968), «Fransız qobeleni (Yol qeydləri)» (1970), «İtaliya mozaikası» (1972) və s. kitabların müəllifi olmuşdur. 1981-ci il aprelin 20-də vəfat etmişdir |
İsmayıl Şıxlı (1965-1968) SSRİ Yazıçılar İttifaqının katibi (1981-1987) |
|
Şıxlinski İsmayıl Qəhrəman oğlu – nasir, ədəbiyyatşünas, publisist, Azərbayjan komsomolu mükafatı laureatı (1976), filologiya elmləri namizədi (1954), Azərbayjanın xalq yazıçısı (1984), Azərbayjan Respublikası Ali Sovetinin deputatı (1990), M.F.Axundov adına ədəbi mükafat laureatı (1991). 1919-ju il martın 22-də Azərbayjanın Qazax rayonunun II Şıxlı kəndində anadan olmuşdur. APİ-nin dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1937-1941). APİ-nin filologiya fakültəsində aspirant (1946-1949), müəllim, baş müəllim olmuş, xariji ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət Azərbayjan Yazıçılar İttifaqının katibi (1965-1968) kimi çalışmışdır. «Azərbayjan» curnalında baş redaktor (1976-1978), Azərbayjan Yazıçılar İttifaqının birinji katibi (1981-1987), SSRİ Yazıçılar İttifaqının katibi (1981-1987) olmuşdur. Azərbayjan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilmişdir (1991). Xidmətlərinə görə «Qırmızı əmək bayrağı» (1979), II dərəjəli «İkinji Dünya müharibəsi» (1985) ordenləri və medallarla təltif edilmişdir. Azərbayjan SSR Ali Sovetinin Fəxri Fərmanını almışdır (1973). «Ayrılan yollar» (1957), «Dəli Kür» (1968), «Xatirəyə dönmüş illər» (1980), «Məni itirməyin» (1984), «Daim axtarışda» (1988) və s. kitabların müəllifi olmuşdur. 1995-ji il iyulun 26-da Bakıda vəfat etmişdir. |
Anar 1987 ildən bu vəzifəni icra edir www.anar.az |
|
Rzayev Anar Rəsul oğlu – nasir, dramaturq, kinodramaturq, 1964-cü ildən AYB-nın üzvü, Azərbaycanın Əməkdar İncəsənət xadimi (1976), respublika Dövlət mükafatı laureatı (1980), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1987), SSRİ Xalq deputatı (1989), Xalq yazıçısı (1998), Azərbaycan Respublikası Milli Məclisinin üzvü (1995, 2000). 1938-ci il martın 14-də Bakı şəhərində anadan olmuşdur. Burada onillik musiqi məktəbini bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1955-1960). Moskvada Ali ssenari (1962-1964) və rejissor kurslarını (1970-1972) bitirmişdir. «Qobustan» incəsənət toplusunun baş redaktoru vəzifəsində işləmişdir (1968-1987). Hazırda Azərbaycan Yazıçılar Birliyinin sədridir. Asiya və Afrika ölkələri ilə respublika həmrəylik komitəsinin sədri (1983-cü ildən), Azərbaycan-Türkiyə dostluq cəmiyyətinin sədri (1992-cı ildən) seçilmişdir. Azərbaycan ədəbiyyatı və incəsənəti ensiklopediyasının baş redaktorudur (1992-cü ildən). Beynəlxalq Dialoq Avro-Asiya təşkilatının sədridir. Kinomatoqrafçılar İttifaqı idarə heyətinin üzvüdür. «Literaturnoe obozrenie» jurnalının mükafatını almışdır (1987). «Şərəf nişanı», «İstiqlal» (1998) ordenləri ilə təltif olunmuşdur. Türkiyənin üç mükafatına layiq görülmüşdür (2000, 2002, 2003). «Ağ liman» (1970), «Macal» (1973), «Beşmərtəbəli evin altıncı mərtəbəsi» (1981), «Sizi deyib gəlmişəm» (1984), «Dünya bir pəncərədir» (1986), «Sizsiz» (1992) və s kitabların müəllifidir. |