BƏXT YİYƏSİ
Arzuların səndən öndə,
Indi sənsən ondan öndə.
Köhlənini geri döndər,
Bəxtin özündən keçirmiş.
Taxtın bəxtin öz çiynində,
Indi bəxtin döz çiynində.
Yol gedirsən söz çiynində
Bəxtin sözündən keçirmiş.
Qatarlandı durna köçü,
Yaşdan yandı gözüm içi.
Kimin oldu yuxusu çin
Göyün üzündən keçirmiş.
Arzuların gözü yaşlı,
Bəxt özüymüş başı daşlı.
Ürəyimdən qəhər daşdı,
Suyu gözümdən keçirmiş.
BU DƏRD DƏ
Bu dərd də dərdlikdən çıxdı, ilahi,
Keçilən cığırlar keçilmir daha.
Yerlərin, göylərin çoxalır ahı,
Gözlərin seçdiyi seçilmir daha.
Başıma gələnlər acdan ac imiş,
Verdim nəyim vardı sadağa kimi.
Sən demə, bu həyat qaynar sac imiş,
Qovurdu ömrümü qovurğa kimi.
Öləcəm ,o dəli sevgidən ötrü,
Gözümə, könlümə, qəbrimə qədər.
Üzəcək qəlbimi bənövşə ətri,
Bənövşə torpağa bir qismət, qədər.
Ümid yollarında dağ oldu külüm,
Arzular yel olub, tərsinə əsdi.
Sən mənim bənövşəm olmusan, gülüm,
İşığı ömrümün gözünə bəsdi.
***
And içməyə
Babamın,
Qəbrini axtarıram.
Sonuncu addımı atanlar,
Allahın başını qatanlar,
And yerini qürbətə satanlar…
Torpağın dadında
duz tapmayanda.
Üzünə baxmağa,
üz tapmayanda.
Torpağın önündə,
söz tapmayanda.
Torpaq götürsə səni,
İçin-için ağlayarsan,
Ölərsən.
Qəbrini qazmağa,
yer tapmayanda.
Torpağın qədrini
onda bilərsən!
GECİ TEZİ VAR
Sən elə,
əzəl gündən,
«yox» kimi yaşadın.
Dərddən,qəmdən
məhəbbətdən,
tox kimi yaşadın.
Sən mənim yadımda,
köhnə il kimi;
paslı könül, xəzanlı payız kimi,
Ömrümə bais kimi,
Bir ömür içində,
qalmışam yurd kimi;
qışqıran fəryad kimi;
Sən yadımda,
yad kimi,
bilinməyən dad kimi,
dilimə yatmayan ad kimi
***
Sən mənim gözümdən düşən,
itən yaddaş,
Ərimiş şam,
tez düşən axşam kimisən.
Sən gələ bilməzsən
xatirimə də.
Həsrətimin dalınca,
atılan daş kimi,
qaralmış qaş,
Yanaqda yanmış
yaş kimi.
Ayımda, ilimdə
sən yoxsan artıq.
Min bir
sirrimdə də olmayacaqsan.
Ayaqlar altında
şabaş kimisən.
Nə həsrətsən,
nə hicransanmənimçün
İlanainananömründə
zəhərliizi var.
özün-öz balansan
özün-öz bəlan,
qənimin.
qənimət verəcək səni,
onsuz da axtarıb tapacaq səni.
Axtarıb tapacaq ,
geci-tezi var.
“Ulduz “ jurnalı