2016-cı ildə “Ulduz” jurnalının ilk sayı işıq üzü görüb. Jurnal filologiya elmləri doktoru Şirindil Alışanlının “Qulu Ağsəsə məktub” ekspert yazısı ilə açılır.
Jurnalın bu sayında “Özümlə söhbət..”də Kamran Nəzirlidir. “Məqam”da Rübabə Sahib “Güclü və aşkar esseistika”ya öz mövqeyini bildirir. Budəfəki “Şer vaxtı”nda Ay Bəniz Əliyarlı, Elşad Baratın şeirləri yer alır. Ceyhun Musaoğlu “Ekranın oğurladığı arvad”, Natiq Məmmədli “Bekketə salam” hekayələrini təqdim edir. “Debüt”də Emin Akifdir. “Tərcümə saatı”da Mario Varqas Losanın “Kiçik qardaş” hekayəsi Əyyub Qiyasın tərcüməsində oxuculara təqdim olunur. Tənqidçi Vaqif Yusifli “Tribuna”da Vüqar Əlisoyun yaradıcılığından danışır. “Bir şeirin dedikləri” rublikasında “Coratdakı balıqçı uşaqlarına ədəbiyyat dərsi” keçirilir.
“Dərgidə kitab”da isə bu dəfə Şəhla Aslanın hekayələri çap olunub.
Bunlar hamısı deyil, “Ulduz”un ilk sayı maraqlı müəlliflər və yazılarla oxucuların görüşünə gəlib.