DÖNƏCƏYƏM
Gəldik yaşa dolmağa,
Saflaşıb qan olmağa.
Haqq üçün yoğrulmağa,
Alışıb sönəcəyəm,
Göylərə dönəcəyəm.
İstər şah ol, ya çoban,
Eyni tutar Yaradan.
Vaxtım çatdığı zaman,
Dağlardan enəcəyəm,
Göylərə dönəcəyəm.
Yaxşı anla, ey insan,
Yer üzü bir imtahan.
Dünyanı dərk et bir an,
Haqq üçün dinəcəyəm,
Göylərə dönəcəyəm.
Ağlın bir ümman dəniz,
Dünya sənli, ya sənsiz.
Qismətində Eldəniz,
Varsa öyrənəcəyəm
Göylərə dönəcəyəm.
YAĞIŞLA RƏQS EDƏN QIZ
Yağışla rəqs edən qız,
Yolumu gözlə mənim.
Aç əlini damlaya,
O damlaya, damlaya.
Yolumu gözlə mənim.
Biri mənə söyləyir,
Yarın səni gözləyir.
Yağışda çıxıb çölə,
Onunla rəqs edə-edə.
Dəqiqələri izləyir,
Səni görmək istəyir.
Bu yağış Eldənizin,
Göz yaşıdı elə bil.
Dönübdür göz yaşlarım,
Gör necə ah selə bil.
Bu yağış gözlərimdi,
Diqqət elə gözə bil.
Yağışla rəqs edən qız,
Yağışla rəqs edən qız...
NƏ VAXTSIZ AĞARDI BAŞI DAĞLARIN
Sağalmaz dərdim var qoca dünyada,
Eb bil ki, yasa batıbdır o, da.
Vermişik dağlan, vermişik yada,
Nə vaxtsız ağardı başı dağların.
İndi yiyə çəxır naşı dağlara,
Gözümün çataydı yaşı dağlara.
Dostum, göz yaşımı, daşı dağlara,
Nə vaxtsız ağardı başı dağların.
Eldəniz, vərəqlə ömür dəftərin,
Dağlara tuşlanıb indi nəzərin.
Bu dərdə dözür de, necə ürəyin?!
Nə vaxtsız ağardı başı dağların.