MIRVARID DILBAZI
* * *
Güləm, sənsiz xəzan olsam,
Şənəm, mən bağrı qan olsam,
Mehəm, dönsəm, tufan olsam,
Həzin səslim, xoş nəfəslim,
Yətişməzmi xəzan fəslim?!
Odam, sönsəm, külə dönsəm,
Alovam, parlayıb sönsəm
Asan sussam, çətin dinsən,
Həzin səslim, Xoş nəfəslim,
Yətişməzmi xəzan fəslim?!
Var idin, var idim mən də.
Çiçəkləndin, nur, işq səndə,
İşığım, günəşim, nurum
Sözü düz, qəlbi büllurum,
Həzin səslim, xoş nəfəslim,
Gələr, gəlsən bahar fəslim.
QURBANIN OLUM
Sən odlu şimşeksen bulud dalında
Çaxma başım üstə qurbanın olum
Bir eşqə sadıqem ömrün yolunda
Çıxma yolum üstə qurbanın olum!
Sən coşqun denizsen sesleme, aman
Deniz vurgununu qoynuna pünhan
Onu qerq etsən bir azca dayan
O mebedi yıxma qurbanın olum!
Sən əbədi bahar, xezansiz bağsan
Men elçatmaz zirvə sən uca dağsan
Nə vaxtacan meni cağıracaqsan?
Yollarıma baxma qurbanın olum!
İSTƏSƏYDIM...
İstəsəydim səni səndən alardım,
Gozelleri öz taxtından salardım.
Ürəyimi üreyine çalardım,
Sən yanardın, men baxardım tüstüne.
Ulduz olub öz zirvemden enerdim,
Dövrendeki mələkləri yönerdim.
Al laleye, qerenfile dönərdim,
Sepilerdim yollarının üstünə.
İstəsəydim vusalına yeterdim,
Men gül olub üreyinde biterdim,
Orda bülbül feryadıyla öterdim,
Men yanardım, sən baxardın tüstüme.
Ölsem, bir gün gəl qebrimin üstünə,
Birce dəstə bənövşə qoy, besimdir.
Baş üstündə bir qaranquş ötecek,
O da sene minnetdarlıq səsimdir...
AÇARI DƏRYAYA ATDIM
Ürəyimə qıfıl vurubi
Açarı dəryaya atdım.
HəYətdə bir saray qurub,
Soyuq daşını ağlatdım.
Keçdim dünənki izindən
Xəbərsiz oldum özümdən
Göz yaşı axdı üzümdən
O göz yaşını ağlatdım.
Çığırdım. -Səs ver, səsimə!
Mən möhtacam nəfəsinə!
Döndüm dəniz ləpəsinə,
Özümü qoynuna atdım.
O gündən qaldım dəryada,
Nə sahil var, nə də ada,
Nə yetənim var imdada,
Nə də vüsalına çatdım.
* * *
Güləm, sənsiz xəzan olsam,
Şənəm, mən bağrı qan olsam,
Mehəm, dönsəm, tufan olsam,
Həzin səslim, xoş nəfəslim,
Yətişməzmi xəzan fəslim?!
Odam, sönsəm, külə dönsəm,
Alovam, parlayıb sönsəm
Asan sussam, çətin dinsən,
Həzin səslim, Xoş nəfəslim,
Yətişməzmi xəzan fəslim?!
Var idin, var idim mən də.
Çiçəkləndin, nur, işq səndə,
İşığım, günəşim, nurum
Sözü düz, qəlbi büllurum,
Həzin səslim, xoş nəfəslim,
Gələr, gəlsən bahar fəslim.
NİGAR RƏFİBƏYLİ
AYRILIQ
Mən ki, doymamışdım heç vüsalından,
Mənə zülm elədi yaman ayrılıq.
Nə olardı bir gün durub yuxudan
Görəydim ki, olub yalan ayrılıq...
Biz ki, bir ruh idik iki bədəndə,
O gülüb-sevinsə gülərdim mən də,
Vüsalın bülbülü uçub gedəndə,
Daş kimi gəlbimdə qalan ayrılıq.
Kim qıydı dostların bahar elinə?
Mehriban sözünə, şirin dilinə,
Cananın sazını alıb əlinə
Əğyar mizrabıyla çalan ayrılıq.
Mən görəndə orda yaz səhəriydi,
Xoş nəfəs baharın küləkləriydi,
Açılan ağ badam çiçəkləriydi,
İndi onlardımı solan, ayrılıq!
* * *
Mən niyə baxıram yollara yenə,
Sən ki, bu yollardan dönən deyilsən.
Bir zaman qoymazdın ürəyim yana,
İndi bir dərdimi bilən deyilsən.
İnsan baş çıxarmaz bəzən özündən,
İnciyər dostunun acı sözündən.
Mən çox ağlasam da sənin üzündən,
Sən ki, göz yaşımı silən deyilsən.
QƏZƏL
Könlün yenə min dərdinə bir çarə tapılmaz,
Bir dərdimi ərz eyləyən ol yarə tapılmaz.
Axşam qızaran göylərə endikdə qaranlıq,
Könlüm evini yandıran odlarə tapılmaz.
Bir incə gülün, bir çiçəyin aşigiyəm mən,
Şərh eyləyən ol sirrimi dildarə tapılmaz.
Çıxdım gecələr seyrinə ahəstə o mahin,
Gördüm ürəyimtək alışan narə tapılmaz.
Aşiqlərə sordum, dedilər: ey qəmi-pünhan,
Gizlin yaradan ağrısı çox yarə tapılmaz.
Min tən eyləyib eşqinə öldürdü Nigarı,
Bilmirəm necə oldu, o gözü qarə, tapılmaz.
NEYLƏYİM
Ala gözlüm, səndən ayrı gecələr
Bir il kimi uzun olur neyləyim?
Bağçamızda qızılgüllər hər səhər
Tezdən açır, vaxtsız solur, neyləyim?
Nərgizlərin gözü yaşla dolanda,
Bənövşələr baxıb qəmgin olanda,
Gərənfilin gözü yolda qalanda
Yasəmən saçını yolur, neyləyim?
Əsən ruzgarın da yoxdur vəfası,
Düşmüşdür başına özgə sevdası.
Lalənin çırılıb qəmdən yaxası,
Saçları pərişan olur, neyləyim?
Bəlkə tez gələsən əlac verəsən,
Sünbülün saçını yığıb hörəsən,
Əlvan çiçəkləri özün dərəsən,
Gözləri yollarda qalır, neyləyim?
Çəkir çiçəklərin gözü intizar,
Ayrılıqdan betər dünyada nə var,
Bu bahar axşamı səni bax, Nigar
Həzin-həzin yada salır, neyləyim?
SƏNSİZ
Bir son bahar da düşdü
ömrümün təqvimindən,
Nə sənə məhəbbətim,
nə həsrətim azaldı.
Özüm də heç bilmirəm
niyə bir ömür boyu
Gözüm uzaq yollarda -
sənin yolunda qaldı.
Bir qocaman dağ olsan
səni vurub yıxardım.
Ürəyimdən ən incə
teli necə qopardım?
Dünyada gözəl də çox,
gözəl ürəklər də çox.
Şirin-şirin arzular,
incə diləklər də çox.
Bir sən oldun könlümün
yaxın dostu, həmdəmi.
Sən olmazsan tutmazdı
bəlkə əlim qələmi.
Sən olmazsan baharın
yazın ətri olmazdı.
Sən olmazsan bir dünya
sevinc belə çox azdı.
Baharın çiçəkləri
açıb solmasın sənsiz.
Ömrüm sənsiz olmasın,
şerim olmasın sənsiz.
DAĞLARI DUMAN ALANDA
Dağları duman alanda,
Gözüm yollarda qalanda,
Yadıma sən düşəndə,
Gül yanağım solmasınmı?
Əsən yellər, əsən yellər
Sevgilimdən mənə xəbər.
Solanda narın çiçəklər
Gözüm yaşl dolmasınmı?
Bu yerlərdən keçməz oldum,
Dost, düşməni seçməz oldum,
Eşqimə and içməz oldum,
Könlüm xarab olmasınmı?