–Nazilə dincini almaq üçün yenicə divanda uzanıb yuxuya getmişdi ki, Pərizad qarının bərkdən qonşu qadınla danışığına gözlərini açdı. Qarı deyirdi:
–– Əsmər, huy, eşidirsən?
–– Nədir?
–– Bizim camış yenə naxırdan qaçıb axı.
–– Nə eyləyib?
–– Naxırdan qaçıb.
–– Eşitmədim.
–– Deyirəm, dezertir olub dayna.
–Pərizad qarının bu sözünə Naziləni gülmək tutdu. Buraya köçəndən bu qarıdan eşitdiyi məzəli sözlər onun ürəyinə elə yatırdı ki, istəyirdi həmişə onu dindirsin. Qarının səsi kəsildi. Sonra camışın sağrısına endirdiyi çubuq səslərinin ardı-arası kəsilmədi:
–– Səni görüm qılçaların qırılsın, qaçan yerdə yıxılıb qalaydın. . .
– Nazilə xalatını çiyninə atıb, bayıra çıxdı. Camışın belinə endirilmiş çubuğun zərbindən əmələ gəlmiş zoğlar günəşin altında işım- işım işıldayırdı. Nazilə gülümsəyə-gülümsəyə dedi:
–– Pərizad xala, yazıqdır axı, onu niyə elə vurursan?
–– Onu yazıqlar kəssin, mən bilim. Görsün bunun əvəzini ondan necə çıxacağam. İki gün heç nə verməyəcəyəm ona, qoy qalsın ac. Onda bilər ki, naxırdan qaçmaq necə olur.
– Nazilə gülümsəyə-gülümsəyə otağa keçdi.
–Hava artıq qaralmışdı. Nazilə şagirdlərin dəftərlərini yoxlamağa başladı. Bu zaman qapı birdən döyüldü. Pərizad qarı əlində bağlı bir zərf astanada durmuşdu.
–– Qızım, bağışla, sənə əziyyət verəcəm. Bunu bir oxusana. Deyirəm ki, bəlkə bizim gədədəndir.
–– Pərizad xala, keç otur, bu saat oxuyaram.
–Pərizad zərfi Naziləyə verdi. - Poçtalyon indicə gətirdi... Mən huşu batmış heç soruşmadım kimdəndir.
–– Narahat olma, Pərizad xala, bu saat oxuyub deyərəm. O, zərfi əlinə alıb, o yan bu yanına çevirdi. Məktuba üç möhür vurulmuşdu. Möhürlər də bir- birinin üstünə elə düşmüşdü ki, sözləri oxumaq çox çətindi. Axırı ki, bir təhər oxuyub dedi:
–– Sizin İkram adlı qohumunuz varmı?
–– Bizim gədədir də dayna. Elə bilirdim ki, ondan olacaq. Çoxdandır yazmırdı.
–– Axı, burada əziz nənəm yazılıb.
–Pərizad bərkdən güldü: - Qızım, bizlərdə anaya nənə deyirlər. Gerisini oxu.
–– Oxuyuram. "Mən bu günlərdə kurorta gedirəm. Ancaq getməmişdən bir gün qabaq gəlib gecəni sənin yanında qalacağam. Otağın birini kirayəyə verməkdə ağıllı iş tutmusan. O qız sənə qulaq yoldaşı olar. Darıxmazsan. Əgər müəllimədirsə, demək mədəni qadındır. Mən də daha səndən nigaran qalmaram".
– Pərizad əllərini göyə qaldırdı:
–– Şükür Allaha.
–– Niyə Allaha şükür, Pərizad xala?
–– Əvvəllər heç razı olmurdu ki, otağı kirayəyə verim. Razı deyildi ki, həyətə yad adam gəlsin. Ona görə çox nigarandım. Deyirdim ki, yəqin acığı tutacaq.
–– Yəqin bu günlərdə gələr, - deyə Nazilə məktubu zərfə qoyub, Pərizad arvada qaytardı.
–– Ancaq qızım, onu deyim ki, bizim gədə pis oğlan deyil ha. Mənim bir sözümü heç vaxt iki eləməyib. Həmişə mənim xeyrimə çalışıb. Əslinə baxanda, düz də eləyir. İndi adamları tanımaq olmur. Haradan biləsən ki, nə cür adamdır. İnsan, deyirlər, çiy süd əmib, - deyə qarı dərindən nəfəs alıb, ayağa qalxdı.
–– İndi daha rahat oldum.
– O, minnətdarlıq eyləyib, otaqdan çıxdı.
– Nazilə bir ay olardı ki, Pərizad arvadın bir otağını kirayələmişdi. Bu otağı ona məktəbin müdiri Sənubər xanım məsləhət bilmişdi. "Çox nəcib arvaddır", - demişdi.
–Bu bir ay içərisində Nazilə Sənubər xanımın dediklərini öz gözləri ilə gördü və duydu. İlk günlərdən Pərizad arvada bağlanmışdı. Qarı ilə söhbətində həmişə ürəyi açılırdı. Onun məzəli söhbətlərinə elə alışmışdı ki, hey istəyirdi ki, onu dindirsin, söhbətə tutsun, necə deyərlər, onun çinədanında nə varsa, çəkib üzə çıxarsın.
–Bir gün səhər məktəbə gedərkən üstü örtülü bazarın yanında qırmızı rəngli bir "Jiquli" maşınının durduğunu gördü. Yaraşıqlı bir gənc də bazardan aldıqlarını maşina yükləyirdi. O, bu gənci bu vaxtadək bir dəfə də olsun kənddə görməmişdi. Şəhər adamına oxşayırdı. Gəncin ona zillənmiş gözlərini görən kimi tez sovuşub keçdi. Bir xeyli uzaqlaşandan sonra geri qanrılıb baxanda, gəncin gözlərini hələ də ondan çəkmədiyini sezdi.
– Məktəbdə axırıncı zəng çalınanadək gəncin səliqəli şıq geyimi, xüsusilə onu diqqətlə süzən gözləri Nazilənin xəyalından silinmədi. Onu qəribə bir həyəcan bürümüşdü. Təəccübləndi: "Mənə nə olub?" - öz-özünə söyləndi.
–Sonra əlini çırparaq yoluna davam etdi. Doqqaza yaxınlaşanda bazarda gördüyü qırmızı "Jiquli"nin qapıda durduğunu gördü. Ürəyi birdən çırpınmağa başladı. "Bu bəlkə Pərizad qarının oğludur?" - deyə başını aşağı dikdi və başmaqlarının səsi belə eşidilmədən Pərizadın qapısı qabağından elə sürətlə ötüb keçdi ki, onu heç kim görməsin.
– Onun otağını Pərizad arvadın otağından nazik bir divar ayırırdı. Ara qapı bağlı olsa da, onun azca aralı taxtaları arasından qarının öz otağında kiminləsə danışdığı, hətta namaz qılarkən dediyi sözlər də aydın eşidilirdi. İndi də onun oğlu ilə söhbəti aydın eşidilirdi: "Nənə, mən sənə o qədər pul göndərmişdim, nə üçün pilləkanı dəyişdirməmisən? Eyibdir axı, qonaqdan eyibdir. Mən qalxanda pillələr elə cırıldayırdı ki, elə bil indicə qırılıb töküləcək. Özün də deyirsən ki, çox nəcib qızdır. Heç olmasa onun xətrinə gərək düzəltdirəydin".
– Qarı cavab vermirdi. Haçandan-haçana onun səsi eşidildi: "Nə bilim, oğul, vallah, heç ağlıma gəlməyib".
– Nazilə onların danışdığını eşitməsin deyə radionu açdı. Son xəbərlər verilirdi. O, özünə yüngül bir yemək hazırlayıb yeyəndən sonra kobud taxtadan düzəldilmiş nahamvar taxtın üstündə uzanaraq dünəndən oxumağa başladığı romanı oxumağa davam etdi. Bir neçə dəqiqə keçməmişdi ki, Pərizad arvad qapını ərklə açaraq, içəri girdi. Nazilə onun belə hərəkətlərinə alışdığı üçün incimədi. Qalxıb oturdu. Qarının üzü gülürdü. Açıq görünürdü ki, oğlunun gəlməsi onu çox sevindirmişdir. Özü də sözlü adama oxşayırdı. Elə bil nə isə demək istəyir, ancaq bacarmırdı. Bəlkə də çəkinirdi deməyə. Udquna -udquna qalmışdı. Nazilə onun əzab çəkdiyini görüb, onu qabaqladı:
–– Pərizad xala, sözün var?
– Elə bil qarının dili açıldı. Sevincək dedi:
–– Eh, qadan alım, ancaq heç bilmirəm necə deyim. Mənciyəz. . .
–– Çəkinmə, Pərizad xala, deginən.
–– Bizim gədə deyir ki, yox, yox, heç bir şey demir. İstəyir ki, səninlə danışsın. Deyir ki, mən gərək biləm anam kiminlə yaşayır, ya yox.
– Nazilə cavab vermək əvəzinə gözlərini qapıya zilləyəpər sakitcə durub qaldı. Qarıya elə gəldi ki, yəqin dediyi sözlərlə qızın ürəyinə toxunub. Deməyinə də peşiman oldu.
–– Qızım, bəlkə dediyim sözlər ürəyinə toxunub. Deməmiş olum.
–– Yox, yox, Pərizad xala, niyə ki. Buyursun, gəlsin danışaq.
– Pərizad arvad bir uşaq kimi sevincək otaqdan çıxdı. Nazilə taxtın üstünü sahmana saldı. Balış və yüngül odeyalı yığışdırıb bir kənara qoydu. Sonra aynanın qabağına keçib saçlarını darayıb səliqəyə saldı. Ancaq ürəyi həyəcanla döyünməyə başlamışdı. Fikirləşdi ki, qarının oğlu onunla nə barədə danışa bilər. Bazarda durub onun dalınca elə baxmasını da heç bilmədi necə yozsun. Kim bilir, bu, bəlkə də sadəcə bir maraq idi. Bu zaman qapı tıqqıldandı.
–– Buyurun. - Nazilənin səsi özünə də qəribə göründü. Səsi titrəyirdi.
– Bayaq bazarda gördüyü cavan oğlan daha təravətli bir görkəmlə içəri girdi. Salam verib, gülə- gülə səsləndi:
–– Məni bağışlayın, nənəm məni zorla sizin yanınıza göndərdi ki, sizi görüm və onun bir dam altında kiminlə qaldığını öyrənim.
– Nazilə gülümsəyərək dedi:
–– Nə olar, buyurun.
– Gənc bir addım qabağa gələrək əlini Naziləyə tərəf uzatdı:
–– Elə isə tanış olaq. Mənim adım İkramdır.
– Nazilə də onun əlini sıxaraq, satadan səsləndi:
–– Nazilə.
–– Nazilə xanım, nənəm sizə əziyyət vermir ki?
–– Siz nə danışırsınız? Mən ona nənəm kimi baxıram. Nənə və nəvə kimi bir- birimizə isinmişik. Aramızda heç bir inciklik olmayıb və güman eləyirəm ki, olmayacaq da.
–– Mən buna çox şadam. Mən istirahətə gedirəm. Bir günlüyə gəldim ki, onu görüm. Sizi görməsəydim, nigaran gedəcəkdim. İndi arxayın gedə bilərəm. Biləcəyəm ki, sizin kimi nəcib bir adamın himayəsindədir.
– Nazilə gülümsəyərək yarı zarafatla dedi:
–– Siz yəni tanımadığınız adamla bir kəlmə kəsmədən ona inanırsınız?
– İkram əvvəlcə nə cavab verəcəyini kəsdirə bilmədi. Bir anlığa tutuldu.
–– Mən yalnız bir kəlmənizlə deyil, sizin görkəminizə, mədəni rəftarınıza da inanıram.
–– Qəribədir.
–– Qəribə niyə? Həqiqi sözümdür.
–– Təki siz deyən olsun. Əgər sizdə insanı ilk baxışdan tanımaq istedadı varsa, bu, həsəd aparılmalıdır.
– İkram ünvanına deyilən bu sözlərdən qürurla gülümsədi. Gülüşü onun yaraşıqlı sifətinə çox yaraşırdı. Deyəsən, özü də bunu bildiyi üçün həmişə gülümsəməyə çalışırdı. Gülümsəyəndə iri qonur gözlərinin dərinliyində parıldayan işıq elə bil bütün sifətinə yayılırdı.
– O, birdən-birə söhbəti dəyişib dedi:
–– Bilirəm ki, bizim köhnə taxta pilləkənləri qalxıb düşmək sizin üçün çox narahatdır. Mən günü sabah onları düzəltdirəcəyəm. Düzəltdirməmiş getməyəcəyəm.
– O, söhbəti uzada da bilərdi. Ancaq hiss olunurdu ki, deməyə söz tapmır. Buna görə söhbətinə yekun vuraraq dedi:
–– Belə. Bir şeyə ehtiyacınız olsa, deyərsiniz. Mən hələlik ki, burdayam. Çəkinməyin. Xudahafis.
– O, bunları deyib, otaqdan çıxdı. Nazilə onun arxasınca baxıb, gülümsədi. Başa düşmüşdü ki, o, yalnız bu sözləri demək üçün gəlməmişdi. Bu yaşda gənclər qızlarla danışarkən məharətlə mövzu tapır, saatlarla laqqırtı vurmağı bacarırdılar. O isə belə naqqal gəncləri xoşlamırdı. İkramda onun xoşladığı ən gözəl məziyyət onun qız kimi çəkingənliyi və utancaqlığı idi. Belə gənclər adətən abırlı olur və sözlərinin səmimiliyinə də inanırsan.
– Bütün bunları düşünərkən İkramla danışdığı zaman keçirdiyi həyəcan onu hələ də tərk etməmişdi.
– Ertəsi gün dərsdən qayıdanda çürümüş taxta pillələrin yerində səliqə ilə düzəldilmiş yeni pillələr görəndə gözlərinə inanmadı. Üç- dörd saat içərisində bunu necə düzəldə biliblər?! Ürəyində İkrama qarşı dərin bir hörmət və minnətdarlıq hissi oyandı. Özlüyündə fikirləşdi ki, bu minnətdarlığı ona necə çatdırsın. Onunla üzbəüz durub minnətdarlığını ona çatdıra biləcəkdimi? Yaxşısı budur bunu onun anası vasitəsilə çatdırsın. Qarını səslədi:
–– Ay Pərizad xala, ay Pərizad xala!
– Qarı öz otağından cavab verdi:
–– Nədir, ay qızım?
–– Pərizad xala, bir dəqiqəliyə bura gələ bilərsənmi?
–Bir hovurdan qarı qıçlarını çəkə-çəkə gəldi.
–– Ay Pərizad xala, sən allah bağışla, əziyyət verdim.
–– Əziyyəti yoxdur, sözünü de.
–– İstiyirəm ki, İkrama mənim minnətdarlığımı çatdırasan. Özüm deməyə utanıram. Zəhmət çəkib, pillələri düzəldib.
–– Bıy başıma xeyir, utanmaq niyə, o da sənin qardaşın. O ki qaldı pillələrə, bu onun borcudur dayna.
–– Genə olsun da, yol üstündə vaxtını itirib, düzəltdirib.
–– Deyərəm, arxayın ol. İndi bazara gedib, gələn kimi söylərəm.
–
–***
–
– Ertəsi gün dərsdən qayıdarkən qırmızı "Jiquli"ni yenə də qapının ağzında gördü. "Demək, o hələ də getməyib". Fikirləşdi ki, ancaq bir günlüyə anasına dəyməyə gəlmiş bu adam niyə bu iki günü burada ləngimiş olsun? Öz-özünə sual verir, cavabını da tapa bilmirdi. Elə bu dəqiqələrdə Pərizad arvad içəri girdi və Nazilənin pilətəni yandırıb, özünə yemək hazırlamaq istədiyini görüb, yaxınlaşaraq, onun biləyindən tutdu:
–– Qızım, nahaq əziyyət çəkirsən. Bizim İkram hər şeyi alıb gətirib, məni də göndərdi ki, sənə deyim.
–– Nəyi?
–– Səni də çağırır. Yaxşı bir plov bişirmişəm. Bazarda daha bir şey qalmayıb ki, almamış olsun. Pilətəni söndür, gedək.
–– Pərizad xala, bu nə xəcalətdir mənə verirsiniz?
–– O sözü dilinə götürmə. Gedək.
– Nazilə dodaqları səyriyə-səyriyə bir anlığa fikrə getdi.
–– Yaxşı, sən get, mən də bu saat gəlirəm.
– Qarı çıxdı. Nazilə bayaqdan bəri öz- özünə verdiyi sualların cavabını deyəsən tapmışdı. Demək o, ancaq bu qonaqlığın xatirinə qalmışdır. O, sentyabrın birində dərs başlanan gün geydiyi qırmızı güllü paltarını geyinib, saçlarını səliqəyə salandan sonra Pərizad arvadın otağına keçdi. Pərizad arvadın dediyi kimi, süfrədə nə istəsən vardı: qırmızı yanaqlı iri sarı almalar, narıngi, apelsin, doğranıb boşqablara düzülmüş qarpız dilimləri, sərin su şüşələri. Yanlarına da üç boş boşqab qoyulmuşdu. İri bir qızılgül buketi də qrafinin içində stolun ortasında dururdu. İkram Naziləni görən kimi ona tərəf irəlilədi:
–– Xoş gəlmisiniz - deyib, onu yuxarı başda oturmağa dəvət etdi.
–Otağı zəfəranlı plovun xoş ətri bürümüşdü. Pərizad arvad isə mətbəxdə məşğuldu. Nazilənin səsini eşidən kimi mətbəxdən səsləndi:
–– Nazilə, qızım, otur, mən də bu dəqiqə gəlirəm.
– Nazilə hiss etdi ki, İkram sevincindən nə edəcəyini bilmir. Deyəsən, yenə deməyə söz tapmır. Axır ki, dilləndi:
–– Nazilə xanım, gərək bağışlayasız, kənd yeridir, sizə layiq olmayan bir stol açmışıq.
– Nazilə onun sözünü kəsdi:
–– Siz nə danışırsınız. Mən deyərdim ki, heç şəhərdə də belə stol açıldığını görməmişəm.
–– Bacardığımız budur, inciməyin.
–– Əksinə, böyük əziyyət çəkmisiniz.
–– Şəhərdə olsaydıq, sizi layiqincə qarşılardım. Nənəmə hey deyirəm ki, yığış gedək şəhərə, burada tək qalıb nə edəcəksən? O cavabında nə desə yaxşıdır - mən camışı qoyub heç hara gedəsi deyiləm.
– Nazilə, qarının camışı Dezertir adlandırdığı yadına düşüb, güldü.
–– Bilirəm, ananız Dezertiri çox sevir.
–– Siz də onun adını bilirsiniz?
–– Bəli, ananız onu tez-tez belə adlandırır.
–– Məni bağışlayın, nənəm çox qəribə arvaddır. Gör mənə nə deyir. Deyir ki, bu şərtlə şəhərə gedərəm ki, Dezertiri də özümlə aparım.
–Deyirəm, ay nənə, şəhər hara, camış hara?
– Bu vaxt Pərizad arvad əlində buğlana-buğlana plov qazanını içəri gətirdi.
–– İkram, genə məndən danışırsan?
–– Yox, nənə, səndən yox, Dezertirindən danışıram. Deyirəm ki, ondan ayrılan canın yoxdur.
–– Bə nə. Onsuz bir günüm də olmasın. Məni incitsə də, heç zaman xətrinə dəyən deyiləm. Bircə bu naxırdan qaçması olmaya ha, canlara dəyən heyvandır.
–– Onu bilirsən ki, dezertirlik üstündə adama cəza verirlər?
–– Qoy onlar cəza versinlər. Mənim Dezertirimin nə ağzı var, nə dili. Heç kəslə işi yoxdur. Nə eyləyir mənə eyləyir.
–– Axı, onu şəhərə aparsan, daha naxıra göndərə bilməyəcəksən. Orada nə naxır var, nə sürü. Sənin Dezertirin ömürlük dezertir olub qalacaq.
–– Həyətdə bir tövlə tikib orada saxlaram.
–– Nənə, onu bilirsən ki, mən şəhərdə altıncı mərtəbədə yaşayıram. Sən şəhərdə olsan, hər gün o pilləkanları qalxıb düşə bilərsən?
–– Qalxaram. Düz sözümdür. Dezertirim yanımda olandan sonra lap onuncu mərtəbəyə də qalxaram.
–– Yaxşı, nənə, plov soyuyur, çək görək.
–– Qızım, sən bu oğlumun sözlərinə qulaq asma. Onun əzəldən Dezertirlə arası yoxdur, --deyib plovu nimçələrə çəkməyə başladı.
– Bu zaman Nazilə cavabını çoxdan axtardığı sualı İkramın özünə verdi:
–– Siz axı bir günlüyə buraya gəlmişdiniz. Bu gün üçüncü gündür ki, ləngiyirsiniz. Putyovkanızın vaxtı keçmirmi?
–– Qoy keçsin. İnsan üçün hara rahatdırsa, orada da dincələ bilər.
– Anası da söhbətə qarışdı:
–– Bıy, başıma xeyir, ta getməyəcəksən?
–– Gedəcəyəm, - nənə, gedəcəyəm, ancaq nə vaxt istəsəm, o zaman da gedəcəyəm deyib, Naziləni gizlicə sezdi. Nazilə isə özünü eşitməməzliyə vurdu. Əslində isə fikirləşdi ki, o, bu sözləri ona eşitdirmək üçün deyir. Necə deyərlər, qızım, sənə deyirəm, gəlinim, sən eşit. İkram az danışırdı. Ancaq sözlərində niyyətini gizlədə bilmirli.
–– Nənəmin plovunu çoxdandır ki, yeməmişəm. Bizim bu kənddə onun kimi plov bişirən ikinci adam çətin tapa bilərsən. Xüsusilə zəfəranlı plovu əvəzsizdir. Ona görə də mənə göndərdiyi məktublarda istədiyi şey ancaq zəfəran olur.
–– Bə nə. Zəfəransız plovun nə ləzzəti.
– Oğlu anasının plovunu tərifləməkdə haqlı idi. Nazilənin belə ləzzətli bir plov yediyi yadına gəlmirdi. Buna görə də Pərizad arvadın plovunu tərifləmək üçün özünü saxlaya bilmədi:
–– Siz haqlısınız. Doğrudan da dadlı plovdur. Bizlərdə də plov bişirirlər. Ancaq Pərizad xalanın bişirdiyi bu plov kimi ləzzətli və ətirli olmur.
– Nazilənin tərifli sözlərindən İkram sanki vəcdə gəldi:
–– Bu hələ harasıdır, --dedi. - Mən burada qaldığım müddətdə ona elə xörəklər bişirdəcəyəm ki, dadı aylarla ağzınızdan getməyəcək. Sizin kimi əziz qonağa gərək, elə xörəklər yedirdək ki, kəndimizi unutmayasınız. Mən çox şadam ki, anamın plovu sizin xoşunuza gəldi.
– Nazilə qaşları altından İkramı gizlicə sezdiyi zaman İkramın yenə də odlu baxışları ilə rastlaşdı. Ona zillənmiş mehriban baxışlardan özunu az qala itirəcəkdi.
– Plovu yeyib qurtarandan sonra İkram apelsinləri iri-iri doğrayıb Nazilənin qarşısındakı boş nimçəyə düzürdü.
–– Buyurun. Siz yəqin ingilis kitablarında süfrə başında belə xidmətlər barədə çox oxumusunuz. Bu cəhətdən gərək bizi bağışlayasınız. Bizim Mollakənd London deyil. İngilislər bizim süfrə başındakı bu xidmətlərimizi görsələr, güləcəklər. Elə deyilmi?
– Nazilənin sifəti ciddi bir ifadə aldı:
–– Niyə ki? Hər bir xalqın milli adətləri özləri üçün müqəddəsdir. Deyim ki, mən bizim milli süfrəmizi və ona xidməti daha üstün tuturam.
–– Demək, mənim nənəm ingilis xanımları ilə yarışa bilər,– deyə İkram bərkdən güldü. - Sağ ol nənə, mən səni belə bilməzdim. Görürsən də, Nazilə xanım sənin bacarığına necə qiymət verir.
–– O sənin kimi deyil ha, hər şeyə bir qulp qoyursan.
–– İndi de görüm, sənin mənim üçün seçdiyin gəlin ingilis xanımları ilə yarışa bilərmi?
–– İndi olmasa da, ev gəlini olandan sonra bacarar, lap o yana da keçər.
– Nazilə qulaqlarına inanmadı. Bu nədir, İkram ona nişanlısı olduğunu bildirməkmi istəyir? Dedikləri zarafat kimi görünsə də, yəqin ki, bir əsası var. Yanmayan yerdən tüstü çıxmaz deyərdər. Pərt olsa da bunu büruzə verməməyə çalışdı.
– Öz otağına qayıdandan sonra da İkramın dediyi sözlər iynəyə dönüb ürəyinə sancılırdı sanki. Yatağında cecə yarısınadək qurcalandı, gözünə heç cür yuxu girmədi. Ona yenicə bağlanmaq istədiyi bu gəncin belə hərəkəti arxadan vurulmuş zərbə kimi olmuşdu. Demək, o baxışlar hamısı saxta imiş. Bir qızın yanında başqa bir qızdan, illah ki, nişanlısı olan başqa bir qızdan söhbət açması məyər ona işarə deyilmi idi ki, ey cavan qız, agah ol, mənim nişanlım var. Bu andan etibarən onun bütün arzu və xəyalları alt-üst oldu. Gələcəyini düşünərkən ilk addımlarından belə uğursuzluğa tutulması ona elə dəhşətli göründü ki, az qala bütün həyat nəzərində başqalaşdı, yaşamaq həvəsi tükəndi. Çox düşünüb daşındı və belə qərara gəldi ki, İkram barədə bir daha fikirləşməsin, onunla rastlaşmamağa çalışsın. Özünü bilə-bilə iztirabın qorxunc dalğaları içərisinə atmasın.
–Sübh tezdən evdən elə çıxdı ki, onu nə Pərizad arvad gördü, nə də oğlu. İş də elə gətirmişdi ki, o gün dərsi çox olan günü idi. Evə gec qayıdacağına sevindi. Axırıncı dərs qurtaranda artıq günəş Kürün o tayındakı alçaq təpələrin arxasına əyilirdi.
– Fikirli- fikirli evə dönərkən, arxadan kimsə onu səslədi:
–– Nazilə.
– Bu, məktəbin cöğrafiya müəlliməsi Cahan müəllimə idi.
–– Aaa, xoş gördük, Cahan xanım. Nə vaxt gəlmisiniz?
–– Bir saat olar. Gəldim məktəbə, dedilər ki, indicə çıxdı. Məktubu anana çatdırdım. Anan bir az xəstə kimi idi.
–– Yorğan- döşəkdədir yəni?
–– Yatırdı. Ancaq narahat olma. Balaca soyuqlamışdı. Durub evin içində gəzirdi.
–– Bir söz demədi?
–– Salam-dua göndərdi. Yaxşı arvaddır, çox xoşuma gəldi. Möhkəm-möhkəm tapşırdı ki, özündən muğayat olasan.
– Cahan xanım ayrılıb gedəndən sonra Nazilə evə çatanadək, yol boyu anasını fikirləşirdi. Birdən ona elə gəldi ki, anası yəqin bərk xəstədir ki, Cahan xanımla ona məktub göndərməmişdir. Cahan xanımın sözlərində də təskinlik tapılası bir şey yoxdur, adda-budda söylədikləri onu daha da şübhəyə saldı. Bəlkə də çox şeyləri ondan gizlədib, açıqlamayıb. Evə çatandan sonra elə bil şübhələr dörd tərəfdən onu dövrəyə aldı. Daha da həyəcanlandı. Belə halda o gecəni yata bilməzdi. Nə qədər ki, hava qaralmayıb, özünü rayon mərkəzinə çatdırmaq və anasına telefon etmək qərarına gəldi. Tez geyinib, qapını qıfılladı. Pərizad qarı onun haraya isə getdiyini görüb təəccüblə soruşdu:
–– Bu axşam vaxtı haraya hazırlaşırsan?
–– Pərizad xala, anam xəstədir, gedirəm rayon mərkəzindən ona zəng çalım.
–– Gələndə qaranlığa düşərsən axı.
–– Yox, narahat olma.
– Onların belə bərkdən danışıqlarını içəridən İkram eşidib, tez bayıra çıxdı.
–– Nənə, nə olub?
–– Nazilənin anası xəstələnib, gedir ki, ona zəng çalsın.
–– Belə bivaxt? Elə isə Nazilə xanım, bir dəqiqə gözləyin, mən sizi aparım. Siz maşın tapınca hava qaralacaq, daha kəndə qayıda bilməzsiniz. Bu vaxt maşını haradan tapacaqsınız?
–– Çox sağ olun, birtəhər taparam, --deyib yola düzəlmək istərkən İkram onun qabağını kəsdi.
–– Buraxmaram. Nənə, evdən pencəyimi ver mənə.
– Anası pencəyini tez ona çatdırdı. İkram irəli keçib, maşının qabaq qapısını açıb, Nazilədən oturmasını xahiş etdi.
–– Axı, sizə əziyyət vermək istəmirəm.
–– Əyləşin, əyləşin, xahiş edirəm, heç bir əziyyəti yoxdur.
– Onun beləcə təkidli xahişindən sonra Nazilə keçib İkramın öz yanında göstərdiyi yerdə deyil, arxada oturdu.
–İkram bir an içərisində maşını yerindən qaldırdı və kənd küçələrini sürətlə keçərək, rayon mərkəzinə gedən magistral asfalt yola çıxdı.
– Bir müddət hər ikisi susdu. Bir az sonra bu sükut buzunu yenə İkram sındırdı:
–– Bilirsiniz, Nazilə xanım, mən onsuz da rayon mərkəzinə gedəcəkdim. Orada balaca işim var. Ancaq getməyə tənbəllik eləyirdim. Sizin bu getməyiniz lap yerinə düşdü.
– Yenə sükut. Nazilə hiss etdi ki, o, söhbəti yenə davam etdirmək üçün nə isə bir fürsət axtarır. Haçandan-haçana soruşdu:
–– Nazilə xanım, deyirlər ki, sizi institutu qurtarandan sonra bir illiyə İngiltərəyə praktikaya göndərirlər. Düz deyirlər?
–– Doğrudur.
–– Demək siz də İngiltərədə olmusunuz?
–– Bəli, Londonda olmuşam.
–– Bir xarici dili mükəmməl bilmək böyük xoşbəxtlikdir. Mən də əvvəllər belə bir fikrə duşmüşdüm, ancaq sonra belə oldu ki. . .
– İrəlidə qoyun sürüsü asfaltla yolun o biri tərəfinə keçdiyi üçün İkram maşını saxlamalı oldu. Çoban əlindəki çubuqla sürünün tez keçməsinə çalışırdı.
–– London yollarında da belə sürülər olurmu? - deyə İkram arxaya, Naziləyə tərəf qanrıldı.
– Nazilə başa düşdü ki, o, söhbət etmək üçün başqa mövzu tapmadığından belə atmacalarla onun diqqətini cəlb etmək istəyir. O, bir tərəfdən İkramın bu sahədəki fərasətsizliyinə acıyır, o biri tərəfdən içərisində dünənki söhbətdən sonra İkrama qarşı baş qaldırmış ikrah və kini boğmağa çalışırdı. Lakin bununla belə içərisində sanki güzəştə getməmək üçün keşikdə durmuş ikinci bir qüvvə də vardı ki, indicə düşündüklərinin üstündən xəzri kimi əsərək, hər şeyi göyə sovururdu. "Mənə nə olub, bu nə dönüklükdür?- fikirləşdi. - Axı, mən özümə söz vermişdim ki, bu barədə bir daha düşünməyim. Yox, yox, mən öz zəifliyimə üstün gəlməliyəm. Mən bu hissi boğmalı, öldürməliyəm.
– İkram yenə dilləndi:
–– Axı, siz mənim sualıma cavab vermədiniz.
–– Mən London yolları ilə uzağa getməmişəm, sualınıza necə cavab verə bilərəm? Londona təyyarə ilə getmişəm, təyyarə ilə qayıtmışam.
– Nazilənin bu sözlərindən sonra İkram susdu, rayon mərkəzinə çatanadək daha bir kəlmə də dinmədi.
– Onlar poçt idarəsinə çatıb içəri girəndə stol arxasında oturmuş iki nəfər kişi nizama durmuş əsgər kimi dik ayağa qalxdılar və hər ikisi bir ağızdan:
–– Xoş gəlmişsiniz, cənab Dəmirov,– deyə onu salamladılar.
–– Xoş gördük, zəhmət çəkməyin, əyləşin. Məni tez Bakı ilə birləşdirin, --deyib, sonra Naziləyə müraciət etdi:– Nazilə xanım, nömrəni deyin.
– Adamların İkramı belə hörmət və ehtiramla qarşılamalarından hələ də heyrət içində olan Nazilə nömrəni sanki höccələyə-höccələyə dedi:
– İkram yenə adamları ötkəmcəsinə tələsdirdi.
– Nazilənin gözləri bərələ qalmışdı. Kişilərin bir uşaq kimi itaətkarlıqla necə tələsdikləri ona çox qəribə görünürdü. "O nə işdə işləyir ki, belə hörmətlə qarşılanır". Bu vaxtadək Pərizad arvaddan oğlunun nə vəzifədə çalışmasını soruşmadığına təəssüfləndi. Bir azdan kişilərdən biri Bakını alıb, telefon dəstəyini "Buyurun" - deyə Naziləyə tərəf uzatdı. Hər üç kişi qonşu otağa keçdilər. Nazilə dəstəkdə anasının səsini eşidən kimi sevinclə səsləndi:
–– Ana, ana, necəsən? Nə olub sənə?
– Anası, görünür, nəyi isə ona uzun-uzadı izah etdiyi üçün Nazilə sakitcə durub, onu dinləyirdi. Anasının səsini eşidəndən sonra onun həyəcanlı ürəyi artıq sakit-sakit, aramla vurmağa başlayırdı. Anasını axıradək dinlədikdən sonra dedi:
–– Yaxşı, ana, məndən nigaran olma, sən özündən muğayat ol.
– Dəstəyi yerinə qoyan kimi İkram içəri keçdi. Nazilə ona öz minnətdarlığını bildirdi:
–– Siz də çox sağ olun, bir az sakitləşdim.
–– Əgər şəhərdə ona bir şey lazımdırsa, günü sabah gedib tapdırram.
–– Xeyr, xeyr, heç bir şey lazım deyil. İndi yaxşıdır.
–– Elə isə siz bir dəqiqə oturub gözləyin, mənim bu yoldaşlarla balaca bir söhbətim var deyib,– qonşu otağa, kişilərin yanına keçdi.
– Onlar nə barədə isə xeyli danışdılar. Qapı bağlı olduğundan Nazilə onların söhbətlərini eşidə bilmədi. Ancaq danışıb qurtarandan sonra İkram qonşu otaqdan çıxdıqda bir kişi onun dalınca dedi:
–– Arxayın gedin, günü sabahdan başlarıq.
– Qayıdanbaş İkram maşını Kürün qırağı ilə sürürdü. Çayın hər iki sahili ilə qaldırılmış bəndlərdən suyun axarını görmək mümkün deyildi.
– İkram arxaya qanrılıb soruşdu:
–– Nazilə xanım, Kürü görmək istəməzsinizmi? Görün, Kür bizim kənddən keçərkən necə aramla axır. Hər yerdə Kür harın at kimi çapıb, sahillərini aşıb dağıtdığı halda, bizim kəndlilər onun sahillərinə bəndlər çəkib, onu necə ram etmişlər. Ancaq bunu görmək üçün bəndin üstünə qalxmaq lazımdır. İstəyirsiniz maşını saxlayıb, tamaşa edək.
– Nazilə on gün qabaq sel kimi tökən yağışlardan sonra Kürün sahillərini aşdığı və bəzi evlərin su altında qaldığı barədə çox eşitmişdi. Lakin Mollakənddə bunu görməmişdi. Buna görə də Mollakənd əhalisi narahat deyildi. Hamı çəkilmiş bəndə arxayın idi.
– Onlar bəndin yanında maşını saxladılar. Kürü görmək üçün dik bəndin üstünə qalxmaq lazım gəlirdi.
–– Əlinizi mənə verin, qalxa bilməzsiz.
– Nazilə əlini ona uzatdı. İkram qüvvətli qolları ilə onu çəkib, bəndin üstünə qaldırdı. Qaranlıq düşmüşdü. Batmış günəşin şüaları çayın qaralmış səthində zəif qırmızı zolaqlar buraxaraq, ləngərlə axan Kürün səthində can çəkişirdi. Çay elə aram axırdı ki, onun şırıltısı belə eşidilmirdi. Onların qarşısında gözəl bir mənzərə açılmışdı. Axşamın düşməsi ilə qaralan mavi sulardan onların üzünə xoş bir sərinlik yayıldı.
–– Kür qırağının əcəb seyrəngahı var,
– Yaşılbaş sonası heyif ki. . .
–– deyə İkram Vaqifin şeirindən iki misra deyib, ancaq axıra çatdırmadı. Nazilə gözləyirdi ki, o, axırını da deyəcəkdir. Ancaq o, nədənsə susub misranın gerisini demirdi. Güman elədi ki, yəqin şeirin gerisi yadından çıxıb.
–– Axı, onun axırı da var.
–– Bilirəm. Ancaq Vaqif səhv elədiyi üçün gerisini demirəm.
–– Niyə? Nəyi səhv eyləyib?
–– Məsələn, o deyir ki, yaşılbaş sonası heyif ki, yoxdur. Burada səhv eyləyib. Mən bu misranı belə yazardım:
–– Yaşılbaş sonası, əlbəttə, vardır.
–– Düz yazıb da, görürsünüzmü, bir dənə də yoxdur.
–– Yox, vardır, ancaq siz onu görmürsünüz. Mən görürəm.
–– O nədən?
–– Çünki o sizin özünüzdədir. İnsan özünü necə görə bilər?
– Nazilə onun nəyə işarə vurduğunu başa düşdüyü üçün gülümsədi, ancaq deməyə bir söz tapa bilmədi.
– Hava artıq tamam qaraldığı üçün onlar bəndin üstündə daha ləngimədilər.
– Evə çatanda Nazilə elə yorulmuşdu ki, İkramın onlarla əyləşib, bir stəkan çay içməsini təklif etməyinə baxmayaraq, üzr istəyib öz otağına keçdi. Soyunmadan taxtın üstündə uzandı. O, anası tərəfdən daha arxayındı. İndi onu yalnız bir məsələ düşündürürdü: İkram nəçidir ki, poçt işçiləri onun qarşısında az qala səcdə edirdilər. Onun bu işçilərlə danışıq tərzi, onlara az qala hökm edirmiş kimi tapşırıq verməsi, işçilərin də itaətkarlıqla, onun əmrlərini belə ani surətdə yerinə yetirmələri ondan ötrü çox müəmmalı idi. "Bəlkə öz yerliləri olduğu üçün onlara belə ərki çatırdı?"– deyə fikirləşdi. Ancaq belə deyildi. Atası yerində olan bu kişilərlə belə hökmranə danışığı heç bir ərkə sığmırdı. Onun hərəkətlərində də, sözlərində də açıq bir amiranəlik vardı. Nazilə öz- özünü məzəmmətlədi ki, nə üçün bu vaxtadək anasından oğlunun şəhərdə nə işdə işlədiyini soruşub öyrənməmişdir. Axı o kim ola bilər? Poçt idarəsində İkrama olan hörməti görəndən sonra onun da İkrama hörməti artdı. Ancaq özü də bilmirdi ki, bu hörmət ona qarşı məhəbbətindən də əmələ gəlirdi. Özü də bilmədən ilk günlərdə İkrama bəslədiyi məhəbbət qəlbində təzədən yuva salırdı.
–Gecə yarısınadək belə üzüntülü, lakin bununla belə xoş fikirlər içərisində yuxuya getdi. Açıq pəncərədən uzaq çöllərdən gələn yovşan ətri bədrlənmiş ayın parlaq nuru ilə otağa dolurdu. O, buraya gəldiyi gündən beləcə rahat yatdığı gün olmamışdı.
– Səhəri məktəbə gələndə üç nəfərin məktəbin həyətində şalban basdırdıqlarını gördükdə çox sevindi. Məktəb müdiri köhnəlmiş elektrik xətlərinin dəyişdirilməsi ilə ağıllı iş tuturdu. Təzə elektrik xətti çəkiləndən sonra işıqlar yəqin ki, daha tez-tez sönməyəcəkdir.
– Nazilə bu gün məktəbə hamıdan tez gəldiyi üçün müəllimlər otağında heç kim yoxdu. Məktəb müdiri də hələ gəlməmişdi. Bir azdan əvvəlcə müdir, onun arxasınca da müəllimlər gəldilər. Nazilə məktəb müdiri Cahan xanımı gördükdə ona dediyi ilk sözlər bu oldu:
–– Cahan xanım, nə ağıllı iş görmüsünüz, bu elektrik xətlərini təzələyirsiniz. Bundan sonra arxayın ola bilərik ki, işıqlar daha sönməyəcək.
– Cahan xanım gülümsəyib, başını buladı:
–– Nazilə, elektrik xətti yox, telefon çəkirlər. Hər dəqiqə başı rayon mərkəzinə qaçmaqdan canımız qurtaracaq desəydin, daha düz olardı. Sağ olsun İkram. Keçmiş müəllimlərini yaddan çıxarmayıb. O olmasaydı, illərlə heç kəsin yadına düşməyəcəkdik. Halal olsun. Rabitə nazirliyi müavinliyinə keçən kimi birinci bizi yada saldı.
– O, bu sözləri bərkdən elə sevinclə dedi ki, rəsm müəllimi sevincək bir uşaq kimi əllərini bir-birinə vurub çığırdı:
–– Ay can, ay can.
–– Bunun üçün hamımız İkrama minnətdar olmalıyıq,– deyə fəxrlə sözünə davam etdi:– O olmasaydı, biz kimin yadına düşəcəkdik? Elə bu məktəbdə oxuyan vaxtdan xeyirxah uşaq idi.
– Naziləni də sevindirən o oldu ki, bundan sonra anasına zəng vurmaq üçün daha rayon mərəzinə getməyəcəkdi.
– O gün dərsdən sonra evə dönərkən yolunu kənd bazarından saldı. Bəzi xırda-para şeylər alacaqdı.
– Bazar rayon mərkəzinə gedən yolun kənarında, həmişə tozanaq olan bir yerdə salınmışdı. Gündən qorunmaq üçün üstü brezentlə örtülmüş bir taxtapuşun arxasında durmuş beş-altı nəfər kişi alverlə məşğuldular. Onlardan biri, səkkizinci sinifdə oxuyan bir qızın atası, onu görən kimi səslədi:
–– Ay müəllimə, zəhmət olmasa, bir buyurun buraya.
– Nazilə yaxınlaşıb salamlaşdı. Onu mehribanlıqla qarşılayan təxminən əlli yaşlarında olan kişi qızının necə oxuduğunu öyrənmək üçün bir neçə dəfə məktəbdə olmuşdu.
–– Ay müəllimə, bizim bu qız evdə tez-tez ingiliscə qırıldadır, bilmirik düz danışır, ya bizi xamlayıb? - deyib gülümsədi.
– Nazilə də qımışdı. Qızı Mehriban ingilis dilindən həmişə əla qiymət alırdı. Nazilə də həmişə ona tapşırardı ki, evdə tez-tez öz-özünlə danış, atan və anan başa düşməsə də onlara ingiliscə müraciət eylə. Belə eləsən, dilin tez yatar.
–– Yox, Mürsəl kişi, düz danışar. Mən ona tapşırmışam ki, evdə sizə ingilis dilində müraciət etsin, təki dili yatsın.
–– Çox sağ olun, müəllimə. Heç bilmirəm sizin xəcalətinizdən necə çıxım.
–– Heç bir xəcaləti yoxdur. Bu, biz müəllimlərin borcudur, deyib, piştaxtanın o biri tərəfinə keçmək istərkən Mürsəl əlini ona tərəf uzadaraq qabağını kəsmək istədi:
–– Yox, yox, getməyin, xahiş edirəm. Zəhmət olmasa bircə dəqiqə gözləyin,– deyib, yaşına xas olmayan bir çevikliklə almalardan kiçik bir səbətə doldurub Naziləyə tərəf uzatdı:– Buyurun.
–– Siz nə edirsiniz, lazım deyil.
– Kişi taxtapuşun dalından çıxıb ona yaxınlaşdı:
–– İnciməyin, bunu sizə pay verirəm. Xahiş edirəm, bu yaşımda xahişimi yerə salmayasınız. Götürün.
– Nazilənin sifəti ciddi bir ifadə aldı və əlini çantasına salıb, pul çıxardı. Mürsəl kişi onun biləyindən tutdu:
–– Müəllimə, bu daha olmadı ki, mənə xəcalət verirsiniz. Bunu mən sizə pay verirəm, aparın, nuş olsun.
– Nazilə kişinin belə təkidindən sonra almaları götürməyə məcbur oldu.
–– Müəllim, o gün qız mənə nə desə yaxşıdır. Deyir ki, mən də Nazilə müəllimə kimi ingilis dili müəlliməsi olacağam.
– Nazilə gülümsündü:
–– Sizə deyim ki, olacaq da. Maşallah, çox çalışqan qızdır.
– Ertəsi gün tezdən qalxıb əl-üzünü yumaq üçün həyətə çıxarkən İkramın maşınını qapıda görmədi. Güman elədi ki, yəqin tamam yığışıb gedib. Ancaq buna inanmadı. Ola bilməzdi ki, onunla xudahafizləşmədən belə xəlvəti çıxıb getsin. Pərizad qarının evdə tək olacağını düşünüb, içəri, yanına keçdi. Qarı evin bir küncündə oturub, yun didirdi.
–– Pərizad xala, deyəsən İkram axır ki, yola düşüb gedib?
– Qarı başını yellədi:
–– Yox, a bala, sübhün gözü açılmamışdan qalxıb, rayon mərkəzinə getdi.
–– Belə tezdən, nə əcəb?
–– Nə bilim, qızım, dedi ki, orada vacib işim var.
–– Bəs sən niyə sübh tezdən durub yun didirsən?
–– Bəs nə eyləyim, qadan alım, yavaş- yavaş gərək hazırlıq görüm də. Gəlin üçün yorğan-döşək hazırlamalıyam. İndidən başlamasam, sonra kim mənə kömək edəcək?
– Qarının bu sözləri onun bütün arzularının üstünə qara bir duman kimi çökdü. Fikirləşdi ki, ana oğlunun razılığını almadan belə hazırlığa başlaya bilməzdi. Yəqin ki, gecə ana və oğul məsləhətləşib, bu qərara gəliblər. Qarıya sual verməsinə peşiman oldu. Adam öz niyyətini necə məharətlə gizlədə bilərmiş. Pərvərdigara, mən necə sadəlövh olmuşam ki, bunu bu vaxtadək sezməmişəm. Beləliklə, onun əvvəlki narahat həyəcanları təzədən onu bürüdü. "Yəqin ki, bu vaxtadək burada ləngiməsinin səbəbi də bu imiş".
– O gün məktəbdə dərs qurtaranadək bu acı, iztirablı fikirlər onu tərk etmədi. Müəllim yoldaşları da onun bu halını hiss etmişdilər. Hamı soruşurdu: "Nazilə, bu gün sənə nə olub? Halın çox pərişandır".
– Hamıya deyirdi ki, başımda bərk ağrılar hiss edirəm. Ağrıdan gözlərimi güclə açıram.
– Dərsdən sonra evə necə çatdığını heç hiss etmədi. Həyət qapısına yaxınlaşanda, iki nəfərin şalban basdırdıqlarını gördü və təəccüblə soruşdu:
–– Burada nə edirsiniz?
– Onlardan yaşlısı dedi:
–– Şalban basdırırıq. Müəllimə sizsiniz?
–– Bəli.
–– Sizin üçün telefon çəkirik.
– Nazilə qulaqlarına inanmadı. Bir anlığa durub, qaldı. Demək o, sübh tezdən rayon mərkəzinə buna görə gedibmiş.
– Başının ağrıları şiddətlənmişdi. Otağına keçib, dərman atdı və taxtın üstündə uzandı. Handan-hana yuxuya getdi. Bir o qədər keçməmişdi ki, qapının tıqqıltısına oyandı. Telefon xətti çəkənlərdən biri idi. Əlində telefon aparatı tutmuşdu.
–– Müəllimə, aparatı haraya qoysam yaxşıdır?
–– Nə deyirsiniz? - Nazilə elə haldaydı ki, nə cavab verəcəyini bilmədi.
– Telefonçu onun cavabını gözləmədən dedi:
–– Məncə, yazı stolunun üstünə qoysaq yaxşıdır.
–– Bəli, bəli, düz deyirsiniz, oraya qoyun,– deyə dərhal onun sözlərini təsdiq etdi. Telefonçu aparatı stolun üstünə qoyub, telefon xəttinə qoşdu, sonra mərkəzi stansiyaya zəng vuraraq, telefonu yoxlamaq üçün ona zəng edilməsini xahiş etdi. Heç bir dəqiqə keçmədi ki, telefon səsləndi və o, dəstəyi qaldırıb cavab verdi:
–– Hə, qaydasındadır. Çox sağ ol.
– Sonra Naziləyə müraciət etdi:
–– Müəllimə, hər şey hazırdır. Təbrik edirəm. Mübarəkdir. Biz daha gedək.
– Nazilə ona qalıb, heç olmasa bir stəkan çay içmək üçün nə qədər dil-ağız eləsə də, telefonçu minnətdarlıq edib dedi:
–– Çox sağ olun. Biz getməliyik.
–– Siz də sağ olun.
– Telefonçu getdi. Nazilə başının ağrısı hələ də kəsmədiyi üçün təzədən taxta uzandı. Azmı keçdi, çoxmu keçdi - xəbər tutmadı. Birdən telefon zənginə oyandı. Hava artıq qaralmışdı. Dəstəyi qaldırdı. Telefonda bir kişi səsi:
–– Nazilə xanım, telefonunuz mübarəkdir.
–– Çox sağ olun. Kimdir danışan?
–– Mənəm. İkramdır.
–– Bağışlayın, tanımadım. Telefonda səsiniz çox dəyişib.
–– Təzə telefonda belə şeylər olur. Bir azdan sonra düzələcək. Telefonun nömrəsini gətirəcəyəm. Şirnisini də öz qaydasında. Hələlik, xudahafiz.
– Dəstəkdə səs qapandı. Naziləni fikir götürdü. Onu belə halda necə qarşılayacaqdı? Çox fikirləşdi. Heç bir qərara gələ bilmədi.
–Axşam səkkizi ötmüşdü. Birdən fikirləşdi ki, anasına zəng çalsın. Hərçənd ki, bu vaxtlar anası adətən yatmış olur. Bununla belə, fikrindən daşınmadı. Dəstəyi qaldırıb, komutator vasitəsilə Bakını aldı və anasının nömrəsini yığdı. Dəstək əlində, anasının cavab verəcəyini səbirsizliklə gözləməyə başladı. Çox gözlədi. Anasının belə susması onu çox nigaran ıqoydu. Nəhayət ki, qulaqlıqda anasının xırıltılı səsini eşidib, rahat nəfəs aldı.
–– Ana, mən öz otağımdan danışıram. Telefona niyə belə gec gəldin?
–– Yatmışdım. Səndən nə əcəb belə bivaxt zəng çalırsan?
–– Ana, mənim otağıma telefon çəkiblər. İndi də öz otağımdan danışıram. Bundan sonra səninlə tez-tez danışacağam. İndi necəsən?
–– İndi yaxşıyam. Dünən səninlə danışandan sonra həkim gəlmişdi. Dedi ki, indi üzü bərisən.
–– Sən məni sevindirdin. Sonra nə var, nə yox?
–– Sağlığındır...
– Onlar xeyli danışdılar. Nazilə axırda anasına dedi ki, sabah zəng vurub, telefonun nömrəsini ona deyəcəkdir. Bundan sonra istədiyi vaxt onunla danışa bilər.
–– Eşitdinmi?
–– Eşitdim, eşitdim.
–– Di salamat qal. Xudahafis.
– Bu zaman həyətdən İkramın masınının səsi eşidildi. Yerindən qalxıb oturdu. Bilirdi ki, İkram mütləq onun yanına keçəcəkdir.
– Budur, o, anasının yanına gəldi. "Bu vaxtadək haradasan? Bərk nigaran qalmışdım. Evdən sübh çıxansan. Məni bir başa sal görüm bəs nə vaxt istirahətə gedəcəksən? Vurnuxa- vurnuxa qalmısan rayonun yolunda. Bəs dincəlməyəcəksən?".
–– Ona hələ baxarıq. Bəlkə heç getmədim.
–– Bıy, başıma xeyir. Bəs gedib dincəlməyəcəksən?
–– Nənə, mənə harada xoş keçirsə, orada da dincəlirəm.
– Qapı arxasından İkramın bu sözlərini eşidərkən, onun şübhələri üzərinə elə bil gur bir işıq yayıldı. Əvvəlki xoş duyğular ürəyində təzədən baş qaldırdı. Özündə qəti bir yəqinlik hasil oldu ki, İkramın ləngiməsi ancaq onunla bağlıdır. "Mən səfeh isə onun bütün hərəkətlərinin mənasını başa düşməmişəm, - deyə düşündü. - Bəs mən onu nə vaxt başa düşəcəyəm? O, görünür ki, dillə demədiyini və ya deməyə çəkindiyini öz hərəkətləri ilə büruzə verir. Eh, Nazilə, sənin xoşbəxt günlərin başlayır, xəbərin yoxdur. Onun qız kimi çəkingənliyi öz təbiətindən irəli gəlir ki, bu da sevən bir adam kimi onun ən gözəl sifətidir. Səfeh qız, sən bunu bəs nə vaxt başa düşəcəksən?".
– Budur, İkramın səsi yenə eşidildi: "Nənə, bunları götür, ayın-oyundur almışam. Süfrə aç, Nazilə xanımı da qonaq çağıraq".
– Bir azdan ara qapının o tərəfindən İkramın səsi eşidildi:
–– Nazilə xanım, yatmamısınız ki?
–– Xeyr, xeyr, sözünüz vardı, buyurun.
–– Sözüm odur ki, bir azdan zəhmət çəkib bizim otağa gəlin. Nənəm sizi qonaq çağırır.
–– Mən onsuz da gələcəkdim sizə minnətdarlıq etmək üçün.
–– Minnətdarlıq etməyə tələsməyin. Hələ vaxtımız çoxdur.
– Onun üçün əzablı və üzücü keçmiş ötən günlərin, bir gözü gülərkən o biri gözü ağlayan günlərin artıq geridə qaldığını hiss edirdi. İçərisində xoş bir rahatlıq yaranmışdı. O, qalxıb o biri otağa keçərkən İkramı otaqda tək gördü. Salam verdi və dərhal anasının harda olduğunu soruşdu.
–Gecə yarısınadək belə üzüntülü, lakin bununla belə xoş fikirlər içərisində yuxuya getdi. Açıq pəncərədən uzaq çöllərdən gələn yovşan ətri bədrlənmiş ayın parlaq nuru ilə otağa dolurdu. O, buraya gəldiyi gündən beləcə rahat yatdığı gün olmamışdı.
– Səhəri məktəbə gələndə üç nəfərin məktəbin həyətində şalban basdırdıqlarını gördükdə çox sevindi. Məktəb müdiri köhnəlmiş elektrik xətlərinin dəyişdirilməsi ilə ağıllı iş tuturdu. Təzə elektrik xətti çəkiləndən sonra işıqlar yəqin ki, daha tez-tez sönməyəcəkdir.
– Nazilə bu gün məktəbə hamıdan tez gəldiyi üçün müəllimlər otağında heç kim yoxdu. Məktəb müdiri də hələ gəlməmişdi. Bir azdan əvvəlcə müdir, onun arxasınca da müəllimlər gəldilər. Nazilə məktəb müdiri Cahan xanımı gördükdə ona dediyi ilk sözlər bu oldu:
–– Cahan xanım, nə ağıllı iş görmüsünüz, bu elektrik xətlərini təzələyirsiniz. Bundan sonra arxayın ola bilərik ki, işıqlar daha sönməyəcək.
– Cahan xanım gülümsəyib, başını buladı:
–– Nazilə, elektrik xətti yox, telefon çəkirlər. Hər dəqiqə başı rayon mərkəzinə qaçmaqdan canımız qurtaracaq desəydin, daha düz olardı. Sağ olsun İkram. Keçmiş müəllimlərini yaddan çıxarmayıb. O olmasaydı, illərlə heç kəsin yadına düşməyəcəkdik. Halal olsun. Rabitə nazirliyi müavinliyinə keçən kimi birinci bizi yada saldı.
– O, bu sözləri bərkdən elə sevinclə dedi ki, rəsm müəllimi sevincək bir uşaq kimi əllərini bir-birinə vurub çığırdı:
–– Ay can, ay can.
–– Bunun üçün hamımız İkrama minnətdar olmalıyıq,– deyə fəxrlə sözünə davam etdi:– O olmasaydı, biz kimin yadına düşəcəkdik? Elə bu məktəbdə oxuyan vaxtdan xeyirxah uşaq idi.
– Naziləni də sevindirən o oldu ki, bundan sonra anasına zəng vurmaq üçün daha rayon mərəzinə getməyəcəkdi.
– O gün dərsdən sonra evə dönərkən yolunu kənd bazarından saldı. Bəzi xırda-para şeylər alacaqdı.
– Bazar rayon mərkəzinə gedən yolun kənarında, həmişə tozanaq olan bir yerdə salınmışdı. Gündən qorunmaq üçün üstü brezentlə örtülmüş bir taxtapuşun arxasında durmuş beş-altı nəfər kişi alverlə məşğuldular. Onlardan biri, səkkizinci sinifdə oxuyan bir qızın atası, onu görən kimi səslədi:
–– Ay müəllimə, zəhmət olmasa, bir buyurun buraya.
– Nazilə yaxınlaşıb salamlaşdı. Onu mehribanlıqla qarşılayan təxminən əlli yaşlarında olan kişi qızının necə oxuduğunu öyrənmək üçün bir neçə dəfə məktəbdə olmuşdu.
–– Ay müəllimə, bizim bu qız evdə tez-tez ingiliscə qırıldadır, bilmirik düz danışır, ya bizi xamlayıb? - deyib gülümsədi.
– Nazilə də qımışdı. Qızı Mehriban ingilis dilindən həmişə əla qiymət alırdı. Nazilə də həmişə ona tapşırardı ki, evdə tez-tez öz-özünlə danış, atan və anan başa düşməsə də onlara ingiliscə müraciət eylə. Belə eləsən, dilin tez yatar.
–– Yox, Mürsəl kişi, düz danışar. Mən ona tapşırmışam ki, evdə sizə ingilis dilində müraciət etsin, təki dili yatsın.
–– Çox sağ olun, müəllimə. Heç bilmirəm sizin xəcalətinizdən necə çıxım.
–– Heç bir xəcaləti yoxdur. Bu, biz müəllimlərin borcudur, deyib, piştaxtanın o biri tərəfinə keçmək istərkən Mürsəl əlini ona tərəf uzadaraq qabağını kəsmək istədi:
–– Yox, yox, getməyin, xahiş edirəm. Zəhmət olmasa bircə dəqiqə gözləyin,– deyib, yaşına xas olmayan bir çevikliklə almalardan kiçik bir səbətə doldurub Naziləyə tərəf uzatdı:– Buyurun.
–– Siz nə edirsiniz, lazım deyil.
– Kişi taxtapuşun dalından çıxıb ona yaxınlaşdı:
–– İnciməyin, bunu sizə pay verirəm. Xahiş edirəm, bu yaşımda xahişimi yerə salmayasınız. Götürün.
– Nazilənin sifəti ciddi bir ifadə aldı və əlini çantasına salıb, pul çıxardı. Mürsəl kişi onun biləyindən tutdu:
–– Müəllimə, bu daha olmadı ki, mənə xəcalət verirsiniz. Bunu mən sizə pay verirəm, aparın, nuş olsun.
– Nazilə kişinin belə təkidindən sonra almaları götürməyə məcbur oldu.
–– Müəllim, o gün qız mənə nə desə yaxşıdır. Deyir ki, mən də Nazilə müəllimə kimi ingilis dili müəlliməsi olacağam.
– Nazilə gülümsündü:
–– Sizə deyim ki, olacaq da. Maşallah, çox çalışqan qızdır.
– Ertəsi gün tezdən qalxıb əl-üzünü yumaq üçün həyətə çıxarkən İkramın maşınını qapıda görmədi. Güman elədi ki, yəqin tamam yığışıb gedib. Ancaq buna inanmadı. Ola bilməzdi ki, onunla xudahafizləşmədən belə xəlvəti çıxıb getsin. Pərizad qarının evdə tək olacağını düşünüb, içəri, yanına keçdi. Qarı evin bir küncündə oturub, yun didirdi.
–– Pərizad xala, deyəsən İkram axır ki, yola düşüb gedib?
– Qarı başını yellədi:
–– Yox, a bala, sübhün gözü açılmamışdan qalxıb, rayon mərkəzinə getdi.
–– Belə tezdən, nə əcəb?
–– Nə bilim, qızım, dedi ki, orada vacib işim var.
–– Bəs sən niyə sübh tezdən durub yun didirsən?
–– Bəs nə eyləyim, qadan alım, yavaş- yavaş gərək hazırlıq görüm də. Gəlin üçün yorğan-döşək hazırlamalıyam. İndidən başlamasam, sonra kim mənə kömək edəcək?
– Qarının bu sözləri onun bütün arzularının üstünə qara bir duman kimi çökdü. Fikirləşdi ki, ana oğlunun razılığını almadan belə hazırlığa başlaya bilməzdi. Yəqin ki, gecə ana və oğul məsləhətləşib, bu qərara gəliblər. Qarıya sual verməsinə peşiman oldu. Adam öz niyyətini necə məharətlə gizlədə bilərmiş. Pərvərdigara, mən necə sadəlövh olmuşam ki, bunu bu vaxtadək sezməmişəm. Beləliklə, onun əvvəlki narahat həyəcanları təzədən onu bürüdü. "Yəqin ki, bu vaxtadək burada ləngiməsinin səbəbi də bu imiş".
– O gün məktəbdə dərs qurtaranadək bu acı, iztirablı fikirlər onu tərk etmədi. Müəllim yoldaşları da onun bu halını hiss etmişdilər. Hamı soruşurdu: "Nazilə, bu gün sənə nə olub? Halın çox pərişandır".
– Hamıya deyirdi ki, başımda bərk ağrılar hiss edirəm. Ağrıdan gözlərimi güclə açıram.
– Dərsdən sonra evə necə çatdığını heç hiss etmədi. Həyət qapısına yaxınlaşanda, iki nəfərin şalban basdırdıqlarını gördü və təəccüblə soruşdu: