Oktyabr ayının 2-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda tanınmış nasir, tərcüməçi Əlibala Hacızadənin 80 illik yubiley mərasimi keçirilib.
XX əsr Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi Əlibala Hacızadə ədəbiyyata 1956-cı ildə “Uşaqgəncnəşr”in buraxdığı “Gəncliyin səsi” almanaxında dərc olunan “Mənim müəlliməm” adlı hekayə ilə gəlib. “Fərruxi Jəzdinin poeziyası”, “İtkin gəlin” (roman trilogiya), Əfsanəsiz illər”, “Ayrılığın sonu yoxmuş”, “Vəfalım mənim”, ”Dünyanı tanı”, Əsərləri (on cilddə) və s. kitabları 70-80-ci illərdə geniş oxucu kütləsinin rəğbətini qazanmış, müəllifə uğur gətirmişdi.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid Əlibala Hacızadənin Azərbaycan ədəbiyyatındakı rolundan söz açıb, yazıçının yaradıcılığı haqqında məlumat verib.
Xalq yazıçısı Anar çıxışında Əlibala Hacızadə ilə bağlı fikir və düşüncələrini tədbir iştirakçıları ilə bölüşüb: “Əlibala Hacızadə onu tanıyanların, oxucularının xatirəsində iddiasız, sakit, işıqlı bir insan kimi qalıb. Onun əsərləri bu gündə yaşayır, sevilir. Bu, yazıçı üçün ən böyük mükafatdır”.
“Əlibala Hacızadə Azərbaycan ədəbiyyatına özünəməxsus, həssas, yeni mövzular gətirdi, yaradıcılığında Azərbaycanın milli-mənəvi xüsusiyyətlərini, islamla bağlı dəyərləri işıqlandırdı” – bu fikirləri tədbirdə xalq şairi Söhrab Tahir səsləndirib.
Yubiley mərasimində xalq şairi Fikrət Qoca, Vaqif Yusifli, Qurban Bayramov, İntiqam Qasımzadə, Cavanşir Yusifli, xalq artisti Məleykə Əsədova, Qənirə Əmircanova, Dilarə Nağıyeva, Oqtay Rza və başqaları çıxış edərək XX əsr Azərbaycan nəsrinin tanınmış nümayəndəsi Əlibala Hacızadə haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər, onun yaradıcılığından, mənəvi-əxlaqi mövzularda qələmə aldığı romanlardan söz açıblar.
Tədbirin sonunda yazıçının qızı Asiya Hacızadə xanım çıxış edərək atasının xatirəsini yad etdiklərinə görə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə, iştirakçılara təşəkkürünü bildirib.
AzYB.az
Məlahət Qənbərova
ƏLİBALA HACIZADƏ
Sen Allah, yuxuma girme geceler,
Qorxuram sevincden olem yuxuda.
Yaman isteyirem hamidan gizli,
Men ozum yuxuna gelem yuxuda.
Gelem tufan kimi, gelem sel kimi,
Opem gozlerinden, yanaqlarindan.
Uyuyam qoynunda qizilgul kimi,
Ne seher acila, ne sokule dan.
Sene negme deyem inceden-ince,
Ureyin qess ede xosbextliyinden.
Serxos dodaqlarin hey picildaya,
"Sensiz neyleyirem xosbextliyi men..."
Yasayim belece yuxunda senin,
Gormek istemirem kimi, kimseni.
Dunyanin xosbexti say ozunu sen,
Menim tek kim sever, axi kim seni?