***
...kimi bu dünyaya gəlmədən ölür,
kim isə dünyaya gözün açanda...
kimininsə ömrü bir neçə günlük...
...dünyanın halına bax,
yolun düşəndə qəbristanlığa
sağına, soluna bax...
orda yatan neçə insan
səndən çox - çox gəncdi, bax...
adildi, qadir Allah!
...hər gün Allahdan möhlət,
Allahdan bir amandı,
imtahandı, zamandı...
günahlar içində azıb qalanda,
qəfildən əzrail kəssə qarşını,
ömrün bir daş kimi yağsa üstünə...?
bulaşıq bir ömürdə ölə bilərdin....
o üzdə cəhənnəm, bü üzdə lənət...
Allah aman verib, durma, təmizlən!
bir keçib gəldiyin ömrünü düşün,
harda əməlindən çicək boylandı?
harda nalə qalxdı sənin üzündən?
qəlbin qovuşdumu heç kainata?
işıqlar keçdimi ruhundan sənin?
Allah qüdrətini duya bildinmi?
...hər gün Allahdan möhlət,
Allahdan bir amandı,
imtahandı...
Allah möhlət verib, durma, təmizlən!
Şeir
günəşin özü şeir deyil hələ,
şeir onun istisidi, işığıdı.
dənizin özü şeir deyil hələ,
şeir onun nəfəsidi, nəğməsidi.
sevgilimin özü şeir deyil hələ,
şeir onun ilqarıdı, vəfasıdı...
xəyallarım bulud - bulud
taleyimin dünyasında -
şeir onun şimşəyidi.
dərin suların dibindən
qaynayan bulaq şeirdi...
sən yazmasan, özü gəlsə,
yeni dünyalar gətirsə,
səni də heyran eləsə,
şeirdi.
söz işığa bələnəndə,
çiçəkləyəndə
haqqın özündən gələndə, şeirdi.
dünyanin içi ilə yeriməyə nə var ki,
dünya qəlbində yeriyəndə
şeirdi.
bildim səhranın sirrini...
səhranın ortasında,
soyuq küləklərin əlindəyəm,
sinəmdən oxlanmışam...
bu halımı görən yox,
ahıma hay verən yox...
bu halımı görən yox,
ahıma hay verən yox...
quşlardan soruşuram səni,
buludlardan soruşuram səni,
göy üzündəki
sonsuzluqdan soruşuram səni...
sən hələ ömrümdə yoxkən
qəlbimdə doğulmuşdun...
Gözlərim yol çəkirdi sorağında,
o sonsuz yollardan səni istəyirdim,
qəlbimdə ilahi bir həsrət vardı,
o həsrətdən səni istəyirdim...
...mən tanrıdan səni istəyirdim...
səni tapdım, anladım
Məcnunun sirrini,
səhraların,
səhrada Məcnunu duyan
heyvanların sirrini...
əlindəki qəfil oxla
sinəmdən oxlanmışam...
səhranın ortasında
soyuq küləklərin əlindəyəm...
bu halımı görən yox,
ahıma hay verən yox...
Sübh
…bir dağın zırvəsındə,
əlbəyaxa
gündüzlə gecə,
bü vuruşdan doğulan sübhə bax,
gözəldi necə?!
dağ özü heyrətdədir,
az qalır qalxsın ayağa
hər tərəf heyran qalıb
bu ilahi gücə…
çıçəklər ətir saçır,
quşlar şövqə gəlir birdən
sübh mehi bir məlhəmdir,
ruh tək incə…
günəş Çıxanda
o anda ki, tül üfüqdə
yayılır günəşin teli
ilahi bir sevda ilə
açılır dünyanın dili…
kainat bir ana kimi
tutur mənim əllərimdən,
ulduzlar sevgi göndərir
göylərin ən dərinindən.
qovuşuram kainata,
bilmirəm hansı qatdayam,
mən o zaman torpaq, alov
hava… və su ovqatdayam…
Günəşin çıxması
gecə hələ xeyir - dua oxuyur sübh üzünə,
qaranlıq göyərir, maviləşir təzəcə,
üfüqdə, göy üzü qarışıb Xəzərin sularına,
ağaclar nazlı - nazlı yuxudan durub
salamlayır biri - birini…
quşların çoxu yuxudadı hələ,
çiçəklər, körpə uşaqlar kimi
itələyir bir yana
qaranlıq qarışıq yaşıl otlardan olan
yorğanlarını.
şəhərin işıqları yavaş -yavaş
başlayır yatmağa.
suların qəlbindəki nəğmələr, dünyaya sevgilər yayır
meh kimi, külək kimi salamlayır hər yanı.
birdən
belə gözəllikdən ilhama gələndə yer üzü,
qıp - qırmızı alışıb yanır üfüqün bir tərəfi,
al - əlvan şəfəqlər tökülür hər yana
sevgidən bihuş olan
bir oğlan gününə düşəndə yer üzü,
meşədə, ağaclar arasında
itib, görünən gözəl kimi
görünür, qalxır buludlar arasından
dünyanın Günəş qızı…
Şəfəqin rəngi
Göyərib, maviləşdikcə gecənin qaranlığı,
məni heyran eyləyir
sübhün əlvanlığı…
ağacların budaqlarına eşq oxuyur
sübh xəbəri gətirən
vurğun küləklər…
dağınıq, süzgün buludlar
bir körpənin xəyalları kimi…
sevgilisini gözləyən qız kimi
nazlanır Xəzər,
sevda ilə, eşq ilə
axır ləpələr…
bürüyür hər yanı bir andaca
quşların xoş sədası…
nə qədər gözəldir
yeni bir günün başlanması…
daha çox günəşdi
yeni çıxmağa başlayan günəş…
yeni çıxan günəş özüylə
ümid dolu, güman dolu, xəyal dolu
bir gün gətirir, sevinc gətirir…
güc gətirir…
Ah!… nə ilahidi
sübh üzünün ahəngi?…
qəlbimi sonsuzluğa daşıyır
şəfəqlərin rəngi…
İşıq yolu
bir də heç vədə
sübh üzünün sevgisindən
dillənməyəcək bu aləm belə…
buludlar üfüqdə durmayacaq
bu yaraşıqda…
günəş çıxmazdan əvvəl şəfəqləri
belə bəzəməyəcək buludları, dünyanı
hər bulud parçasından
belə nağıllar axmayacaq dünyaya…
birdən, buludların saçağını
sanki alov bürüyür,
qara, boz buludlar
közərir kömur kimi,
sonra bir dağ kimi buludun arxasından
işıq zolaqları saysız - hesabsız
üfüqdən boy verir göylərə doğru,
alışır o bulud, tonqaldı sanki,
alışıb yox olur bir əlçim bulud,
yanır başqası,
üfüqdəki al - qırmızı rəng
saralır,
çəhrayı, bənövşə rəngli
bir aləm yaradır üfüq boyunca…
suların üzünə ipək tellərdən
toxunan bir xalı sərilir sanki…
alışdı, alışdı bulud,
aşdı buludları günəş,
dənizin üstündə, parlaq, al rəngdə
bir işıq yolu açıldı
sahildən, mənim yanımdan
günəşə qədər…
Günəşin işi
günəş yuxudan durcaq ilk işi
yer üzünü zülmətin əlindən almaqdı.
günəşi görcək
qaçır zülmətin rəngi…
günəşi görən zülmət
əvvəl göyərir, bozarır, qızarır
sonra əlvan-əlvan
təzim edir günəşə,
doğulur zulmətdən
sübh adlı gözəl.
sübh üzünü su kimi
üzünə çırpan günəş,
əvvəl Allah qarşısında
dualar eləyir kainata, yer üzünə,
doğma ana kimi ağuşuna alıb yer üzünü
götürür gecənin xofunu…
yer üzü gözünü açanda
heyran qalır
səmanın rənglərinə…
ilahi bir sevgi
şairə döndərir yer üzünü, ilhama gəlir.
yeni bir günün eşqiylə dualar edir.
mələklər
nəğmə oxumağa başlayır…
açır yer üzünün qapısını günəş,
iş günü başlayır günəşın,
Allahın əmriylə
işlədır yer üzünü günəş
daha bir gün də…
Allaha çağırır, ahəngə çağırır
yer üzünü günəş…
Tənhalıq
tənhalığın ilahiliyi var,
tənhalığın vahiməqarışıq
gözəlliyi var.
sonsuzluq içində yumaq kimi
axan buludların
tənhalığa təskinliyi var.
amma bütün tənhalıqların
təklikdən yorulmağı var.
bir dəniz qırağında
tənha qalmış bir ağaca
baxdım - baxdım kövrəldim…
başını qoy çiynimə,
saçların yayılsın üzümə
mən
sənin yanına gəldim.