“Ulduz” jurnalının aprel sayı işıq üzü görüb. Jurnal Əməkdar jurnalist, şair-publisist Telli Pənahqızının zərif duyğularla qələmə aldığı “Yaz yazısı” ekspet yazısı ilə açılır. Bu sayda gənc şair Ulucay Akif “özüylə söhbət” edir. “Tribuna”da Vaqif Yusifli “Gənc şairlər, sözüm sizədir...” deyib gənclərin yaradıcılığını incələyir.
“Şeir vaxtı”nda Vasif Zöhraboğlu, “Debüt”də Cahandar Aybər və Məhəmməd Turandı. Fərid Hüseyn “İsa Məsihin son ünvanı, Varavvanın sığnacağı – çarmıx” paradoks və paralellərini təhlil edir.
Şəhid Ülvi Bünyadzadənin bir zamanlar tərcümə etdiyi L.Averyanovun “Necə məşurlaşmaq olar” yumoristik hekayəsi ilk dəfə “Ulduz”da çap olunur. “Ovqat” da Hicran Hüseynova Nazir Rüstəmin yubileyini “Mənim şerim ağ-qara...” yazısı ilə təbrik edir. “Tərcümə saatı”nda Edqar Allon Ponun “Oğurlanmış məktub” hekayəsi Ayişə Nəbinin tərcüməsində oxuculara təqdim olunur.
“Bölgələrdən... nasirlər” nəsrdə özünü sınayan gənclərə meydan verir.
“Dərgidə kitab”da Elmin Nuri esselərini təqdim edir.
Amma bunlar hamsı deyil. “Ulduz” jurnalı ilə ayb.az saytının birgə layihəsi yenidən qayıdır. Bu dəfə Qarabağ mövzusunda essə yazmaq istəyənləri “Variasiya “ birləşdirəcək.
Bunlar hamısı deyil, “Ulduz”u oxumağı unutmayın!