Məlahət QƏNBƏROVA
MÜDRIK INSAN, GÖZƏL ŞAIR, BÖYÜK VƏTƏNPƏRVƏR
İnsan həyatının ilk günlərindən onu əhatə edən dünya haqqında, özünün o dünyadakı yeri haqqında düşünür. İnsanın adı, soyadı ilə əməlləri əksər hallarda üst-üstə düşür. Azərbaycanın xalq şairi, Əməkdar İncəsənət xadimi, “Şöhrət” ordenli Fikrət Qoca XX əsr ədəbi-bədii söz sənətində xüsusi yeri olan, yaradıcılığı ilə şəxsiyyəti üst-üstə düşən görkəmli ədəbi simalardan biridir.
Fikrət Qoca “Qağayı”, “Hamıya borcluyam”, “Dənizdə ay çiməndə”, “Od gəlini”, “Yatmadığım gecələrdə”, “Günlərin bir günü”, “Gül ömrü”, “İnsan xasiyyəti”, “Ömürdən səhifələr”, “Mavi dünyanın adamları”, “Seçilmiş əsərləri”, “Eldən-elə, dildən-dilə”, “Sükutun səsi” və digər kitabların müəllifidir.
Fikrət Qoca yaradıcılığında milli ədəbi-bədii ənənələrdən bəhrələnərək çağdaş problemləri, qayğıları, müasir dövrü, zamanın bədii lirikasını canlandırır. Şair həmçinin tarixə, keçmişə, milli-mənəvi dəyərlərə, qan yaddaşının oxunmamış səhifələrinə nəzər yetirir, vətənpərvərlik və milli ruhda şeirlər, hekayələr qələmə alır.
Fikrət Qoca poeziyasında müqəddəs vətən torpağına sonsuz məhəbbət, onun gələcəyinə olan nigarançılıq, vətən şəhidlərinin əziz xatirəsinə böyük ehtiram, yurdumuzun əsrarəngiz təbiət gözəllikləri, tarixi şəxsiyyətləri barədə düşüncələr əsasdır, aparıcıdır.
1990-cı il hadisələrindən, Qarabağ müharibəsindən, gənclərin qəhrəmanlığından bəhs edən “Təkərlər geri fırlanır”, “Yaralı çiçəklər”, “Rəssam düşünür”, “Taleyin ağır taleyi” əsərlərində həyatın acı, keşməkeşli üzü bədii boyalarla əks olunub.
Fikrət Qoca poeziyasının əsas qayəsi vətənpərvərlik, yurdsrvərlikdir. Onun şeirlərində vətənə, insana, cəmiyyətə, təbiətə, sonsuz sevgi və məhəbbət tərənnüm olunur. O, öz qələmi ilə xalqa, vətənə, müstəqil dövlətçiliyə xidmət edir. Fikrət Qocanın vətənə həsr etdiyi şeirlərində də dünya şeirlərində olduğu kimi səmimilik var, vətənə sonsuz bir məhəbbət var, xalq şeirinin ruhu duyulur. Vətən təbiətinə vurğunluq, onun tərənnümü, təbiət gözəllikləri, özünəməxsus cazibədarlığı onun əsərlərində böyük vəcdlə tərənnümünü tapmışdır. Onun vətənlə, Qarabağla, şəhidlərimizlə, yağı tapdağı altda qalan torpaqlarımızla bağlı şeirləri oxucuları düşündürür. Bu şeirləri oxuyan zaman sanki yüzlərlə şəhid ailəsinin iztirabını, ağrı-acısını onlarla bölüşüb yaşayırsan. O, xalqının, ümumiyyətlə bəşəriyyətin ağrı-acısını, dərdi-sərini qələmə alır.
Fikrət Qocanın əsərləri oxucunu vətən və millət haqqında düşünməyə vadar edir. Şairin vətənə həsr olunan şeirlərində bütövlükdə Azərbaycanın təkrarsız gözəllikləri, yurdumuzun igid, qəhrəman övladları, tariximizin şərəfli səhifələri poetik bir dillə vəsf olunur.
Lirik və nəğməkar şairin yaradıcılığında həyatın hər üzünü görən müdrik bir insanın acılı-şirinli xatirələri geniş yer tutur. Onun dili sadə, axıcı və səmimidir. Şeirlərin ruhuna hopan həzinlik əsas üslub keyfiyyətləri kimi səciyyələnir.
Fikrət Qocanın şeirlərində ictimai ahəng lirik ovqatı üstələyir. Şairin zahirən lirik təsir bağışlayan şeirləri də ictimai rəng və çalarlarla boyanmışdır. Onun şeirlərini başqalarından fərqləndirən ən mühüm cəhətlərdən biri onların içində yaşadığımız zamanın ruhu, ağrı, əzab və sızıltılarının bizə tanış olan dərd və faciələrə köklənməsi, milli ruhun tarixi məqamlarını, yaxın və uzaq keçmişin səciyyəvi cəhətlərini əks etdirməsidir.
Fikrət Qoca xalqımızın həyatında son dərəcə gərəkli problemlər ətrafında mülahizələr yürüdür. Onun şeirlərinin təmizliyi, poetik fikrin dərinliyi oxucunu heyran qoyur.
Fikrət Qoca şeirlərində sənətə məhəbbət, sənətkara ehtiram, arzu və istək lirik boyalarla təsvir olunur. Həyatdan köçən sənətkarlara ithaf olunan şeirlərin ünvanı nə qədər konkret və dəqiqdirsə, bunların hamısında dünya və həyat, insan və ömür yolu haqqında bədii cəhətdən ümumiləşdirilən məna və nəticə qələmə alınıb.
Fikrət Qoca poeziyası doğma dilin zənginliyini, milli qürurü, mənəvi özünüdərki, klassik ənənələri özündə ehtiva edir. O, xalqının, vətəninin və bəşəriyyətin taleyüklü məsələlərini əbədi, bədii və poetik dilə gətirməyi və həlli yolunda ideya kəşf etməyi bacarır. Fikrət Qoca xalqa, vətənə və ədəbiyyata münasibətdə ən səmimi, ən dəyərli, ən fədakar ziyalılardan biridir.
Çoxsahəli, çoxcəhətli yaradıcılıq fəaliyyətinə malik olan Fikrət Qoca şair kimi lirikdir. Dərin, psixoloji lirizm onun şairlik dünyasının, şeir-sənət aləminin ən ümdə xassəsi, ən mühüm xüsusiyyətidir. Onun lirikası lirik “mən”ini demək olar ki, bütün cəhətlərdən açıqlayır, arzu, xəyal və istəklərini, fikir, düşüncə və duyğularını, hiss və həyəcanlarını, bütövlükdə əhval-ruhiyyəsini ən münasib formalarda əks etdirir. Bi lirik “mən” isə şairin özüdür.
Zəngin və bənzərsiz yaradıcılığı olan Fikrət Qoca poeziyası poetik duyğuların poeziyasıdır, güclü poetik duyğu axarları ilə zəngindir, səmimiliyə, təmizliyə, həqiqi mənada milliliyə köklənib. Onun yaradıcılığı ictimailik, vətənpərvərlik, xəlqilik və vətəndaşlıq keyfiyyətlərinin göstəricisidir.
Fikrət Qoca mənalı ömrünün kamil dövrünü yaşayır. Ömrünün və yaradıcılığının bu müdrik çağında da yazıb-yaradır. Sizə uzun ömür, cansağlığı, yaradıcılıq uğurları arzulayıram.
Azyb.az
Balayar SADİQ
SƏNƏTKARLIQ MƏHARƏTI
(Fikrət Qocanın "Düşündüklərimdən mənzərələr" poeması haqqında bir neçə söz)
Fikrət Qoca Azərbaycan ədəbiyyatının qüdrətli söz ustalarından biri, çağdaş ədəbi həyatımızın canlı korifeyidir. O, geniş fəlsəfi dünyagörüşünə, milli və bəşəri özünüdərkə, kamil sənətkarlıq məziyyətlərinə görə böyük Şərq mütəfəkkiridir.
Təsadüfi deyil ki, Şərq düşüncə tarixində şair həmişə fılosof, alim, bəsirət əhli kimi mötəbər statusa malik olub. Mütəfəkkir şair adında bütün bu hikmət komponentləri cəmlənib. Şairə məxsus olan poetik təfəkkürü digər təfəkkür tərzlərindən (elmi, siyasi və s.) fərqləndirən amil, onun bəşəri düşüncə orbitində məntiq və qeyri-səlis məntiq (bəsirət) adlı qoşaqanadlı olmasıdır.
Fikrət Qoca elə azsaylı ədəbi simalardandır ki, onun yaradıcılığında poetik fikrin, bədii ifadənin fəlsəfi qayəsi bəşəri mahiyyət kəsb edir, o heç vaxt lokal poetik cizgilərin təsviri ilə kifayətlənmir. Bu poeziyada ədəbi-bədii, ictimai-fəlsəfi, milli-mənəvi və dini komponentlər kül halında qovuşaraq, bəşəri dəyərlər xəzinəsini zinətləndirir. Fikrət Qocanın şair mütəfəkkirliyinin məğzində millilikdə bəşəriliyin, bəşərilikdə milliliyin harmoniyası ehtiva olunur. Həm də bu poeziya dilin imkanlarını zənginləşdirən möhtəşəm və modern sənət laboratoriyasıdır.
Söhbətin konkret ədəbi əsərdəki bədii faktorlar müstəvisində incələnməsi daha effektlidir. Bu baxımdan şairin "Düşündüklərimdən mənzərələr" poemasındakı böyük bədii-fəlsəfi dəyərlərin bəzi elementlərindən söz açmaq yerinə düşər. Əminliklə demək olar ki, poema dərin humanizmi və bəşəri qayəsi, modern və novator üslubda qurulmuş süjet xəttinin möhkəmliyi, həmçinin kompozisiya bütövlüyü, eləcə də poetik obrazların tamlığı və psixoloji dərinliyi ilə seçilən orijinal sənət nümunəsidir. Əsər şərq poetikasının bədii qüdrətinin parlaq cəhətlərini özündə əks etdirməklə yanaşı, həm də qərb modernizminin avanqard elementlərini də sənətkarlıq estetikasında təqdim edir. Elmi və poetik erudisiyaya malik olan poeziya bədii sənət üfüqlərini modern sürətlə genişləndirərək, bədii ifadə kamilliyi ilə idrakı zənginləşdirir.
Şair qloballaşan dünyanın problemləri fonunda həyatın bir parçasının lokal mənzərəsini götürüb, onu ictimai-fəlsəfi dolğunluğu ilə bədii sənət müstəvisində məharətlə canlandırır. Həyatın istər milli-tarixi, mənəvi-psixoloji, istərsə də maddi-məişət nüanslarına münasibətin orijinal ifadəsində, təkcə yüksək bədii vasitələr deyil, həm də idrakın, təfəkkürün dərin fəaliyyəti böyük önəm daşıyır. Poema dünyəvi etiketə malik şərq poeziyasının ən möhtəşəm ədəbi nümunələri ilə bir sırada dayanmağa qadirdi. Burada mövcudluğun bütün rəngləri, kodları fəlsəfi müdrikliklə açılır, tarixi təbəddülatların xronikasi heyrətamiz poetik lövhələrdə əks olunur, insan ruhunun əxlaqi ahəng və təzadları yüksək sənətkarlıqla sərgilənir. Həmçinin burada təbiət və cəmiyyətin daxili harmoniyasının pozulmasının səbəbləri, sivilizasiyalar arasındakı problemlərin törətdiyi faciələr bədii-fəlsəfi rakursdan qlobal anlamda diqqətə çatdırılır.
İlk baxışdan ayrı-ayrı poetik parçaları xatırladan bu dəyərli əsərin bütövlüyünün dominantı, məhz onun məzmunundakı poetik ümumiləşmənin bəşəriliyidir. Sənətkarlıq məziyyətlərinin əyaniliyi üçün poema ilə canlı dialoqa keçək:
"Bardaş qurub oturmuşam kainatda,
Oturmuşam
milyard işıq ili aşağıda
Allahın ayağı altda".
bu misralarla açılır şair idrakının poetik qatları, bəsirət mərtəbələri...
Demişdim ki, Fikrət Qoca böyük Şərq mütəfəkkiridir. Həmin fikrin siqlətinə bu misralar sevinə-sevinə şahidlik edir.
"Bardaş qurub oturmuşam kainatda". Poemanın bu ilk misrası təsəvvüf çeşməsindən su içib. Misranın bəsirəti poetik-fəlsəfi idrakın mərtəbəsini göstərir. "Kainatda bardaş qurub oturmaq" şərq müdrikliyinin atributudur. Bu kamillik mərtəbəsidir.
"Oturmuşam
milyard işıq ili aşağıda"
bu misra, təkcə məsafənin zamanla ifadəsinin poetik özünəməxsusluğu deyil, həm də bədii-elmi idrakın mərtəbəsidir.
"Allahın ayağı altda"
bu misra isə bütün ehtişamı ilə böyük şairin qəlbindəki imanın mərtəbəsidir. Bu misranın islam fəlsəfəsi və poetik dil elementləri baxımından da özünəməxsus incəlikləri var.
"Allahın ayağı altda" ifadəsi Allahın dərgahı, yəni müqəddəs ünvan kimi rəmzi səciyyə daşıyır. İslami dəyərlər kontekstindən kainatın Allahın ayağı altı kimi göstərilməsi şairin Allahın ucalığına, böyüklüyünə olan inamının və məramının təsdiqidir, həm də ilahi qüdrətin fövqəlliyinin daha bir obrazlı bədii ifadəsidir. Poetik dilin incəliyinə varaq: "Ayaq altda" ifadəsi sözün müstəqim mənasında "aşağılanmaq" məzmununa malikdir. Lakin bu "aşağılanma" dilin məcazi imkanları sferasında ucalma, yüksəliş mənasına çevrilir. Məhz belə bədii faktlara görə "F.Qocanın poeziyası dilimizi zənginləsdirən modern sənət laboratoriyasıdır" fikri əyaniləşir.
Fəlsəfi idrakın uca mərtəbələrinə yüksəlmiş şair Böyük Yaradanla bədii təfəkkürün bəsirət dili ilə söhbətə başlayır...
"Küçələrdə qan yağışı" bəşəri əxlaqın iflasının bədii arqumentlərindən biridir. Dünyanın bir çox nöqtələrində - Nəcəfdə, Qafqazda, Afrikada, Antraktidada baş verən bəlaların səbəbi insanlığın bəşəri tolerantlığın qəza vəziyyətində olmasıdır.
Bunun səbəbini anlamaq üçün poetik lövhəyə baxaq:
"Oyunçular yer kürəsində
sərhəd adlı qılınc yarasını
sarımaq istəyirlər
tikanlı məftillərlə".
Poetik mənanı çözələyək: Kainatdan, yəni uca məqamdan baxanda yer üzü, yer kürəsi tamdır, bütövdür. Sərhədlər yer üzünə insanların vurduğu qılınc yarasıdır. Müxtəlif rəngli, dinli, dilli varlıq olan insanlar onlara Ali Varlıq tərəfindən etibar olunmuş əmanətə – yer kürəsinə “sərhəd adlı qılınc yarası" vurmaqla kifayətlənmir, hətta bu yaranı "sarımaq istəyirlər tikanlı məftillərlə", yəni yara üstündən yara vururlar. Niyə? Çünki özlərini güclü hesab edirlər. Dünyada ilahi mütənasibliyin pozulmasına rəvac verən cəhət:
"Hər güclü elə bilir ki, Allahdı"
Məhz Allaha şərik çıxanların sayı artdığı üçün, allahsızlıq baş aldığına görə dünyanı bəşəri vəhşilik, vəhşət caynağına almaqdadır.
Bəşəri vəhşətə, qətliama nümunə kimi Xocalı faciəsi tarixi fakt olaraq bədii səhnədə işıqlandırılır.
"Xocalıdan qaçqın uşaq
uzanıb üzü kainata
Allah kimi təm-təkdi".
"Allah kimi təm-təkdi" misrasındakı poetik detal orijinal vo çoxmənalıdır. Misradakı "kimi" qoşması Xocalıdan qaçqın uşağın timsalında insanın, fərdin mübtəla olduğu faciədə necə tənha, kimsəsiz olmasının ölçüsünü, daha doğrusu, ölçüsüzlüyünü göstərir. Bunu dil zonginliyinin daha bir fäktı kimi də dəyərləndirmək olar.
Milli faciənin bədii üslubda bəşəri müstəviyə çıxarılmasına və bəşəri faciə kimi dəyərləndirilməsinin poetik təsdiqini görmək üçün bıı bədii tabloya baxmaq kifayətdir.
"Səkkiz yaşlı
müharibə əlili oldu...
O daha uzaq deyildi,
Anlaya bilmirdi
günahsız körpə
Taleyin əli ilə niyə döyüldü.
Uşaqlığı sağ ayaği ilə
bir yerdə itmişdi,
ayağı ilə
qaçıb getmişdi".
Bu poetik səhnə dünyanın bütün dillərində eyni həyəcanı, ağrını doğurmaq iqtidarındadır.
Geniş anlamda bədii lövhənin fəlsəfi poetikasına nəzər yetirək:
Uşaqlar, körpələr təkcə bir millətin, xalqın deyil, bütövlükdə bəşəriyyətin gələcəyidir. Tanrı dinindən, dilindən, rəngindən asılı olmayaraq, bütün uşaqları, körpələri günahsız elan etmişdir. Bu bəşəri qanundur. Xocalıdan olan qaçqın uşağın bir ayağını itirməsi, sadəcə bir körpənin şikəstliyi deyil, əslində gələcəyin şikəstliyinə, natamamlığına işarə edir. Bu misralar mütəfəkkir şairin, həm də bəşərin, insanlığın gələcəyi ilə bağlı həyəcan təbilidir.
"Ey yaradanlar yaradanı,
bir körpə üz tutub sənə,
cavab versənə!"
Tanrı susur, Dünya susur, Zaman susur...
Lakin böyük şair qəlbindəki милли аьрылара ряьмян, бяшяри щцманизм мяртябясиндян енмир, мянсуб олдуьу халгын мяняви уъалыьыны сяняткар ляйагятиля нцмайиш етдирир. Бяшяри мцстявидя милли щейсиййата тохунмадан милли нагислийин бядии усталыгlа ифшасы поезийамызда oрижинал дцшцнъянин тязащцрцдцр. Фикрят Гоъа бядии-дипломатик цслубун йарадыъысы кими дя новатордур. Бядiи фактлара диггят йетиряк:
"Ermənilər də hamı kimi
bir millətdi.
Ermənilik əlindən
onların da günü illətdi.
Ermənilik kiminin canındadı,
kiminin qanındadı,
kiminin də vicdanındadı".
Bu poetik parça sübut edir ki, əsərin dəyəri, sadəcə ədəbi-bədii parametrlərlə məhdudlaşmır.
Qətiyyətlə deyərdim ki, qlobal məzmun daşıyan, yüksək sənətkarlıq nümunəsi olan bu poemanın poeziyamızda alternativi yoxdur. Burada mütəfəkkir şair idrakının bədii qüdrəti humanitar dəyərlər sisteminin bütün sərhədlərini cəsarətlə, bəsirətlə genişləndirir.
Əsərdə milli kimliyin qədim və çağdaş məqamlarının orijinal poetik rənglərlə, obrazlı fəlsəfi tutumla, milli koloritdə çoxmənalı mənzərəsi heyrətamizdir.
"Şah İsmayıl Xətai
oturub pyedestalda
Yayın bu isti günündə
Oturub doğum evinin önündə".
Poetik fikir misradan-misraya keçdikcə, "doğum evi" ifadəsi milli mövcudluğun, milli qüdrətin, həqiqətin ilk ünvanı, beşiyi kimi səciyyələnir. Daha sonra şairin qan yaddaşından, ruhundan qopan bədii xitab ulu haray kimi səslənir.
"Ey yol keçənlər,
maşınları əyləyin,
Sərkərdəyə
Salam verib, keçin!"
Bu misralar, həm də milli özünüdərkə, milli birliyə çağırış himni kimi də qiymətlidir.
Mənəvi gözəlliyi özündə ehtiva edən mütəfəkkir düşüncənin daha bir mənzərəsini seyr edək:
"Yaşlı,
kasıb bir ağdaşlı
Həccə gedə bilmədi,
Gedənlərin dalınca baxıb
Dərin bir ah çəkdi.
Türyançayın üstündə,
yol yanında
bir fidan çinar əkdi
düz yeddi yüz il əvvəl".
Bədii təsvirin poetikasında Allaha inamın, sevginin işığını görürük. Allah yolunda minnətsiz görülən xeyirxah əməllər əbədi yaşayır ("yeddi yüz il" belə tarixi sübutlardan biridir) və əməl sahibini də yaşadır. Yaxşı əməlin böyüyü-kiçiyi, ağırı-yüngülü olmur, o, sadəcə ən gözəl arzuların çin olmasına əbədi zəmanətdir (çinar ağacı kimi).
Bir çinar deyil,
ağdaşlı bir kişinin
yam-yaşıl Həcc arzusudu.
Hər yarpağı
Peyğəmbərə yazılmış
bir məktubdu,
Əlində tutubdu".
Bu, müasir, qüdrətli şair qəlbinin sözlərə hopmuş xeyirxahlıq simfoniyasıdır.
Şair dünyanı bürüyən faciələrin səbəbini insanların ikiüzlü, hiyləgər varlığa çevrilməsində görür. Müqəddəs rəmzlərin məkrli əməllər üçün istifadəsini bəşəri ağrı kimi dəyərləndirərək, dünyəvi faciənin, törədilən rəzalətin ironik mahiyyətini təqdim edir:
"Axı niyə? Niyə? Niyə?
Bu sualdan qorxdu sanki,
Üzünü yana döndərdi.
Utanmadı, Peyğəmbərin
adına bir salavat göndərdi terrorist!.,"
Daha sonra dünyada hökm sürən ikili yanaşma meyllərinin həyasızcasına artmasını allahsızlığın yeni təzahürü kimi önəmsəyir.
"Adam qansız olar,
dinsiz olar,
imansız olar,
inamsız olar,
Allahsız olmaz adam!
Təcavüzkarların, siyasi məkrlilərin, terroristlərin dindən, imandan, insanlıq qayəsindən uzaq olmasını nifrətlə xatırladan şair öz mövqeyini bədii ümumiləşmə yolu ilə bəşəri müstəviyə çıxarır.
"Allahdı hər şeydən,
hər kəsdən üstün,
Allahı yoxdur terroristin".
"Düşündüklərimdən mənzərələr" poemasında dünyadakı dini sivilizasiyaların, cəmiyyətdəki mənəvi eybəcərliklərin, maddi-məişətin, texniki tərəqqinin, müharibənin, sevginin, "olumla-ölümün", milli vətənpərvərliyin və daha neçə-neçə bəşəri mətləbin fəlsəfi kodu poetik məzmunda açıqlanır. Bu poemanı məzmunundakı milli və bəşəri vəhdətə, poetik təxəyyül genişliyinə, bədii-fəlsəfi mahiyyətinə görə mənzum roman-metafora adlandırmaq olar.
İnsanları xeyirxahlığa, yaxşı əməllərə sahib olmağa çağıran şair, uca Yaradanın rəğbətini qazanmağın yeganə yolunu ancaq yaxşılıqlar yaratmaqda görür. Onun iman işığına bələnmiş poetik niyyəti əbədiyyət nəğməsi kimi səslənir.
Poema ilk baxışda aydın, lakin poetik dərinlik baxımından qeyri-adi məna çoxqatlığı ilə tamamlanır.
"Allah təkdi,
ey yaranmışlar
Yaradana da kömək gərəkdi
Ucaltmaq üçün onun adını
Siz də yaxşılıqlar yaradın..."
Müdrik bədii-fəlsəfi ümumiləşdirmədir. Yəni Allahı, səni yaradanı sevirsənsə, onun adını əziz tutursansa, bu sevgiyə layiq iş gör, yaxşılıqlar yarat. Əsl ibadət budur. Yaradan yaradılanı sevir...
Daha bir məna çözümü:
Allah fövqəladə qüdrət sahibi olaraq böyüklükdə, müqəddəslikdə təkdir. İstər müstəqim, istərsə də məcazi mənada Allahın heç bir köməyə ehtiyacı yoxdur. Şair də məhz Allaha deyil, "yaradana da kömək gərəkdir" ifadəsini bədii priyom kimi işlədib. Doğrudur, Allah həm də yaradandır. Ancaq yaradan sözü heç də həmişə Allah mənasını ifadə etmir. Yaradan sözündə inkişaf, tərəqqi, icad etmək məzmun-ları da mövcuddur. Bundan əlavə, Yaradan sözü ulu əcdadlara, soy-kökə də şamildir. Bu baxımdan yaxşılıqlar yaratmaq, həm də mənsub olduğun soyun, nəslin necabətini, adını yaşatmaq, ucaltmaqdır. Göründüyü kimi fikrin içindəki poetik mənanın fəlsəfi çalarları rəngarəngdir. Bu ifadə dil möcüzəsi kimi də böyük dəyərə malikdir.
Bədii idrakın, fəlsəfi təfəkkürün bətnindəki poetik enerji bədii əsəri əbədiyyət orbitinə çıxaran nüvə reaktorudur. Bu əsərdə düşüncə üfüqlərinin sərhədsizliyi, təsvir və ifadə vasitələrinin dolğunluğu bədii materialı sənət incisinə çevirən amillərdəndir. Sənət əsəri bəşəri məzmunu və forma kamilliyini, ictimai-fəlsəfi ideyaları, orijinal bədii keyfiyyətləri özündə ehtiva edirsə, onu həqiqi ədəbi sənət hadisəsi adlandırmaq olar.
"Düşündüklərimdən mənzərələr" poeması mövcud ədəbi-bədii və fəlsəfi ölçülərin fövqündədir.