SƏNI UNUTMARAM
Qatar gedirdi. Çak-çuk, çak-çuk. Kupemiz rahat idi. Amma yaman darıxırdım. Balaca bacım Sənubər yatmışdı, anamla atam söhbət edirdilər. Əvvəl telefonla oynadım, sonar kitab oxudum. Darıxırdım… Yatmaq istədim. Amma alınmadı. Çünki mən günortalar yaxşı yata bilmirəm. Yəqin ki, darıxmağın nə olduğunu bilirsiz… Ta, özünə maraqlı əyləncə tapanacan səndən əl çəkən deyil. Pəncərəyə baxdım. Lakin günboyu pəncərələrdən yarımsəhralardan başqa heç nə görünmürdü. Ah, darıxıram, darıxıram! Axırda dözə bilmədim, atama dedim:
– Ata, olar, çıxımvaqondagəzişim?
– Yox, olmaz.
– Xahiş edirəm!
– Yox Tərlan!
– Axı mən çox darıxıram!
– Yaxşı, əgərvəziyyətbelədirsə, onda çıxabilərsən. Amma bir şərtlə: heç kimi narahat eləmə.
Beləcə sevinə– sevinə kupedən çıxdım. Elə sevinmişdim ki, heç önümə baxmırdım. Birdən kimləsə toqquşdum. Baxıb gördüm ki, bir oğlandır. Təxminən mənim yaşımda idi. Dedim:
– Bağışla, səni görmədim. Adın nədir?
“Adın nədir” sualı birdən çıxdı ağzımdan. Heç fikirləşmirdim ki, cavab verəcək. Ancaq oğlan dedi:
– Araz.
– Nə dedin?
– Adım Arazdır. Bəs sənin adın nədir?
– Tərlan. Deməli, sənin də ailən bu qatarda gedir?
– Yox. Biz biletsiz gedirik.
– Bəs onda sizi qatara necə buraxdılar?
– Mənim anam burada bələdçi işləyir.
– Siz harada yaşayırsız?
– Heç harada…
– Necə yəni?
– Bizqatardayaşayırıq.
– Bəsməktəbə getmirsən?
– Bilirsən, buqataryoladüşməzdənbirgünəvvəl, mənməktəbdə əlavə birneçə saatqalıram. Müəllim mənim Bakıda olmayacağım günlərin dərslərini keçir, ev tapşırıqlarını verir və mən yolboyu onları yerinə yetirirəm.
Biz gəzə– gəzə söhbətimizi davam etdirirdik. Araz dedi ki, kasıb olsalar da, çoxlu kitabı var. Söhbətimiz zamanı öyrəndim ki, atası avtoqəzada həlak olub. Anası isə elə bilir ki, Araz evdə tək qalanda qorxur. Amma əslində Araz`heç də qorxmur, sadəcə, anasını tək qoymaq istəmir, onu qoruyur. Atası bir vaxt ona demişdi ki, kişi gərək həmişə qadınları qızları qorusun. Xüsusən də, öz anasını və bacılarını. Araz isə, bu sözə əməl edir.. Mən onun anasının xatirinə bu əzablara dözdüyünü biləndə, ona hörmətim daha da artdı, qoçaqlığına həsəd apardım..
Biz gəzə– gəzə növbəti pəncərəyə çatanda mən dedim:
– Oh, yoruldum.
Araz dedi:
– Mən də. Gəl bu pəncərənin qabağında oturaq.
Bir müddət dinməzcə oturduq. Sonra Araz dedi:
– Gəlsözoyunuoynayaq. Elə– belə, darıxmamaq üçün
Mən dedim:
– Yaxşı. Birinci sən başlayırsan.
Oyundan bizi anamın səsi ayırdı. Başımızı qaldırıb gördük ki, artıq axşamdır. Dedim:
– Gör başımız oyuna necə qarışıb ki, heç axşamın düşməyini görməmişik. İndigərəkkupemizə qayıdım.
Arazdedi:
– Məndə getməliyəm. Gəl sabah elə burda görüşək.
Mən dedim:
– Niyə də yox ? ! Valideynlərimdən icazə alıb gələrəm. Sağ ol.
– Sağ ol.
Kupemizə qayıdan kimi anam soruşdu:
– Tərlan, harada idin?
Mən onlara Araz haqda danışdım və valideynlərimdən xahiş etdim ki, hər gün günorta Arazla görüşməyimə icazə versinlər. Atamla anam bir– birinə baxdılar və icazə verdilər.
Bu beş gün ərzində Arazla əməlli-başlı dostlaşmışdıq. Araz çox ağıllı və tərbiyəli idi. Məni yaxşı başa düşürdü. Biz bəzən mənim telefonumda oyunlar oynayır, bəzən onun kitablarını oxuyar, bəzən də gəzə-gəzə söhbət edirdik. Bir gün biz ensiklopediya oxuyarkən atam məni çağırdı. Mən Arazdan üzr istəyərək tez kupemizə qaçdım. Gəlib çatan kimi soruşdum:
– Nə olub?
Atam dedi:
– On dəqiqədən sonar çatırıq. Hazırlaş!
Mən təccüblə dedim:
– Axı necə ola bilər? Belə tez?
Sənubər gülüb dedi:
– Artıq beşinci gündür ki, yoldayıq. Deyəsən, sən dostunla o qədər maraqlı vaxt keçirtmisən ki, zamanın hesabını itirmisən.
Mən məyus halda Arazın yanına qayıtdım və dedim:
– Sağ ol.
Araz soruşdu:
– Niyə sağollaşırsan?
– Çünkiondəqiqədənsonra çatırıq.
Sonra ikimiz də bir müddət heç nə demədik. Sonra Araz əlindəki ensiklopediyanı mənə uzadıb dedi:
– Al bunu. Çoxdan oxuyub qurtarmışam. Buna baxıb məni xatırlayarsan.
Mən kitabı götürüb onun üzünə baxdım. Onun üzündə və iri yaşıl gözlərində “Biz yenə görüşəcəyik?” sualı yazılmışdı. Mən cibimdən bir neçə şəkil çıxardıb ona uzatdım və dedim:
– Al, bunlar da sənin olsun. Sən də bunlara baxıb məni xatırlayarsan. Bilirsən, sən mənim ən birinci dostumsan və məni səni heç vaxt unutmayacağam.
O gülümsünüb dedi:
– Mən də səni…
Vaxt gəldi. Mən ailəmlə birlikdə qatardan düşdüm. Pəncərədən Arazı gördüm. Bir-birimizə əl elədik. Qatar yola düşəndən sonra dərindən nəfəs aldım və valideynlərimin əlindən tutub yola düzəldim. Öz-özümə isə fikirləşdim: “Necə olursa olsun, axtarıb tapacam səni! Səni heç vaxt unutmaram!”
OV
– Burada nə qədər oturmalıyıq axı.Gərək özümüz ləpirə düşüb izi tapaq.Qalxın, gedək!.
– Səbr elə,Qum, bura onların otlaq yeridir,harada olsalar,yenə də bura qayıdacaqlar ,əminəm.
– Qum düz deyir,birdən heç qayıtmadılar? Gərək özümüz onları tapaq.
– Yox,Qaya, bu çətin olar.Məgər özün bimirsən ki,onların oturaq yerinə gedən cığır necə sıldırımlardan keçir? Yox,yox, buna imkan yoxdur.
– Axı...
Qaya sözünü bitirə bilmədi. Çünki bu vaxt iri bir dağ keçisi düz onların qarşısından tullanıb keçdi. Ay nizələrə tərəf atıldı:
– Cəld olun,əldən qaçırmayaq.Nizələri götürün.
Onların üçü də əllərində nizə keçilərin ardınca qaçmağa başladılar. Kiçik sürü çox sürətlə yoxuşa dırmaşıb gözdən itdi.Ovçular onlara çata bilmədilər. Çox kədərləndilər.Qum dedi:
– Heyf... Heç olmasa bir irisini tuta bilsəydik, evə qayıtmağa üzümüz olardı...
Ovçular yurd yerinə döndülər. Qəbilənin başçısı onları gözləyirdi.
– Hə, qoçaqlar, göstərin görək nə ovlamısınız?
Qaya dedi:
– Bağışla,ata, heç nə ovlaya bilmədik. Keçi sürüsü gördük,amma çatıb vura bilmədik.
Qəbilə başçısı çox hirslənmişdi:
– Bəs niyə qayıtdınız? Hamı ov gözəlyir sizdən. Geri dönün! Onu da bilin ki, əliboş qayıtsanız,cəzalanacaqsınız.
Oğlanlar qızmar günün altında yenidən həmin ovlaq yerinə qayıtdılar.Böyük bir daşın arxasında gizlənib pusqu qurdular. Ay uzaqda görünən dağ keçisini göstərib dedi:
– O keçini görürsünüz,yəqin onun yataq yeri buralardadır. Birimiz onu güdüb yerini tapaq, tamam arxayınlaşanda başının üstünü alıb vurmaq olar, əgər birimiz öhdəsindən gəlməsə, köməyə çağırsın.
Qaya dedi:
– Niyə hamımız getmirik?
Ay dedi:
– Hamımız getsək,səs-küy salıb heyvanı hürküdərik.Bir nəfərin getməyi yaxşıdır.
– Bəs onda hansımız gedir?– deyə Qum soruşdu.
Ay cavab verdi:
– Mən geidrəm.Çətinə düşsəm sizi çağıraram.Burada gözləyin.
Ay nizəsini götürüb keçinin ardınca yoxuşa dırmanmağa başladı. Sıldırım qayalar ayağını parçalayırdı. Bir neçə dəfə az qaldı ki,əli daşdan qopub dərəyə yuvarlansın. Bir təhər özünü saxlayırdı. Amma səbrlə, sakitcə keçini izləyirdi. Nəhayət ona yaxınlaşdı.Gizlənib nizəni əlinə aldı,ovunu vurmağa hazırlaşdı.Bu vaxt iki balaca ağ çəpiş tullana-tullana keçinin yanına gəldi. Bir-birlərinə aman vermədən analarının ətrafında şən-şən hoppanıb düşdülər. Ana keçi oyunbazlıqlarından xoşlanırmış kimi hərdən başını çevirib bir müddət onlara diqqətlə baxırdı. Ay gizləndiyi yerdən bu mənzərəyə tamaşa elədi.Balaca çəpişlərin acizliyi, körpəliyi onun ürəyini kövrəltmişdi. Bu balacaları anasız qoymağa əli gəlmədi. Nizəsini götürüb yavaşca oradan aralandı. Amma bilirdi ki, əliboş qayıtmasını yoldaşları yaxşı qarşılamayacaq. Yenə də peşman deyildi.
Yoldaşları təəcüblə ona baxıb,nə oldu, yenə uğursuz oldu?– dedilər. Ay yolda vurduğu iki kəkliyi onlara göstərib-yox, niyə ki, keçini itirsəm də quş ovladım – dedi. Qum güldü:
– Elə bu ? Bundan kimə nə olar ki?
Ay razı- razı gülümsünüb:– Burada quş lap çoxdu,yolboyu hələ yenə də vurarıq.Gərək keçi,öküz ola? Bu ov deyil məgər? – dedi.
Qum– heç nə olan yerdə bu da ovdur.Yaxşı gəl gedək görək daha nə vururuq – deyə cavab verdi.
Ay yolboyu balaca çəpişlərin dəcəlliklərini yadına salıb dodaqaltı qımışırdı.Ürəyində fikirləşirdi ki, bu heyvanları ovlayıb ətini yeməkdənsə elə yaşadıqları yerdə saxlamaq,artırmaq və lazım olduqca qida kimi istifadə eləmək daha yaxşı olmazdımı...
BAPBALACA KIBRIT ÇÖPÜ
Bahar təzə gəlmişdi və hər bir evin açıq pəncərəsindən ilıq,gü-çicək ətirli nəfəsiylə içəri boylanıb gülümsəyirdi. Ceyn otağında oturub kitab oxuyurdu.Anası onu səslədi: – Qızım,qazı yandır,çaydanı odun üstünə qoy. Kibrit dolabdadır. – Yaxşı,ana. Qız dolabdan kibriti götürdü.Yandırmaq istəyirdi ki,əlindəki kibrit çöpü dilləndi: – Dayan! Bir az səbr elə! Ceyn diksinib o tərəf-bu tərəfə baxdı.Heç kəsi görmədi.Qorxa– qorxa soruşdu: – Kim var burda? – Bu mənəm,kibrit çopü. Ceyn əlindəki balaca çöpə diqqətlə baxıb dedi: – Yəni,sənsən mənimlə danışan? – Hə, mənəm. – Yox, bu ola bilməz.Sən axı,balaca,adi bir kibrit çöpüsən,mənimlə danışa bilməzsən! – Niyə danışmıram,əgər sözüm varsa. Özü də mən adi bir kibrit çöpü deyiləm,mən Sekvoyayam. – Nə? Dəli olmusan? – Xeyr,dəli olmamışam,sadəcə yaddaşımı itirməmişəm.Çox şeyləri xatırlayıram... Qız duruxub qalmışdı. Nə vaxtsa bir kibrit çöpünün onunla danışacağını ağlına gətirə bilmirdi. Olanlar heç cür ağlına batmır, gözlərinə, qulaqlarına inana bilmirdi. Kibrit çöpü yenidən dilləndi: – Yəqin heç Sekvoyanı tanımırsan. – Yox,o kimdir ki? Kibrit çöpü dedi: – Sekvoya dünyanın ən böyük ağacıdır.İstəyirəm,sənə bir az bizdən – sekvoyalardan danışım...Bilirsən, biz çox hündür oluruq. Mən ağac olanda boyum 65 metr idi.Amma bu ölçü sizə nisbətdə çox böyükdür. Dostlarımsa məni “Bapbalaca” çağırırdılar.Bu mənim xətrimə dəyirdi,onlardan inciyirdim... Həmişə qardaşım Böyük Coya oxşamaq istəmişəm.Təsəvvür edirsən,Böyük Conun boyunu ölçmək üçün xüsusi alpinist komandası dəvət etmişdilər. Çox əziyyətlərdən sonra, birtəhər onu ölçə bildilər.Məlum oldu ki, Böyük Conun hündürlüyü 200 metrə yaxındır.Bunu biləndə biz çox sevindik,onunla qürur duyduq, onun şərəfinə dostumuz küləyin çalğısıyla qələbə rəqsini oynadıq. İnsanlar üçünsə biz həmişə qəribə nəhənglər olmuşuq.Axı siz insanların xasiyyəti belədir,başa düşmədiyiniz şeylərə əvvəl-əvvəl heyrətlə baxırsınız. Guya ki, bizi 1833-cü ildə Amerikaya gələn avropalılar kəşf etdlər.Əlbəttə,bu onların özləriyçün kəşf sayılardı. Əslində abrigenlərlə biz çoxdan tanışıq idik.Bu yerlərin əsl sakinləriylə bir doğulmuşduq,bir böyümüşdük,bir– birimizin dilini yaxşı bilirdik.Heyf ki,onların da kökü demək olar ki,artıq kəsilib... Yeni gələnlər isə tamam fərqliydilər.Onlar bizi görən kimi bizdən pul mənbəyi kimi istifadə etməyə başladılar.Bəzilərimiz turistlər üçün tamaşa,əyləncə yeri olduq, bəzilərimizin isə çox çətinliklə də olsa,qalın gövdələrimizi doğrayıb odun elədilər... Ən kədərlisi bilirsən nədir? Bizdən alınan yumşaq taxta əslində onların işinə yaramırdı,bizi yalnız dərdlərini yazacaq qələmlərə,yanıb kül olacaq kibritlərə sərf edirdilər... Hə, bizə çox əzablar verdilər... Gözümün qarşısında ən yaxın dostum Fredi kəsə bilmək üçün beş yandan deşici alətlərlə yaraladılar,amma o,yenə də qırılıb yerə yıxılmadı.Oyuq-oyuq, deşik-deşik olmuş gövdəsi elə oradaca dayanıb durdu.Biz bu qorxunc mənzərəyə baxa bilmirdik,axı,lap balaca vaxtımızdan ömrümüzü bir yerdə yaşamışdıq...Amma indi hamımız köməksiz idik. Nəhayət,bu cansız gövdəni güclü bir tufan yıxa bildi. Yəqin Təbiət ananın öldürülmüş,cansız övladına yazığı gəldi, onu dəfn etmək istədi. O adamlar isə Freddən cəmi bir parça qabıq qoparıb apara bildilər. Deyirlər, San – Fransiskoda bu qabığın içərisində bir əyləncə otağı hazırlayıblar... Mən də bir vaxtlar Smit adlı bir ovçuya sığınacaq vermişdim.O vaxt gövdəmdə böyük bir koğuş vardı. Smit orada bir müddət yaşadı. Deyəsən kimlərdənsə gizlənirdi. Mən onu bacardığım qədər qorudum. Üç ildən sonra məni tərk edib gedəndə ürəyimdə ona uğurlu həyat arzulamışdım.O isə uğurlu həyata məni doğramaqla başladı. Bax,indi onun uğurlu biznesiylə sənin əlindəki kibrit çöpü olmuşam. Əvvəllər ona çox hirslənirdim,amma artıq bağışlamışam.Təəcüblənmə,bizim ürəyimiz də içimiz kimi yumşaq olur.Boş yerə deməyiblər ki, böyüklərin, nəhənglərin qəlbi də, rəhmi də həmişə böyük qalır, lap ondan bapbalaca çöp düzəltsələr də... Hə,lap bapbalaca kibrit çöpü... Kibrit çöpü söhbətini qurtarıb susdu.Gözlərini yumub yandırılmağını gözlədi. Ceyn çöpü bərk– bərk ovcunda sıxdı.Sonra ovcunu açıb kibrit çöpünə bir də baxdı. Kibrit qutusunu açıb səliqəylə çöpü qutuya qoydu və qutunu dolabın dərin bir yerində gizlətdi.
YAXŞILIQ UNUDULMUR
Mərdan evə çox yorğun qayıtdı.Paltosunu dəhlizdəki asılqandan asıb vanna otağına keçdi,əllərni yudu. Qonaq otağında valideynləri və kiçik bacısı divanda oturub “ Xəbərlər”ə baxırdılar.Mərdan onlara baxıb gülümsədi.O, ailəsini belə görəndə həmişə içindən bir istilik keçirdi,dodaqları öz– özündən yuxarı qalxırdı.O da sakitcə bir tərəfdə əyləşdi və gözlərini televizora zillədi.Diktor – “Məşhur iş adamı Vəli Əhmədov bu günlərdə yardım məqsədilə uşaq evinin fonduna iki min manat pul keçirmişdir.indi iş adamıyla müsahibəni nəzərinizə çatdırırıq”– dedi.
Ekranda kök,alçaqboylu,qara saçlı bir kişi görünüb sözə başladı:
– Mən bunu uşağlayı sevdiyimə görə etdim. Mən istəydim ki,hamı belə eləsin.Çünki uşağlayı....
Mərdan axıra qədər qulaq asa bilmədi.Onu gülmək tutmuşdu.”Amma bu “səlis” tələffüzlü adam uşaqlara “əməlli-başlı” yardım edib haa.İndi də deyəsən özünü reklam etmək üçün bu haqda bütün dünyaya car çəkmək istəyir”– deyə fikirləşdi. Amma niyəsə bu gülməli adam onu ruhlandırmışdı. Elə həvəslənmişdi ki, elə bil bu saat həmin uşaq evinə özü on min manat keçirəcək.Sonra birdən özünə gəldi.Yadına düşdü ki, o biznesmen deyil, Tibb Universitetinin ikinci kurs tələbəsidir sadəcə. Düşündü: “Vaxt gələr.mənim də böyük işlər görməyə,yardım etməyə imkanım olar.Amma onda çalışacağam ki, özümü gözə soxmayım.” Bu fikirlər ona uşaq vaxtı yaşadığı bir hadisəni xatırlatdı...
Altıncı sinifdə oxuyurdu.Siniflərinə uşaq evindən bir oğlan gəlmişdi. Heç kimi yox idi,üstəlik o qədər balaca,o qədər arıq idi ki,uşaqlar onu lağa qoyurdular.Oğlanın adı Tələt idi. Çəlimsiz olsa da,ağıllı,bacarıqlı,çalışqan uşaq idi. Üstü– başı çirkli, baxımsız olurdu,amma yaxşı oxuyurdu.Bütün diqqətini dərsə ayırırdı. Onunla heç kəs oturmurdu Mərdandan başqa. Mərdan həmişə Tələti müdafiə edir,bacardıqca yardım göstərməyə çalışırdı. Günlərdən bir gün əlbəttə,Tələtin də ad günü olurdu. Amma bu gün heç kəsə maraqlı olmamışdı. Bəlkə də Tələt özü də bu günü unutmuşdu. Heç bu haqda danışmağa belə həvəsi yox idi. Amma Mərdan onun ad gününün tarixini öyrənmişdi.Tələtin ad günündə Mərdan atasınının ona verdiyi köhnə cib telefonunu Tələtə bağışladı.Tələt belə bir hədiyyə alacağını heç ağlına da gətirməzdi. Sevincinin həddi– hüdudu yox idi, özünü itirmişdi, gözləri yaşarmışdı.
Sonralar Tələti himayə edən uzaq bir qohumu onu ayrı məktəbə keçirdi. Mərdan onu görmədi. Ancaq Tələtin həmin gün keçirdiyi sevinc indi də gözlərinin qarşısındaydı İndi də olanları xatırladıqca qımışır,özü– özündən xoşlanırdı. Bu fikirlərin içində yatağına uzandı.
Ertəsi gün bazar günü idi.Mərdan bulvarda gəzməyi qərara almışdı. “Park Bulvar”ın yanından keçəndə qulağına səs gəldi:
– Mərdan...
Dönüb arxaya baxdı.Qarşısında yaraşıqlı,gözəl geyimlı bir oğlan dayanmışdı.Mərdan bir anlıq duruxdu. Oğlanın gözlərinə nəzər yetirdi. Bu gözlərdə nəsə bir yaxınlıq vardı. Birdən onu tanıdı,yaxınlaşıb oğlanın əlini tutdu:
– Tələt! Bu sənsən. Yüz ildir səni görmürəm.
Tələt onu qucaqladı:
– Deyəsən, məni tanıya bilmədin – deyib gülümsündü.
– Elə dəyişmisən ki,hələ səni tanımağımın özü möcüzədir.Xeyir ola,buralardasan,axı eşitmişdim Bakıda deyilsən,xaricdəsən.
– Hə,Kanadada təhsil alıram.Həm də işləyirəm.Bir neçə yeniliklərim xoşlarına gəldiyinə görə mənə oxuduğum yerdə iş də verdilər. Bakıya səni görməyə gəlmişəm. Yadımdadır ki,eviniz bulvara yaxın idi. Burada dayanıb evinizin səmtini tapmaq istəyirdim ki,səni gördüm... Sənə təşəkkür etmək istəyirəm.
– Mənə nə üçün təşəkkür etmək istəyirsən ki?
– Sənin mənə bağışladığın telefona görə...
– Hansı telefon? Hə, o telefon...Axı, üstündən o qədər vaxt keçib.
– Axı, sən heç bilmirsən, o telefon mənim həyatımı necə dəyişdi...
– Nə? Telefon həyatını dəyişdi? Tələt, boş– boş danışma.
– Mən boş-boş danışmıram. Sən o telefonu mənə bağışladığın gündən mənim həyatım kökündən dəyişdi. Sənin hədiyyən mənim tilismanım oldu. Sanki o telefonda sənin xeyirxah auran qalmışdı. Bundan sonra mənim işlərim gündən günə irəlilədi.Uğurlar qazanmağa başladım. Elə böyük ruh yüksəkliyiylə çalışırdım ki,məktəbin birinci şagirdinə çevrildim.Sənin hədiyyən məni hər yerdə birinci elədi...
– Tələt,sən doğrudan belə şeylərə inanırsan?
– Məsələ bunda deyil.Demək istəyirəm ki, sən bağışladığın telefonla birlikdə mənə güvənc verdin,mənə özümə inam,qüvvə bağışladın.Fikirləşdim ki, mən də kimin üçünsə əzizəm,maraqlıyam...
– Heç vaxt fikirləşməzdim ki,bu qədər vaxtdan sonra bunu unutmazsan...
– Yox,dostum,belə şeylər unudulmaz.Sənin diqqətin o vaxt da mənimçün qiymətliydi,amma sonralar həyatımın xəzinəsi oldu.Buna görə sənə min dəfə təşəkkür edirəm!
Onlar bir xeyli söhbət etdilər. Sonra Tələt qayıtmalı olduğu üçün Mərdandan ayrıldı.Mərdan Tələtin uğurlarına çox sevinmişdi.Bu uğurlarda özünün də az-çox iştirakının olması onu daha çox sevindirirdi. Fikirləşirdi ki,ürəkdən elədiyin balaca bir yaxşılıq da böyük bir iş ola bilirmiş və heç vaxt unudulmurmuş sən demə...
Mərdanın üzü işıq saçırdı, içində qəribə bir istilik vardı,dodaqları isə sözünə baxmır, elə hey yuxarı qalxırdı...
SU
Bəzi adamlar su kimidirlər, ətraflarındakıları canlandırırlar. Belələri şəffaf olurlar, təmiz olurlar. Su kimi... Heyif ki, həm də az olurlar, təmiz su kimi...
Cümə günü idi. Məktəbdən evə qayıdan Türkan çox fikirli idi. Axı bazar ertəsinə qədər su haqqında məruzə hazırlamlı idi. Evdə anası ondan soruşdu:
– Qızım, məktəbdə nə var, nə yox? Nəsə kefsiz görünürsən.
– Heç, su haqqında məruzə hazırlamalıyam, bilmirəm nə yazacam.
– Yazarsan. Çətin iş deyil ki. İnternet bəs nə üçündür. Darıxma, dur hazırlaş. Atan bizi dəniz kənarına aparacaq. Bəlkə fikrin də aydınlaşar.
Türkan sevinclə otağına qaçdı. Dənizi, suyu çox sevirdi. Hətta ona elə gəlirdi ki, özü suyun bir hissəsidir.
Qumun üstündə oturub dənizə baxırdı. Hərdən qaça-qaça özünü sahilə çatdıran dalğalardan bir ovuc su götürüb diqqətlə baxırdı. Günəş şəfəqlərinin altında işıq saçan su damcılarının gözəlliyindən ləzzət alırdı. Su barmaqlarının arasından süzülüb axır, damlalar sanki rəngdən rəngə düşürdü. Qız ovcunda qalan suyu gözlərinə yaxınlaşdırdı. Eıə bil onun lap dərinliyini görmək, sirrini öyrənmək istəyirdi.
– İstəyirsən, məruzənə kömək edim?
Qız diksinib ətrafına baxdı. Yaxınlıqda heç kəs yox idi. Anası ilə atası ondan bir az kənarda gəzişir, söhbət edir, ona fikir vermirdilər. Ovcunda iri bir su damcısı şən-şən ora-buraya sıçrayırdı:
– Mənəm e, səninlə danışan, deyirəm, komək edim sənə? Yoxsa su haqqında məndən çox bilirsən?
– Səən? Sən danışırsan?
– Əlbəttə. Axı mən də canlıyam. Mən də düşünür, danışır, sevir, duyur, kədərlənir, sevinirəm. Amma siz insanlar buna inanmırsınız.
– Bəs sən haradan bildin ki, mən nəsə yazmalıyam?
– Gözlərindən... Gözlərin mənə çox yaxındır, ürəyindən keçənləri o mənə dedi.
– Düzü, mənə kömək etsəydin, çox şad olardım. Nə yazacağımı bilmirəm, lap başımı itirmişəm.
– Yaxşı, onda qulaq as. Mənim əcdadlarım çox – çox qədim dövrlərdən bu dünyada yaşayıblar. Əvvəl– əvvəl tənha imişlər. Onlardan və torpaqdan başqa dünyada heç kəs yox imiş. Lakin zaman keçdikcə əcdadlarımın içində həyat yaranmağa başlayıb. Bunlara indi mikroorqanizmlər deyirlər. Təkamül nəticəsində bu mikroorqanizmlərdən müxtəlif canlılar, hətta insanlar da yaradılışa başlanğıc götürüblər. Əcdadlarım buna çox sevinirlərmiş. Əsas da insanların yaranmasından qürur duyurlarmış. Çünki insan çox uca məxluqdur. Amma əcdadlarımın sevinci uzun sürməyib. Uca insanın intellekti bütöv təbiətlə birlikdə suyun da baş bəlasına çevrilib.
– Niyə?
– Çünki insan böyüdükcə, inkişaf etdikcə öz həyatını asanlaşdırmağa can atırdı. Ev tikir, əkin əkir, özünə, rahat həyatına lazım olanları yaratmaq istəyirdi. Beləcə, şəhərlər, kəndlər saldı. Torpağın, Suyun altını üstünə çevirib sərvətlərini tapıb üzə çıxartdı. Özünün bu günü, gələcəyi üçün sərf etməyə başladı. Amma bütün bunlar bizim əzabımız hesabına başa gəlirdi. Axı zavodların, fabriklərin kimyavi tullantıları bizim üstümüzə axıdılır. Hələ çirkab suları, zibilləri demirəm. Biz yaşadıqca zəhərlənirik, çirklənirik, saflığımızdan, duruluğumuzdan əsər– əlamət qalmır. Axı siz insanlar niyə yaddan çıxarırsınız ki, bizsiz yaşaya bilməzsiniz. Təmiz su sizin həyat mənbəyinizdir. Hətta rahat və uzun ömür vermək istədiyiniz bədəninizin də böyük bir hissəsi sudandır.
Su danışdıqca hirsindən o tərəf– bu tərəfə elə çırpınırdı ki, Türkanın ovcunda sanki balaca bir fırtına qopmuşdu. Amma tezcə sakitləşdi. Utancaqlıqla dedi:
– Bağışla məni. Özümdən çıxdım. Sadəcə bunları fikirləşəndə çox hirslənirəm. Bunu ədalətsizlik, özümə hörmətsizlik kimi qəbul edirəm. Nə isə...
Bilirsən, bəlkə də bunları bilməyəcəkdim, yağış olub yerə enməsəydim. Buludlar arasında lap balaca olanda rahat bir həyatım vardı. Oradan aşağı baxıb mavi, böyük dənizləri, okenları görürdüm. Onlara həsəd aparırdım. Tezliklə böyük dənizə qovuşmaq istəyirdim. Fikrimi anama bildirəndə gülüb deyirdi ki, arzuların gözəldir, təki peşman olmayasan... Günlərin birində mənim də növbəm çatdı. Yağış damlasına çevrildim. Yerə endikcə anamın nə dediyini anladım. Torpağa yaxınlaşdıqca zavodların qatı tüstüsündən rəngim bulanıb bomboz olmuşdu. Yuxarıdan təmiz mavi rəngdə gördüyüm dənizin də rəngi sən demə, heç mənimkindən fərqlənmirmiş. Hələ mazuta, neftə bulanmış dəniz sakinləri, balıqlar, suitilər, qağayılar... Eh, nə isə... Amma yenə də peşman deyiləm. Yaxşı ki, enmişəm. Mən də Torpağın sakini oldum, bu həyatın içində yaşadım, böyüdüm, başa düşdüm ki, bütün bulaşıqların, çirklərin içində də təmizliyini qoruyub saxlamaq, təmiz yaşamaq olarmış.
Nəhayət, Su sözünü bitirdi. Türkan soruşdu:
– Bəs niyə bunları mənə danışdın?
– Çünki sən də mənim kimi təmizsən, xeyirxahsan, sən sevinc bağışlamağı bacarırsan. Yəqin ki, nə vaxtsa axıb düşəcəyin insan dənizində elə bu cür saf su kimi yaşayacaqsan.
Bu sözlərdən Türkanın üzündə işıqlar oynadı. İmkanı olsaydı suyu öpərdi...
– Türkan, qızım, bura gəl. Gedirik.
Atasının çağırışını eşidən Türkan ovcundakı su ilə vidalaşıb ehmalca onu dənizə axıtdı. Valideynlərinin yanına qaçdı.
Bazar ertəsi idi. Türkan yazısını oxuyub qurtarmışdı. Müəllim dedi:
– Afərin, qızım. Çox dolğun məruzə hazırlamısan. Maraqlıdır bu qədər məlumatı haradan toplamısan?
Türkan gülümsədi. «İnternetdən» dedi. Necə deyəydi ki, Suyun özündən eşitmişəm. Axı kim inanar ki...
Осталась дома. Очередной грипп. Была в карантине… Мама, и папа ушли на работу. Мама обещала, скоро вернутся, но ещё было рано и она, наверное, только добралась. Но я уже скучала по ней. По закону подлости, когда ты хочешь что бы время прошло быстрее, стрелки часов становятся тяжёлыми, как большие камни. Я захотела занять себя чем– нибудь. Включила телевизор. Там не было ничего интересного. Выключила. Я подумала: – Может интересные телевизионные передачи часто берут “выходные” идут на отдых и просто мы об этом не знаем. Захотела почитать книгу, но глаза стали слезиться, и пришлось оставить чтение. Не оставалось ничего кроме как закутаться в одеяло и спать пока мама не придёт.
Услышала тихий стук. Подняла голову. В окно стучались. За ним я никого не увидела. Но, неизвестный “гость” всё ещё настойчиво стучался: Тук– тук, тук– тук, тук– тук… Встала и открыла окно. Мне казалось, какое– то невидимое существо проникло вовнутрь, и поменяла температуру комнаты своим холодным дыханием. Приглядевшись, я заметила, что это очень маленький и очень красивый прозрачный мальчик. Его одежда, толстый шарф, который он повязал, были бледно голубого цвета. Улыбнувшись, он сказал:
– Привет. Не бойся меня.
Я сказала:
– Вообще то, я не боюсь. А кто ты такой?
– Я Эол.
Я еле воздержалась от смеха:
– То есть, злобный греческий бог ветра…
– Нет, Бог Ветра это мой дедушка. Меня просто назвали в честь него. А здесь, наверное, звали бы меня “Йел Баба”. Мои родственницы Хазри и Гилявар рассказывали, что вы называете так Доброго Ветра…
– Да, это так. Но ты больше похож на Маленького Принца Экзюпери, чем на ветра, со своим забавном шарфом. Зачем ты так крепко повязал его?
– Я болен, у меня болит горло. Иногда даже не могу дышать. Но думаю, что выздоровею. Мне кажется, ты тоже плохо себя чувствуешь. Я сразу это понял. А где родители?
– На работе…
– Мои тоже… Тебе скучно?
– Очень…
– Мне тоже было скучно, и вышел погулять, вот дошёл сюда. Хочешь, я отведу тебя в такое место, где тебе не будет скучно. Не бойся, дай руку.
Я протянула руку Эолу. Как только он взял меня за руку, мы взмыли в воздух. Как птички вылетели через открытое окно. Мы летали довольно долго и кажется, высоко поднялись. Но скоро стала видна чудесная, усеянная цветами полянка. Там мы приземлились. Было очень красиво. Не смотря на то, что было начало марта, мне было совсем не холодно. Воздух здесь был очень чистый. Повсюду цвели разноцветные цветы, прыгали маленькие белки, щебетали птицы. Это место напоминало мне сказку…
Эол посмотрел на меня и улыбнулся:
– Нравится? Это моя комната. Её мне подарила Мать Земля. Здесь живут мои друзья: зверьки, птицы. Мои родители постоянно прячут меня здесь, ведь тут мне становится лучше.
– Тебе плохо в других местах? Почему?
– Да, я не могу дышать, задыхаюсь. Раньше такого не было. Я с радостью гулял по городам, деревням, играл с детьми весной, слушал пение маленьких птичек, радовался. Наверное, это было очень давно…
Мы с Эолом гуляли по полянке. Он с такой увлечённостью рассказывал свою историю, что я даже не хотела задавать ему вопросы…
– Ведь наш возраст измеряется не так как у вас. Для своих родителей я ещё малыш, но по вашим счетам, я намного старше твоих прадедов. В то время, о котором я говорю заводы, фабрики не выпускали разноцветные ядовитые газы. Тогда не было столько машин в городах. Люди не пользовались атомной энергией. Я был здоровым и свободным. Но теперь моя свобода заменилась болезнью. В местах, где я раньше с удовольствием гулял, теперь я задыхаюсь, а моё прозрачное тело приобретает цвет ядовитых газов. Из за лесных пожаров я постоянно кашляю. Но самое грустное то, что в тех прекрасных местах, в которых живут мои маленькие друзья, идут войны. Люди убивают друг друга, бомбы взрываются .Ты знаешь, однажды я своими глазами видел умирающих детей и тогда у меня в первый раз возникло удушье. Ведь до этих пор я всегда видел, как дети радуются, смеются, а не как стонут, умирают… Моя мама, что бы защитить меня, привела сюда. Её очень огорчает жестокие и глупые поступки людей и тогда она превращается в грозу. Грозы, которые вы называете разными женскими именами, это разные мести моей разгневанной мамы …
Мой папа, как и твой, много работает. Он защищает землю озоновым слоем. Только вот ядовитые газы открывают в нём дыры и усложняют его работу. Получается, что папа защищает людей от их же ядов.
Мне было жалко его. Я сказала: “ Не волнуйся, Эол. Наверное, не всегда так будет и всё изменится. Везде будет так красиво как здесь. И ты будешь меньше болеть…” Мне было очень больно, я не могла найти подходящих слов утешения для этого маленького ветерка. Но, у Эола засверкали глаза после моих слов:
– Конечно! Мать Земля всегда говорит, что люди изменятся. Они узнают много нового и полезного. Они научатся добывать энергию без вреда природе, используя энергию ветра, солнца. Может быть, они даже научатся очищать воздух, воду, землю. Природа очистится, наверное, вместе с ней очистятся и сердца людей. Они создадут мирную, спокойную жизнь. Будет меньше лжи, ненависти, зависти, войн…
Эол задумался. Потом посмотрев на меня сказал: «Знаешь, а я рад, что нашёл тебя. В тебе я как будто увидел себя. Мы поговорили, и мне стало легче».
– Я тоже рада, что смогла узнать тебя. Ещё я благодарна, что ты принёс меня сюда. Я никогда прежде не видела такого красивого места. Но мне нужно вернуться домой. Если моя мама не найдёт меня дома, то поднимет на ноги весь город.
– Не волнуйся, я быстро доставлю тебя домой.
Он снова взял меня за руку, и мы поднялись на небо. Когда мы добрались до моего дома, я осторожно прошла через окно. А он помахал мне своей маленькой ручкой и улетел на свою волшебную полянку…
Я открыла глаза. Лежала на своей постели. Поняла, что это был всего лишь сон. Вдруг в окно постучались: Тук- тук, тук-тук, тук-тук…