“Ulduz” jurnalının may sayı işıq üzü görüb. Jurnal yazıçı Əyyub Qiyasın ekspert yazısı ilə açılır. Bu sayda gənc şairə Gülnar Səma “Özüylə söhbət” edir. Məti Osmanoğlu “Gənc yazarlar üçün nəzəriyyə dərsi” keçir. Qəşəm Nəcəfzadə “Hücrə”də Roma Xosrovun şeirlərindən söz açır, Şəfa Vəlinin şeirləri, “Nəsr”də Tural Sahabın “Bir dəlinin manifesti” bu sayda yer alır. “Şeir vaxtı”nda Allahşükür Ağa, Elnur Uğur, Qədiməli Əhmədin şeirlərini, “Elegiya”da Vüsalə Süleymanın şeirlərini oxuya bilərsiniz. “Nəsr”də Natiq Rəsulzadə “Bartolomeo”, Qərib Mehdi “Filosof”, Fərhad Ramizoğlu “Tale” hekayələri ilə oxucuların görüşünə gəlib. “Tərcümə saatı”nda Səyavuş Məmmədzadə Yuri Şerbakovun şeirini dilimzə çevirib. “Tribuna”da Gülşən Əliyeva Kəngərlinin “Ölmüş dünya haqqında nikbin elegiyalar”ını oxuya bilərsiniz.
“Günün yazısı” “Modifikasiya” Hicran Hüseynovanın təqdimatında oxucuların ixtiyarına verilir. “Dərgidə kitab”da “Tünd qəhvə ətirli talelər”lə gənc yazıçı Pərviz Seyidlidir.
Amma bunlar hamısı deyil. “Ulduz”u oxumağı unutmayın!