Əvvəl mənim adımı Çimnaz qoymyşdular . Lakin bir qədər zərif, bir qədər də gözəl olduğum üçün, bir ildən sonra doğum şəhadətnaməmi yazdıran atam adımı Çiçək qoyur. Elə onsuz da həm evdəkilər, həm də qohum- əqrəbə məni Çiçək deyə çağırırdılar.Hə yadınızda qalsın ki, anamın nişan üzüyü itəndə mən beş yaşında olmuşam.
Bu hekayəmdə anamın nişan üzüyünü necə itirdiyindən, sonra özümün nişan üzüyümlə bərabər başıma gələn bəlalardan söhbət açmaq istəyirəm. Əhvalatı olduğu kimi sizə danışıram
***
Aprel ayının xoş günlərindən biri idi. Anam bir xeyli paltar yığıb , məni də özü ilə çaya paltar yumağa apardı.
Bizim kəndimiz Qoşaçayın sağ üzündə, düzəngahı olan yamacda dağlara söykənir.
Düşdük çaya .Anam paltar yuyacağı yeri rahatladı. Mən də öz işimi bilirdim.Su töküb böyük daşların tozunu yumağa başladim. Anam əvvəl barmağındakı üzüyü çıxarıb çilli daşın üstündəki çökəyə qoydu. Başladı paltari yumağa.Mən də yuyulmuş paltarları təmiz daşların üstünə sərirdim.Hərdən də duru suda əlimlə xırda balıqları tuturdum. Başım qarışdı öz işimə.
Paltar qurtaran kimi anam topladı paltarları, gəldik evə. Anam tələsik atam üçün axşama yemək hazırladı. Atam işdən gələndə, onun qabağına yüyürdüm, üzündən öpdüm, ona çay süzdüm. Anam da xörək gətirdi. Barmağı xörəyə batanda yandı. Əlin ağzına apardı. Birdən, vay üzüyüm,çayda qalıb,-dedi.
O saat da çaya cumdu. Mən də dalınca. Axtardıq üzüyü, yox idi. Atam da gəldi. Tapmadıq ki, tapmadıq. Qaranlıq düşdü, axtara bilmədik. Qayıtdıq evə.
Səhər tezdən yenə getdik. Səs düşdü, qohum-əqrəbəyə, hamı gəldi. Axtardıq üzüyü, tapılmadı ki, tapılmadı.
Yetmiş üç yaşlı nənəm də gəldi. Əhvalatdan xəbərdar idi. Anama baxdı. Camaata baxdı. Oturdu daşın üstündə. Atam da nənəmə baxıb həmin çil daşın üstündə oturdu.
Nənəm birdən açıldı, nə acıldı: ”İndikilər nə bilirlər, nişan üzüyü nədir? İtirdim deyir, vəssəlam. Ancaq indi gəlin ,mənim ürəyimdə itirdim sözünün açdığı yaraya baxın”.
Ənvər əsgər gedəndə camışımız bir dişi bala doğdu. Kişi dedi ki,bu balağ böyüyüb camış olanda satarıq Ənvərə nişan üzüyü alarıq. Mən də güldüm.Hə başladım o gündən balağa yalvarmağa. ”Balamın nişan üzüyü” - dedim.Hər camışı sağanda onun qaşqasından öpürdüm. Balamın nişan üzüyü deyirdim. Üç ilə Ənvər gəldi, üç ilə balağ da böyüdü camış oldu. Kişi satdı. Pulun alanda, öpdüm pulu. Heç onu demirəm ki, hər gün pula baxırdım. Özümdən asılı olmayaraq gülürdym, hə gülürdüm.
Ənvər gəldi əsgərlikdən, kişi pulu götürüb, zərgərin yanına getdi. Özüm də getdim. Üzüyü zakaz verdik. Bilirsiniz necə zevinirdim. Ürəyim elə döyünürdü ki,elə bil bu zaat qopub düşəcək yerə.Özümü saxlaya bilmədim. Qardaş,-dedim,-üzüyün qaşın ürək şəkilli düzəldə bilərsən.,
O, çevrilib mənə baxdı. Bu vaxta kimi elə iş görməmişəm, ancaq görürəm bu sizin arzunuzdur, çalışıb düzəldərəm.
Evə sevinə-sevinə gəldim. Eh,bu iş çox uzundu. Sən gəlini istəyəndə, hə cavabın alanda, bu üzüyü sənin barmağına keçirəndə içimdə sevindiyimdən necə ağladığımı görə bilsəydin indi o üzüyü itirməzdin.
Elə indinin özündə də o üzüyü hər sənin barmağında görəndə ürəyim öz-özünə gülürdü. Daha məni .....
Arvad ayağa durdu. Qəhər həm nənəmi, həm də hamını bürümüşdü. Getdi arvad. Əvvəl üzük itən yerə baxdı,sonra iki əlini göyə açdı. Elin qabağında belin şax tutdu və uzaqlaşdı.
Bir azdan atam qalxıb anama sarı getdi və onun başına kötəlli bir qapaz endirdi. Anam əlin başına apardı, uy, - dedi və başın tutdu. Qəflətən ağlayan gözlərinə gülmək gəldi. Tapdım,-dedi.
Əsmər bibi cumub kəlağayını götürdü və açdı. Buradadı tapdım,- dedi, - muştuluğumu verin. Kəlağayının ucunu açıb üzüyü götürdü.
Anamı ağlamaq tutdu nə tutdu. İndi hamı onu sakitləşdirmək istəyirdi. Birdən qalxdı ayağa atamın qapaz vuran əlini tutub öpdü. Hamı güldü, nə güldü. Elə mən də xeyli güldüm. Bəli, indi də yadıma düşəndə vallah gülürəm.
Gəldik evə. Anam samavara od saldı. Hamı çay süfrəsinə əyləşdi. Çay içdilər, çörək yedilər, elə oradan da kolxoz işinə getdilər. Sonralar anam atamın əlini öpməsi kənddə xeyli oynadı.
***
Arzularım məni böyüdə-böyüdə yetişdirdi. Ali məktəbi bitirib, şair kimi mətbuatı xeyli gəzərək tanındım. İndi öz dəsti-xəttim var. Bütün keçmişim şerə dönüb kitablarıma sığınıb, elə ona görə də keçmişim təkrara çevrilər deyə, ondan danışmıram.
Təkcə Kəmər xanımın mənim haqqımda yazdığı oçerkdən kiçik bir təsviri onun yazısında olduğu kimi söyləyirəm.
“Çiçək xanıma bu ad elə yaraşır ki, sanki Çiçək adını bu xanım çiçəkdən deyil, çiçək bu xanımdan götürmüşdür.Yaradan çiçək kimi bu insana gözü qoxu verən xasiyyət, çox incə bədən quruluşu, bəstə boy, qabarıqdan kənar vücud bəxş etmişdir. Çox doğru deyiblər ən yaxşı rəsam təbiətdir, yaradandır.Yaradan da Çiçək xanımdan xoşa gələn üz cizgilərini, diqqəti cəlb edən baxışı, uzun kiprikləri, qaşlarında dəstələnmiş gülümsər cəlbedici duyğuları əsirgəməmişdi. Onunla söhbət edəndə özündən asılı olmayaraq ən xoş sözləri Çiçək xanım üçün tökürsən. Əlbəttə, bu qəlbi oxşayan gülümsər baxışlarından, bir də nitqindəki səmimiyyətdən irəli gəlir. Mən tez-tez deyirəm ki, Çiçək bacı, yaradan çiçəklikdən gələn qoxunu səndən heç vaxt almasın.
Özünüz də gördüz, mən Cicək xanımın gözəlliyini təsvir etmədim. Yaradanin ona verdiklərini söylədim. Bu ölmüşə geydiyi paltarın rəngindən asılı olmayaraq hər şey Çiçək xanıma gözə görünən kimi yaraşır. Yəqin deyəcəksiniz ki, sizin iş yoldaşınızdır, tərifləyirsiniz. Yox, valla, onu kəşf etmək üçün sakitcə ona tamaşa etmək və onu dinləmək lazımdır”.
İndi də bir az həyat yoldaşım Mehman haqqında danışım. Mehmanı elə bil bəxtimə zorla yığmışdilar.Hə lap zorla yaradan onu mənə əlcək kimi geyindirmişdi. Lakin dalayırdı qəlbimi. Tez də çıxarırdım o əlcəyi hə çıxardırdım, o əlcəyi.
Başlayırdım onsuz yaşamağa. Mehman məni yad baxışlardan, bəzi qayğılardan qorumaq üçün göndərilmişdi. Ailə yaratmaqda, uşaqların tərbiyyəsi ilə məşğul olmaqda mənim köməyimə çatırdi. Ev işləri olmayanda unudurdum Mehmanı, yaşada bilmirdim özümlə. Sanki şairə dostum demişkən “Üzümə baxan tapıla”.... - duyğusu ilə yaşayırdım. Əlbəttə, o əlcəyi nə çıxarıb atmaq, nə də itirmək arzusunda olmamışam. İsti soyuqdan qorumaq üçün yaşadıram onu qzümlə. Nə ətimə nə də qanıma hopmur ki, hopmur, nə də gözəlliyimi oynadana çevrilmir ki çevrilmir. Bundan irəli getməyə mənim dünyamda Mehmana yer yoxdur. Sakit insan olduğu üçün onu gorməyəndə darıxıram.
Dörd il bundan əvvəl redaktə olunmuş “Dünyanı oynayan gördüm” şerlər kitabımı nəşriyyata çapa vermişdim.
Qənaət edib bir qədər pul da yığmışdım. Hər dəfə pula baxanda kitabı görmək arzum məni çağırıb güldürürdü. Qəribə olmuşdum lap nənəmin camış böyütməyi kimi. Hər o pula baxanda kitab gəlib dururdu gözümün qabağında, əzbər bildiyim şerləri öz-özümə pıçıldayırdım. Axır ki, günlər bir-birini qovdu, mənə nəşriyyatdan zəng etdilər ki, kitablar hazırdır.
Səhəri gün yığdığım pulları götürüb getdim nəşriyyata. Əvvəl mühasibatlığa girdim. Qənaətlə yığdığım iki yüz altımış manatı ödəyib, müavinin yanına getdim. O, məni dinlədi. Sizin kitabınızı dünən almışam, bax budur. Aldım əlimə. Öpdüm vərəqlədikcə həyacanım sakitləşirdi. Bəşirzadə güldü, bilirəm çox əzizdi, - dedi.
Pulun qalığını nə vaxt verəcəksiz?
-Bilmirəm, hələ ki, yoxumdur. Düzəldib qalanını ödəyəndə kitablarımın hamısın götürərəm.
Bura satış mağazası deyil,nəşriyyatdı. Pul tam ödənilməsə bir kitab da verə bilmərik.
-Dilim qurudu, nitqim kəsildi, söz tapmadım. Hiss etdim ki, bədənimsoyudu. Süstləşdim. Özümə gələndə Bəşirzadə kiminləsə danışırdı telefonla. Qabağımda bir stəkan çay gördüm.
Şairə xanım, çayınızı için, sonra bir sözünüz varsa, buyura bilərsiz.
İçmirəm,- dedim.Heç olmasa birini.
-Mümkün deyil.
Ayağa qalxdım.Bir də iş yerində özümə gəldim. Fikirlərimin məni bura necə gətirdiyindən xəbərim olmamışdı. Düşüncələrim məni boğurdu. Üzümü hamıdan gizlətmək istəyirdim. Mənə verilən sualların hamısına yox cavabı verirdim. Qarşımdakı köhnə yazımı redaktə etməyə başladım. Beləliklə, canım otaqdakilardan qurtardı...
On üç gün keçmişdi.Ancaq bir xəyalla yaşayırdım. O da qiyməti ilə gözümə girən, daha doğrusu on dörd ildir təkcə istirahət günləri barmağımdan çıxan nişan üzüyüm idi. Hər dəfə bu üzüyü barmağımdan çıxaranda anamın başına gələnləri xatırlayırdım. Bəlkə bu vaxta qədər o hadisəni bəzi tamaşalar kimi min dəfə danışmışdım.
Axır ki qərar verdim. Dörd ay müddətinə nişan üzüyümü girov qoyub pul götürdüm. Əvvəllər başım kitaba qarışdı. Üzük yadıma düşmədi. İkinci həftə hamıya daha bəsdi: “Taxmıram”,- dedim. Barmağıma darlıq edir. Taxmıram,- dedim. Saxlayıram oğlum üçün. Mehmana isə düzünü söylədim. Mehmanın bənizi əvvəl ciddiləşdi, sonra ağardı. Səssizcə evdən bağçaya düşdü. Uzun müddət orada oturdu.Beləcə nişan üzüyümlə ayrı yaşamağa kitabımla nişan üzüyümün həsrətini birlikdə çəkməyə başladım. Demək olar ki, hər gün yol puluma, aldığım ərzağa qənaət edib üzüyümü həbsdən qurtarmaq üçün pul toplayırdım. Kitabla bağlı olan intizarımı çevirmişdim. İndi nişan üzüyümün görüşünə olan həsrətini həvəslə çəkirdim.Tanrı da elə bil mənim həyatımı təsbehə düzmüşdü. Təsbehin bir üzündə qənaətlə göndərdiyi ruzu, o biri üzündə isə günlər sapa düzülmüşdü. Tanrı, artıq bir şey vermirdi ki, vermirdi.
Yəqin düşünürsünüz ki, mən nişan üzüyü üçün niyə bu qədər darıxıram. Axı demişəm nişan üzüyü böyüklərin arzularında əridilmiş qəlblərə tökülmüş, bərkimiş insan iradəsinin hakimi olan bir varlıqdır. Özü də insanı yaşadan varlıqdır. Bəli bu belədir.
***
Eldarı məktəbə yola salanda güldü, mən əlimi stolun üstündəki sumkaya saldım. Bir manat çıxdı. Eldara uzatdım. Almadı.
-Yox, ana, pul istəmirəm, qoy sözümü deyim.
-Əyilib üzündən öpdüm.Gözlərim xəyallarımı gəzməyə başladı. Sumkamda beş manat pulum vardı. Onun da ehtiyacları özündən çox-çox böyük idi.
-Ana, yuxuda bir nurani kişi mənə dedi ki, mən övliyayam. Bu gün tanrı səni çox sevindirəcək.
-Tanrı köməyin olsun, oğlum, dedim. Al pulu.
-Ana, maşın pulum var. Olsun da bu sənin qismətinə çıxıb, götür.
-Baş üstə, ana. Sağ ol!
Yenidən yatağa uzandım.Yuxu məni apardı. Dincəldim.
Yuxuda Mehmanla dənizə getmişdik. Baxırdım mavi sulara. Bizə qayıq yaxınlaşdı. Mənə dənizçi balıq uzatdı. Aldım. Sevindim, Mehman, bu qismətimizdi, - dedim, - gəl gedək.
Ayıldım yuxudan. Gecikmişdim. Tələsdim işə. Hə, tələsdim, işə. Bu günüm çox yaxşı keçdi. Xeyli uğurlu yazılarım alındı. Çoxdandı başladığım “Kəndi yuxularımda görmüşəm” yazısını bitirdim. Redaktorla bütün söhbətlərim alındı. İşdən sonra evə gəlməyə tələsmirdim.Yolumu qızıl mağazasından səlıb üzüyə baxdım. Üstünə satılır qoyulmuşdu. Satıcı qız məni tanımadı. Qiymətini soruşdum. Qiymət qoyulmayıb, köhnə üzükdür, 700 manat təklif etdilər. Satılmır, - dedim.
Gözlərim yol çəkdi.Tez oradan uzaqlaşdım.Yenə yükləndim.İndi evə tez çatmaq istəyirdim. Lap hava yolu arzulayırdım. Bu günkü xoşbəxtliyimi necə də itirdim.
Yenə əvvəlki iztirablar bürüdü məni. Axırıncı stansiyada idim, düşdüm. Fikir məni elə yükləmişdi ki, vaqondan axırıncı çıxdım. Evə çatıb yataq otağıma keçdim. Eldar otağıma gəldi. Ana lotareya bileti almışam bu axşam oynayacaq.
Yaxşı da daha almısan, dincəlmək istəyirəm.
Oldu ana, yat dincəl. Bacıma ev işlərində kömək edərəm.
Elə, oğlum elə. Yuxudan gec ayıldım. Mehman işdən yenicə gəlmişdi. Süfrə hazırlamağa başladım.
***
Ata, lotereya bileti almışam, veriliş başladı. Gəl yoxlayaq.
-Yaxşı, gətir baxaq.
-A,yaxşı gəlir ha.
-Hə buda çıxdı, bu da. Ata cekpotu gözləyirəm, - dedi,- Eldar.
Mən Eldarın yanına gəldim, 18 gözləyirsən. Bu mənə düşən rəqəmdi. Aparıcı elan etdi ki, cekpota üç gediş qalır.
Əlində on səkkiz çıxdı. Sevinə-sevinə 002345 nömrəli lotoreya bileti altmış dörd min manat cekpotu uddu, - dedi.
Hər iki nömrə düz gəlirdi. Yazdıq.
Bir-birimizi qucaqlayıb, gülürdük. Demək olar ki, gecəni sevincdən yata bilmədik. Eldarın yuxusu düz çıxmışdı.Öpürdük Eldarı. Səhəri görmək intizarında idik.
Səhər naharını edib, Mehmanla əvvəl qəzet almağa getdik. Eldar da bizimlə idi. Sənədləşdirəndə bir nəfər bizə yaxınlaşıb altmış min manat bu axşam lotereyanıza nəğd verirəm, - dedi.
Mehmanı kənara çəkdim. Dilə-dişə düşməyək. Verək. Mehman mənə tabe kimi dayandı. Ünvanımızı verdik. Axşam gəlib apardılar.
Pulu evdə qoyub işə gedə bilmədim. İndi mən qorxurdum pulu itirməkdən. Bir də Mehman demişdi ki, bir həftədən sonara onlar rəsmi şəkildə pulu alsınlar, sonra xərcləyə bilərik. Yüzcə manat götürüb ev xərcliyi etdim. Hamısı keçib getdi, bildik ki, pul bizimdir.
İnandıq yavaş-yavaş pulumuzun olmağına. Özlüyümüzdə plan da tuturduq. Bəli. Pulumuz var idi, qalırdı pulu necə xərcləmək.
***
Evimizin təmirini ürəyimiz istəyən kimi apardıq. Balkon çıxartdıq, qonşular əvvəl elə bildilər ki, evi satmışıq. Evi alan adam təmir edir. Sonra gördülər ki, iş o işə oxşamır. Mənə yaxın olan Kəmər xanım bizə mübarəkə gəldi. Məni yataq otağına çəkib göz vurdu, ay bic, sponsur tapmısan?
Mən də güldüm, eyni eyhamla boynunu qucaqladım. Bəs necə bilmişdin? Tapmışam.
Ay qız, mənim üçün də bir gün ağla da.
Yenə güldük, qoy özüm çıxım başa, sənin üçün də bir şey fikirləşərəm.
Sən mənim canım tez elə. Onun dostu olmamış olmaz?
Yox mənimkinin dostu, ortağı, heç oğul-uşağı da yoxdur.
Ağız, bu çim yağdı ki, deməli sən təksən.
Mən yox, sponsurum təkdi.
Axır ki, əl mənim, ətək sənin. Mən ölüm, mənim üçün də bir şey fikirləş. Təzə iş yeri tapmısan?
Yox, tapmamışam.
Bəs kimdi bu Allah saxlamış?
Deyim, sirr saxlaya biləcəksən.
Eyib deyil, məni küçə adamı bilirsən. Ölüncə məndən çıxmaz.
Onda yaxşı eşit, Kəmər xanım,- mənim bacım-. Mənim sponsurum Allahdır. Şkafı çəkib Quranı götürdüm. Bu Quran haqqı bizimki Allahdır, sən də ondan bərk yapış. Daha dinmədi. Çayı içdi, bir paçka qəhvə verdim, götürüb getdi.Hiss etdim ki, inanmadı. O, mənim yanıma ümüdlə gəlmişdi, ümüdsüz getdi.
Üç aydan sonar Mehman maşın almağın vacib olduğunu dedi. On səkkiz minə NİSSAN aldıq. İşlərimiz yoluna düşdü. Düzün deyim ki, bir az da xod gedirdik. Üst başımızı layiqincə düzəltdik. Qonşuların yanında nüfuzumuz da artmışdı. Qohumlarımız bizə çox ayaq açmışdı. Sevirdim taleyin qismətin, sevirdim yaradanı. Yadımdan çıxmışdı cibimdən qəpikləri gəzməyim, yadımdan çıxmışdı su içməyib metroya pul saxlamağım. Çox xoşbəxt idim.
Redaktor məni eyhamla tez-tez qamçılayırdı.Heç vecimə də almırdım, elə bil hisslərim qopub tökülmüşdü.Öz-özümə “-Ac yazıq, nə qədər danışırsan danış” – deyirdim.
Lap yadımdan çıxmışdı. İş yoldaşım da Kəmər xanım kimi eyni tərzdə məni dilə tutdu. Onu da eyni tərzdə otarıb, yaradanın yanına gətirdim. Əlimi göylərə açdım. Hətta seyfimdən Quranı götürdüm, öpdüm.Əlimi üstünə qoydum. O, da rahatlandı. Axırda yaradan bizə də yetirsin, - dedi. Sizi də həmişə xoşbəxt görüm, Çiçək xanım,- dedi.
-Durub öpdüm, canımsan,- dedim.
Demə, pul insanı istədiyi kimi otara bilirmiş.Biz də belə olduq.Öyrəşdik əvvəllər rişxəndlə baxdığımız, yumorlara çevirdiyimiz pullu insanların həyatına.Küçə bazarlarının ərzağını, mer-meyvəsini bəyənmədik. Ayaq açdıq bahalı bazarlara.Tərgizdik dədə-baba xörəklərin. Rayon bazarlarına ayaq açdıq.İstirahətimizi Qubanın kəndində keçirdik. Gülürdük əvvəlki həyatımıza.Pulun bizə öyrətdiyi yüksək həyatı pillə-pillə gəzirdik.
Artıq uzun illər arzuladığımız cənnət həyat özü addım-addım pulun qabağında sürünürdü. Demə həyat puldan asılı boş səbətmiş. Pulsuz həyat yoxdur deməklə özümü haqlı bilirəm.Bəli, indi bizim pulumuz var, biz belə düşünürük. Bir dəfə indiki rahatlığımızı görən Mehman dedi.
-İndi biz səkkiz aylığıq, yaşımızı bundan sonar hesablayaq. indi biz hər yanda varıq, yaradan bizə də baxdı. Pulumuzun bir hissəsini sələmçiyə vermişəm. Hər ay o pulun hesabına min beş yüz manat alacağıq. Bu da bütün xərclərimizi ödəyir. Daha sənin işləməyinə ehtiyacımız yoxdur. Görürəm, həvəsdən düşmüsən. Özün fikirləş bəlkə işdən çıxasan. At getsin o, yazı – pozunu. ANTALİYAYA putyovka almışam, maşınla gedərik. Bir ev də alıb kirayə verərik.Yaxşı olacaq,- dedi.
Bu gün Təzə hamamda saunaya yer almışam. Gedək dincələk. Əvvəl utandım, sıxıldım. Oradakı qadınlar hər işi anlatdı mənə.
Yaşadığımız həyatda demə ilğımın bu üzündə mədəni həyat adlandırdığımız meymun həyatı yaşayırmış.Öyrəndik bu həyata.Həftə tamam olanda darıxdım sauna üçün.İçimdə lap şerlərimdəki kimi gülürdüm ev hamamına, gülürdüm itirdiyim həyatıma.
Məni Mehmandan aralı görən xidmətçi qadın “ A qız, bura tək də gəlsənəm, kef ondadı,- dedi”.Onu qovdum, rədd ol,- dedim.
Gedəndə, öyrənəcəksən bala, darıxma.Peşmançılıq çəkəndə deyərəm sənə.
Yenə qovdum onu.
Onun fikirləri yaman qaraladı məni, yaxşı ki, oxuduqlaqrım, yazdıqlarım var idi. Yoxsa, yeyərdi məni xidmətçi qadının dedikləri. Bildim ki, bu sözləri Mehmana da deyiblər. Şübhələndim Mehmandan. Soruşmadım, ancaq içim yaralı qaldı.
Başa düşdüm ki, bura gələn ailələrin hərənin sonradan neçə üzü olduğunu öyrənə bilmək üçün bu meymunlaşmış qadınlardan nə qədər istəsən təxəyyül yığmaq mümkündür. Lazım olardı yazıçı qələminə. Bu qələmin duymadıqları burada varmış. Poladla ölçülən insan iradəsini əzişdirməyi bacaran pulun gücündən qorxdum. Qorxdum, bu yerlərə tək gəlib-getməkdən, qorxdum Mehmanın zirəkləşməsindən, pulun Mehmana tikdiyi təzə paltardan.
Ev işləri üçün qulluqçu tutmuşdum.Sakit və səmimi qadın idi. O, məni həmişə quzu kimi dinləyirdi. Lap mənim redaktoru dinlədiyim kimi.Yadıma düşdü o yazıq həyatım. Nifrət etdim o günlərimə. Acın qabağında necə də bəli, bəli deyirdim.
Deyəsən mən görməmiş uşaq kimi təzə həyatımı açıb – tökməkdən ləzzət alıram.Yəqin ki, mənim kimilərə qulaq asmaqdan siz də bezmisiniz.
Əlbəttə, bütün bunlar pulun insanlara bağışladığı oyuncaq həyatdan başqa bir şey deyildir. İndi məni, pulun şah kimi qürurlu olması çox düşündürür. Söz şahdan düşdü. Şah özü də pulsuz acizləşər, şah qürurun saxlaya bilməz.Əgər pul Mehmanı bu qədər dəyişdiribsə, ona qanad taxıbsa, onda gör şahlar nə edirlər. Müharibələr, müharibələr siz də pulun arzusu ilə az oynamamısınız! Həyat özü elə puldur, deməklə özümü haqlı sayıram.
***
Kəmər xanım məni oğlunun nişan mərasiminə çağırmışdı. Əla zövq ilə geyinib getdim. Özümü hamıdan yüksəkdə görmək istəyirdim, maşını da özüm sürürdüm. Qarşıladı Kəmər xanım bizi, məni elə qucaqladı ki, manikürümü pozmadı. Sevdim Kəmər xanımın bu mədəniyyətin, anlayırdı mənim gözəl görünmək istədiyimi. Məclisin başında mənim üçun yer saxlamışdı.
Dünya məni oynadırdı.Ətrafımdakıları özümdən aşağı hiss edirdim.Artıq öz yazılarımı, özümün səliqə-sahmanımı, içimdəki uçmaq niyyətimi, məni tanıyanların mənə hörmət bəsləyəcəyini qanun kimi qəbul edirdim. Mehmanı da başqalarından fərqləndirirdim. İstəyirdim hamı ona salam versin, hamının Mehmana işi düşsün, hamı Mehmandan ağsaqqal kimi məsləhət alsın. Heç bilmirəm bunlar bir ildə mənə necə hopmuşdu.
Kəmər xanım gəlib başımın üstündə dayandı.İki əlin güd kimi boynuma saldı.
Bilirsiniz, Çiçək xanım əvvəlcə istedadlı şairdir, yaxşı üslubu olan publisisdir, gözəl natiqlik qabiliyyəti var, çətinliklərdən qorxmayan insandır, ailədə tələbkardır. Bu gün görmüşəm, maşın da sürür. Çiçək kimi zərif və təravətlidir,- deyib üzümdən öpdü.
Xumarlanırdım, istəyirdim bu sözlərdən çox desin.
Nişan üzüyünü gətirib mənim qabağıma qoydu.Mən də özüm gətirdiyim üzüyü xonçaya qoydum və örtüyü götürdüm.Kəmər xanım nişan üzüyünü yuxarı qaldırdı, mənə uzatdı.Aldım, baxışlarım yığılıb üzüyü əlimdə dondurdu.
Çiçək xanım bu üzüyü dörd aydır almışam. İlk baxışdan vuruldum bu üzüyə, çünkü bu üzüyün oxşarı səndə idi. İndi sən o üzüyü taxmırsan.Qəribədi üstündə də səndəki “Ç” hərfi yazılıb, bu da dörd qaşlıdır. Nəsə vuruldum bu üzüyə,- dedi.Yenə boynumu qucaqladı və üzümdən öpdü.
Üzüyü yenə əlimə götürdüm, elə o anda da baxışlarım yığılıb dondu üzükdə. Səkkiz ay əvvəl onun üçün qovrulduğum nişan üzüyümü hansı qüvvə mənim yaddaşımdan çıxarıb atmışdı. Gözlərim doldu. Baxmaq üçün qızlara ötürdüm. Boğazım qurudu, su istədim. İçdim. Özüm-özümdən çıxıb lap uzaqlara getdim.Təkcə baxmağı bacarırdım,yaxşı ki, diqqətdən kənarda idim. Hamı ev-eşik qayğısından kənarda gəzir, deyb- gülürdü.
Bircə mən yüklənmişdim.Bu yük əvvəl intizara, sonra ittihama çevrildi. Tələsdim dükana getməyə, üzüyü almağa. Üzük burada idi. Hamı ona baxır tərifləyirdi. Əl işi olduğundan briliyantlarının şaqraq işığından, bir də ölçüsündən danışırdılar.
Xəcalətimdən üzüyə baxa bilmirdim.Gözlərim üzükdə birdəfəlik doydu. Nişanlı qızın barmağına taxılanda xəyalım qaynanamın yanında idi. Qorxurdum ağlamaqdan. Hər an hönkür çəkib ağlaya bilərdim.Getmək istəyirdim, yox bu mümkün deyildi, qoy dözüm. Nişanlı qızı öpdüm, lap mənim keçmişim kimi gözəl idi.
Gözümün qabağına qaynanamın mənim alnımdan, gözlərimdən öpüb, üzüyü barmağıma taxması və üzükdən öpməsi gəldi. Sonra, qızım, bu üzüyü kötücənə bağışlayasan, - dedi.
İndi daha özümü saxlaya bilmədim, ağladım. Kəmər bu dəfə gözlərimdən öpdü. Bu sevinc yaşıdı,- dedi.
Bu dəfə qaynanam mənə sərt baxdı və üzün çevirib gedəndə dönük,- dedi. Hə arvad elə indicə mənə dönük dedi. Gözlərimi açdım, baxmaq istədim qaynanama. Bu arada qaynatam bir sovet qırmızı onluğu çıxartdı və qoydu başıma. Bunları mənə keçmişim cəhənnəm odu kimi göstərirdi.
Hanı mənim şer yazdığım andakı təmizliyim. Baxışım, yoxsulluğum, nəcibliyim, ellə yaşamağım, ellə deməyim, gülməyim. Bunlar niyə itdi. Əgər bunlar ölübsə mən niyə diriyəm.
Yox, ölən pulun mənə verdikləri olacaq, elə o anda o gecə verilən pullar gözümün önünə gəldi. Nifrət etdim puldan doğulan, məni yeniləşdirən özümə, nifrət etdim səkkiz ayda pulun mənə öyrətdiklərinə, pula olan nəfisimə. Duru çeşmə kimi otuz altı illik həyatım axmağa başladı, axmağa.Qucaqlamaq istədim keçmişimi, ölmək istədim keçmişimlə.Öz-özümə bəsdi dedim və ayağa qalxdım, ayıldım fikirlərdən.
Kəmər xanım üzümə baxdı, mən onun boynunu qucaqladım, hamı ilə gözlərimlə xudafizləşdim, bir də evdə özümə gəldim.Fikirlər və yuxu məni hara apardığından xəbərim olmadı
***
Özümü danlamaqdan dayandım.Nədən başlamaq haqqında düşündüm. İlk cavabım əvvəlki həyatımın davamı oldu.Yaddan çıxan maaş kartımı tapdım.Yığılan pulların qədərini bilmək üçün bankomat arzuladım.Yol boyu heç bir fikir məni yormadı. İki mindən yuxarı pulum vardı. Puldan götürüb bazarlıq etdim. Mehmana da məni yoranları söyləyəndə “Ay yazıq, xəstələnmisən, həkimə get”.
Yox, Mehman, mən şübhə etmirəm ki, o xəstəlik səni də möhkəm yaxalayacaq.
Gəl,mən deyənlərə bax yoxsa vicdanın ittihamı səni də döyəcək, bu çox ağır işdi. Ona düşmə. Yadında saxla ki, nişan üzüyü halal zəhmətlə alındığından, bizdəki qatışıqlığı görüb, özünə təmiz yuva axtardı.
Mehman hirsli-hirsli: “İndi nə edək? Gedək o pulları çölə ataq?”
Əlbəttə yox.Onları uşaqlar üçün ev-eşik xərcinə çevir.Onlar üçün rahatlıq yarat.
Biz özümüz köhnə həyat tərzinə qayıdaq.Qazandığımız aylıq əmək haqqımız bizə bəs edəcək, yavaş-yavaş təmizlənib,əcdadımızdan gələnləri-halal çörəyi,namuslu həyatı irs kimi balalarımıza təhvil verəcəyik.
Qoy onlar da bunu yaşatsınlar.Gələcəyə sağlam can rahat düşüncə ilə getsinlər.Onda onların nəfəsi səhər havası kimi təmiz, düşüncələri isə yalandan,böhtandan kənar olan bəyaz yay gecəsi kimi olanları oxuyan zümzümə verəcək.
Son söz
Mən bu hekayəni uzun müddət gördüklərini dinlədiyim, çox yaşlı, ziyalı bir qadının naləsinə cavab olaraq yazdım. Onun naləsində yazdıqlarımdan qat-qat kəskin olan zəhər var idi. Bu zəhər zəhmətsiz qazanılan pulun insanları yedirtdiyi damcıların birləşməsindən yaranmışdı. Üzümü başqasının zəhmətini yeməkdən həzz alanlara tutub deyirəm: ”Siz özünüzü diri ikən el gözündə öldürməyin. Şərabın istisi kimi keçib-gedən, nəslinizi qaralayan özgə əməyi diri ikən sizi ölü yaşadır”.
Özgə əməyi yeyənlər! Əgər, siz diri ikən el gözündə ölü yaşayırsınızsa, onda dünyaya niyə gəlmisiniz?
Belələri, cavabı özü tapsın. Mənə görə bu çox acı zəhərdir. Təkcə sizi yox bütün nəslinizi öldürəcək, ondan qaçın.
Mövzunu mənə verən ziyalı dostuma oxuculardan alacağım “Sağ olu” bağışlayıram.