***
Sevərəm mən səni candan içəri,
Yolum ötməz bu ərkandan içəri.
Nərəyə baxarsam könlüm dolusu,
Səni harda qoyam bəndən içəri?!
O bir dilbərdi ki, yoxdur nişanı,
Nişan yoxdur binişandan içəri.
Məni sorma mana, bəndə degiləm,
Surətim boş yürür tondan içəri.
Məni məndən alana irməz əlim,
Qədəm kim basa sultandan içəri?!
Təcəllidən nəsib irdi kiminə,
Kiminin məqsudi bundan içəri.
Kimə dəydi isə ol dost nəzəri,
Anın şöləsi var gündən içəri.
Sənin eşqin məni məndən alıbdır,
Nə şirin dərd bu dərmandan içəri.
Şəriət, təriqət yoldur varana,
Həqiqət, mərifət andan içəri.
Süleyman quş dilin bilir dedilər,
Süleyman var Süleymandan içəri.
Unutdum din, diyanət qaldı məndən,
Bu nə məzhəbdürür dindən içəri?!
Dinin tərk edənin küfürdür işi,
Bu nə küfrdür imandan içəri?!
Keçər ikən Yunus səs oldu dosta,
Ki qaldı qapıda andan içəri.
***
Yenə gəldi eşq elçisi, yenə doldu meydanımız,
Yenə təfərrücgah oldu sağlı-sollu dört yanımız.
Ev içi eşq ilə doldu, ulu-kişi aşiq oldu,
Canlarımız heyran oldu, dağıldı pərişanımız.
Bir neçəmiz Həqqi aldı, bir neçəmiz Həqdən doldu,
Bir neçə Süleyman oldu, eşq təxtinə binənümüz.
Bir neçəmiz Leyli oldu, bir neçəmiz Məcnun oldu,
Bir neçəmiz Fərhad oldu eşqdən xəbər duyanımız.
Meydanımız meydan oldu, canlarımız heyran oldu,
Hər dəm ərş seyrangah oldu, həzrət oldu rəvanımız.
Düşmüş idik, o qaldırdı, birligin bizə bildirdi,
İçimizə eşq doldurdu, dürüst oldu imanımız.
Sorar ikən eşq hardadır, harda istərsən ordadır,
Həm könüldə, həm candadır, heç qalmadı gümanımız.
Yunus eşqin vəsfin söylər, gerçəklərə xəbər eylər,
Məhrumların canı göynər, aşkar oldu pünhanımız.
***
Əvvəl mənəm, axır mənəm, canlara can olan mənəm,
Azıb yolda qalmışlara hazır mədəd qılan mənəm.
Bir qərara tutdum qərar, sirrimi mənim kim duyar,
Sözsüz məni qanda görər, könüldə gizlənən mənəm.
Düz döşədim bu yerləri, çöksü urdum bu tağları,
Sayəvan etdim göyləri, geri tutub duran mənəm.
Dəxi əcəb aşiqlərə iqrarü din, iman oldum,
Xəlqin könlündə küfr ilə, islam ilə iman mənəm.
Xəlq içində dirlik düzən, dörd kitabı doğru yazan,
Ağ üstünə qara düzən o yazılan Quran mənəm.
Həmzəni Qafdan aşıran, əlin-ayağın şeşirən,
Simürği-Qaf ardındağı o ağulu ilan mənəm.
Yunus deyil bunu deyən, kəndüligidür söyləyən,
Kafər olur inanmayan, əvvəl axır haman mənəm.
***
Canım qurban olsun sənin yoluna,
Adı gözəl, kəndü gözəl Mühəmməd.
Gəl şəfaət eylə kəmtər quluna,
Adı gözəl, kəndü gözəl Mühəmməd.
Mömin olanların çoxdur cəfası,
Axirətdə olur zövqü səfası,
On səkkiz min aləmin Mustafası
Adı gözəl, kəndü gözəl Mühəmməd.
Yeddi qat göyləri seyran eyləyən,
Kürsünün üstündə cövlan eyləyən,
Meracında ümmətini diləyən
Adı gözəl, kəndü gözəl Mühəmməd.
Dörd çaryar onun göyçək yarıdır,
Onu sevən günahlardan bəridir,
On səkkiz min aləmin sultanıdır,
Adı gözəl, kəndü gözəl Mühəmməd.
Sən Həqq peyğəmbərsin şəksiz, gümansız,
Sənə uymayanlar gedər imansız,
Aşiq Yunus neylər dünyanı sənsiz,
Adı gözəl, kəndü gözəl Mühəmməd.
***
Biz dünyadan gedər olduq, qalanlara salam olsun,
Bizim üçün xeyir-dua qılanlara salam olsun!
Əcəl bükə belimizi, söylətməyə dilimizi,
Xəstə ikən hamımızı soranlara salam olsun!
Əzrayıl alır canumüz, qurur damarda qanumuz,
Yuyucağaz kəfənimiz saranlara salam olsun!
Gedər olduq dostumuza, istəmədik qəsdümüzə,
Namaz üçün üstümüzə tutanlara salam olsun!
Sözdür söylənür araya, kimsə döyməz bu yaraya,
İltüb bizi məqbərəyə qoyanlara salam olsun!
Bunda hər gələnlər gedər, hərgiz gəlməz yola gedər,
Bizim hamımızdan xəbər soranlara salam olsun!
Aşiq odur Həqqi sevə, Həqq dərdinə qıla dəva,
Bizim üçün xeyir-dua qılanlara salam olsun!
Aşiq Yunus söylər sözü, qan-yaş ilə doldu gözü,
Bilməyən nə bilsin bizi, bilənlərə salam olsun!