Yayda günəş qüruba enmək üçün tələsmir, Mınjilka dağ silsiləsinin arxasında görünməz olana qədər yavaş-yavaş göy üzündə hərəkət edir. Qışda isə əksinə, Koyanbay dağ silsiləsinə çatar-çatmaz evinə sığınmağa çalışan üşümüş adam kimi tələsir. Soyuq qış axşamlarında isə hətta günəşin tünd- qırmızı şüaları belə şaxta kimi dondurucu olur. Yüksək zirvələrdə alovlanan qürub şüaları aulun yaxınlığında tədricən solğunlaşır və sönür. Alaqaranlıq düşür və ətrafdakı dağları tünd-göy rəngə boyayır. Beləcə, tez bir zamanda qaranlıq düşür və uzun qış gecəsi başlayır. Aulun kənarındakı hamar barxanlar daha kəskin görünür, görünməz uzaqlıqlara yayılmış boş çöllər sürətlə azalır, qürub isə aulun tamamilə kənarına qədər enir.
Gündüz Berden üçün oyun və əyləncələr içərisində hiss olunmadan uçub gedir, ancaq gecə yaxınlaşdıqca sıxıntılı bir həyəcan ona hakim kəsilirdi. Dumana bürünmüş çöl oğlanın üzərində sehrli bir qüvvəyə çevrilir. O, gizli bir qorxu içərisində mat-məəttəl uzaqlara baxır. Bu dəqiqələrdə o nə oyuna aludə olmuş həmyaşıdlarının qızğın qışqırtılarını, nə uşaqları evə çağıran qadınların səsini, nə itlərin hürməsini, nə kolxoz dəmirçixanasının gürz zərbələrini, nə də yolçuların ayaqları altında şaxtalı havada çox aydınca eşidilənqarın xışıltısını eşidirdi. ”Bircə babam bu gecə əziyyət çəkməyəydi, -deyə o öz-özünə pıçıldadı. -Bircə ölməyəydi”.
Qəfildən qulağının dibində səs eşidildi:
-Berden, ay Berden, sənsən?
Oğlan ayılıb səs gələn tərəfə çevriləndə qoca nənəsini gördü. O, ehtiyatla qar yığınını keçərək ona yaxınlaşdı.
-Sən burda nə edirsən?
-Heçnə.
-Şam yeməyi hazırdı. Evə gəl. Nə üçün tək-tənha dayanmısan? Mən də səni axtarırdım. Fikirləşdim ki, uşaqlarla oynayırsan.
Berden itaətkarlıqla nənəsinin arxasınca gedir. Onlar dinib-danışmadan ard-arda addımlayır, nənəsinin gəlişilə yoxa çıxmış ağır fikirlər isə yenidən geri qayıdır. Oğlan nənəsini təqib edir və gizli həyəcanla soruşur:
-Aje, babamın vəziyyəti pis olmayacaq?
O, ümidlə nənəsinə elə baxırdı ki, sanki bu gecə babasının vəziyətinin pis olub-olmayacağı nənəsinin cavabından asılı idi. Nənə nəvəsinin vəziyyətini başa düşüb, arıqlıqdan gücsüzləşmiş əlini nəvazişlə onun çiyninə qoyub ehtiyatla sığallayır və deyir:
-Başına dönüm,sənin həssas ürəyinə qurban olum. Yox, olmayacaq. Baban artıq sağalır, qorxma.
-Onun halı pisləşməyəcək ki? -oğlan ümidlə təkrarladı.O bir daha sakit vəəmin “yox” cavabını eşitmək istəyirdi.
-Baban sağalacaq, başına dönüm.
Və yenidən Berden öz-özünə pıçıldayır: ”Bircə babam xəstələnməyəydi və uzun illər yaşayaydı”.
Axşama doğru güclənən şaxta indi artıq sanki azalırdı. Sahibinə sadiq cangüdən kimi bir az aşağıda, sağda böyük bir ulduz parlayırdı. Qaranlıq səmanın altında balaca, sanki soyuqdan büzüşmüş evlər qaralırdı. Borulardan ağımtıl sütunları xatırladan qatı tüstü qalxır və dumanın içərisində yayılırdı. Evlərin pəncərələrindən güclə sezilən zəif işıq görünürdü.
Qış indi heç əvvəlki kimi deyil. O zamanlar güclü qar yağar, külək həftələrlə vıyıldayar, alçaq yerləri və çökəkləri qarla doldurur və yerin səthini bərabərləşdirərdi. Bəzi evləri qar damına qədər örtərdi, bəzilərinin isə qarın arasından ancaq soba borularını görmək mümkün idi. Elə onların vasitəsilə də yaşadığın yeri tapmaq mümkün olurdu. Qışın şıltaqlarına vərdiş etmiş aul sakinlərinin evlərinin çöl qapıları içəri açılırdı. Qar altında qalmış evləri hamılıqla təmizləyirdilər. Qonşular xaricdən təmizləyərəkən ev sahibləri də boş oturmur, içəridən təmizləyirdilər. Çöldəkilərin və evdəkilərin qarşılaşması hər zaman sanki bayrama çevrilirdi: səs-küy, zəfər, ardı-arası kəsilməyən sorğu-sual.
Qəribədi, ağ boran evlərin bəzilərinin üstünü qarla tamamilə örtdüyü halda, bəzilərinin üstündə tək dənə də saxlamır, tərtəmiz təmizləyirdi. Yazda qar əridiyi vaxt dağ çayları böyük qaya parçalarını yerindən tərpədərək uğultu ilə diyirləndirirdi. Berkutta çayından isə günlərlə nə atlı, nə də piyadalar keçə bilirdilər. Öz başlanğıcını Karatay dağlığından götürən çay sürətlə qayaların arasına keçib, oradan qurtulduqdan sonra ucsuz-bucaqsız çöllərə şığıyır, çatanda isə dəniz kimi yayılırdı. Gölün sahilində, alaqaranlıqda müxtəlif quşlar uçuşurdu. Quşların qarıltısından qulaq bata bilərdi.
İndiki uşaqlara o boran və çovğunlar barədə danışsan, nağıl olduğunu düşünərlər.Onları nə qınayasan,əgər sən özün də Berkuttanın yatağına baxsan,indi sahilini dağıtmağa hazır coşğun axından daha çox suyu qurumuş yatağına baxsan, çayın qumla örtülmüş subasarına nəzər salarkən özün də şübhələnirsən-belə bir şey olubmu.
Berden isə təmizlənmiş yolla gedirdi.Yolun hər iki tərəfində qar yığınları ucalırdı. Əgər bu yolla getməyə davam etsən, çoxlu vaxt itirmiş olacaqsan. Berden yolu qısaltmaq üçün təpəyə dırmaşmaq qərarına gəldi.Yaxşı ki, qar qalın idi, yıxılmırdın. Qar yığını ilə kəsə gedib birbaşa evin qabağındakı yola düşmək mümkün idi. O nənəsindən dala qalıb yuxarı dırmaşdı. Qalxan kimi də dayanıb, qarşısında açılan mənzərəyə heyranlıqla baxmağa başladı.
Aul onun qarşısında sanki ovcunun içi kimi görünürdü. Odur, o qıraqda Dalibay babanın evinin damı görünür. Qonşuluqda Rahbek adlı qoca yaşayır.Bu isə kolxoz dəmirçixanasıdı. Dəmirçixananın yanındakı isə dəmirçi Kuanın evidir. Qocalar dostluq edirlər. Boş vaxtları olan kimi bir yerə yığışırlar. Bütün gecəni səhərə kimi fasiləsiz olaraq kart oynaya bilirlər. Bezmirlərmi? Səs-küy salırlar, mübahisə edirlər.
Berden evə getməyə qorxurdu. Onların evində son vaxtlar ağrılı bir hüzn var idi. Birdən onun ağlına sevindirici bir fikir gəldi: ”Bəlkə Dalibay babanın arxasınca gedim? Yəqin o indi evində oturub kart oynayır. Berdenə elə gəlirdi ki, Dalibay babanın gəlişi ilə ev darıxdırıcı və kədərli olmayacaq. O olanda Berden özünü daha sakit hiss edirdi.
-Aje, mən Dalibay babanı çağıracam.
Nənəsi o dəqiqə başa düşdü ki, Berden qorxur və onu sakitləşdirməyə başladı:
-O ki çoxdan bizdədir.
Berden yüngülləşdi və ürəyinə sakitlik çökdü. Yanında möhkəm dayağın olması çox yaxşıdır. Sakitləşmiş oğlan yola tullandı, qapını açıb əmin addımlarla içəri keçdi, amma hər ehtimala qarşı ürəyində pıçıldadı: ”Bircə babam bir daha xəstələnməyəydi”. Bu günlərdə varlığına hakim kəsilən, babasının halı ilk dəfə pisləşdiyi gündən onu rahat buraxmayan həyəcan bir azca azaldı. Bu həyəcan ona əzab verirdi.
Berdenin babası, nənəsi, bacısı və qardaşı ilə yaşadığı ev bir otaqdan ibarət idi. Düzdü bundan əlavə bir neçə geniş dəhliz də var idi, lakin onlar isidilmirdilər. Orada ərzaq, yanacaq vasitələri, müxtəlif ev avadanlıqları və sökülmüş yay çadırı saxlanırdı. Bütün ailə bu otaqda yerləşmişdi, çünki burda soba yanırdı və yemək də sobanın üstündə bişirilirdi. Burda həm yeyirdilər, həm yatırdılar. Nəvələri məktəbə getməyə başladıqdan sonra qoca Bekta qarısı ilə birlikdə qışlaqda məskunlaşmışdı. Üç nəvəsi var idi-ən kiçiyi Berden üçüncü sinifdə oxuyurdu.
Baba ilə nənə gecə sobanın yanında yatırdılar, uşaqlara isə pəncərənin yanında yer ayrılmışdı, gündüzlər onlar burda dərs hazırlayır, gecələr isə yatırdılar. Otaqda həmişə səliqə-sahman qorunurdu, çünki bura qonaqlar üçün nəzərdə tutulmuşdu. Qonaqsevər Bektanın evində isə qonaqlar həmişə çox olardı.
Baba artıq çoxdan yatmışdı. Əvvəl-əvvəl Berden babasının xəstəliyinə elə də önəm verməmişdi. O hətta düşünməmişdi ki,babasının xəstəliyi nədir və nə qədər davam edəcək. Daha sonralar hiss etdi ki, qoca gecələr yata bilmir. Ağır nəfəs almasından onun necə dözülməz ağrılar çəkdiyini hiss edirdi. Sonra babasının gözəl, iri sifəti arıqladı, qırışdı, saraldı. Bundan sonra Berden daha çox həyəcanlanmağa və qocaya yazığı gəlməyə başladı.
Bir gecə Berden nənəsinin vahiməli qışqırtısına oyandı. O qalxdı və gördü ki,nənəsi onları bərkdən çağırır:
-Boken! Berden! Ayken!-həmin dəqiqə də geri qayıtdı və babasının əlini-ayağını ovxalamağa başladı. Berdenin baxışı babasının üzünə zilləndi, o, dəhşət içərisində qışqırdı. Onun saralıb-solmuş üzü sanki cılızlaşmış, uzanmışdı. Gözlərinin yerində isə iki çökək qaralırdı. Bu, ölü üzü idi. Oğlan ağlayaraq babasının üstünə atıldı, onun ayaqlarını qucaqlayaraq qışqırdı:
-Ata! Ata!
Berden heç vaxt insanın bu cür xırıldamağını eşitməmişdi. Bu elə qorxunc idi ki! Ancaq babasının üzü daha qorxunc idi. Hətta balaca uşaq da başa düşə bilərdi ki, o necə ölümcül ağrılar çəkir. Qıcolmanın təsirindən qocanın bütün bədəni əsirdi. Sanki babanın nəfəsi indicə kəsiləcək və ölüb gedəcək.
Qorxuya düşmüş uşaqlar qışqıraraq ağlayırdılar. Nənə anladı ki, onlardan bir xeyir yoxdu, dedi:
-Qaçın, tez kimisə çağırın. Mutekeni və Dalibayı çağırın. Və bir də dəmirçi Kuanı... Deyin ki, babamızın vəziyyəti pisdir. Qoy tez gəlsinlər.
Onlar əyinlərində olanlarla tez bayıra atıldılar və müxtəlif istiqamətlərə dağılışdılar.
Berden var qüvvəsilə Muteken babagilə qaçırdı. O bir qədər aralı - küçənin çöl tərəfindən ikinci evdə yaşayırdı.
Berden əvvəlcə çölü keçməli idi, ora isə çala-çuxurlarla dolu idi. Qaranlıqda görmək mümkün belə deyildi ki, çuxur hardadır, təpə hardadır, qar hər yeri hamarlaşdırmışdı. Ayın da işığı çəkilmişdi sanki. Bir az bərkimiş qarın üzərində qaçmaq yenə də asandır, lakin yumşaq qarda qaçmaq çətindir, işin elə ancaq yıxılıb belə qədər qara batmaq olur, sonra da qurdalanır, qurdalanır və birtəhər çıxırsan. Berden mənzilbaşına çatana qədər sanki sonsuzluq keçdi. Mutekenin evinin qabağında onu itlərin qorxunc hürüşməsi qarşıladı. O adətən bu itlərdən dəhşətə gəlirdi, amma indi heç əhəmiyyət belə vermədi, qapıya yönəlib yumruqlarla qapını döyəcləməyə başladı.
Bu cür səs-küyə oyanmadıqlarına görəgörünür ki, ev sahibləri çox bərk yatmışdılar. Onda Berden pəncərəyə tərəf qaçdı və bir-birinin ardınca pəncərələri döyməyə başladı və hiss etdi ki, evdə tərpəniş var. Kimsə üzünü pəncərəyə söykədi. Qaraltı gördüyündən lampanı yandırdı və qapıya tərəf tələsdi.
-Kimdi, gecənin bu vaxtı xeyir ola? Sizi bu saatda gəlməyə nə vadar edib?-Mutekenin qarısı deyinərək onu içəri buraxdı.
Berden soyuqdan və qorxudan əsirdi, güclə danışa bildi:
-Ata... Mənim atam...
Sözünü bitirə bilmədən hıçqırmağa başladı.
-Oy, bu ki, Berdendir!-qarı nəhayət onu tanıdı. -Nə baş verib əzizim? Gecənin bu vaxtı tək nə edirsən? -deyə ondan mərhəmətlə soruşdu. Onu ehtiyatla itələyib qocanın yatağın içində oturduğu otağa apardı.
-O nə deyir?-qoca həyəcan içərisində soruşdu. -Bu Berdendir? Nə baş verib?
-Ay – ay-ay, o necə də donub, başına dönüm deyərək qocaya cavab vermədən qarı Berdeni qurulayıb, əllərini isidərək onu qucaqladı.-Yaxşı sakitləş.
O daha artıq tab gətirmədi və bərkdən hönkürərək ağlamağa başladı. Qocalar narahat halda onu əhatəyə aldılar.
-Babamın vəziyyəti pisdir. Nənəm məni göndərib. Tez gedək,-Berden nəhayət göz yaşları içərisində sözünü deybildiə. Qoca nə baş verdiyini anlayar-anlamaz vurnuxmağa başladı.
-Hanı məslər? Hanı mənim məslərim? Titrək əllərilə döşəməni axtararaq özünü itirmiş halda donquldadı. Ayaqqabısını tapıb uzun müddət onu geyinməyə çalışdı. -Hanı çapan? Hanı mənim çapanım? -o əsəbləşdi. Çapan da tapıldı və qoca geyinərək qarını tələsirdirməyə başladı. -Gedək, -və çıxışa tərəf tələsdi, -Allahım sən özün güc ver, -deyə Muteken dərindən nəfəs aldı və qapıdan çıxarkən ağacını əlinə aldı.
Berden öndə gedirdi, qocalar isə onun arxasınca addımlayırdılar. Çöllükdə Muteken ata bir neçə dəfə yıxıldı, hər dəfə qalxanda sızıldayırdı.
Evə çatana qədər onlar dəfələrlə yıxıldılar. Evə çatanda isə özünü əvvəl çatdırmış və xəstənin yatağının yanında diz üstə oturaraq onun ayaqlarını ovxalayan qoca Dalibayı gördülər.
Xəstə ilə onun çox da yaxın qohumluğu yox idi, amma o, qoca Bektanı sevirdi və qan qardaşı kimi onunla səmimi münasibəti var idi. Bekta o qədər xeyirxah idi ki, hamıya kömək əlini uzadırdı, buna görə cavanlığından aulda sadəlövh bir adam kimi tanınırdı. İndi onun bütün varlığında elə səmimi bir canıyananlıq və çaşqınlıq vardı ki, sanki xəstənin vəziyyətini yüngülləşdirmək üçün özünü qurban verərdi. O, xəstənin ayaqlarının masajını davam etdirərək fağır-fağır səsləndi:
-Kariya, kariya.
Qocanın üzü əzab içərisində qırışmış,başı çiyninəəyilmiş, iri damarlı əlləri yüngülcəəsirdi. Sanki bu geniş və möhkəm sinəli batır yerə batmışdı və ona görə də bu belə kiçik və cılız görünürdü.
-Dalibay sənsən? Demək burdasan sən. Necədir o? -Muteken onunla yanaşı dizi üstə oturaraq soruşdu.
-A-a, gəldiniz, hə? -Dalibay başını qaldırdı. Bilmirəm uzanıb qalıbbeləcə. Siz nəsə edəsiniz bəlkə.Siz ki, bunu yaxşı bilirsiniz. Allah özü kömək edər, inşallah.
Muteken ara həkimliyini bilirdi. O, xəstənin nəbzini yoxladı və masaj etməyə başladı, dodağının altında səssizcə nəsə pıçıldayaraq ovxalamağa başladı.Vaxtaşırı səsini qaldırıb çağırırdı:
-Bekta,ay Bekta!
Sanki o yatmış uşağı oyadırdı. Onun səsi arabir həyəcandan qırılırdı. Olduqca hündür və enlikürək olduğundan hətta diz üstə oturanda da çökmüş dəvəni xatırladırdı. Berden qorxu ilə onun iri burnu olan məyus, qayğılı, qəmli və mehriban üzünə babasına kömək edə bilib bilməyəcəyini bilmək üçün baxırdı.
Pəncərənin yanında öz yataqlarında bir az əvvəl yuxuya gedib sakitcə yatan uşaqların yatağına söykənən dəmirçi Kuan arabir soyuqdan titrəyirdi. Onun ciyərləri xəstə idi. Adətən öskürdükdən sonra uzun müddət özünə gələ bilmir,boğulmağa başlayırdı. İndi də özünə mane olmağa çalışsa da bunu bacarmır və öskürüb ətrafdakıları narahat etmək istəmirdi. Görünür ki, şaxtalı gecədə bayıra çıxmaq onun sağlamlığına pis təsir göstərmişdi. Hiss olunur ki, o titrədir? Ancaq başqalarını ürəkləndirmək üçün özünü ələ almağa çalışırdı.
-Olacağa çarə yoxdur. Sakit olaq, əzizlərim.
Deməyə belə ehtiyac yoxdur ki, onun dediyi “olacağa” sözü Berdenin heç xoşuna gəlmirdi..
Babasının vəziyyəti isə hələ də pis idi və o sanki alov içərisində yanırdı. İki qoca onun yanında əlləşir, nənəsi isə başının üstündə dayanır. Onlar ölümlə birlikdə mübarizə aparır, babanın həyatda qalması üçün əllərindən gələn hər şeyi edirdilər, ancaq təəssüf ki, əllərindən gələn çox az idi. Bu hətta Berdenə də aydın idi.
Uşaqlar artıq səssizcə ağlayır, hərdən göz yaşlarını silərək böyüklərin nə etdiyini anlamağa çalışırdılar. Nənəsi onların hələ də ayaq üstə olduğunu görüb, acıqlandı:
-Niyə dayanmısız? Siz dondunuz ki. Bürünün oturun bir tərəfdə.
Qəfildən babanı titrəmə tutdu. O huşsuz halda əsərək ayağa qalxmağa çalışır, bədəni qıcolmanın təsirindən gərilirdi. Qocalar əvvəlkindən daha artıq bir təşvişlə vurnuxmağa başladılar.
-Sən qoru Allahım-nənə dua oxuyaraq babanın qalxmağına mane olmaq üçün onun çiynindən tutdu. Berden hiss etdi ki,onun bütün bədəni qorxudan dondu.Birdən –birə onun əli-ayağı gücdən düşdü, yıxılmamaq üçün özünü güclə saxladı.
Üzücü dəqiqələr sitəmkarca uzanır və bu ölümcül ağrılardan sonra baba qəfildən gücünü itirmiş halda yastığa yıxılıb sakitləşdi.
Baxın sanki bədəninin nəmliyi bir qədər artıb. Uca Yaradan,kömək ol və rəhm elə. İndi ona çoxlu tərləmək lazımdır ki, bir az yüngülləşsin-deyə Muteken öz-özünə donquldandı. Sonra isə susub,ümidləəlavə etdi:-Artıq nəbzi də yaxşıdır. İnşallah...
Yorğunluqdan saralıb-solmuş Muteken, yalvarıcı gözlərlə ona elə baxırdı ki,elə bil nəticə ondan asılı idi.
-Budur artıq alnı da nəmdir. İndi gör necə tərləyəcək.Vəssəlam,artıq bütün təhlükə keçdi-rahatlaşmış halda dedi.
Bir az sonra baba zarıldamağa və tərpənməyə başladı. O, dəhşətli bir yuxudan ayılmış kimi zorla kirpiklərini aralayıb, otağı tutqun nəzərlərlə süzdü.Onun baxışları laqeydlikdən başqa heç nə ifadə etmirdi. Çox güman ki,ağrının təsirindən qulaqları batmış və o heç nə düşünə bilmirdi.
-Kariya, necəsən, Kariya? Şükür Allaha, yaxşı ki, gözlərini açdı. Məni tanıyırsan? - Dalibay onun qarşısında diz çökərək soruşdu. Babam baxışlarını onun üzərində saxladı. Qəribə şəkildə cavab verdi: ”Hə tanıdım”. Dalibayın gözlərindən yaş sel kimi axmağa başladı.
-Yaxşı, bəsdir! Bu nədir belə? Sən mənim balalarımı qorxudacaqsan, - nənə ona əsəbiləşmiş kimi acıqlandı.
Muteken də hıçqıraraq qınayıcı tərzdə dedi:
-Bu nədir batır, bizi qorxudursan? Belə olarmı?
-Bu qocalar niyə ağlayırlar belə? Uşaqdan betərsiniz-Kuan zarafatla onları danladı.
Babamın özünə gəlməsilə bir dəqiqəəvvəl cansıxıcı otağın ab-havası qəfildən tamamilə dəyişdi,sanki işıqlandı.
-Kariya, özünüzü necə hiss edisiniz? Yaxşısınız? -Dəmirçi Kuan babama yaxın oturaraq soruşdu. Baba başını tərpətdi.
-Şükür Allaha, -deyə o, dodaqlarını tərpətdi, daha sonra çevrildi və gözlərini yumdu.
-İndi onu narahat etmək lazım deyil. Qoy dincəlsin. O çox əzab çəkib. Gücünü tez toplamaq üçün onun yatmağa ehtiyacı var. Gəlin onu rahat buraxaq, istirahət etsin, -deyə dəmirçi Kuan pəncərəyə tərəf getdi.
Muteken və Dalibay torda oturdular. Babam, deyəsən, həqiqətən də yatmışdı,sakitcə uzanmışdı.
-Uşaqlar siz boşuna donmayın, gedin yatın. Qorxmayın, babanız da yatacaq, -nənə üzünü nəvələrinə tutdu. Yorğanınıza bürünün və yatın. Heç nədən də narahat olmayın.
-Babalar bizdə qalacaq, getməyəcəklər ki? -Berden gizlədə bilmədiyi narahatlıqla soruşdu. O inanaırdı ki, nə qədər qocalar burdadır onun babasına heç nə olmayacaq. Adətən uşaqlar yanlarında hər şeyi bilən və bacaran böyüklər olanda qorxmurlar. Elə buna görə də Berden bütün varlığı ilə onların burda qalmağını istəyirdi.
Bircə onlar getməyəydilər, yoxsa yenidən hər kəsə qorxu və həyəcan hakim kəsiləcək. Dalibay-ata başa düşdü ki, Berdeni narahat edən nədir, onu nəvazişlə sakitləşdirdi:
-Burda olacağıq, başına dönüm,heç yerə getməyəcəyik. Sənin babanın keşiyini çəkəcəyik.
-Mənim balaca balam, -nənə onun fikrini anladı. –Deməli, budu səni narahat edən. Qorxma, yat. Babalar səhərə qədər burda qalacaqlar, getməyəcəklər.
Öskürdüyü kəsməyən Kuan atagetmək üçün icazə istədi.
-Siz onsuzda çoxsunuz. Məndən sizə onsuzda xeyir yoxdur, öskürməyimlə hamınızı bezdirirəm. Yaxşısı budur mən gedim. Səhər gələcəm. Nə edək Allahın iradəsinə ümid edək-dedi və qalxdı.
Dəmirçi Kuan getdi, ancaq hələ də küçədən onun öskürəyi eşidilirdi.
Berdeni səhərhəyəcanlı səslər oyatdı. Nənəsi gördü ki, yatmayıb nəvəsini səslədi:
Berden əgər gözünün acısını almamısansa bəlkə bura uzanasan,adamlar keçə bilmir. Gəl burada yat, – deyədərhal sobanın yanında onun yatağını hazırladı və yastığını da baş tərəfdən qoydu.
Berden gözləri ilə babasını axtardı. Babası yarıuzanıqlı idi. Onun gözləri açıq idi.Berden diqqət verib gördü ki, babası dünən axşamdan bu yana daha da arıqlamışdı. O elə zəif idi ki, üstündə və yan-yörəsində yastıqlar olmasaydı bəlkə də yıxılardı.
Səhər təzəcə açılmışdı,amma evdə çoxluadam var.Aulun bütün ağsaqqalları torda,qarılar isə qapının ağzına toplaşıblar. Əlbəttə, onlar babaya baş çəkməyə gəliblər. Görünür, onlara xəbər çatmışdı ki, baba axşam az qala canını tapşıracaqmış, onlar da səhər tezdən yığışıb gəlmişdilər.
Bacı-qardaşları evdə deyildilər. Berden başa düşdü ki, onlar məktəbə gediblər və çox güman ki,nənəsi onu oyatmağa qoymayıb. Yəqindeyib ki: ”Bir gün ötürməklə dünya dağılmaz”. Nənəbayırda bərk şaxta və güclü külək olanda həmişə belə deyirdi.
Otağa gurişıq düşdüyündən təxmin etmək olardı ki, günəş çoxda doğub. Pəncərəyə yapışmış qar dənəcikləri günəş şüalarının altında rəqs edərək göy qurşağının bütün rənglərini əks etdirirdi. Onun arxasında heç nə görünmürdü.
Nənə dəhlizdən samovarı gətirdi, dəstərxan açdı, xəstəni görməyə gələnlərə çay süzdü.Onlar sayı isə anbaan artırdı. Xəstə ilə bir qədər oturduqdan sonra bəziləri sağollaşıb gedir, onların yerini yeniləri tutur və evdə yenə də çoxlu adam olurdu. Berdenin ağlına da gəlməzdi ki, babasının xəstəliyi aula belə səs sala bilər. Ona aydın oldu ki, bədbəxtlik insanları birləşdirir. İndi hamı babaya xoş bir söz demək, ona öz köməyini təklif etmək istəyirdi.
Günortaya yaxın evdəancaq beş-altı qoca qalmışdı, onlar da gecəni xəstə ilə keçirməyi qərar almışdılar.
-Bütün işlərimizi təxirə salaq. Onsuzda iş həmişə var. Bektayla oturaq,-kürən qoca yerini rahatlayaraq dedi. Onunçopurlu arıq üzü hiyləgər bir mərhəmət ifadə edirdi. Arıq, qıvraq, şən və səs-küylü xarakteri olan bu qoca yaxşı hekayəçi idi. Onun adı Rahbəy idi. Danışarkən tez-tez saqqalını tumarlayır və bığlarının ucunu bururdu. Özünü çəkib yuxarıda oturdu və dişinin arasından tüpürərək, gənclik sərgüzəştlərindən danışmağa başladıvə elə maraqla danışırdı ki, dinləyənlərin ruhunu tutmağı bacarmışdı.
Rahbəy və Dalibay yaşıddırlar. Buna görə onlar bütün günü bir-birilə mübahisə edir və zarafatlaşırdılar. Bu zarafat və atmacalar bitib-tükənmək bilmirdi. Onlarkart oynadıqlarızaman vaxtın necə keçdiyini hiss etmirdilər. Onlar sübhün ilk işıqlarına qədər oynayırdılar. Qarıları onların öhdəsindən işlərin töküldüyünü xatırladaraq, deyinərək çətinliklə oyundan ayırıb evə apara bilirdilər. ”Nə gülməşəkər oyundur bu belə? -onlar əsəbiləşirdilər. -Nə bir xeyri var, nə ləzzəti. Udub-uduzsaydılar yenə dərd yarı... Boşuna vaxt itirirlər. Necə də bezmirlər?”
Qocalar oturmağa qərar verdiklərindən nənə bıçağı əlinə aldı və bayıra çıxdı. Dəhlizdəki geniş sandığı açdı və oradan hisə verilmiş qoyun ətindən bir neçə parça kəsərək otağa geri qayıtdı və qazanı sobanın üstünə qoyub əti qaynatmağa başladı.
Qonaqlar keçmiş zamanlardan və aulun həyatındakı hadisələrdən ənənəvi söhbətlərə başladılar. Babam söhbətlərə müdaxilə etmir, sadəcə böyük bir məmnuniyyətlə danışılanlara qulaq asırdı.
Bir müddətdən sonra Rahbəy Kuana müraciətlə dedi:
-Sən ki, yaxında yaşayırsan, oğlanı kartların dalınca göndər, boş oturmaqdansa bir-iki əl oynayaq.
-Nə danışırsan? Xəstənin yanında? Axı ona sakitlik lazımdır-deyə Kuan süni şəkildə etiraz etsə də inadkar Rahbəyə bu təsir etmədi.
-Karie bunun bir zərəri olmaz. Biz sakitcə oynayarıq,elə deyil? Dake? -o çalışdı ki, Dalibayın da onu dəstəkləsin.
-Kariya biz oynasaq sənə mane olmarıq ki? -deyə o özünəməxsus açıqürəkliliklə xəstənin özünə müraciət etdi. Babam sakitcə gülümsəyərək razılıq verdi.
-Görürsən kariya özü razılıq verdi. Tez Berdeni göndər, - deyə o, Kuanı tələsdirdi.
Təkcə Muteken baş verənlərə müdaxilə etmədən düşüncəli bir şəkildə təsbeh çevirirdi.
Qocalar kart oynayıb sakitcə söhbət edərəkgecəyə qədər oturdular. Ağır tutmalar bir neçə dəfə təkrar etdi. Dünən axşam da babanın halı pisləşmişdi. Ona görə də Berden evə getməyə qorxurdu. İndi isə Dalibay babanın onlarda olduğunu bilib sevinirdi. Babasının xəstəliyi zamanı Berden dəfələrlə bir daha əmin olmuşdu ki,adi vaxtlarda zarafatlaşan,sadəcə söhbət etmək, könüllərini xoş etmək üçün yığışan qocalar, lazım olduğu zaman özlərini düşünmədən bütün gecə xəstənin yanından ayrılmırlar. Aulda hər kəs xəstəninşənləndirmək üçün bacardığını edirdi. Bəzənbabasının dostlarından kimsə gəlib deyirdi:
-Kına, bu qocalara çay versənə. Parçadan hazırlanmış kəməri açıb oradan bir parça nabat çıxarıb nənəyə uzadır, nənəm isə bir ovuc qaysı və xurma gətirirdi.
-Yayda qızı Türküstandan gəlmişdi. Onun gedişindən sonra bir az qalıb.Kariya, gəl, yemək dadı gəlmir. Turşməzədir və sağlamlığa çox faydalıdır.
Babam çayı çox sevsə də şirniyyatla arası yox idi.O bir samovar çayı bir parça qəndlə içə bilərdi. Çay dəsgahında nə verilməsindən asılı olmayaraq o heç nəyə toxunmazdı. Bunu aulda böyükdən kiçiyə hamı bilir, indi gətirdikləri ilə isə xəstənin sağalması üçün nə isə etmək istəyirdirlər. Başqa nə edə bilərdilər ki?
O vaxtlar nə xəstəxana, nə də həkim var idi. Bu sadə adamlar xəstəni sağaltmağın yeganə yolu kimi isti ürəklərindən və xeyirxahlıqlarından istifadə edə bilirdilər.
Müharibə illərində babam kolxozun qoyunlarını otarırdı. Qocalıq,eyni zamanda nəvələrini məktəbə qoymaq məcburiyyəti onun sürünü təhvil verməsinə səbəb oldu.Köçlü-köməcli aula qayıtmalı oldular. Qoca müharibədə həlak olmuş kiçik qardaşının, eləcə də müharibə zamanı batalyonda fəhlə işləmiş, indi isə kolxozda çalışan ortancıl qardaşı Seralının uşaqlarına baxırdı. O, arvadı ilə yay-qış sürünü dağda yamacda otararaq qoca və uşaqları dolandırmağa çalışırdı.
Xalq hələ də ehtiyac içindəydi. Berden xatırlayır ki, qırx-əlli ailə yaşayan aulda cəmi iki dəvə var idi - biri özlərində, biri də Mutekendə. Qış üçün yanacaq tədarükünə başlananda böyük problem yaranırdı. Camaat dəvələr üçün növbəyə dayanırdı. Aul sakinləri əsasən yovşan və kurayehtiyatı görür, bunu kürəklərində daşıyırdılar. Ancaq Şokat və ya Şabırdan çöllükdə ən yaxşı yanacaq hesab olunan saksaul və şinqil gətirərkən dəvədən istifadə edirdilər. Payızın əvvəlindən ilk qar yağana qədər yazıq heyvanların dincliyi yoxidi. Amma soyuqda iki-üç odunu sobaya qoyanda demək olar ki, səhərə qədər isti qalırdı. Ancaq çör-çöpü qucaqla yandırırsan yandır heç bir xeyri yoxdur.
Keçən il məktəbdə dərslər artıq başlayanda, ancaq uşaqların nə dəftəri nə də kitabı çatırdı. Evdə pul yox idi. Hardan da olacaqdı ki, o illərdə heç kəs qara gün üçünbir qəpik belə artıra bilmirdi. Babası Şokata gedib, ordan böyük miqdarda şinqil gətirdi. Bazar günü sübh tezdən oğlanları oyatdı və dedi:
-Saudakəndə gedin.Deyirlər ki, orada yanacaq qıtlığı var. Odunları satın, sonra da bazardan məktəb üçün lazım olanları alın.
Uşaqlar geyini, ayaqüstü yemək yeyib bayıra çıxanda gördülər ki, yüklənmiş dəvə artıq hazır dayanıb. Baba nəvələrini də yükün üstündə oturdu və yola saldı.
Rayon mərkəzinin yerləşdiyi Saudakəndə qədər on kilometr yol var idi. Hündür hasarla əhatlənmiş bazar meydanı şəhərin kənarında, şərq tərəfdə yerləşirdi.Uşaqlar ora ancaq günorta çata bildilər. Bazarda hələ kifayət qədər çox adam var idi. Adamlar bazarda gəzərək meyvə, tərəvəz alırdılar. Bəzi yerlərdə növbə yaranmışdı. Ağzı açılmış kisələrdəki cidanı satıcılar stəkanla satırdılar. Talvarların altındakı uzun stolların üstündə müxtəlif xırdavat alıcısını gözləyirdi. Talvarın birinin altında Berdenin diqqətini tez-tez aula gələrək köhnə - köşkülü su qiymətinə alanın arabası cəlb etdi. Nənəsi dəfələrlə köhnəəşyaları daraq, iynə, sancaq kimi xırdavata dəyişmişdi. Palçıq divarların yanında yonca dərzləri ilə dolu bir neçə araba dayanmışdı. Ondan sonra malbazarı gəlirdi. Burada satmaq üçün on – on beş keçi, qoyun gətirmiş çöllülər bekarçılıqdan əsnəyirdilər. Berden bazarda bundan başqa maraqlı heç nə görmədi.
Oğlanların odungətirmələri dərhal diqqət çəkmişdi. Müxtəlif tərəflərdən onlara beş-altı alıcı yaxınlaşdı. Birinci yaxınlaşan alıcı rus dilində nə isə dedi, lakin Berden başa düşə bilmədi.
-Uşaqlar, odunu satırsınız? -deyə qazaxlar soruşdular.
-Satırıq, satırıq, -oğlanlar sevinərək başlarını yellədilər.
-Neçəyə?
Berdenlə Boken boyunlarının ardını qaşıyaraq təəccüblə bir-birinə baxdılar. Bir diribaş onların çaşqınlığını hiss edib, məsələnin nə yerdə olduğunu anladı və Bokenin əlindən yüyəni alıb oğlanlara pıçıldadı:
-Mənimlə gəlin.
-Hara? Hara? -uşaqlar özlərini itirsələr də, onun ardınca getdilər.
-Sən nə edirsən? Qoy bir öyrənək odunu neçəyə satırlar. Dayan, -deyə digərləri hiddətləndilər, lakin o heç gözünü belə qırpmadan dəvəni darvazadan çıxardı. -Odur bizim evimiz, - deyə o, bazarın yaxınlığındakı daxmanı göstərdi -Gedək ora. Mən sizin odununuzun hamısını alıram. Mən halal adamam, narazı qalmayacaqsınız.
Uşaqlar ona güvənmir, lakin qəti qərar da qəbul edə bilmirdilər, diribaş buna məhəl qoymadan sürətlə irəliləyirdi. Oğlanlar onun ardınca getməyə məcbur idilər. Kişi dəvəni həyətinə saldı, onu çökməyə məcbur edib, yükünü boşaltmağa başladı. Berdenlə qardaşı qorxu içərisində gözlərini döyürdülər, kişi isə tələsmədən əlini cibinə saldı, oradan bir dəstə pul çıxartdı, sayıb bir neçə kağız pulu Bokenə uzatdı.
-Götür, qardaş narahat olma, bundan artığa, inan. sata bilməzdin. Yaxşı, kəndirlərinizi götürün.
Boken pulu sayıb razılıqla başını tərpətdi. Onlardəvə yanlarında yenidən bazara qayıtdılar. Ciblərini cida ilə doldurub mərkəzə, kitab mağazası olan səmtə yönəldilər. Mağazadan dəftər, qələm, çatışmayan kitabları hətta cəsarətlənib ömrü boyu üzünü görmədikləri dəri çanta aldılar və alış-verişlərindən razı halda mağazadan çıxdılar.
-Qalan pula hədiyyələr alaq, -dedi Boken.Pulun nəyə xərclənəcəyi Berdenin vecinə deyildi. Onlar ilk dəfə idi ki,bu qədər pul görürdülər və alış-veriş etmək hər ikisinin çox xoşuna gəlmişdi. İndi də onlar ərzaq mağazasına üz tutdular.
-Sən dəvəni saxla, mən isə mağazaya girim, -Boken dedi.Bir müddətdən sonra mağazadan qənd, çay və konfetlə dolu torbayla çıxdı. Onlar sevinc içərisində aula yola düşdülər. Bütün yol boyu Berden düşündü: ” Babam bizim dəvəmizi niyə özgələrə verir? Onlar da dəvəni heydən salırlar. Yaxşı olar ki, bu günkü kimi onunla bazara odun aparıb sataq. Allah bilir nə qədər pulumuz olardı. Niyə də belə etməyək? ”Birdən yadına düşüb ona təsir etdi ki, nənənin dəvə südündən hazırladığı şubat da qonşulara çatır. Onlar isə heç ondan içə bilmirlər. Əgər köşək olursa, bütün aul südlə təmin edilir. Amma əgər bütün süd özlərinə qalsaydı, onlar südün içərisində üzə bilərdilər. Ancaq yox, nənə südü əvvəl dəvənin balasına, qalanını isə kim gəlsə ona verir. Kimi stəkan, boşqab gətirir, kimsə çayına əlavə edir, kimsə -südlü nəsə içmək üçün istifadə edir. Hamısına da səbəb babadır. Qapıya kim gəlsə o dönə-dönə təkrarlayırdı: ”Ona ver, buna ver”. Beləcə, özlərinə heç nə qalmırdı.
Evə gəlib çatan kimi Berden öz fikirlərini babasıyla bölüşdü. Babası çaşqınlıq içərisində, təəccüblə nəvəsinə baxdı və dedi:
-Axmaqsan sən. Axmaq və acgöz. Bu cavanlıqdandır. Tədricən keçəcək. Əgər keçməsə...
Onun gözlərindən hiss olunurdu ki, Berdenə yazığı gəlir. O, bərk qızardı və həmin dəqiqə başa düşdü ki, acgözlük qədər nifrət doğuran heç nə ola bilməz.
Qış artıq ömrünü başa vurmaqdaydı və baba yavaş-yavaş sağalmağa başlayırdı. Amma elə arıqlamışdı ki, baxanda adamın ürəyi ağrıyırdı. Üzü hələ də göylük dərəcəsində solğun idi. Ancaq babanın artıq heç kəsin köməyi olmadan ayağa qalxması və həyətə çıxması ailəni sevindirirdi. Ev elə bil istiləşmiş və işıqlanmışdı, tez-tez zarafat və gülüş səsləri gəlirdi.
Yenə də babasının xəstə olmadığı vaxtlardakı kimi axşamlar hamısı ocağın ətrafında toplaşır, qocalar uşaqlara müxtəlif əhvalatlar danışır, uşaqlar isə onlara əzbərlədikləri şeirlərdən deyirdilər.
-Dünən öyrəndiyiniz nəğməni oxuyun atanız eşitsin, - nənə xahiş etdi.
“İrəli,gənc nəsil”,- deyə onlar oxudular və açıq-aydın bir məmnuniyyətlə qulaq asan babanın üzü xəfif allanmışdı. Uşaqlar qurtarıb susdular və baba isə ah çəkərək Aykenlə Bokenə dedi:
-Çox təəssüf ki,yazıq atanız sizə qulaq asa bilmədi...
Baba fikrə getdi və öz aləminə qapılaraq, ətrafda heç kəsi görmürmüş kimi uzun müddət oturdu. Babasının tutqun baxışları elə bir qəlb ağrısı ifadə edirdi ki,Berden kürəyinə yayılan soyuğu hiss elədi, bu soyuqdan səksənən kimi oldu Səslərini kəsmiş uşaqlarbabanın qəmli düşüncələrdən ayrılmağını gözləyirdilər. Onlar babanın niyə kədərləndiyini bilirdilər, çünki o dəfələrlə onların yanında demişdi:
-Atamın on övladı var idi. İndi isə təkcə mən sağ qalmışam, bir də - başı ilə Berdenə işarə edərək - onun atası. Bizdən sonra yer üzündə siz yaramazlar qalacaqsınız. Bizim bu dünyadakı ümidimiz, dayağımız sizsiniz...
Baba yenidən keçmişin ağır günlərini və itkiləri xatırlayaraq qəmlənirdi. Berdenin isə ürəyi sıxılırdı. Bu dəqiqələrdə o babasının şənlənməsi üçün hər şeyini verməyə hazır idi. Əlində olsaydı bütün dünyanı ona hədiyyə edərdi.
Baba nəvələrinə bu torpağın işğalçılarından, batırlardan, qədim dastançılardan, məşhur pəhləvanlardan çox danışmışdı. Uşaqların başını bircə dəfə belə sığallamamasına baxmayaraq baba ilə olmaq həmişə maraqlı idi. Onları nazlamaqdan isə söhbət belə gedə bilməzdi. Berden eləcə də digər uşaqlar babadan qorxur, hətta qarşısında titrəyirdilər: onun yanında səhv addım atmaz, qəfil söz söyləməz,sayqısızlıq etməz və dalaşmazdılar. Hər biri çalışırdı ki, daha yaşlı və ciddi görünsün. Evdə nə isə etmək lazım gəldikdə baba xüsusilə sərt və tərs olurdu. Həyət həmişə təmiz və səliqəli olardı. Baba nəvəsi ilə birlikdə qarı təmizləyirdi. O yola dağıdılmış külləri və ya səpələnmiş ot parçalarını görüb olduqca məyus olardı. Gündəlik sonsuz işlərin arasında baba nəvələrinə tapşırdığı işi yoxlamağı da unutmaz, lazım gəlsə düzəliş edərdi. Berden qocalardan hansınınsa uşaqların təhsili ilə maraqlandığını xatırlamırdı. Ancaq onların babası hər zaman dərslərini vaxtında hazırlamalarına nəzarət edərdi. Əgər o razı qalsaydı, gözlərində isti bir təbəssüm yaranardı. Uşaqlar dəridən-qabıqdan çıxardılar ki, onun bir tərifləyici baxışına layiq olsunlar. Gülən gözlərini hiss edəndə isə qürurdan özlərini elə çəkirdilər, sanki ən yüksək mükafat alıblar.
Nəhayət, babanın sağalması evdə son dərəcə böyük bir sevincə səbəb olmuşdu. Yaz gəlib,qar əriməyə başlamışdı. Bir dəfə dərsdən qayıdan Berden uzaqdan babasının ərimiş qar sularının axması üçün qanov qazdığını gördü və dərhal köməyə tələsdi.
Çevirəni: Nərmin Azadgil