ANA, UŞAQ, GÖY ÜZÜ VƏ GÜNƏŞ
Oturub göy otun üstündə uşaq,
Qolları uzanıb günəşə sarı,
Deyirsən günəşi tutub udajaq,
Şəfəqə dönəjək körpə qolları.
Ana mat qalıbdı bu mənzərəyə,
Qanadlı mələyə bənzəyir uşaq.
Qorxur ki körpəsi bu həvəs ilə,
Günəşin yanına uçub qonajaq...
Ana narahatdı... nə göylərə uç,
Nə də ki, göylərdən günəşi istə!
Ay uşaq! Ananın nəzərlərində
Sən özün günəşsən göy otun üstdə.
YOLLAR GERIYƏ DÖNSƏ
... yollar geriyə dönsə,
Geriyə dönsə yollar,..
Qaytarar məni sənə,
Səni mənə qaytarar...
Yolları ot bassa da,
Ot altda izimiz var.
Yolları baxışların,
Səni gözləmək yorar;
İnanırsan hələ də
İlk sevgiyə, ilk anda,
Yollar da üz döndərər,
Sevənlər unudanda...