Gözlərini yum ki, gör...
Bir gün sənin səmanı buludlar sarsa əgər,
Yum gözlərini, yum ki,
Buludlar arxasında ulduzları görəsən.
Bir gün sənin bu dünyan qara bürünsə əgər,
Yum gözlərini, yum ki,
Qar altında uyuyan yamacları görəsən.
Bir gün mübtəla olsan bir əlacsız dərdə sən,
Yum gözlərini, yum ki,
Sən o dərdin içində min bir dəva görəsən.
Bir gün ölüm yetişib ağzın açanda qəbir,
Yenə yum gözlərini... Gözlərini yum ki, sən
Qəbirdəki həyatın beşiyini görəsən.
1924
Donmuş çay
Söylə, sularınmı qurudu, ey çay!
Nədən çağlamırsan, axmırsan daha?
Yoxsa qocalmısan, qırılıb əzmin,
Daha çağlamaqdan sən üz çevirdin?!
Hələ dünənəcən öz zümzümənlə
Axaraq bağların arasında sən,
Nələr anladırdın bütün aləmə
Söz açıb taleyin cilvələrindən...
Hələ dünənəcən heç bir əngəldən
Qorxmadan gedərdin öz yolunla sən.
Bu günsə dərin bir məzar sükutu
Çöküb üzərinə, bilmirəm nədən...
Hələ dünənəcən ovundurardın,
Ağlayıb üstünə gələndə məni...
Bu günsə gəlmişəm mən gülə-gülə,
Nədən ağladırsan, bəs indi, söylə?
Hələ dünənəcən mənim səsimə
Səs verib mənimlə ağlardın sən də...
Budur, təkbaşıma aglayıram mən,
Amma bir səs-səmir yoxdu ki səndə...
Axı nəyə gərək bu kəfən, nəyə?
Yoxsa kəfən deyil, bu buz qandaldı?
Bəlkə, əl-qolunu ayazın əli
Bağlayıb, beləcə zillətə saldı?..
Bu da sahildəki söyüd agacı –
Nə yarpagı qalıb, nə təravəti...
Hər dəfə əsəndə şimal küləyi
Diz çökür, tükənib daha taqəti...
Budur, yanındaca əyib budağın,
Qovaq agacı da söyləyir ağı...
Uçmur üzərindən bülbül də daha,
Nəğmələr söyləyib oxumur axı...
Bir qarga sürüsü budaqlarına
Qonub qarıldaşır göylərə sarı.
Sanki o da sənə söyləyir ağı:
"Heyif, hədər getmiş ömrün baharı...
Səhərdən-axşama hey qarıldaşar –
Bu haray cənazə xorunda olar...
Beləcə, tərtəmiz, pak vücudunu
Əbədi aləmə o yola salar...
Amma bir gün gələr bitər qış, inan,
Geriyə dönəcək bahar yenidən!
O zaman gövdəni qoparacaqsan
Şaxtanm vurdugu o zəncirlərdən...
Bax, o vaxt səhərin nuruyla sərxoş,
Gecənin sirrinə olan hamilə,
Qanad açacaqlar dənizə san
Şəffaf dalğaların bir ilham ilə.
Səhər mehi üzünü oxşayanda,
Sən yenə də gülümsəyərsən onda...
Qaranlıq gecənin ulduzları da
Yenə də üzəcək saf sularında...
Bədirlənmiş Ay da üstünə sərər
Gümüşü bir örtük... Günəşsə örtər,
Örtər sənin çılpaq çiyinlərini
Zərif çiçəklərlə... Zərif, təzə-tər...
O zaman söyüd də daha unudar,
Unudar çəkdiyi dərdi, bəlanı...
Yenidən ucalar, qol-budaq atar,
Yaşıl budaqları tutar dörd yanı...
Qovaq da qovuşar öz gəncliyinə,
Bir də cavanlaşar, yenə gəncləşər.
Daha o qovagın budaqlarında
Qarğa qarıldamaz, bülbüllər ötər...
Mənim çəmənlərtək gülümsəyən, şad
Bir qəlbim vardı ki, ey çay, sənintək
Ümidlə, arzuyla coşub-çağlayar,
Yorğunluq bilməzdi gecə sübhədək.
O da arzularla aşıb-daşardı,
Bu günsə o haldan qalmamış əsər...
Ümid dalğaları donan bu qəlbim
Sənin buz bağlamış çöhrənə bənzər...
Qəlbimdə fərqi yox biri-birindən,
Nə fərqi, ya axşam, ya səhər ola...
Fərqi yoxdur artıq qapını döyən
Nemətmi, yoxsa ki fəlakət, bəla...
Qəlbimdə heç fərqi qalmamış belə,
Eynidir həyatın baharı, qışı...
Ümidsiz qəlblərin fəryadı ilə
Birdir qayğısızın xoşbəxt gülüşü...
Daha bu həyatın fırtınası da
Ondan üz çevirmiş... Buz parçasıtək,
O da nə darıxar bir kimsə üçün,
Nə də vardır onda bir arzu, istək...
Bir zaman onlardan biriydi, amma
Öz xalqı içində indi qəribdir...
Olmuş insanlann arasında o,
İndi gizli qalan, açılmayan sirr...
Budur, sənin kimi qəlbim də, ey çay,
Qandallanmış... Amma aranızda fərq:
"Sən, bir gün gələr ki, zəncirlərini
Qırıb parçalarsan, o isə əsla...
Qardaşım
Qardaşım!
Əgər ki döyüşdən sonra
Öyünüb özünün əməlləriylə,
Bir qərbli tutarsa ucadan-uca
Ölən əsgərinin xatirəsini,
Bir də qaliblərin igidliyini,
Nə sevin döyüşdən qalib çıxana,
Nə də ki təhqir et məglub olanı,
Əksinə, gəl, əyil sən də mənimtək,
Bir kövrək, qanayan qəlb ilə səssiz
Aglayaq, ağlayaq biz ölənlərin
Qara taleyinə, qara bəxtinə...
Qardaşım!
Bir əsgər döyüşdən sonra
Dönüb vətəninə, doğma yurduna
O yorğun, taqətsiz vücudu ilə
Sarılmaq istəsə dost qollarına,
Soruşma dostları, heç qaldımı dost,
Qaldımı bircə dost, açasan ürək?..
Hamısı oldular aclıq qurbanı,
Ölüdən, kabusdan başqası hanı?..
Qardaşım!
Yenidən əkinçi əgər
Uzun ayrılıqdan, illərdən sonra
Başlasa torpagı əkib-biçməyə,
Tikərsə dağılmış, o yerlə yeksan,
Uçuq daxmasını təzədən bir də,
Heç taqət qaldımı dizlərimizdə?
Bizi məhv eyləmiş bu zillət yaman,
Düşmən çox qəddardı, vermədi aman,
Bu doğma torpaqda, bu doğma yurdda
Qoymadı bar verən bir agac belə...
Heç bir şey qalmamış bu yurdda daha
Qalmamış heç bir şey cəsəddən başqa...
Qardaşım!
Olanlar, heyif ki, oldu,
Biz ki istəmirdik heç olmasını...
Nə qədər çırpınsaq, istəməsək də
Alıb ağuşuna bizi fəlakət...
Amma nə yas saxla, nə də fəryad et!
Kimsə eşitməz ki bu yerdə səni...
Dur, ardımca gəl,
Bir xəndək qazaq,
Gömək o xəndəyə ölüləri biz...
Qardaşım!
Biz kimik? Nə vətənimiz,
Nə qonum-qonşu var, nə ailəmiz...
Gecə də, gündüz də buraxmaz daha
Bizim yaxamızı bu xəcalət, ar...
Üfunət qoxusu verdik dünyaya,
Dünya bizimlə də iylənib yaman,
Ölülərimizlə qoxudugutək...
Daha nə durmusan, sən bir bel gətir,
Bir xəndək də qazaq, oraya gömək,
Gömək yavaş-yavaş diriləri biz...
Ey mənliyim, kimsən sən?
Görsən azğınlaşıb dalğalar yaman,
Ya da qayalara çırpıb özünü
Ağlayır bu dəniz, sən bax o zaman,
İzlə bu dənizi ta susanacan...
Sonrasa bir səslən, səslən dənizə,
Səslən, o səsini, o harayım,
Ahını, naləni eşidə bilsin...
Gəlmisən yer üzünə, yoxsa dalğalardan sən?!
Buludlar arasında uğultusun əgər sən
Eşidərsən şimşəyin, ya da qılınc çəkdiyin
Qaranlıq ordusuna görsən sən ildırımın,
Tamaşa et sən ona, itənədək işığı.
Sonra sona çatacaq ildırımın çaxması,
Amma səndə qalacaq onun əks-sədası...
İldırımdan qopdunmu, bunu bir söyləsənə,
Enmisən yer üzünə, yoxsa şimşəkdənmi sən?!
Bir görsən, axı necə dagların zirvəsində
Qan sovurur külək, qaranlıqda sən onun
Təpələr arasında eşit uğultusunu.
Külək susar, qalar o həsrətiylə baş-başa...
Mən səni səsləyirəm,
Sənsə məndən çox uzaq, əlçatmaz bir yerdəsən..
Gəlmisən yer üzünə, yoxsa küləkdənmi sən?!
Əgər görsən sübh çağı ulduzlar arasında
Necə süzür, yeriyir, bəzəyir naxışlarla
Ötüb keçən gecənin libasını rəngbərəng...
Vəhy alan bir peygəmbər qapanaraq səcdəyə,
Necə dua edərsə, xuşu ilə, könüldən,
Bax, sənin də ucalan dualarını belə Eşidəcək sübh çagı...
Gəlmisən yer üzünə, yoxsa, sübh çagından sən?
Coşqun sular qoynunda əgər günəşi görsən,
Heyran baxışlarıyla yer üzünü süzərkən,
Günəş gedər yuxuya, kaş qəlbim də onuntək
Rahatlıq tapa bir az... Yer üzü də yuxuda,
Sən isə boylanırsan gündoğana səhərdən...
Enmisən yer üzünə, yoxsa günəşdənmi sən?!
Yasəmənlər içində əgər bir gün bülbülün
Ötdüyünü eşitsən, bil ki, həmin nəğmələr
Od salır aşiqlərin ürəyinə, alovtək
Alışar könüllərin kədəri də, şövqü də.
Sən isə çox uzaqsan bu kədərdən, bu şövqdən...
Bülbülün gecə vaxti nəğmələri, görəsən,
Söylə, xatirələri oyadarmı yenidən?..
Gəlmisən yer üzünə, yoxsa, nəgmələrdən sən?!
Ey mərdiyim!
Sən mənim içimdə əks-səda
Yaradan bir nəğməsən, əsrarəngiz bir nəgmə!
Görmədiyim gizli bir Sənətkarın möhürü!
Sən küləksən, sən mehsən!
Dənizsən, dalğasan sən!
Sən ildırım, sən şimşək!
Sən gecəsən, şəfəqsən!
Sən səni Yaradandan, sadəcə, təcəllisən!
1917
Təmənna
Olsa da arzularda bəla, sınaq, imtahan,
Yenə arzulayırıq, arzu edirik hər an...
İstəyirik, kaş elə, kaş ki belə olaydı...
Arzuya, istəklərə tapınırıq gizlicə,
Bizim bu halımıza baxıb gülür arzular...
Mənsə heç sevməsəm də arzulamağı, amma
Yenə arzu edirəm, kaş heç nə istəməyim...
Arzulayırıq... Axı arzudur bizi hər an
Gələcəyə aparan... Sanki o, attək çapan
Zamanın mahmızıdır...
Bir vaxt mən balacaykən diləyərdim,
Nə ola, kaş ki tez böyüyəydim...
Kaş ki olaydı məndə böyüklərin xisləti...
İndisə diləyirəm, nə ola, kaş yenidən,
Yenə balaca olam... Qovuşsam mən
Bir daha uşaqlıq illərimə...
Qayğılardan uzaqkən, kaş sevgidə qərq olam...
Eşqin əsiri ikən, azacıq azad olam...
Danışarkən, mən dilsiz, sözsüz, səssiz-səmirsiz,
Səssizkən arzularam, kaş ki incilər saçam...
Alim ikən bir cahil, cahil ikən istərəm,
Sirlərdən agah olam...
Tənhaykən ətrafımda insanlar olaydı, kaş...
Onların arasında, kaş ki mən yalnız olam...
Qəriblikdə istərəm doğmalar arasında,
Onların yarundaykən, kaş ki mən olam uzaq...
Sadə bir insan ikən, kaş ki bir əsilzadə,
Bir əsilzadə ikən adi bir insan olam...
Yoxsul ikən sərvətim ümmantək aşıb-daşa,
Varlı ikən olmasm nə varım, nə dövlətim...
Həyatımda mən daha nələr istədim, nələr...
Ah, əldə edə bilsəm, rahatlaşaram bəlkə...
Heyif ki, köləsiyəm arzularm hələ də...
Kaş başqa cür olaydım...
Axı hamımız ümid bəsləyirik həmişə,
Nə qədər çəksək də hey əzab, agrı, məşəqqət,
Ümid etdiyimizə əlimiz yetmir, fəqət...
Varlıq dənizi üstə ümidlər ipə bənzər,
Gəzirik üzərində mahir kəndirbaz kimi.
Ümidlər bir-birinin ipini üzər, kəsər,
Necə ki, bir-birini hey qovar saniyələr...
Kaş olaydım varlıgımdan xəbərsiz,
Var olaydım deyə salardım haray...
Ümidlər ki, tapınıram içimdə,
O ümidlər gülər mənə aşikar...
Hər cür təmənnadan uzaq və azad –
Yaşamaq istərəm mən beləcə şad...
1919
Zaman tuneli
1- Ötən ilə
Ruhum!
İllərdir gənc oldun, gəzib-dolaşdın,
Hələ sərhədlərin çəkilməmişkən
Yaşlanmısan daha, alıb götürdü
Zamanın pəncəsi səni bir anda...
Kim bilir, nə zaman diriləcəksən!
Ruhum!
Bir az möhlət ver bizə,
Əylənək yer üzündə,
Illər, əsrlər boyu
Bir sirtək gəhb-keçən
Arzular bəsləyək biz X
ülya çəmənhyində...
2- Növbati ih
Bu zaman tunelində, söylə, axı sən nəsən,
Keçmişlə gələcəyin sədasından savayı?
Yazılmış alın yazın dünyaya gəlməmişdən.
Nə gözü doyacaq azgöz, tamahkar,
Nə də ki dünyadan əl-ətək çəkən,
Nə doyacaq bir achq, nə yuxuya gedəcək
Bir ölüm var orada...
İnsanlar heyrət içrə sirləriylə baş-başa,
Kaş bilərlər onlarda
Nə qədər sirlər yaşar...
1919
Tikanlar anlaya bilsə
Аllaheşqinə, saqi,
Gəl, fikir vermə mənə!
Doldurma qədəhimi,
Elə bil, heç yoxam mən...
Baş-başa burax məni qədəhimlə, baş-başa...
Yox, sən elə bilmə ki,
Şərabdan gəlmir xoşum.
Düşünmə ki, bir qərib düşübdü aranıza.
Dostum, bil ki, mənim bir şərabım var,
Qəlbimdən sıxmışam mən o şərabı...
Heç nə söndürə bilməz bu od tutan ruhumu,
Ondan savayı heç nə!..
Ey ecazkar nəğmələr söyləyib öz uduyla,
İnsanı eşqə salan, onu məftun eyləyən!
Məni başıaşağı, gözləri xumar görüb
Söyləmə ki, bax, budur divanələrin halı...
Yox! Yox, mən divanə deyiləm, dostum!
Qəlbim ki buz kimi soyuqdur mənim.
Sadəcə, dinlədim öz mənliyimi,
Onun valeh edən nəğmələri var.
Sən isə udunu dilləndir yenə,
Məni də yalnız qoy nəğmələrimlə...
Sən, ey gözəl qəsrin sakini, sevin,
Zövq al bu qəsrdən, ey dostum, zövq al!
Qoy, kövsər suyundan ömrün su içsin,
Uzun, xoşbəxt ömür olsun qismətin!
Demə, xoşlamadım mən bu sarayı,
Düşünmə, düşmədim onun sehrinə.
Amma bir sarayım var ki, o saray
Xəyal, düşüncələr, könül sarayı!
Mən həya edərəm, pənah aparam
Başqa bir saraya ondan savayı.
Ey qurdlara məskən olan, yurd olan
Məzarların arasında oturan!
Dostum, taleyinə ağladığın kəs,
Olsa da bir sirdaş, ya sevgili dost,
Ya da ki çox gözəl, yaxşı bir insan,
Onsuz da sən onu unudacaqsan...
Mənsə ömrüm boyu hey uzaq tutdum
O torpaq altında illərlə yatan
Nə qədər müsibət səbəblərini...
İtirdi dəyərini neçə dəyərü istək,
Fani dünyamızda qəfil, bir anda.
Sən, ey qəpik-qəpik var-dövlət yıgan!
Kor kimi bilmirsən gedəsən hara...
Sən ey gecəsini öz gündüzündən
Daha tez bitirən! Bil ki, gedibdi
Sənin günlərintək illərin hədər,
Başqa rəng qalmayıb tək rəngdən özgə.
Vallah, sərvətində yoxdu heç gözüm!
Bəxtimin verdiyi var mənə yetər.
Sənəsə bəxş edib tale zənginlik,
Acıma sən mənim kasıblığıma.
Ey əlində İncil gəzdirən adam!
Günahları tərk etməyə səsləyən,
Cəzalarla xəbərdarlıq eyləyən,
Müjdə ver, xilas et, sən, ey qardaşım,
Qurtar bu yol azmış nəfsləri sən!
Qurtar ki, savablar əldə edəsən
O mizan-tərəzi qurulan zaman...
Əgər ki bağlasam qulaqlanmı,
Səni dinləməsəm, mənə darılma...
Zəlalət içində yaşasam da mən,
Amma qucaq açmış cənnətə könlüm.
Bilir yaxşısını yaradan Allah,
Nə qədər cəhənnəm yaratdığım.
Sadəcə, öyüd ver, amma qarışma
Sən mənim qəlbimə, günahlarıma,
İçimi yandıran bu ahlarıma...
Tikanlar içindən boylanan çiçək!
Kim dönüb baxardı qoxun olmasa?
Çiçək, söylə, bu tikanlar bilirmi,
Ətirsiz tarlalardan sənin ətrindir gələn?
Bu tikanlar bilirmi sənin bildiklərini?
Sarmaşıq çəkdimi saçaqlarına
Sənin qoxladığm çiçəkdən ətir?
Yoxsa ki tikandan başqası ona
Ən gözəl qumaşdan toxumuş libas?
Sənünçün toxunan gözəl qumaşdan?
Sənin bildiyini bilsə tikanlar,
Ən zərif çiçəklər olardı onlar...
1920
Yalvarış
Nurundan sürmə çək gözümə, Allah!
Çək ki, görə bilim hər yerdə səni...
Hər şeydə, hər yanda - bütün cahanda!
Səmadakı qartalda, məzardakı qurdda da,
Dənizin dalğasında, çiçəklərdə, yovşanda,
Həm otda, həm torpaqda, həm də səhra qumunda...
Xəstənin yarasında, sağlamın çöhrəsində,
Bir qatilin əlində, bir məqtulun nəşində,
Bir gəlin yatağında, bir körpə beşiyində,
Bir xəsisin ovcunda, bir comərdin əlində...
Bir cavanın ruhunda, bir ahılın könlündə,
Alim iddiasında, cahil cəhalətində,
Kasıbın yoxsulluğu, zənginin sərvətində,
Bakirənin saflıgı, əxlaqsızın çirkində...
Gözlərim dalarsa dərin yuxuya,
Bağla gözlərimi, Allahım, bağla...
Bağla Sən, qəlb gözüm açılanadək!..
Allahım, aç mənim qulaqlarımı!
Aç ki, ona çatsın, nidan, səs-sədan...
Aslan kükrəyişində, qoyun mələməsində,
Bayquş ulamasında, qumru quğultusunda...
Şimşəyin çaxmasında, suyun şırıltısında,
Buludun süzülməsi, dəniz çırpıntısında...
Qarışqa yerişində, küləyin əsməsində,
Bülbülün nəğməsində, qarğa qarıltısında,
Qartal şığımasında, arı vızıltısında,
Gecənin fəryadında, sübhün pıçıltısında...
Uşağın ağlaması, qocanın gülüşündə,
Neyin iniltisində, dəfin gurlamasında,
Kimsəsizin, məzlumun məsum yalvarışında,
Həm hakimin, həm də ki məhkumun duasında...
Ölüm yaxınlaşanda, bir səssizlik çökəndə,
Rəbbim, qoru onlan, yenə həyata qaytar!..
Sən mənə öz dilimdən iki şahid ver, Allah!
İkisi də doğrunu, həqiqəti söyləsin...
Şahidlik etsin mənə, həqiqəti söylərkən,
Danışsın əleyhimə, əgər haqsızlıq etsəm...
"Həqiqət boş şey!" - deyə, biri yolunu azsa,
Yolunu kəssin dilim onda kəskin qılınctək
Qorxmasın, haqq söyləsin, əleyhinə olsa da,
Çəkinməsin, vursun o, səhvindən dönənədək.
Əgər bir gün sözüm də dönük çıxsa qələmə,
Əgər yalan desə o, doğru olana bir gün,
Onda, qoy, öz sözümə öz ağzım olsun məzar,
Onda qoymaz o məzar kimsə yolunu aza...
Əgər bir dil söyləsə doğrunu açıq-aşkar,
Gizlincə susdurarlar, gəlməz səsi-harayı.
Nə yola gətirər ki, bilmirəm onu bir də
Belə səssiz-səmirsiz bir ölümdən savayı...
Sonsuz bir vadi et qəlbimi,
Allah! Suya qərq eləsin o, dörd bir yanı...
İnancdır, inanc mənim könül vadimin adı!
Onun kökü ümiddir, məhəbbətdir, səbirdir!
Havası da ixlasdır, vəfadır, doğruluqdur...
Sübhə səhralarında, əbədiyyət uğrunda,
Düşüncələrim bir gün hədər gedərsə, onda
Yorğun-yorğun, amma ki yenə ümid içində
Diz çökərlər qəlbimdə yenə tövbə edərək...
Əgər bir gün düşərsə ümidim bu yollara,
Həyat keşməkeşində çaşıb azsa yolundan,
Onda susuzluğunu yatırmaq üçün içər
Qəlbimdə hey çağlayan o iman bulağından...
Allahım, sən tut mənim ümidimin qolundan...
İman üz çevirərsə, ümid ölərsə bir gün,
Qoy, o zaman bu qəlbim getsin dərin yuxuya,
Yatsın Qiyamətədək - Sur səsi gələnədək,
Yenidən həyat mənim üzümə gülənədək...
1920
Kilsə zənglərinin səsi
Dünən düşüncələrlə yenə qaldım baş-başa,
Tutdu sorğu-suala, dünənə salıb nəzər.
Bu günümdən soruşdu, ümid etdi, bəlkə də
Sirlərimi anlayar, başa düşər bir qədər.
Xəyalımda canlandı ötən günlər birbəbir,
Qanadlandı xəyallar xülyaların dalınca.
Telləri parça-parça, yaralanmış bir qəlbi
Baxıb görsünlər deyə boylandılar qəlbimdən.
Şübhə üfüqlərində şübhəylə olub əlbir
Həyatın agrıları, acıları birbəbir.
Bu telləri toplayıb dəstələyər cavanlar,
Yeni-yeni nəgmələr bəstələyər cavanlar.
Birdən sükut içində titrəyərək qəfildən
Durub ayaq saxladı düşüncə karvanlarım...
Bir səs yardı qəfildən gecənin örtüyünü...
Mən bilməsəm də nədir, qulaqlarım tanıdı:
Nə olar, ey şübhələr, Allah eşqinə, məni
Tərk edin, yalnız qoyun, rahat buraxın bir az!
Bu səs məni çagırır, bu - uşaqlıgın səsi!
Ucalır vadilərdən, Sinnin zirvələrindən...
Dinlə onu, dinlə: danq... yenə dinlə, dinlə: danq!
Dostlara xəbər verin, çagmn siz dostları!
Günəş də yavaş-yavaş qalxır zirvəyə san.
Bu gün bayramdır axı, eşitmirlərmi məgər?
Bayram sahibi bizə səslənir üz tutaraq:
Budur, həmyaşıdlarım gəldilər mənə tərəf
Xoş gəldiniz, dostlarım, bizə verdiniz şərəf.
Tələsirlər insanlar duaya, ibadətə,
Biz isə tələsirik meşəyə, təbiətə.
Bizi salamlayırlar meşədəki agaclar,
Budaqlarda ötüşür, səslənir bizə quşlar,
Çiçəklərsə əl verib bizimlə görüşürlər,
Hamısı bir agızdan "xoş gəldiniz!" - deyirlər...
Üstümüzdən aramla əsir mülayim külək,
O nazənin söyüd də sallanır əyilərək.
O odlu nəfəsiylə dolub üz-gözümüzə,
Qızılı şəfəq saçır yenə də günəş bizə.
Budaqlar da rəqs edir, sevinci aşıb-daşır,
Böcəklər də bizimlə yaman zarafatlaşır.
Vadidən də qayalar, budur, səsləyir bizi,
Zənglərin sədasısa bizi qmayır düzü:
Budur, bax, yaşıdlarım yenə sevinc içində,
Səpələnmiş meşəyə dərdsiz-qəmsiz, qayğısız...
Mən isə sərxoş kimi qalmışam təkbaşına,
Qəlbim sevinc içində rəqs edir, coşur, daşır...
Bir çayın kənarında oturduğum bu anlar,
Bir yanımda çiçəklər, bir yanımda tikanlar...
Bax, mənimdir bu dünya, məndən başqası hanı?
Sanki indi özüməm bu dünyanın sultanı!
Yenə də nəfəsimdə çiçəklərin ətri var,
Başımdasa çağlayan suyun şırıltısından
Bir də zəng səslərinin həzin danqıltısından
Rəqs eləyən kölgələr yaramr yavaş-yavaş...
O kimdir addımlayır alovdan kölgə kimi-
Dolaşır ağacların arasında xəyaltək?
O çaldıqca udunu inildəyir agaclar,
Tellərin gileyindən şikayətçidir onlar.
Endiribdi tacım çiçək də, bir ona bax!
O sabam söyüd isə toplayıb budağın, ah!..
Tellərin üzərindən əsdikcə həzin külək,
Udun da boğazında qalır nəğmə düyüntək...
Söylə mənə, hüzurum, nə oldu sənə, nədən
Qaçır kölgə ordutək, təlatümə gəlmisən?
Meşədə nə vardısa qaçıb gizləndi məndən,
Dostlanım da gizlənmiş, amma bilmirəm nədən?..
Yenə də geri döndü, qayıtdı şəkk-şübhələr,
Həyatın qəm-kədəri, köhnə aalar, dərdlər
Boylandılar qəlbimdən, telləri parça-parça,
Yaralanmış bir qəlbi baxıb görsünlər deyə...
Bu telləri toplayıb dəstələyər cavanlar,
Yeni-yeni nəğmələr bəstələyər cavanlar.
1920
Yol
Bir qızmar səhrada yolunu azmış
Əsgərlər kimiyik, dinlə, ey oğlum!
Geri qayıtmaqdır bircə arzumuz,
Amma unutmuşuq, harda yolumuz...
Düşüb izə, səpələndik səhraya,
Yolu xəbər aldıq qızmar günəşdən.
Gah orda, gah burda iz axtararaq,
Hətta kömək umduq daşdan-kəsəkdən.
Bir ömür keçəcək bu axtarışda,
Qurtuluş yolunun başqa yerdə yox,
Yalnız içimizdə var olduğunu
Nəhayət, anlayıb dərk edənədək...
Amma o vaxtadək sanki sürgünük
Acılar, əzablar çəkəcəyik biz,
Yoxuşlar, enişlər dolaşacagıq,
Yenə keşməkeşlər yaşayacagıq...
Nə qədər o yolla görüşməmişik,
Hələ çatmamışıq arzuya-kama,
Gecələr azacıq sakitlik tapıb
Səhər açılanda oyanacagıq...
1921
Xəzan yarpaqları
Səpələnin! Səpələnin,
Ev gözlərin sevinci!
Günəşin rəqs etdiyi təpə!
By Ayın yellənçəyi!
Hər gecənin nəğməsi,
Səhərin zümzüməsi!
Sən, ey qarmaqarışıq
Düşüncələrin rəmzi!
Sən, ey mənim üsyankar,
Asi ruhumun şəkli!
Sən, ey keçmişdə qalan
Əsalət xatirəsi!
Bağışlamışdır daha,
Bilin, o agac sizi!
Səpələnin! Səpələnin!
Bərk-bərk qucaqlayın siz
Keçmişin kölgəsini!
Qoy, doysun gözləriniz
Səmanın rənglərindən.
Heyif! Heyif ki, artıq
Gedənlər dönməyəcək...
Yaşıdınla, dostunla
Vidalaşandan sonra,
Gedin titrək bir qəlblə
Səyyarə karvanında.
Qucaqlaşm! Qucaqlaşm!
Gedin öz yolunuzla,
Budaqları, rüzgarı,
Ya da ki buludları
Qınamayın siz, əsla!
Nə faydası onlardan
Axı cavab umasan?..
Möcüzələrlə dolu,
Zaman özü - möcüzə!
Həm də dərddən, bəladan,
Xəbər gətirər bizə...
Nə qədər istək bogub,
Eşitməz haraylan...
Gedin siz! Qınamayın!
Gedin siz! Dönün bir də
Bu torpagın qoynuna.
Təzələnsin yenidən
Əhdiniz, peymanınız.
Unudun, dönməz daha
Solan gözəlliyiniz...
Sizdən əvvəl nə qədər
Açıb-soldu gül-çiçək...
Olanlardan qorxmayın!
Qınamayın qədəri!
Kim itirib cövhərin,
Tapacaq onu bir də -
Həmin o cövhər ilə
Rastlaşacaq qəbirdə.
Qayıdın! Torpağın qoynuna dönün!