Biri vardı , biri yoxdu,
Vasif vardı , İpək vardı,
Sevdalanıb bir-birinə
Onlar xoşbəxt yuva qurdu.
İki məkək bəxş elədi,
Haqq dərgahı bu cütlüyə,
Mutlu oldu, xoşbəxt oldu
Yaradana şükür deyə.
Saf qandandı bu mələklər,
Sevimliydi, dadlı idi,
Yanaqları nur içində,
Ürəkləri odlu idi.
Cox çəkmədi bu mutluluq ,
Ata bağlandı yatağa,
Sınaqların ağır şərti
Möhür vurdu vaxta-çağa.
Ata xəstə,əlacsızdır,
Ana haqsız-hüquqsuzdur,
Uca yaradan önündə,
Onların hansı suçsuzdur?
Ananın öz adamları
Alıb apardılar onu,
Canından qopmuş canlardan
Belə qopardılar onu.
Ağır sınaq boy vermədi,
Dörd ürəyə dörd dağ vurdu,
Bayquş oldu bu ocağa
Qoydu xaraba bu yurdu.
Gül sifətli, nur çöhrəli,
Nağılcıqlar nağılsız,
Belə sınaqla sınayan
Fələk özü ağılsız.
Yükmü oldu iki körpə
Qohum-qardaş sizlər üçün,
Yüklendiniz düşunmədən
Bir vəbalın ağır suçun
Hər bir paydan iki qaşıq.
Ayırsanız, olmazdımı?
Hər əkməkdən iki tikə?
Qoparsanız, olmazdımı?
“Kəşf” etdilər asan yolu,
Buraxdılar ”karakola”,
Dövlət bilsin, onlar bilsin!-
İş verildi belə yola.
Vicdanları sızlamadan
Silib damaq dadlarını,
Dəyişdilər Yusiflərin
Ata-ana adlarını.
Qoymadılar əl geriyə,
Bağladılar yolu-izi,
Dikdilər bağlı yollara
Uzun illər onlar gözü
Geri dönən yol qapandı,
Zaman acı, tale acı,
Yusif oldu, Yaqub oldu
Yusif üzlü qardaş-bacı.
Bu medalın bir üzüydü,
Nələr vardı o üzündə?
İki ayrı cütlüyündə
Övlad tütrdü gözündə.
Müzəyyənə söz verənlər
Övladını verənmədi,
Övlad elə şirindi ki,
Yanan qəlbi gorenmədi.
Ürəyini kökəmişdi,
İçin-için sızlamışdi,
Eşq-məhəbbət verəcəyi
Bir yavrucuq gözləmişdi.
Yaradanın rizası yox,
Necə gülərdi qucaği?
Yaradan Fatih demişdi,
O nurlatdı bu ocağı.
Bu məhəbbət saray idi ,
Bir sehirli qəsr idi,
Gözlədiyi şahzadəyə
Can-könüldən əsir idi
Sən kimsən ki, mən kiməm ki,
Qəlbimizə həmdəm seçək?
Butasını verən verir,
O badəni gərək içək!
Övlad eşqi yandırmada
Müzəyyənin varlığını,
Gərək indi söndürəydi
Od-alovun bu dağını.
Tutdu Haqqın ətəyindən ,
Getdi körpələr evinə,
Tale onu rast gətirdi
Mələk qəlbli eşq divinə
Haqqın nurun üzündəydi,
Od-alovu gözündəydi,
Başqa bətndən doğsa da,
Müzəyyənin özündəydi.
Ər Səatdət , oğul Fatih,
Bu qadını fəth etdilər,
Üçü bir canda birləşib
Mətləblərinə yetdilər.
Şükür qondu dillərinə,
Qəbul oldu duaları,
Apardılar evlərinə,
Nurla doldu yuvaları.
İndi körpə səsi gəlir
Ona həsrət bu ocaqdan,
Şirin-şaqraq gülüşləri
Əksin verir hər bucaqdan.
Səxavətlə yedizdirir,
Məhəbbətlə içizdirir,
Tutub körpə əllərindən
Addım-addın o gəzdirir.
Eşq içirir o, ruhuna,
Eşqin sarır körpə cana ,
Eşq- məhəbbətin zirvəsi,
Eşq ustadı dedim ona.
Müzəyyən ana məkəbi,
Ana elminin ustadı,
Analiğa naxış vurdu
Bu ananın nurlu adı
Biri vardi,biri yoxdu,
Ürəklərdə bir dan vardı,
Yusif ikən Yaqub olan
Axı bir də sultan vardı?..
Qoparıldı öz bağından,
Eşq yurduna düşdü bir an ,
Allı-güllü ürəklərə
Sultan oldu bu şah fidan.
Bəsləndi o, sevgi ilə,
Məhəbbətlə əzizləndi,
Hər kəlməsi üzərinə
Milyon – milyon “can”lar endi.
Atanların ürəyinə,
Yaradanın işinə bax,
Ana eşqin yaddan alan
Fələyin gərdişinə bax...
Nur könüllü,halal qanlı
Sultan qız da sultan oldu,
Dildə dua, əldə “Quran”,
Qəlbi hər vaxt nurdan oldu.
Bəlkə,elə bu dualar
Qorudu ata-ananı,
Sağ saxladı indiyədək,
Gəlsin-çatsın hesab anı.
Səkkiz yaşda itirdi qız
Onu böyüdən ananı,
Peyğəmbərin qızı kimi
Fatma ürəkli Fatmanı.
Taleyində varmış onun
Övlad olmaq üç anaya,
Bəxti yazan yazır belə,
Bizlər quluq uca göyə.
Təzə ana qardaş verdi,
Sevindi o, güldü üzü,
Boyun əyib taleyinə
Yola verdi qışı-yazı.
Yenə,yenə Yaqub kimi
Soraqladı Yusifini,
Gözlədi bir həsrət ilə
Gəlib çatan böyük günü.
Hər gördüyün qardaşımmı ?
Hər gördüyün, o, bacımmı ?
Hər gördüyün oğlan-qıza:
- Bu dərdimə əlacımmı?!
Belə həyat, ömür olar?
Çəkil dara intizarda...
Gəncliyini yaşamadan
Ürəyə vur belə yara?..
-Qırıl , tilsim! Qırılmadı!
- Açıl, qapı! Açılmadı!
Ümid öldü, güllər soldu...
Gömdü qəlbə o, üç adı...
İki Yaqub, iki Yusif
Son ümidi itirdilər,
Bağlı qoyub qapıları
Axtarışı bitirdilər.
Ümid qaldı tək Allaha,
Nə edərsə,gözəl edər,
O istəsə duman-çiskin
Arzuladan qalxar- gedər.
Ümidlərin itən günü
Yaradan girdi araya,
Əli üstə əl olmayan
Məlhəm çəkdi bu yaraya.
-Əsra abla , dedi- gəldi,
Fatih çıxdı bu yayına ,
Ürəyinin dərdlərini
Bircə bircə açdı ona.
Simurq quşu oldu Əsra,
Sirkələdi yatmış vaxtı,
Harayladı keçmışləri,
Oyandırdı yatmış baxtı.
Taleyinə qarlar yağmış
Ata sağmış,ana sağmış...
Arxasında Yusiflərin
Geniş- geniş ailə varmış...
Biri varmış,biri yoxmuş,
Bu nağılda yox yoxuymuş,
Yox olanın hamısı varmış!
Yox olan tək insaflarmış...
Uçub gəldi yoxlar bir-bir
Simurq quşu qanadında
Əfsanələr gerçək oldu
Fatihlə Sultan adında.
Sultandan bir xəbər yoxdu,
Dastan hələ yarımçıqdı,
Həyəcanlar ürəkləri
Bir dəfə də belə sıxdı.
Kökləndilər bir diləyə,
Yar axtaran yar unutdu,
Gözlədilər xoş xəbəri,
Könüllər Sultanı tutdu.
Tapıldı dedilər Sultan,
Coşdu-daşdı könüldə qan,
Müzəyyənin,Fatihinin
Ürəyində parladı dan!
Sevinclərin ən ucası,
Fərəhlərin ən alisi,
Könüllərdə cövlan etdi
Mutluluğun eşq dəlisi.
Müzəyyənin şükürləri,
Fatihinin göz yaşları
Əritməzmi daşa dönən
Daş qəlblərdə o daşları?!
Fatihinin öz canından,
Öz qanından bir olanı
Arayırdı-axtarırdı,
İstəyirdi tapsın onu.
Kürəyini söykəməyə
Etibarlı dağ istərdi,
Balasının axrasını
Güvəncəli,sağ istərdi.
Sultan gəldi sultan kimi,
Fatih ona VƏTƏN dedi,
Qucalaşdı bacı-qardaş,
Göz yaşları Sultan dedi.
Vətən dedi o, bacıya,
Vətən məlhəm hər aciya,
Vətən,millət ürəyində
Qalxdi onlar lap ucaya.
Vətənsizmiş Fatih , demə,
Bacı ona Vətən oldu,
“Vətən”inin ürəyində
Birləşib bir bədən oldu.
Öz canını tapdı onlar,
Öz qanını tapdı onlar,
Həsrətini qovub qəlbdən
Cananını tapdı onlar.
İki Yaqub,iki Yusif
Qovuşdular bir birinə,
Milyonlarin duasıyla
Yetdi dilekler yerinə.
Beş dövləti,bir milləti
Göz yaşına boğdu onlar,
Beş dövlətin, bir millətin
Qəlb evindən doğdu onlar!
Milyonları ovsunlayıb
Urəyinə girdi onlar,
Milyonlara,milyardlara
İbrət dərsi verdi onlar!