Qiyam başlayandan bəri evdən çıxmırdım. Hadisələri otağımın bir divarı boyda olan monitordan izləyirdim. Küçələrdə quraşdırılmış üç yüz altmış beş dərəcə çəkə bilən obyektivlərlə hər tərəfi aydın görürdüm. Fikirləşirdim ki, bu hadisələr haqqında kimsə düşünməlidi, gələcəyin xətrinə yazmalıdı. Mən də bütün bunları qəzetlər üçün yazırdım və evdən çölə çıxmadan da pul qazana bilirdim.
O vaxtdan bəri ilk dəfə küçəyə çıxdım. Qiyamın kəskin qoxusu nəfəs yoluma doldu. Texnologiyanın inkişafı kütləvi etirazları dağıtmaq üçün polislərin əvvəllər istifadə etdikləri bibər qazını iki yüz ilin eksponatına çevirmişdi. Amma planetin yeni çağrılmamış qonaqları üçün müəyyən qədər keçmişin təcrübəsinə məcburən əl atmışdılar. Çünki maq nit dalğaları, şüuru zəiflədən, beyinin müəyyən hissələrinə təsir edən kapsulalar keplərə təsir etmirdi. Deyirdilər ki, güclü telepatik qabiliyyətləri var və onlara qarşı düşünülən hücum planlarını əv əlcədən bilib, tədbir görürlər. Bircə bibər qazını həzm edə bilmirdilər.
Keplərin niyə qiyam qaldırdığını yaxşı bilməniz üçün gərək sizə onların hekayəsini danışım.
Bir əsr öncə insanlıq tarixinin qeyri-adi hadisələrindən biri gerçəkləşdi. UFO-ların hələ bir əfsanə olduğu zaman idi. Əvvəllər iddia edildiyi kimi qlobal istiləşmə həyatımızı çəhənnəmə çevirəcək dərəcəyə hələ çatmamışdı.
Bir neçə böyük müharibəni və onun sonrakı təsirini saymasaq, həyat adiliyi ilə davam edirdi. Amma bir gün insanlar gecədən sabaha çıxanda o məxluqlarla qarşılaşdılar. Özü də bir-iki nəfərilə deyil, miyonlarla yad məxluqlarla. Sən demə, “Kep” adıyla tanınan bu məxluqlar tükənməkdə olan Keplər-222 adlı bir planetdən Yerə keçid ediblər. “Keçid” sözünü təsadüfi demirəm. Keplər qara dəliklərdə yüzlərcə işıq ilini az bir məsafədə qət edib bizim qalaktikaya keçib, ordan da yerə gəlmişdilər. Bununla da başqa planetlərdəki həyat haqqında gedən mübahisələrə birdəfəlik son qoyuldu.
Qısa boylu, qəhvəyi dərili, iri gözlü və dimdik burunlu bu varlıqların dörd qolu olmağına baxmayaraq, insana bənzəyirdilər. Bu, yaxın zamanlarda yerə gələn yad çisimlər haqqındakı xəbərlərin ən dəhşətlisi idi.
Keplər Türkiyə sərhədini keçmişdi. Minlərlə öləni saymasaq, kifayət qədər kep ölkəyə daxil olmuşdu. Vəhşi olmayan bu varlıqların, onsuz da, insanlıq qarşısında elə bir şansı yox idi.
Amma belə varlıqlarla ilk dəfə qarşılaşanlar qorxudan çaşqınlıq içində oldular. Keplər-222 günəşin udduğu bir planetdi. Kəşf olun sa da, haqqında heç bir informasiya yayılmamışdı. Keplər-222-yə həyat verən ulduzdakı hidrogen partlayışları artmışdı və ulduz ölümə gedən zamanın başındaydı. Amma öz ölümündən əvvəl Keplər-222-yə üfürdüyü həyat nəfəsi kəsiləcəkdi. Günəşin istisi arta bildikcə artmış və planetdə həyat cəhənnəmə dönmüşdü. Keplər günəşin işğal etdiyi yer üzündən qaçıb torpağın altına sığındılar. Milyon illərlə yaratdıqları hər şey başlarının üstündə əriyirdi.
Keplər başa düşürdülər ki, sonsuza qədər torpağın altında yaşamaq mümkün deyil. Adi insan kimi onların da ağ ciyərləri var idi və oksigenlə nəfəs alırdılar. Ancaq Keplər-222 - də oksigen tükənirdi və onlar gələcəkdəki aqibətlərini artıq bilirdilər. Onlara məlum idi ki, getdikcə günəşin təsiri daha da artacaq və hər şey kül olub sovrulacaq. Həyat izləri tamamən silinəcək. Fəqət Kep əhalisi tamamən məhv olma mışdan gözlənilməz bir hadisə baş verdi. Dünyamızla Keplər-222 arasında bir tunel peyda oldu. Sağ qalmış keplər planetlərindən qaçaraq bizim meşələrə, şəhərlərə, küçələrə evlərimizin damına yerləşdilər. Üstümüzə yağış kimi yağdılar.
Onların üzərində aparılan araşdırmalardan, zəhlətökən sorğu-suallardan, verilən işgəncələrdən sonra bu keçidin necə baş verdiyi, bura necə və nə məqsədlə gəldikləri məlum olmuşdu. Keçid anını heç biri xatırlamırdı, o anlar beyin lərindən sadəcə silinmişdi.
Keplərlə yaşamağımızın tarixcəsi, onların hekayəsi budur. Təbii ki, sonralar insanlıq tarixi çox maraqlı hadisələrə şahid oldu. Keplər yaşayan ölkələr öz demokratiyasına uyğun olaraq məxluqlara bəzi hüquqlar verdi. Onlar üçün şəhər salındı, xəstəxanalar tikildi, təhsil ocaqları quruldu. Dörd əlli olmaları keplərin hər işin öhdəsindən gələcəklərinə inam yaratmışdı. Beləcə yeni bir işci sinfi törəmişdi. Küləyin yaydığı bibər qazı mənə də təsir edirdi. Qoruyucu eynəyimi taxdım və mini
hava filtirini burnumun dəliklərinə tıxadım. Bir necə kepin hündür binanın divarlarıyla yuxarı dırmaşdığını gördüm. Həm çox cəld idilər, həm də dırmaşmağı yaxşı bacarırdılar.
Polislərin onlarla yerdəki mücadilələri çox vaxt nəticəsiz olduğundan havadan təsir göstərməyə çalışırdılar.
Qiyam iki həftədi davam edir. Bir dəfə dostum demişdi: “Dövlət həmişə qazanır. Bir müddətdən sonra hər şey unudulacaq ”. Mən nə keplərin, nə də dövlətin tərə fin dəy - yişən, ölçüsü dəyişdirilən, varlıq və yoxluq arasında gedib-gələn bizik. Tarix bəzi şeyləri əsla Hadisələr keplərin sıx yaşadığı yerlərdən birinin gözlənilməz şəkildə yüksək dəyər lənməsiylə başladı. Bəzi mühüm şəxslərin təklifinə əsasən rəhbərlərin həmin yeri qiymətləndirməsi, fitilə od vurmaq oldu. Amma tarixdən xəbəri olan adamlar bilir ki, keplərin qiyamlarının əsas səbəbi bu deyildi. Əslində onların qiyamları göz lənilməz hadisədi. Hirsdən, öfkədən cəsarət doğar. Suyun daşacağı an əvvəl-axır gəlməliydi, gəldi.
Hələ də gəzirdim. Barrikada qurulmuş yollar boz dumanlığa bürünmüşdü. Bir sürü kep polis lərdən qaçıb arxa küçələrdə itdi. Mənə ürkək baxan keplərlə tez-tez rastlaşırdım. Bəzi qrupların amansız hücumlarına məruz qaldıqları üçün adam lardan qorxurdular. Buna baxmayaraq, onlara qarşı xoş münasibətdə olduğumu göstərməyə çalışırdım.
Uzun saçlı bir kişi kepin səkinin daşlarını sökdüyünü gördüm. Durub izlədim. Görürdüm ki, barrikada qurmaq üçün daş yığmır, reklam panosunun yerə girmiş dirəyini çıxartmağa çalışır. Əllərindən birində qalın dəmir parçası tutmuşdu. Hiss edəndə ki, onu kənardan izləyirəm, duruxdu və qol-qanadını qırdığı türkcəylə “beynimi təmizləyirəm” dedi. Sonra qaldığı yerdən işinə davam elədi. Çaşıb qalmışdım.
Keplərin bu tərzdə stress atdıqlarını təsəvvür et mirdim.
Bu hadisələrin təsiri məni o qənaətə gətirdi ki, qiyam həyatın və tarixin hər zamanında məlum meyvəni yeməsi, insanın bir qadağasının baş lanğıcıdır.
Şeytanın müqaviməti başqa bir qiyamın nümunəsidir. Dini rəvayətlər, miflər, dastanlar həmişə sərhədlərlə, təzyiqlə, qadağalarla mücadilənin; itaətdən azadlığa çatmaq cəhdi, qəbul olunmuşun etiraza gedişinin təsiriylə doludu. Həyatımızın müəyyən zamanları etirazlarımıza həsr olunur. Hələ uşaqlıqdan istə mədiklərimizə qarşı qəti etirazlar edirik. Nizam qaydalarının ətrafımızdakı görünməz dairələri
bəzən səbrimizi daşırır. Odur ki, etiraz etmək, itaət etmək qədər adidir. Etiraz hər canlının təbiətində var. Sonsuz kainatda yaşayan hər can lı nəyəsə etiraz edir.
Şəhər meydanını ovcumun içində görə bilə cəyim yerə çatmışdım. Aşağıda çox böyük qa rı şıqlıq var idi. Polislər nə qədər çalışsalar da, meydanı boşalda bilmirdilər. Keplər hər tə rəfdən axışırdı. Onlara dəstək verən insane qrupları da xeyli idi. Kütlə kepsevərlər və kep düş mənləri olaraq iki yerə ayrılmışdı. Küçələrdə olub-bitənlər sürətlə yayılırdı. Keplər telepatik qa biliyyətlərindən ötürücü mexanizm kimi is -
tifadə edərək son durumu bir-birlərinə ötürür, meydana cəlb edirdilər.
Layihələrə sərmayə yatıran bəzi kepsevər qe yri-qanuni qruplar prosesin gedişatını dəyişə bi ləcək bir cihaz icad etmişdilər. Onun vasitəsilə kep lərin bir-birlərinə ötürdükləri informasiya or taq beyin şəbəkəsinə daxil olurdu. Yaşanan hər hadisə bir şəkildə beynimizə yerləşirdi. Ancaq insanlar aldıqları informasiya kodlarını dəqiqliklə dərk edə bilmirdilər. Onlara çatan dalğalar beyinlərində bir növ xəbər manşetləri kimi qəbul olunurdu. Detalları bilmək üçünsə gə rək sibernetə girələr.
Uzun müddətdir keplərin telepatik qa biliyyət lə rinin qarşısını almaq üçün müxtəlif üsullar ha zır la nır. Bəzi inkişaf etmiş ölkələrdə varlıqların bu qabiliy yətləri sıxış dı rılırdı. Keplər adi insanlar ki mi idi. Zaman-zaman bunun tam əksinə də iş lər görülürdü. Yeni irq yetişdirmək üçün kep ki şi lə rindən istifadə edilməsi insanlar arasında e tiraz lara səbəb olmuşdu. Dinlərin əvvəlki nüfu zu nu itirdiyi bir dönəm olsa da , onlar da buna qarşı çıxırdılar.
Kep lərin bir-birləriylə əlaqələrini kəsmək məq sədiylə dalğaqırıcı siqnallardan istifadə edir dilər. Ancaq onların telepitik dalğaları çox fərq liydi. Ötürücü dalğalarını zəiflətmək olsa da, tamamən kəsə bilmirdilər.
Mən oturub hadisələri seyr edirdim. Meydan qatı tüstüyə bürünmüşdü. Dostumun dediyi kimi, bir gün bu hadisələr mütləq bitəcəkdi. Amma hər qiyamdan sonra mütləq bir yenilik olur. Ən azından düşüncələr, fikirlər, münasibətlər də yi şir.
A şa ğıdakı qarşıdurma birdən dayandı. Polis gös tərdiyi təzyiqləri saxladı. Onların olduğu ye ri aydın görməyə çalışdım. Mövqeyindən geri çəkilən yox idi. Sadəcə olduqları yer də dayan mışdılar. Bu vaxt dəhşətli bir uğultu baş ladı. Başımı qaldırıb göyə baxdım. Səmanın mavi liyində qara nöqtələr gördüm. O qara xallar get dikcə böyüyürdü. Meydana insanlar və keplər top laşıb heyrətlə göyün dərinliyini izləyirdilər.
U çan obyektlər sürətlə yaxınlaşırdı. Onların yay dığı möcüzə gözlə görünürdü. Dəqiqələr irə li lədikcə nöqtələr daha da böyüdü, yerdə həyəcan səsləri yüksəldi.
Gələnlər nəhəg uzay gəmiləri idi...
Meydan bayaqkı durğunluqdan çıxmışdı və ye nidən canlanmışdı. Amma bu dəfə insanlar və keplər qaçaraq aylarla zəbt etmək istədikləri mey danı boşaldırdılar. Başımızın üstündə boğuq səs yayıldı. Hədə və ürküdücü səs ortaq dünya dilində danışırdı. Deyilən sözlər bütün dünyada tələffüz olunurdu.
Bu yad qon aqlar açıq-aşkar mesaj verirdilər: “Planetinizi işğal etdik. Bu an dan etibarən hamı nız Tegari İm peratorluğunun əsiris iniz. Etiraz şansınız yoxdur. Ən kiçik qi y am çoxunuzun ölümüylə cəzalandırılacaq!”
Əsl qiyam indi başlayırdı...
Çevirəni: Vüsal NURU