Cavanşir Yusiflinin təqdimatında
TOMAS TRANSTROMERİN BOYUK MUƏMMASI
HƏYATI
2011-ci il ədəbiyyat uzrə Nobel mukafatı laureatı Tomas Transtromer 15 aprel 1931-ci ildə Stokholmda
anadan olub. Orta məktəbdə, sonra Stokholm Universitetində təhsil alıb. Həkim-psixoloq sənətinə yiyələnib. Gəncliyində həddi-buluğa catmayanlar ucun həbsxanalarda psixoloq kimi calışıb; fəaliyyəti
daha sonra şikəst insanlara qulluqla bağlı olub.
Şeirləri dunyanın 70-dən cox dilinə tərcumə edilib. İlk kitabı 1954-cu ildə, 23 yaşında cap edilib (“17 şeir”). Bu kitabın capından az sonra Avropa və Skandinaviyada onun adı ən muhum şairlərin cərgəsində cəklib. “Transtromer” sozunun mənası onun butun yaradıcılığında guşə daşı rolunu oynayıb.
“Trans” sozunun mənası aydındır (kecid, “mən”dən o taydakı insan – oz, həm də “ekstaz”), “stream” –
axın anlamını bildirir (yəni “şuur axını”, “insanın icindən səssizcə axan cay”, “zaman nəhri”). 2011-
ci ildə ona Nobel mukafatı məhz bu keyfiyyətinə, “coxfunksiyalı, dəruni metaforalarla, gercəkliyi
insanların gozundə yenilədiyinə, dəyişdirdiyinə” gorə verilib. Tomas Transtromerin rəsmi saytında qeyd edilir ki, ... tənqidcilər onun şeirlərini asan anlaşıldığına, uzun İsvec qışının, gozəl İsvec təbiətinin
icindəki mistik ruhu tuta bildiyinə gorə tərifləyib goylərə qaldırırdılar. Onun şeirləri gozlə gorunən
və gorunməyən dunyada bir işıq zolağıdır. Tənqidcilər Tomas haqqında belə yazırdılar. Ancaq onun
poeziyasına daha cox 1990-cı ilin Nobel mukafatcısı Oktavio Pazın sozləri uyğun gəlirdi: “... şeiri oxumaq onu gozlərimizlə dinləməkdir; şeiri dinləmək onu qulaqlarımızla gorməkdir”.
Tomas Transtromerin ailəsi Stokholmun orta təbəqəsinə mənsub idi. Atası - jurnalist, anası - muəllimə idi. Şairin uc yaşının tamamında valideynlər boşanmaq qərarına gəlirlər. Tomas əvvəlcə Sodra Latın orta məktəbinə daxil olur, sonra Stokholm Universitetində psixologiya uzrə bakalavr, magistr və doktorluq dərəcəsini alır. 1956-cı ildə təhsilini başa vurur. Universitet illərində tarix, ədəbiyyat, poeziya və din tarixini fərdi şəkildə oyrənir. 1958-ci ildə dayə kimi fəaliyyət gostərən Monika Bladla evlənir.
1954-cu ildə “17 şeir” toplusu cıxanda bu 23 yaşlı gəncin poetik baxışının təzəliyi və qeyriadiliyi
hamını təəccubləndirir. Bundan sonra hər 4 ildə bir kitabı nəşr edilir. Bu intervala və əsasən də, digər poetik keyfiyyətlərinə omrunun sonuna qədər sadiq qalır. O keyfiyyətlərdən ən onəmlisi sozlə mocuzə yaratmaq bacarığı idi.
Ədəbiyyatda istənilən muhum hadisə səbəbsiz meydana gəlmir. Burada iki anlam əsas goturulə bilər: 1) dovrun poetik pafosuna qarşı cıxma; 2) ədəbi bioqrafiyasında gizlənən mistik ruhu tam şəkildə ifadə etmək. Bəli, Tomas Transtromer yaradıcılığa başlayanda İsvec modernist şairlərinin dili qəliz və daha cox qəsdən duşunulub qurulan bir modelə sarı addımlayırdı. Transtromer bu gercəyi bildiyindən, daha sadə uslubda yazmaq qərarına gəldi, elə bir dildə ki, bu, hansısa “izm”in yox, onun oz dili olsun, onun daxili dunyasına və dunyaduyumuna tən gəlsin. Həm də: inanılmaz dərəcədə sadə yazı tərzinə yiyələnmə. Nəticədə elə bir hadisə yarandı ki, İsvec poeziyası ucun son dərəcə orijinal və gozlənilməz sayıla bilərdi. İsvec tənqidcisi bu barədə belə yazacaqdı: “… Transtromer hər birimizin gundəlik həyatımızda daşıdığımız ic və zahiri dunyanın dualizmindən yazdı, onun gercəklikdən tutduğu cox kicik məqamlar magik qavrayışın pəncərələrini taybatay acdı…”. Bu mətnlərdə dunyanın dərki qeyri-adidir, insan dunyanın butun olar-olmazlarından silkindikdən sonra ağlına ilk nə gəlirsə, bu mətnlərdə o gizli duyğuların kolgəsi əksini tapırdı. Tomas Transtromer psixoloq idi, son dərəcə, ifrat həssas bir insan idi, bəlkə də bu səbəbdən 90-cı illərdə onu iflic vurur, sağ əlini və danışmaq qabiliyyətini itirir (yenə həm də:
ədəbiyyatda boyuk uğurlar qazanmaq ucun nələrisə qurban vermək qacılmaz şərtdir, bu nəhrə girdinmi,
omrunu itirirsən, A.Kamunun dediyi kimi, zənginləşmək xətrinə əsər səni son nəfəsinə qədər tukədir! ). Tənqidcilər onun şeirlərindəki “tizfəhmliyi” psixoloq sənətiylə bağlayırlar, ancaq, fikrimizcə, butun məsələ onun şairliyi ilə bağlı idi; ilahi sirr – bunun acımını yalnız onun poetik mətnlərindən
duya bilərik.
Tomas Transtromerin bir şair kimi dunyaya acılışı kecən əsrin 60-cı illərindən başlayır. 1964-cu ildə Amerika yazıcısı Robert Blayla tanış olur.
Məktublaşırlar. Sonra goruşurlər. Blayla aralarındakı ruhi yaxınlıq ingilis dilində Transtromerin duzgun
anlaşılmasında əsas rol oynayır, elə buna gorə onların əməkdaşlığı Transtromerin vəfat etdiyi 2015-ci ilə qədər davam edir. Biz Transtromerin ingilis dilinə muxtəlif tərcuməcilərin etdikləri mətnləri diqqətlə tutuşdurduq, Blay, doğrudan da, bu sahədə danılmaz uğurlar qazanıb. Onun fransız dilinə cevrilən əsərlərinin bir qismi elə Blayın tərcumələrinə əsaslanıb. Muəyyən qismi isə birbaşa isvec dilindən edilib.
Tomas Transtromer olkəsinin və poetik dunyanın (Avropanın) ən nufuzlu mukafatlarını alır. Bunların
arasında Avropa qitəsinin ən boyuk mukafatı olan Petrarka mukafatının (1981) və Albert Bonnier
Forloq (1983) mukafatının adını cəkmək olar.
Tomas Transtromer dunyaya sirli və şəffaf metaforaların icindən baxırdı. Onun nəsri də şeirləri qədər təsirli və duşundurucudur. 1993-cu ildə yazdığı “Xatirələr məni gorur” avtobioqrafik əsəri cox məşhurdur.
DİLİN O TAYINDAKI DİL
Bəli, 90-cı illərdə həyatında baş verən məşum hadisə nəticəsində Transtromer… yaza bilməməkcun
qolunu, sonsuza qədər susa bilmək ucun nitqini itirmişdi. Kicik mətnlərində mocuzə gostərmək qabiliyyətinə malik olan mistik şairin başına məhz bu hadisə gələ bilərdi. Onun butun mətnlərində bu
“kecid halı” – bir dunyadan digərinə, ozu də torpaqlarında ayaq izi olmayan, cayın ufuqlərdən
axdığı (bu metafora Transtromerə məxsusdu!) bir dunyaya kecid muşahidə edilir. Məsələn, 1996-cı ildə yazırdı:
Solğun bir işıq
Ust-başıma sıcradı.
Qışda gun donumu.
Buz təbilləri cingildədi,
Gozlərimi yumdum.
Lal dunya.
Olulərin gizlində sərhədi kecdiyi
Cat yeri...
Bu cat yeri əslində onun qəlbindən o sirli dunyaya acılan pəncərə idi. Transtromerin belə bir şeiri də var: “Zone limitrophe”, yəni qonşu, sərhəd zonası (yaxud bir-birinin icinə kecib qarışan ərazilər...). Transtromerin, uzdən sakit gorunsə də, daxildən təlatumlu həyatı bu kecid zonasında yaşanıb.
Onun obraz və metaforalarının qəribə (məhz qəribə!) xassəsi var, dil nə qədər sadə, ifadə tərzi nə qədər
minimallığa can atsa da, mətndə metaforaların cızdığı “sxem” onun dunyanın az qala butun istiqamətlərinə şaxələnməsini şərtləndirirdi və nəticədə nə alınırdı? Yerlə goyu birləşdirən, aralarında
daxili, yaxud semantik bağı olmayan nəsnələrdən horulmuş “goruntu” həmişə qəribə bir duman icində
suzur, mənanın bir yerdə dayanıb gorunməsini yox, onun məhz batıb-cıxmasını şərtləndirirdi. Bu isə oz
novbəsində o deməkdir ki, obraz (əşya) batıbcıxdıqca təkcə ozunu deyil, həm də ondan cox-cox
uzaqlarda movcud olan, insanın qulağına uğultu kimi gələn mənaları yerindən oynadır, onlara işarə
edir və beləliklə şeirdə bir “metaforik anlaşılmazlıq” aurası yaranıb formalaşırdı. Obraz və metaforaların
coxluğu yox, əksinə, bir metaforanın boyuk bir ərazini tutması adını cəkdiyimiz “donuşluq” anlamının
cərcivəsini genişləndirirdi. Bəzi poetik numunələrdə (umumən poeziyada) şeirin boyuna (əyninə) bicilən
konstruksiya elə qəliz və murəkkəb xarakterdə cıxış edir ki, onun ifadəsi ucun sadə bir formul tapıldıqda
bu konstruksiyanın əslində mətnə, mənaya ağırlıq gətirdiyini anlayırsan və bu gozəl niyyətlə yazılmış
şeirin uduzduğuna şubhən qalmır. Transtromer isə o dovrun əksər şairlərindən fərqli olaraq minimalist
ifadə tərzini secir...
Transtromer sozun bitdiyi, sukuta cevrildiyi məqamda yazır. Yaxud bu məqamdan yazır. Bunu bilmək vacibdir. Məhz bu səbəbdən onun şeirlərində sual işarəsi olmasa belə, hər şey bu işarənin
dikəlməsinə, mətndə cavab imkanlarının hecə endirilməsinə xidmət edirdi. Tomas Transtromeri oxuyanda bir şeyi kəskin şəkildə hiss edirsən: şeiri ikinci adam yazır, o sənə muəyyən fikirləri nəql edir, sən sadəcə naqilsən, oturucusən, bəs bunun mənası nədir, deyə soruşulsa, cavabında həmən şeiri bir də oxumalısan, Transtromer şeirə muəmma kimi baxırdı və onunla hansısa sirrin və mənanın acılmasına cəhd eləmirdi, cunki buna ehtiyac yoxdu, şeir real dunyanın sərhədini adlamaq anlamına gəlirdi, burada cavablardan cox suallar onəm daşıyırdı, bu cavablar omur boyu tapılır və qeyb olurdu, cunki dalbadal, aramsız şəkildə yaranan mənalar “dunyanı vasitəli sual altına almaq” mənasını gudurdu.
SƏSSİZ NOBELCİ
2011-ci ilin Nobel mukafatcısı Tomas Transtromerin
adından Monika Transtromerin cıxışı
Hormətli cənablar!
Hormətli Kral həzrətləri!
Zati-aliləri!
Xanımlar və cənablar!
DOSTLAR!
Ərim Tomas Transtromerin adından sizing bilməyinizi istərdim ki, o, Nobel mukafatını almaqdan
necə şərəf duyur və bura necə boyuk həyəcanla gəlib.
Sağ ol, İsvec Akademiyası.
Cəsarətinizə və təqdimatınıza gorə cox sağ olun.
Cox cuzi əməkhaqqı muqabilində tər tokub vicdanla calışan tərcuməcilərə xususi təşəkkurlər.
Gercəyə can atma və işinizə bir belə bağlılıq bizi həyəcanlandırır.
Poeziyanı başqa bir dilə cevirməyin bu dunyada bircə səbəbi ola bilər, o da, şubhəsiz ki, məhəbbətdir.
16 yaşı olanda Tomas da tay-tuşları kimi yazmağa başladı.
Dərslər yorucu, cətin olduğu zaman onlar birbirlərinə muxtəlif qeyd və şeir parcalarını otururmuşlər.
“Necə gəldi, nə gəldi yazmaqda məqsəd nə idi, gorəsən?” – uzun illərdən sonra Tomas yazırdı.
“Bu, şairliyin, şair olmağın fundamental prinsipi imiş.”
Həyatın dərsləri hec zaman bitmir, bəzən bunu hec hiss etmirik belə. Bir-birimizə insanı ozundən cıxaran qeydlər gondərərdik”. Sonda mən Tomasın bir şeirini ingilis və isvec
dilində oxumaq istərdim:
79-CU İLİN MART AYI
Dilindən soz daşan adamlardan bezdik,
lal sozlər, dilsiz sozlər...
Beşikdən məzaracan qarla ortulu adaya gedirəm,
Vəhşi təbiətin nə dili, nə sozu var.
Ağ səhifələr hər tərəfə səpilib!
Qar ustundə qarşıma cuyur izləri cıxır,
Qəfildən,
Dil var, sozsə yox....
Tomas Transtromer
Şeirlər
KƏDƏRLİ ACIQCA
I
Siyahı tamam, gələcək şubhəli, yəni gəlməyəcək
Boğazımızdakı kəndir eyni nəqaratı otur, yavaşca.
Yellənir. Dənizə qar duşur, qurğuşun kimi. Korpudə
kolgələr. Və qılınc doyuşu.
II
Həyatın tən ortasında olur ki, olum gəlir, bizə don
bicməyə. Bu goruş
Unudulur, həyatsa davam edir. Ancaq bizdən xəbərsiz,
Əlinə iynə bata-bata yaxasız koynək tikir hər birimizə.
1983
OLUMDƏN SONRA
Əvvəlcə zərbə.
Ozundən sonra uzun bir quyruqlu ulduz axışı
bizi icinə alıb həbs etdi. TV-dəki kadrlar qara bələndi
Telefon xətlərinin ustunə soyuq damcılar duşdu.
Qış gunəşinin altında hələ xizəkdə suruşə bilərik yavaşca
bir-iki yarpağın ilişdiyi kol-kosun arasıyla.
Onlar kohnə telefon dəftərindən cırılmış vərəqlərə bənzər -
soyuq gəmirib adları.
Urək doyuntusunu eşitmək gozəldi, ancaq bəzən kolgə
səndən daha real gorunər.
Samuray vecsiz-vecsiz baxır
zirehli əjdaha libasıyla...
1966
DAĞDAN
Dağlardayam, korfəzə baxıram.
Qayıqlar yayın ovcunda ləpələnir.
Yuxuda durub gəzən adamlarıq biz. Aydan axına qədər≫, -
Ağ yelkənlər mənə bunu deyirdi.
Biz yuxu evində azıb qalmışıq.
Qapıları astaca aralasaq,
Azadlığa soykənərik, -
Ağ yelkənlər mənə belə deyərdi.
Bir gun dunyada arzuların itdiyini gordum,
Eyni yolu gedirdilər- eyni donanma altında
Hərəmiz bir yerə səpələnmişik. Eyni yolun yolcuları, -
Ağ yelkənlər mənə belə deyirdi.
DAŞLAR
Atdığımız daşların duşduyunu eşidirəm,
Tappp…
səsini eşidirəm illərin arxasından.
Məqamın ixtiyari hərəkətləri
Dərəyə doğru ucur
Bir ağacın başından o birinə səs salaraq, sakitləşib
İndilərin ələ duşməyən havasında, bir dağın zirvəsindən
O birinə qaranquşlar kimi ucub
Ən uca zirvəyə,
yetişənəcən -
varlığın sərhədinə.
Orda… addımlarımız
Daş kimi duşmur
Başqa bir yer uzunə…
ELEGİYA
Birinci qapını acıram.
Gunəşə qərq olmuş boyuk bir otaq.
Kucədən ağır bir maşın kecir,
Stolun ustundəki cini qab titrəyir.
İkinci qapını acıram.
Dostlar! Qaranlığı icdiniz ki,
Gorunə biləsiniz.
Ucuncu qapı. Dar bir otel otağı.
Pəncərəsi dalana acılır.
Asfaltda titrəşən fanarlar -
Varlığın qənirsiz tullantıları.
1973
CUTLUK
Onlar işığı və onun ağ kolgəsini sondurdulər.
Qeyb olana qədər bir az cızıldadı
Həb kimi – bir stəkan zulmətdə. Sonra kopuk, ağappaq.
Otelin divarları qara səmanı yarıb kecir.
Sevişdilər, yatdılarsa da,
ən gizlin fikirləri o zaman calandı ki,
iki rəng baş-başa gəlib bir-birinin icində axdı;
Sagird dəftərinə hopan murəkkəb kimi.
Sonra sukut və qaranlıq cokdu. Ancaq bu axşam dunya
Surundukcə surundu. Yağışda islanmış pəncərələriylə.
Evlər də yaxınlaşdı.
İzdihamın icində ciyin-ciyinə durdular gozləntidə,
Sifətində hec bir ifadə olmayan izdihamda...