***
İlkin misra Tanrıdandır,
İkincisi kimindir?
Yazarlar bir qazandır
Hər biri qəhrəmandır.
Hər kəsin haqqı var, yəqin,
Öz sözünü deməyə.
Yuxusuna haram qatan
Can atır şöhrətlənməyə.
Şöhrət də tərs-tərs baxır,
Xatırladır ötkəmə:
İlkin söz Tanrıdandır,
Sözünü boş xərcləmə!
***
Doğma yurddan aralandım
Sütül oğlan çağımda
Atam - məni ötürdü,
Anam da köks ötürdü,
Bu ayrılıq anında:
“Allah amanında!”
Yola çıxdım şir kimi,
Hər işə qadir kimi.
İstəsəm, göyə uçaram,
Biçəmmədim istəyimi...
Ömür yolu - hamar, rahat,
Qət etməyə - dedim - nə var!
Hər bir çayın bənd-bərəsi,
Düz yolu tap, qalma naçar!
Ora-bura vurnuxaraq
əngəl gördüm, yarğan açdım,
yoxuşlara dırmaşaraq
hey süründüm,
heydən düşdüm.
Gah əlləşdim iş başında,
Gah büdrədim axışında,
Yaxşı gördüm, yaman gördüm,
Uçammadım can atsam da,
Yer tapmadım asimanda,
Qayıtdım ata ocağına,
Atamı görə bilmədim daha.
Ağlamsındı yazıq anam,
Köks ötürdü yana-yana:
“Şükür olsun Yaradana!”
Ruscadan çevirdi:
Səyavuş MƏMMƏDZADƏ