* * *
İyirmi yanvarda, o qanlı gündə
Əsarət ipini qırdı şəhidlər.
Hüseyni duruşla qalxıb ayağa
Zilləti izzətlə vurdu şəhidlər.
Şəhidlik – əbədi bir həyat demək,
Şəhidlik – əbədi səadət demək,
Şəhidlik cihaddır –ibadət demək
Səf-səf ibadətə durdu şəhidlər.
“…Onlar diridirlər…”– Quran ayəsi
Şəhidin qanıdır hürlük mayası.
Azadlıq! –məqsədi, amal, qayəsi
Bu yolda canını verdi şəhidlər.
Əsrlərdən bəri o qanlı bayraq
Hay salır, hayqırır dalğalanaraq.
Haqsızın önünü haqla alaraq
Haqqın qalasını qurdu şəhidlər.
Zamanın sahibi (ə.f.) gələydi ey kaş,
Bizləri nökəri biləydi ey kaş,
Yolunda canımız öləydi ey kaş
Necə Kərbəlada öldü şəhidlər.
Zeynəb Zeynəlabdiyeva
* * *
Qəstimizə durdular,
Sinəmizdən vurdular,
Günahsızdıq, qırdılar-
İyirmi yanvar günü!
Geriyə çəkilmədik,
Qorxu nədir bilmədik,
Şəhid olduq-ölmədik –
İyirmi yanvar günü!
Neçə-neçə qəhrəman,
Susduruldu həmin an,
Küçələrdə axdı qan-
İyirmi yanvar günü!
Bəla var başımızda
Dil açdı daşımızda
Qaldı yaddaşımızda
İyirmi yanvar günü
Əli Vəkil
* * *
İçimdə bir mərəz, xəstəliyim var
Od vurub qəlbimə iyirmi yanvar
O qanlı günləri xatırlayanda
Yaş gəlir gözləmdən biixtiyar
Sovet rejiminin sifarişiylə
Qəddar Qorboçovun göstərişiylə
Yerli əhaliyə divan tutuldu
Avtomat, pulemyot atəşi ilə
Atəşə tuş gələn, qoçaqlar da var
Qadınlar, qocalar, uşaqlar da var.
Zirehli tankların çarxları altda
Kəsilmiş ayaqlar,əllər də var
Azadlığın yolunu seçən xalqımız
Şəhadət şərbətin içən xalqimiz
Əlyalın, silahsız ruslara qarşı
Öz şirin canindan keçən xalqimiz.
Nəzər sal Vətənin torpaq, daşına
Nə çox müsibətlər gəlib başına
O keçən günləri unutmaq olmaz
Tarixin həkk olub qan yaddaşina.
Rəşad Həsənli