Əsrin vicdanı Cəmil Mercin 100-illik yubileyinə)
– turk duşuncə həyatının boyuk siması, “torpağı dişləriylə, dırnaqlarıyla qazıyaraq irfanı yerin yeddi qat dərinliyindən cıxaran, səhranın qumlarında qızıl zərrələri arayan” adam, hec hansı “izm”ə bağlanmayıb ozunu “təfəkkur atəşi icində əridən” idrak əzabkeşi, olkəsinin və əsrinin vicdanı, idraklara vurulan zəncirləri qırıb yalanları yox etmək və turk insanını turk insanından ayırmış butun divarları yıxmaq istəyən bənzərsiz intellektual, mə də niy yətlərin dərin bilicisi, başlıca işinin “duşunmək və duşunduklərini cəmiyyətin ix ti yarına vermək olduğunu” soyləyən fikir nəhəngi...
Sevgidən korpu olmaq istəyirdi. Bəlkə bu uzdən nə uşaq oldu, nə gənc. O, daima yaşlıydı... Omrunu duşuncəyə həsr elədi. Әlində dəmir əsa, ayağında dəmir carıq işıq araya araya fran sız duşuncəsindən hind fəlsəfəsinəcən, rus romanından İran şeirinəcən dolaşdı, hər bir duşuncə adamını da sevgi və sayğıyla salamladı, ən nəhayət, yorğun və məmnun halda oz olkə si nin irfanında qərar tutdu... Goz qamaşdıran
Qərb mədəniyyətinin əslində bir fohşiyyat və mustəmləkəcilik olduğunu anlamış, işığı Şərqdə gormuşdu...
Dunya kitabxanalarının qapılarını yurdunun insanlarına acmaq istəyirdi. Konlundən beyninin
butun qırışlarınacan omur boyu kitab aşiqi oldu, kitabın işığında yaşadı. Kitab butun pey ğəm bərlərin mocuzəsidir dedi, kitabı kainata acılan qapı bildi. Fəqət ozu acılmayan bir kitab kimiyidi; kuskun və bicarə... Deyirdi, “əlifbanı bilməyən uşaqlara Qulliver oxuduram”. Hər boyuk adam, qucağında yaşadığı cəmiyyətin necə “ogey ovlad”ıydısa, o da zamanın “bəd ovlad” deyib yiyə durmadığı tənha biriydi.
“O qədər tənhaydı ki, qaranlıqdan İblisin əli uzansa, minnətlə sıxardı”. Haydegger “omru boyu gozlədi ki, biri gələcək və ozu də onunla dərin‐dərin sohbətə başlayacaq. Amma o gəlmədi”. Meric isə insanlara qəlbinin bağ casından cicəklər topladı. Və qucağında “cicəklər qapılarını doydu. Qapılar acılmadı”...
“Duşuncənin goy qurşağını butun rəng ləriylə sevməyi oyrənmiş”di. Konlu gercək incilər dolu ucsuz‐bucaqsız bir ummandı...
İdrakın gucu və imkanının az qala son həddində bir omur yaşadı. İztirabları sevdiklərinin işinə
yaradı. “Viran məbədin qəndillərini nari eşq ilə alışdırsınlar” deyə yaratdığı “Bir dunyanın
eşiyində”, “Bu olkə”, “Umrandan uyqarlığa” və “Mağaradakılar”, “Qırx anbar”, “İşıq Şərqdən
gəlir”, “Kulturdən irfana”, “Jurnal”, “Sosioloji qeydlər və konfranslar”… “insanın ayağını yerdən uzub goylərə qaldıran fırtınalı uslubu”yla turk milli duşuncə tarixinin şah əsər ləridir.
Qələmindən cıxan və turkcənin zirvəsində əbədi qalacaq necə-necə cumləsi duşuncənin urə yə xoş gələn ağrılarından yoğurulub – bil gidən catlayacaq qədər doludur və sozlərin gozlə gorunməz secimindən yaranıb aforizmtək səslənir.
Cəlal BӘYDİLİ
Cəmil MERİC deyir ki...
Bəlli bir səviyyəyə gələn insan ucun insanlıq bir butovdur.
* * *
Bir duşuncə nə qədər bizimkinə bənzəmirsə, bizimkini də o qədər tamamlar. Әn boyuk dostlarımız bizim kimi duşunməyənlərdir.
* * *
Bizlər ki başları eyni kitablara əyilmiş kimsələrik. Bizdən də daha yaxın əqrəba ola bilərmi?!
* * *
Boyuk adamın qədəri but qırmaqdır... Bu butlər bir zaman onun da məbudu olub... və bilir ki, yeni bir dunyanın, daha gozəl bir dunyanın yolunu acmaq ucun bu sevimli oyuncaqları sındırmağa məcburdur...
* * *
Bu məmləkət ucun təhlukəli bir tək insan var: duşuncənin təhlukəli olduğunu soyləyən insan...
* * *
Cəmiyyət ozunə bənzəməyən bir cocuq doğurduğu zaman onu beşiyindəcə boğmağa qalxar...
* * *
Cəza qanunumuzun ilk vəzifəsi insanın icindən şeytanı qovmaqdı. Şeytanı, yəni Prometeyi.
* * *
Cağdaş duşuncənin ən cox sevdiyi movzulardan biri Tanrının olumudur. Nistşedən Sartra qədər yuzlərlə yazar bizi Tanrının dəfn mərasiminə dəvət nəzakəti gostərdi... Tanrı oluncə əxlaqi dəyərlərin başdan başa dəyişməyi şərtdir.
* * *
Coldəkilər ozlərini ağıllı sansın deyə bir suru bina tikib icinə bədbəxt adamları dol durmuş və dəlixana adı vermişik o binalara...
* * *
Dinsizlik irticaların ən bağışlanmazıdır. Әn igid ordunu ən miskin suru halına gətirən vəba.
* * *
Duya bilən insan ucun hər saniyə – ilk doğulandan son can verənəcən butun varlıqların şərqiləriylə doludur...
* * *
Duşuncə birliyi duşunən insanlar arasında olur. İnsanların necədən necəsi duşunur ki?
* * *
Duşuncə dunyasında hec hansı fəth son deyil. Hamımız birər Sizifik…
* * *
Duşuncəyə cazibədarlıq və parlaq bir bicim vermək kicildir duşuncəni. Boyuk yazar icindən gələn səsi olduğu kimi hayqırandır. Kəlmələri işlədərkən avamın xoşuna gəlib gəlməyəcəyini duşunməz.
* * *
Duşunmək ən əvvəl duşunənlərin duşuncələri uzə rin də duşunmək, sonra da onların təsirindən qur tul maqdır…
* * *
Ekzistensializm “Upanişadlar”ı oxuyanların cox dan bəri aşinası olduqları bir aləmdir.
* * *
Elm kecmişlə bağlarımızı qopardığı zaman bizi muqəddəsliklərə bağlayan butun korpuləri də ucurdu...
* * *
Әdəbiyyatı da Paris yaratdı, inqilabı da...
* * *
Әski tanrıların yerini ideologiyalar aldı... hamısı bir biri ilə həmafiyə olan ideologiyalar...
* * *
Faciə ehtirasların insan qəlbindəki carpışmalarını tərənnum edər...
* * *
Fəlsəfə, Әflatuna gorə, heyrətdən doğar. Olkələri atının gedə bildiyi yerlərəcən fəth eləyən bir millətin nə olum qarşısında metafizik qorxuya qapılmaq, nə də heyrətdə qalmaq imkanı vardı…
* * *
Fikir bəzən qayanı da parcalar.
* * *
Fikir də yaşamaq ucun doyuşməyə məcburdur.
* * *
Gunumuzun insanı koklərindən qopmuş bir ağac dır. Həm ozunə yad olub, həm təbiətə…
* * *
Hamımıza gunahdan pay duşur. Bizi illər boyu uyutdular. Kitablar dəccalı Tanrı gostərdi...
* * *
Hec bir namuslu adam Nəmrudun, ya Fironun yanında ola bilməz.
* * *
Hec zaman başqa iqlimlərdə cucərən duşuncələri bir başqa iqlimdə yetişdirə bilmərik...
* * *
Həqiqətə yetdinmi, daha kitablara ehtiyacın qalmaz... Rahatlıq vəhdət sirrinə yetişənindir...
* * *
Hər aydınlığı yanğın sanıb sondurməyə tələsən zavallı insanlarım, qaranlığa o qədər alışmısınız ki, ulduzlar belə rahatsız edir sizi!..
* * *
Hər cəmiyyət bir kitaba soykənir: Ramaya na,.. və ya Quran; Sənin kitabın hansıdır?
* * *
Hər sistem bir Prokrust yatağıdır...
* * *
Hər şey Yaradanın əlindən cıxarkən gozəldir.
* * *
Hər zəfər ən cox da onu haqq etməyən ucun ağır bir yukdur.
* * *
Həyatımızın təməlini təşkil eləyən boyuk kəşflər ən cox da ibtidai cəmiyyətlərin əsəridir. Təsadufən belə olub demək olarmı? Xeyr, təsaduf təkbaşına hec hansı nəticə doğurmaz.
* * *
Himalay qarışla olculməz; Himalay yaxından baxanlar ucun bir təpədir.
* * *
Xristianlaşmadıq, amma icimizdə bir orta əsrlər keşişi yaşayır.
* * *
İmansız və idealsız nəsillər torətdik. Marığa yatmış yabancı ideologiyalar sədləri yıxılan irmaqlar
kimi yayıldı olkəyə.
* * *
İnanan bədbəxtliyindən bəhs edirsə, yalan soyləyir. İnanan ucun bədbəxtlik yoxdur.
* * *
İnanc əsalətlidir. Mədəniyyətlər onun əsəridir.
* * *
İnancı və ibadəti tənzimləməyə qalxışan hər qanun azadlığa təcavuz etmiş olur.
* * *
İndi meymunuq... kim olduğundan utanan, tarixindən, dilindən utanan şuursuz bir yığın
halına gəldik...
* * *
İnsanlıq Tanrıdan vaz kecdiyi gun kədərindən oldu Tanrı. Onunla bərabər insanlıq
da oldu...
* * *
İrfan – duşuncənin butun qutblərini qucaqlayan bir kəlmədir. İrfan – kamala acılan
qapı, əməllə taclanan bir elmdir.
* * *
İrfan əsil nəcabətini itirdi. Hafizəyə caqıl daşı kimi saplanan bilgi qırıntılarına yeni bir
ad tapdıq: kultur.
* * *
İzmlər idrakımıza geydirilən dəli koynəkləridir. Etiba r ları mənşələrindən gəlir.
Hamısı da avropalı.
* * *
Qamusa uzanan əl namusa uzanmışdır.
* * *
Qaranlıqları devirmək və aydınlıq bir cağın qapılarını acmaq ucun ən mukəmməl silah –
Qələm.
* * *
Qəlbi var kitabların... Qəhrini cəkəcəksən kitabın, xidmətində dayanacaqsan.
* * *
Qərbin təhtəlşuurunda Şərq səlib yuruşlərinin xatirəsini daşıyır.
* * *
Qitələri ipək qumaş kimi kəsib bicərdik.Kəllələr damlardı qılınclarımızdan. Bir biz
vardıq cahanda, bir də kafirlər…
* * *
Məfkurə naminə dara cəkilmək olumlərin ən gozəlidir.
* * *
Mən butpərəst deyiləm, kitablara tapın mıram; icə ri sindəki səsdir, icərisindəki işıqdır, icəri sindəki ruh, icəri sindəki cilə, icəri sindəki goz yaşı, icəri sindəki Tanrıdır məni cəkir…
* * *
Mən işıq arayan, aydınlanmaq və aydın latmaq istəyən bir insanam.
* * *
Mənfəət danışmağa başlayan andaca vicdan susar.
* * *
Nisşe haqlıdır. Qanla yazılan yazılar yaşayır.
* * *
Nisşe “Zərduşt”u baqqal şəyirdləri ucun yazmadı.
* * *
Oxucunun başını cinsi bohranları ilə qatmağa hec kimsənin haqqı yoxdur.
* * *
Oz həqiqətlərimizi oz sozlərimizlə anlayıb anlatmaq hər bir namuslu yazıcının vicdan
* * *
Sevə bilmədik, cunki anlaya bilmirdik. İnsan anla madığını necə sevə bilər?!.
* * *
Səhifələrində butov bir millətin nəbzi vurmayan dastan sabahlara səslənə bilməz...
* * *
Sfinks həyatın elə ozudur. Hər addımda boğazına sarılıb suallarına cavab gozləyir.
* * *
Surunun tarixi yoxdu... Surudən ayrılanı qurd yeyərmiş... Surunun onunə kecmək surudən ayrılmaqdırmı?.. Aradakı məsafə coxalanda bəli...
* * *
Suruyə qoşulmaq həqiqəti axtarmaqdan vaz kecməkdir.
* * *
Şuşə qızıldan daha əsalətlidir. İsrail pey ğəm bər lə rin dən uzu bəri lənətlənmiş bir mədəndi qızıl. Adı tari xin butun cinayətlərinə qarışıb. Laxtalanmış qan dı, insan qanı. Şuşə gozəldi, cunki qəlbi var – qı rı lır…
* * *
Tanrı gozəldir, gozəllikdir, fəzilətdir,.. kamaldır.
* * *
Tanrı idrakolunmazdır. Ağlın vəzifəsi Tanrının id rak oluna bilməyəcəyini idrak eləməkdir.
* * *
Tarix qaliblərin yazdığı bir kitabdır.
* * *
Tarixindən qopmuş olan bir olkə hər curə macəra ya suruklənə bilir.
* * *
Televiziya şuuru axtalanmış sərsəri, hec vaxt oxumaq və duşunmək alışqanlığı qazanmamış kucə adamı ucun icad edilən bir nov tiryəkdir.
* * *
Təsadufilik yoxdur kainatda. Hər addımımız gələcək həyatımızın qədərini cızmaqdadır...
* * *
Upanişad: “Tanrısan” deyir insana. Freyd: “İtsən” deyir. Hansı haqlı?
* * *
...Və Tanrı saysız elci yolladı insanlara. Məbədlər hər dovrdə boş qaldı.
* * *
Yaşamaq duşunməkdir...
* * *
Zərduştdən bəri hansı muəmmanı aca bildik ki?
* * *
Zindanda soylənən şərqi olum qoxar, zəncir qoxar, kif qoxar...
* * *
Zındıq olun, dindar olun, amma duşunun; insanı oldurən xərcəng laqeydlikdir.
* * *
Ziyalı oz beynilə duşunən, oz konluylə hiss edən kəsdir...
* * *
Ziyalı yanaraq da ziyaya qərq edə bilər, amma ul duza donəcəyini bilsə yanar; bir qab suyla son durulə bilən yanğın olmaq huzn verir.