ӘSLİNDӘ
əslində,
eyni şeydi elə
yoxuş və eniş...
birində sən gedirsən,
birində ayaqların...
məsələn,
bu ağac
öz kölgəsin qoruyur
günəşin istisindən...
...və biz də
yarpaq olmalıydıq, əslində...
olammadıqheyif...
sağ əlim qaşınır,
nəyəsə yozurlar...
sol əlim qaşınır,
yozurlar yenə...
daha
bilmirlər ki,
etmədiyim dualardıqaşındırır
açıq‐aydın eşidirəm:
bu qoca ağac
hər dəqiqə,
hər saat,
hər gün
yarpaq pıçıltısıyla
şükür edir Allahainsan
yaradılmadığı üçün...
gedəndə
arxamca su atdılar
və dedilər ki, yeri!
atdıqları su
ləpirlərimi yuyub apardı,
qayıda bilmədim geri...
bu yağan yağışın
ucundan tutub
ancaq yoxa çıxmaq olar, qadasıtoz
üstə yıxılıb qalmış
bir sərxoş ləpir kimi...
çərçivədə şəkiltək
zamanın buz halıyam...
və yaxud da kiminsə
sülənən xəyalıyam...
saat neçədi?
‐ bilmirəm...
həyat necədi?
‐ bilmirəm...
ATASINI İTİRӘN 13 YAŞLI UŞAĞINAĞLAMAĞI
on üç rəqəmli şifrətək
yüklədim son ümidi...
və sonra dalğa itdi!
şəbəkə xaricindəyəm indi...
TAKSİ
bir gecə yuxuda
bir taksi tutub
düz ömür yolunun başınauşaqlıq
yaşına sürdürəsən...
neçəyə aparar, görəsən?!
SON
bütün gedişlərin sonu həmişə
ya matdı, ya heç‐heçə...
məğlubiyyət dönmək istəyidikeçmişə...
bir də bütün gedişlərin əvvəli var,
canım‐gözüm...
...içdən gələn səs...
yəni nəfs...
HARDAN BİLӘSӘN
...çapıqları küləkləri qarğıyan
budaqların mehistəməz halından
daha betər olmaq belə olurmuş...
xəzəl olmuş yarpaqların xalından
daha betər solmaq belə olurmuş...
...sən hardan biləsən, hardan biləsən,
payızların mənə çəkdirdiyini?!
YAXIN GӘLMӘZ UZAQLAR
dənizin ortasında
hər şeydən uzaq düşən
kiçik bir ada kimi,
sükut içərisində
bir sıldırım qayaya
dəyib geri qayıdan
səs kimi, səda kimi
yalqızam,
canım‐gözüm...
bir deyən də yoxdu ki,
ay evin yıxılmasın,
belə yaxın dost olma
həsrətlə, intizarla...
axı özün bilirsən,
həsrət binokl deyil,
yaxın gəlməz uzaqlar...
***
təzəcə oyanıb, qalxıb
birfəsillik yuxudan,
çiçəkləyən ağaclartək
titrəyirəm qorxudan...
... yadındamı, keçən il də
lopa‐lopa qar yağdı,
əriklərin çiçəyini qurutdu...
gör indi ağaclar da
mənimtək necə qorxur...
gör necə də bənzəyir
adamlara ağaclar,
ağaclara adamlar...
...sən də insafsız olma!
o bumbuz ümidsizliyi
bir də yadıma salma...